Month: October 2020

  • XİN: “Almaniya Xarici İşlər nazirinin Azərbaycana təzyiq göstərilməsi barədə açıqlaması təəssüf doğurur”

    Almaniya Xarici İşlər naziri Heiko Maasın atəşkəsə çağırış və Azərbaycana təzyiq göstərilməsi barədə açıqlaması ciddi təəssüf və təəccüb doğurur.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

    Nazirlik qeyd edir ki, birtərəfli qaydada atəşkəsə çağırışlar münaqişənin köklü həllinə deyil, işğala əsaslanan status-kvonun saxlanmasına xidmət edir. Bundestaq üzvlərindən biri haqlı olaraq Almaniya Xarici İşlər nazirinə “atəşkəs problemin həlli deyil” – deyə sualla müraciət edib. İşğalçı dövlət olan Ermənistana təzyiq göstərilməlidir.

    “Almaniyanın da üzvü olduğu Minsk Qrupunun 30 ilə yaxın davam edən fəaliyyəti atəşkəsin davamlı sülhə çevrilməsinə, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmasına və Azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına xidmət etməyib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması barədə tələblərinin həyata keçirilməsi üçün hər hansı ciddi tədbirlər görülməyib.

    Təəssüflə onu da qeyd edək ki, ATƏT-in və Minsk Qrupunun üzvü kimi Azərbaycanın dəfələrlə Almaniyaya müraciət etməsinə baxmayaraq, Almaniya tərəfindən münaqişənin həlli istiqamətində xüsusi fəallıq göstərilməyib.

    Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq prioritetləri sənədində Aİ-nin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi təsbit olunub. Aİ-nin aparıcı ölkəsi olan Almaniya sanki bu sənəddən xəbərsizdir.

    Ona görə də atəşkəs çağırışları BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin tələblərinə uyğun olaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən konkret qrafik əsasında çıxarılmasını nəzərdə tutan planla müşayiət olunmalıdır. Yalnız bu halda atəşkəs davamlı sülhə çevrilə bilər.

    Vurğulayırıq ki, Azərbaycan öz ərazilərində Ermənistanın təcavüzünə cavab olaraq əks həmlələr həyata keçirir.

    Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması və işğala son qoyulması Azərbaycan xalqının haqlı tələbidir.

    İndiki şəraitdə Azərbaycana hər hansı təzyiqlərin göstərilməsi barədə açıqlamanı ədalətsiz və haqsız hesab edirik.

    Almaniyanı Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını təmin etmək üçün Ermənistana təzyiqlər göstərməyə, ədalətli mövqe tutmağa çağırırıq.

  • Düşmən təxribatı nəticəsində həlak olan Goranboy sakininin evindən VİDEOREPORTAJ

    Ermənistan ordusunun atdığı mərmidən bir nəfər mülki şəxs həlak olub.

    Baku TV xəbər verir ki, hadisə Goranboy rayonunda baş verib.

    Belə ki, Goranboy sakininin həyətinə düşən mərminin qəlpələrindən ev sakini Türyan Quliyeva həyatını itirib.

    Qonşuların sözlərinə görə, hadisə səhər saatlarında baş verib, qəlpələrin ətrafa səpələnməsi nəticəsində Türyan Quliyeva sinəsindən yara alıb və hadisə yerindəcə keçinib.

  • В Каспийском море произошло землетрясение

    В Каспийском море произошло землетрясение.

    По данным Республиканского центра сейсмологической службы при Национальной академии наук Азербайджана, подземные толчки магнитудой 3,4 были зафиксированы 8 октября, в 09:36.

    Очаг землетрясения залегал на глубине 62 км.

  • Xəzər dənizində zəlzələ olub

    Oktyabrın 8-də Xəzər dənizində maqnitudası 3.4 bal gücündə olan zəlzələ baş verib.

    Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 09:36-da qeydə alınıb.

    Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.

