Month: October 2020

  • Сахиль Бабаев проинформировал посла Японии в Азербайджане о провокациях врага

    Несмотря на принятие Советом Безопасности ООН четырех резолюций о немедленном, полном и безоговорочном выводе армянских войск с оккупированных азербайджанских территорий, Армения уже почти 30 лет продолжает оккупацию земель АР и последовательно продолжает совершать военные провокации против нашей страны.
    Начиная с 27 сентября, позиции наших воинских частей и населенные пункты подвергаются интенсивному артиллерийскому обстрелу со стороны Армении.
    Азербайджанская армия, проведя успешные контрнаступательные операции против врага, освободила часть оккупированных земель.

    Об этом заявил министр труда и социальной защиты населения АР Сахиль Бабаев во время встречи в видеоформате с послом Японии в Баку Вадой Дзюнити.

    Глава ведомства подчеркнул, что в результате недавнего теракта Армении погибли 30 мирных жителей Азербайджана, 143 человека получили ранения различной степени тяжести, 66 гражданских объектов и 427 жилых домов были приведены в негодность.

    “Наша страна ведет справедливую борьбу против армянской агрессии, наносящей серьезный удар по миру и безопасности в регионе. Территориальная целостность Азербайджана поддерживается на международном уровне. Сегодня Вооруженные силы АР проводят военные операции контрнаступательного характера против врага исключительно на своей территории”, – сказал С.Бабаев.

    Он также подчеркнул важность развития отношений между Азербайджаном и Японией во всех сферах, отметив, что руководство АР придает особую значимость связям между нашими странами и намерено последовательно расширять взаимовыгодное сотрудничество.

    Министр проинформировал В.Дзюнити о последних реформах в сфере труда, занятости и социальной защиты в нашей стране, мерах экономической и социальной поддержки, принимаемых во время пандемии.

    На встрече были рассмотрены возможности развития отношений в сфере труда, занятости и социальной защиты.

  • Sahil Babayev Yaponiyanın ölkəmizdəki səfiri ilə düşmənin təxribatlarından danışıb

    BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal etdiyi Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul etsə də, Ermənistan bu qətnamələrə məhəl qoymadan 30 ilə yaxındır ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır, ölkəmizə qarşı ardıcıl hərbi təxribatlar törədir. Sentyabrın 27-dən başlayaraq da hərbi birləşmələrimizin mövqeləri və yaşayış ərazilərimiz Ermənistan tərəfindən ağır artilleriya atəşlərinə məruz qalıb. Azərbaycan ordusu düşmənə qarşı uğurlu əks-hücum əməliyyatları həyata keçirərək, işğal olunmuş torpaqlarımızın artıq bir hissəsini işğaldan azad edib.

    Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Yaponiyanın Azərbaycan Respublikasındakı səfiri Vada Cüniçi ilə videoformatda keçirilən görüşü zamanı bildirib.

    Nazir vurğulayıb ki, Ermənistanın bu günlərdə törətdiyi növbəti terror, yaşayış ərazilərimizi atəşə tutması nəticəsində Azərbaycan tərəfindən 30 mülki şəxs həlak olub, 143 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 66 mülki obyekt və 427 fərdi yaşayış evi yararsız vəziyyətə düşüb. Azərbaycan ümumən regionda sülh və təhlükəsizliyin təmin olunmasına ciddi zərbə vuran Ermənistanın təcavüzünə son qoymaq üçün haqq savaşındadır. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq səviyyədə, bütün dünya tərəfindən dəstəklənir. Bu gün Azərbaycan Silahlı Qüvvələri düşmənə qarşı əks-hücum xarakterli hərbi əməliyyatları ölkəmizin məhz öz ərazisində aparır və ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü bərpa etmək məqsədi daşıyır.

    S.Babayev Azərbaycanla Yaponiya arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyətini, Azərbaycan rəhbərliyinin Yaponiya ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini və qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək əzmində olduğunu qeyd edib. İqtisadi əməkdaşlığın Azərbaycan və Yaponiya arasında əlaqələrin prioritet istiqamətini təşkil etdiyini deyən nazir sosial inkişafın təmin olunmasının Prezident İlham Əliyevin siyasətində başlıca istiqamətlərdən olduğunu vurğulayıb.

    O, əmək, məşğulluq və sosial müdafiə sahəsində ölkəmizdə aparılan son islahatlar, pandemiya dövründə görülən iqtisadi və sosial dəstək tədbirləri barədə məlumat verib. Yaponiya ilə əmək, məşğulluq və sosial müdafiə sahəsində ikitərəfli əlaqələrin inkişafı üçün müqavilə-hüquq bazasının yaradılmasının, bu məqsədlə səylərin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

    V.Cüniçi Azərbaycanda diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin, habelə sosial sahədə əməkdaşlığın inkişafı üçün səylərini artırmaq əzmində olduğunu vurğulayıb.
    Görüşdə əmək, məşğulluq və sosial müdafiə sahəsində əlaqələrin inkişafı imkanları nəzərdən keçirilib. Ölkəmizdə tibbi-sosial reabilitasiya sisteminin müasir standartlar səviyyəsində qurulması üçün mühüm işlərin aparıldığı qeyd edilməklə, tibbi-sosial reabilitasiya, əlilliyi olan şəxslərə protez-ortopedik bərpa xidmətləri sahəsində ikitərəfli əməkdaşlığın geniş müstəvidə təşkili, bu sahədə Anlaşma Memorandumunun imzalanmasının mümkünlüyü, işçi qüvvəsinin bacarıqlarının təkmilləşdirilməsində əməkdaşlıq və s. məsələlər müzakirə olunub.

