Month: October 2020

  • “Human Right Watch” Ermənistanın mülki əhaliyə qarşı qadağan edilmiş silahdan istifadə etdiyini təsdiqləyib

    “Human Right Watch” beynəlxalq insan haqları təşkilatı işğalçı Ermənistanın Azərbaycanın Bərdə şəhərinə zərbələr endirdiyinə dair açıqlama yayıb.

    Bu barədə məlumat təşkilatın saytında dərc edilib.

    Təşkilat qeyd edir ki, Ermənistan silahlı qüvvələri 28 oktyabr 2020-ci il tarixində Azərbaycanın paytaxtı Bakıdan 230 kilometr qərbdə yerləşən Bərdə şəhərini beynəlxalq səviyyədə qadağan edilmiş uzun mənzilli kasetli raketlərdən atəşə tutub.

    Hücum nəticəsində 21 mülki vətəndaşın həlak olduğu, 70 nəfərin xəsarət aldığı bildirilir.

    “Human Right Watch” təşkilatının nümayəndələri və xarici ölkədən olan jurnalistlər dinc sakinlərin qətlə yetirildiyi əraziyə düşən silah-sursat qalıqlarının fotolarını çəkərək onları təhlil edib.

    Silahlardan ikisinin “Smerç” klasterli döyüş sursatı və “Smerç” gecikdirici paraşütlü parçalanma raketinin olduğu müəyyənləşdirilib.

    Beynəlxalq insan haqları təşkilatı bildirir ki, “Smerç” yaylım atəşi raket sistemi ancaq Ermənistan ordusunun arsenalında var və hücumu bu qüvvələr Ermənistan silahlı qüvvələri həyata keçirib.

  • Последняя ситуация в Барде, подвергшейся армянскому террору – ВИДЕО

    Вооруженные силы Армении продолжают совершать провокации.

    Как сообщает корреспондент Baku TV из Барды, враг обстреливает населенные пункты района.

    Жилым домам и инфраструктурным объектам нанесен серьезный ущерб. Жертв нет.

  • Düşmən təxribatına məruz qalan Bərdədə son vəziyyət – VİDEO

    Ermənistan silahlı qüvvələrinin cəbhədə təxribatı davam edir.

    Baku TV-nin Bərdədə olan müxbirinin verdiyi məlumata görə, düşmən tərəf həm yaşayış məntəqələrimizi, həm də Azərbaycan ordusunun mövqelərini atəşə tutub.

    Yaşayış məntəqələrinə ciddi ziyan dəyib. Hazırda mülki əhali arasında ölən və yaralanan yoxdur.

  • Азербайджан намерен обратиться в ЕСПЧ из-за атак Армении

    Азербайджан намерен обратиться в Европейский суд по правам человека и другие международные организации для принятия мер в отношении армянских властей в связи с атаками на мирных жителей в ряде городов, заявил в интервью РИА Новости помощник Президента Азербайджана – заведующий отделом по вопросам внешней политики Администрации главы государства Хикмет Гаджиев.

    По его словам, армянская сторона ведет себя “абсолютно безответственно” и совершает “военные преступления”, используя ракеты “Смерч”, SCUD, “Точка-У”.

    “Армянская сторона, используя эти ракеты, нацеливается именно на гражданские поселения, на гражданских лиц Азербайджана. Это вы увидели в Гяндже, Мингячевире, Барде”, – сказал Гаджиев.

    “Азербайджанская сторона собирает все эти факты. Генеральная прокуратура Азербайджана начала уголовные дела относительно этих действий. Будут предприняты соответствующие меры в рамках международных организаций, включая Европейский суд по правам человека. В том числе мы пригласили такие международные неправительственные организации, как Human Rights Watch, Amnesty International и другие соответствующие институты, чтобы они тоже подготовили свой отчет, и это было представлено мировому сообществу”, – сообщил помощник Президента.

    Гаджиев в четверг провел брифинг для иностранных дипломатов, посетивших азербайджанские города Тертер и Барду близ Нагорного Карабаха, где за два дня погибли более 25 человек. Во время визита города обстреливались армянскими вооруженными силами.

  • Hikmət Hacıyev: “Ermənistana qarşı tədbir görülməsi üçün Avropa Məhkəməsinə müraciət edəcəyik”

    Azərbaycan bir sıra şəhərlərində mülki şəxslərə edilən hücumlarla əlaqədar Ermənistan rəhbərliyinə qarşı tədbir görülməsi üçün Avropa İnsan Hüquqları Məhkəməsinə və digər beynəlxalq təşkilatlara müraciət etmək niyyətindədir.

    Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “RİA Novosti”yə müsahibəsində deyib.

    Onun sözlərinə görə, erməni tərəfi tamamilə məsuliyyətsiz davranır və “Smerç”, “SCUD”, “Toçka-U” raketlərindən istifadə edərək hərbi cinayətlər törədir:

    “Erməni tərəfi bu raketlərdən istifadə edərək qəsdən mülki yaşayış məntəqələrini, Azərbaycanın mülki əhalisini hədəf alır. Gəncədə, Mingəçevirdə, Bərdədə bunun şahidi oldunuz”.