  • Обеспечение участвующих в боях войск азербайджанской армии находится на высоком уровне – ВИДЕО

    По поручению Президента Азербайджана, Верховного главнокомандующего Вооруженными силами Ильхама Алиева незамедлительно решаются вопросы обеспечения и оснащения личного состава, участвующего в контрнаступательной операции. Об этом сообщает Министерство обороны АР.

    Отмечается, что снабжение наших войск осуществляется в плановом порядке соответствующими управлениями, службами и структурами. Участвующие в боях военнослужащие непрерывно обеспечиваются продуктами питания, военной формой, предметами быта и необходимыми принадлежностями, боеприпасами, а военная техника и боевые средства – горюче-смазочными материалами – 24 часа в сутки.

    Проблем и трудностей с материально-техническим обеспечением боевых операций нет. Все задачи, связанные со снабжением и оснащением, выполняются своевременно, говорится в информации.

  • Azərbaycan Ordusunun döyüşlərdə iştirak edən qoşunlarının təminatı yüksək səviyyədədir – VİDEO

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən əks-hücum əməliyyatlarında iştirak edən şəxsi heyətin təminat və təchizat məsələləri dərhal həll olunur.

    Bu barədə Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilir.

    Qeyd edilir ki, qoşunlarımızın təminatı müvafiq idarə, xidmət və qurumlar tərəfindən planlı şəkildə həyata keçirilir. Döyüşdə iştirak edən hərbi qulluqçularımız, hərbi texnika və döyüş vasitələrimiz ərzaq, geyim, məişət əşyaları, gündəlik tələbat məhsulları, silah-sursat və yanacaq-sürtgü materialları ilə sutkada 24 saat ərzində fasiləsiz təmin edilir.

    Döyüş əməliyyatlarının maddi-texniki təminatı ilə bağlı heç bir problem və çətinlik yoxdur. Təminat və təchizatla bağlı qarşıya qoyulan bütün tapşırıqlar vaxtında icra olunur.

  • Разоблачен фейк армян о самолетах F-16

    На странице Fact Check Karabakh, которая занимается проверкой фактов и новостей в связи с последними событиями на фронте, опубликовано новое разоблачение армянской лжи.

    Утверждается, что по крайней мере два F-16 (находящихся на вооружении ВВС Турции) в настоящее время стоят в международном аэропорту Гянджи. Однако в действительности это самолеты М-346, закупленные в Италии в начале нынешнего года.

  • Ermənilərin F-16 yalanı ifşa olundu – FOTOFACT

    Ermənilərin “F-16” qırıcı təyyarələrinin Gəncə Beynəlxalq Hava limanında olduğunu dair iddialarının yalan olduğunu “Fact Check Karabakh” səhifəsi təsdiq edib.

    İddiaya görə, Türkiyə silahlı qüvvələri tərəfindən idarə olunan ən az iki “F-16” qırıcı təyyarə Gəncə Beynəlxalq Hava limanındadır. Lakin, şəkillərdən də görünür ki, bu F-16 təyyarələri deyil, Azərbaycan tərəfinin daha öncə İtaliyadan aldığı “M-346” döyüş təyyarələridir.

  • Сдался еще один армянский оккупант – ФОТО

    Еще один армянский оккупант сдался Вооруженным силам Азербайджана. Об этом сообщается в Telegram-канале Caliber.


  • Daha bir erməni işğalçı təslim oldu – YENİLƏNİB + FOTO

    Azərbaycan Silahlı Qüvvələrinə təslim olan erməni işğalçısının adı bəlli olub.

    Məlumata görə, bu, Ermənistan ordusunun 6-cı dağ-atıcı alayının 2-ci taborunun əsgəri, Noyanberyan rayon sakini Narek Amirjanyandır.

    * * * * *

    Daha bir erməni işğalçı Azərbaycan Silahlı Qüvvələrinə təslim olub.

    Bu barədə “Caliber” “Telegram” kanalı xəbər yayıb.