  • “TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır – FOTO/VİDEO

    В азербайджанском сегменте Сети распространилась видеозапись, на которой житель Гянджи Тариэл Шахвердиев одной фразой прокомментировал корреспонденту TRT Haber отсутствие у горожан страха перед армянскими обстрелами: “При виде крови азербайджанский народ не робеет, наоборот, становится злее”.

    Т.Шахвердиев – ветеран Карабахской войны. В 1991 году он ушел на нее добровольцем, получил ранения в ногу и в сердце. Кстати, пулю из сердца извлечь не удалось, и он до сих живет с ней.

    Успехи азербайджанской армии радуют его.

    Корреспонденты Qafqazinfo посетили Гянджу, встретились с Т.Шахвердиевым. По словам ветерана, он и сейчас готов сражаться бок о бок со своими боевыми товарищами на фронте и только ждет соответствующего приказа.




  • “TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır – FOTO/VİDEO

    Ermənilərin Gəncəyə raket atmasından yerli sakinlərin qorxmadığını sadəcə bir cümlə ilə ifadə etmişdi Taryel dayı: “Azərbaycan əhalisi qan görəndə qorxmuyor, “naoborot” qızışıyor”.

    Onun “TRT Haber”ə verdiyi bu açıqlama qısa müddətdə sosial şəbəkələrdə geniş yayıldı.

    Bir cümləlik açıqlaması ilə məşhurlaşan Taryel Şahverdiyev köhnə döyüşçüdür, Qarabağ qazisidir. 1991-ci ildə könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə yollanan Şahverdiyev ayağından və ürək nahiyəsindən güllə yarası alıb. Ürək nahiyəsindən dəyən gülləni çıxarmaq mümkün olmayıb, hələ də bədənindədir…

    O güllə çıxmasa da, bu gün gedən döyüşlərdə qazanılan uğurlar Taryel Şahverdiyevin ürəyindən tikan çıxarır.

    Qafqazinfo-nun əməkdaşları Gəncəyə gedərək, Taryel Şahverdiyevlə görüşüb. Qarabağ qazisi bildirib ki, bu gün də öz komandası ilə döyüşməyə hazırdır. Ona cəbhəyə yollanmaq üçün bir əmr bəsdir.




  • В Губе в результате пожара погиб местный житель

    В одноэтажном жилом доме в селе Ордудж Губинского района произошел пожар, сообщает МЧС.

    Отмечается, что сгорели воспламеняющиеся конструкции дома и предметы быта.

    При обследовании пепелища пожарными было обнаружено обгоревшее тело хозяина дома Сафарали Гейибова (1932 г.р.).

    Еще один случай возгорания зафиксирован в городе Ширване. Сгорел потолок подсобного помещения. Пожар потушен.

    По обоим фактам проводится расследование.

  • Qubada ev yandı: Ölən var

    Quba rayonunda bir nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Quba rayonunun Ördüc kəndində (rayon mərkəzindən 60 kilometr aralı, mürəkkəb relyefli dağlıq ərazi) ümumi sahəsi 80 kvadrat metr olan birmərtəbəli evin yanar konstruksiyaları və əşyaları yanıb.

    Yanğın yerinin araşdırılması zamanı ev sahibi 1932-ci il təvəllüdlü Qeyibov Səfərəli Hacəli oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

    Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

    Daha bir yanğın hadisəsi Şirvan şəhərində olub. Ümumi sahəsi 24 kvadrat metr olan köməkçi tikilinin tavanı yanıb.

    Tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

    Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Последняя ситуация в Геранбое, который вновь был обстрелян армянами – ВИДЕО

    Утром 8 октября вооруженные силы Армении вновь подвергли артиллерийскому обстрелу Геранбойский район, сообщает корреспондент Baku TV.

    Среди местных жителей есть погибшие и раненые.

    Несмотря на то, что враг продолжает наносить удары по гражданскому населению, люди не собираются покидать свои дома, ведь они верят в силу азербайджанской армии.

  • Yenidən düşmən təxribatına məruz qalan Goranboyda son vəziyyət – VİDEO

    Bu gün səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy rayonunu artilleriya atəşinə tutub.

    Baku TV-nin müxbirinin verdiyi məlumata görə, hadisə nəticəsində sakinlər arasında ölən və yaralananlar var.

    Düşmən dinc sakinləri hədəf almaqda davam edir. Lakin buna baxmayaraq, sakinlər öz ata-baba yurdlarını tərk etmir. Onlar şanlı ordumuzun gücünə inanır.

  • Мировые цены на нефть растут

    Мировые цены на нефть растут в ходе торгов 8 октября, передает RT.

    Ноябрьские фьючерсы на нефть WTI выросли на 0,08%, составив 39,98 доллара за баррель.

    Фьючерсы на нефть марки Brent с поставкой в декабре подорожали на 0,24% – до 42,09 доллара за баррель.

  • Neftin qiyməti qalxır

    Dünya bazarında neftin qiyməti artır.

    RT xəbər verir ki, WTI markalı neftin noyabr fyuçersləri 0,08 faiz artaraq, bir bareli 39,98 dollara çatıb.

    “Brent” markalı neftin dekabr fyuçersləri 0,24 faiz artaraq, bir bareli 42,09 dollar təşkil edib.