    “Azərbaycan tərəfi bütün bu faktları toplayır, o cümlədən, Azərbaycan Baş Prokurorluğu bunlarla bağlı cinayət işləri başladıb. Avropa İnsan Hüquqları Məhkəməsi də daxil olmaqla beynəlxalq təşkilatlar çərçivəsində müvafiq tədbirlər görüləcək. Biz “Human Rights Watch”, “Amnesty International” kimi beynəlxalq qeyri-hökumət təşkilatlarını və digər əlaqədar qurumları dəvət etmişik ki, onlar da hesabatlarını hazırlasınlar və bu beynəlxalq ictimaiyyətə təqdim edilib”, – deyə H.Hacıyev bildirib.

  • Pakistan parlamenti erməni təcavüzünü pisləyən qətnaməni qəbul edib

    Milli Məclisin sədri Sahibə Qafarova Pakistan parlamentində erməni təcavüzünü pisləyən qətnamənin qəbulu ilə bağlı Milli Assambleyanın sədri Əsəd Qeysərə məktub ünvanlayıb.

    Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən, cari il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq Azərbaycan ordusunun əks-hücum əməliyyatına başlamasından sonra Milli Məclisin sədri Sahibə Qafarova Pakistan Milli Assambleyasının və senatın sədrlərinə erməni təcavüzünün və işğalının qətiyyətlə pislənilməsi və Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi ilə bağlı müraciət edib.

    Oktyabrın 28-də isə bu müraciətə cavab olaraq Pakistan İslam Respublikası Milli Assambleyasının plenar iclasında Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə və mülki əhalisinə qarşı təcavüzünü pisləyən qətnamə qəbul edilib.

    Qətnamə millət vəkili, sabiq spiker Sərdar Ayaz Sadiqin təşəbbüsü ilə Assambleyaya təqdim olunub və yekdilliklə təsdiqlənib. Bununla bağlı Milli Məclisin sədri Sahibə Qafarova Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərə məktub ünvanlayıb.

    Spiker məktubda Azərbaycan Respublikası Milli Məclisinin bütün üzvləri və öz adından başda Əsəd Qeysər olmaqla Pakistan Milli Assambleyasının bütün üzvlərinə dərin təşəkkürünü bildirərək, Pakistan Parlamentinin belə bir qətnamə qəbul etməsini yüksək qiymətləndirib, ədalətin təntənəsi olan bu təşəbbüsün reallaşmasını alqışlayıb.

    “Müasir beynəlxalq münasibətlərdə parlament diplomatiyasının artan rolunu nəzərə alaraq hesab edirik ki, Ermənistanın Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə və Azərbaycanın mülki əhalisinə qarşı təcavüzünü pisləyən qətnamə bu təcavüzün aradan qaldırılmasında parlament meyarının tətbiq olunması baxımından mühüm əhəmiyyət kəsb edir”, – deyə məktubda qeyd olunub.

  • Birinci vitse-prezidentin köməkçisindən Laçınla bağlı paylaşım – VİDEO

    Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov işğal altındakı Laçınla bağlı silsilə paylaşımlar edib.

    “Twitter”də paylaşılmış postlarda Emin Hüseynov Laçının rayon kimi təşkili, əhalisi, əsas tarixi abidələri, erməni işğalı, işğalla başlayan erməni vandalizmi kimi faktlara yer ayırıb.

    Bildirilib ki, Laçının işğaladək 125 kəndi olub. 217 mədəniyyət mərkəzi, 142 tibbi müəssisə, 105 məktəbin olduğu Laçını təbiət əsrarəngiz gözəllikdə yaradıb. Burada nadir ağaclarla zəngin meşələr olub.

  • Бардинская трагедия: невозможно выразить эту скорбь… – ВИДЕО

    Фуад Исмаилов – один из жителей Барды, ставших жертвами ракетного обстрела врага.

    Турецкий телеканал A Haber подготовил репортаж о сестре погибшего.

    Каждый желающий может ознакомиться с этим сюжетом, размещенным на странице телеканала в Twitter и сопровожденным комментарием: “Невозможно выразить эту скорбь… Душераздирающие слезы сестры погибшего”.

  • Bərdə faciəsi: Bir bacının ürək dağlayan göz yaşları – VİDEO

    Bərdədə dinc insanların yaşadığı ərazilərə mənfur düşmənin raket hücumundan həyatını itirənlərdən biri də Fuad İsmayılovdur.

    Türkiyənin “A Haber” kanalı Fuadın bacısı ilə bu barədə reportaj hazırlayıb.

    Sözügedən video kanalın “Twitter” hesabında “Bu kədəri ifadə etmək mümkün deyil… Bir bacının ürək dağlayan göz yaşları” qeydi ilə dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.

  • Азербайджанская армия уничтожила РСЗО “Смерч”, из которой велся обстрел Барды – ВИДЕО

    Подразделения азербайджанской армии обнаружили огневую позицию ракетной системы залпового огня (РСЗО) “Смерч” армянских вооруженных сил, подвергшей обстрелу мирное население и гражданскую инфраструктуру в городе Барде.

    Об этом сообщает Министерство обороны Азербайджана.

    Отмечается, что РСЗО была уничтожена точным огнем наших ВС 29 октября, в 15:18.

    Представляем видеокадры момента уничтожения РСЗО.