Month: October 2020

  • Azərbaycan ordusu Bərdəni atəşə tutan “Smerç”i məhv etdi – VİDEO

    Bərdə şəhərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus “Smerç” yaylım atəşli reaktiv sisteminin atəş mövqeyi bölmələrimiz tərəfindən aşkar edilib.

    Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, oktyabrın 29-u saat 15.18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin “Smerç” yaylım atəşli reaktiv sistemi məhv edilib.

    Qeyd olunan reaktiv sistemin məhv edildiyi anın videogörüntüsünü təqdim edirik.

  • Bakıda yoxlamalar başladı – FOTO

    Son günlər COVID-19-a yoluxanların sayında artım müşahidə olunur.

    Bunu nəzərə alaraq, Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Nazirlər Kabineti yanında operativ qərargahın qərar və tövsiyələrinə riayət edilməsinin vəziyyətinin yoxlanılması və vətəndaşlar arasında maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə birgə reydlərin keçirilməsi davam etdirilir.

    Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, reydlər zamanı yeni növ koronavirusun (COVID-19) yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə vətəndaşlarla qoruyucu maskalardan istifadənin vacibliyi ilə bağlı söhbətlər aparılır, müvafiq izahatlar verilir, ilk növbədə ictimai nəqliyyatda, insanların sıx toplaşdığı məkanlarda, ictimai iaşə və digər obyektlərdə virusa yoluxma hallarının qarşısının alınması məqsədilə görülən tədbirlərin vəziyyəti yoxlanılır və insanlar arasında sosial məsafənin qorunması məqsədilə izahetmə işləri aparılır.

    Reydlər zamanı aşkar edilən nöqsanlar və çatışmazlıqlar yerində aradan qaldırılır, pozuntulara yol verən sahibkarlıq subyektlərinin vəzifəli şəxsləri və digər cavabdehlərə qarşı cərimə tədbirləri tətbiq olunur.

    Paytaxtda koronavirus əleyhinə rejimin, sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət və birgə reydlər davam etdiriləcək.

  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünyada 45 347 550 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 1 186 388 xəstə ölüb, 32 995 820 nəfər sağalıb.

    Asiyada 13 502 303, Şimali Amerikada 11 021 955, Cənubi Amerikada 9 581 861, Avropada 9 432 569, Afrikada isə 1 770 688 nəfərdə virus aşkarlanıb.

    Virusa yoluxma sayı bir milyonu keçən dövlətlər ABŞ (9 212 767 nəfər), Hindistan (8 088 851 nəfər), Braziliya (5 496 402 nəfər), Rusiya (1 581 693 nəfər), Fransa (1 282 769 nəfər), İspaniya (1 238 922 nəfər), Argentina (1 143 800 nəfər) və Kolumbiyadır (1 053 122 nəfər).

    İranda 596 941, Türkiyədə 370 832, Ermənistanda 85 034, Gürcüstanda isə 35 567 nəfərdə koronavirus müəyyən edilib.

    Azərbaycanda koronavirusa yoluxan 53 152 nəfərin 708-i ölüb, 42 516-sı sağalıb.

  • Qırğızıstanda Bərdə və Gəncədəki erməni terrorları pislənilib

    Qırğız Xalq Assambleyasının “Azəri” İctimai Birliyinin təşkilatçılığı ilə Bişkek şəhərində anım mərasimi keçirilib. Tədbirdə işğalçı Ermənistan ordusunun Azərbaycanın Bərdə və Gəncə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törətdikləri terror aktları nəticəsində həlak olan mülki vətəndaşlarımızın xatirəsi ehtiramla yad edilib.

    Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

    Mərasimdə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən şəhidlərimizin və terror qurbanlarının ruhuna dualar oxunub. Birliyin sədri Əzizağa Əliyev, Bişkek şəhərindəki Azərbaycan məscidinin müftisi Mərifət Şirinov və Qazaxıstanın Çu şəhərindəki Azərbaycan məscidinin müftisi Saleh Qasımov çıxış edərək Azərbaycanın ədalətli mübarizəsini dəstəklədiklərini bildirib, ermənilərin törətdikləri qanlı cinayətləri, terror aktlarını şiddətlə qınayıblar.

    Qeyd edək ki, mərasimdə terror aktlarının ağır nəticələrinə dair 35-dən çox foto nümayiş etdirilib, şamlar yandırılıb, iştirakçılara məlumatlandırıcı bukletlər paylanılıb.

    Tədbirdə Azərbaycan icması ilə yanaşı, qazax, tatar, qırğız icmasının nümayəndələri də iştirak edib.

  • Джейхун Байрамов отбыл в Женеву

    Министр иностранных дел Азербайджана Джейхун Байрамов находится с официальным визитом в Женеве.

    Об этом сообщает МИД АР.

  • Ceyhun Bayramov Cenevrəyə getdi

    Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Cenevrədə işçi səfərdədir.

    Bununla bağlı Xarici İşlər Nazirliyi məlumat yayıb.

  • Türkiyədə dənizin üstündə nəhəng burulğan – VİDEO

    Türkiyənin Antalya vilayətinin Patara adlandırılan çimərliyinin ərazisində nəhəng burulğan müşahidə edilib.

    “Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, təbiət hadisəsini ətrafda olan insanlardan biri öz mobil telefonuna çəkib.

    Hava-su burulğanının görüntülərini təqdim edirik:

  • На угрожающем Земле астероиде Апофис обнаружили опасное явление – ФОТО

    Группа ученых Института астрономии Гавайского университета обнаружила изменения в движении астероида Апофис, которые могут повлиять на вероятность столкновения небесного тела с Землей в 2068 году, сообщается на сайте университета, пишет РИА Новости.

    В ходе наблюдений за астероидом исследователи обнаружили, что Апофис отклоняется от своей орбиты на 170 метров в год из-за эффекта Ярковского, при котором астероид получает слабый реактивный импульс из-за теплового излучения от нагревшейся днем и остывающей ночью поверхности.

    До обнаружения этого эффекта ученые считали, что потенциальное столкновение с землей в 2068 году невозможно, однако теперь исследователям необходимо провести дальнейшие наблюдения, чтобы выяснить вероятность столкновения.

    Астероид Апофис размером в 325 метров обнаружили в 2004 году. Открытие вызвало ажиотаж – расчеты показали, что существует вероятность в 2,7%, что Апофис, получивший свое имя в честь древнеегипетского бога зла и разрушения, столкнется с Землей в 2029 году. Затем ученые исключили эту угрозу, подсчитав, что 13 апреля 2029 года астероид пролетит на расстоянии 37,6 тысячи километров от центра Земли.

  • Yerlə toqquşma ehtimalı olan asteroiddə təhlükəli fenomen aşkarlanıb – FOTO

    ABŞ-ın Havay Universitetinin Astronomiya İnstitutunun alimləri “Apofis” asteroidinin sürətində səma cisminin 48 il sonra Yerlə toqquşma ehtimalına təsir edə biləcək təhlükəli dəyişikliklər aşkarlayıb.

    “RİA Novosti”nin məlumatına görə, bu barədə universitetin saytında məlumat verilib.

    Sürətlənmə səma cisminin gündüz isinən və gecə soyuyan səthində istilik şüalanması səbəbiylə zəif reaktiv impuls alması ilə izah olunub.

    Asteroidin müşahidələri zamanı tədqiqatçılar “Apofis”in “Yarkovski effekti” səbəbiylə öz orbitindən ildə 170 metr kənara çıxdığını müəyyənləşdiriblər. Bu böyüklük 2068-ci ildə asteroidin trayektoriyasını dəqiq proqnozlaşdırmağı mümkünsüz etmək üçün kifayətdir.

    “Apofis” dünyaya kifayət qədər yaxındır. 2029-cu ilin aprel 13-də səma cismini adi gözlə görmək mümkün olacaq: asteroid 37 min kilometr məsafədə (Aydan demək olar ki, 10 dəfə yaxın) Yer orbitində rabitə peyk kəmərindən keçəcək, lakin bu anda Yer üçün təhlükə yaratmayacaq.

    Bundan sonrakı müşahidələr XXI əsrin ikinci yarısında bir toqquşma ehtimalını müəyyənləşdirməyə kömək etməlidir.

  • Böyük britaniyalılar Consondan Milad bayramlarının xilas edilməsini xahiş edir

    Böyük Britaniyanın Liberal Demokratik Partiyası Baş nazir Boris Consonu Milad tətillərində koronavirusla mübarizə qaydalarını müəyyənləşdirmək üçün dördtərəfli sammit keçirməyə çağırır.

    Bu barədə “Daily Mail” agentliyi məlumat verib.

    Partiyadan bildirilib ki, Böyük Britaniyanın dörd “tarixi ölkəsi”nin (İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya) nümayəndələrinin iştirakı ilə görüş keçirmək lazımdır.

    “Dörd ölkənin hökumətləri bir araya gələrək Miladının mümkün normalar çərçivəsində keçirilməsini təmin etməyə çalışmalıdır. Bunu etsək, bəlkə Milad ləğv olunmayacaq”, – deyə Liberal Demokrat hərəkatın lideri Ed Deyvi qeyd edib.