Month: October 2020

  • Президент Ильхам Алиев: Армяне начали умолять о прекращении огня

    Как вам известно, в некоторых случаях резолюции Совета Безопасности выполняются в течение нескольких дней, а может, и нескольких часов. Однако когда дело касается нас, резолюции остаются на бумаге на протяжении долгих лет. Таким образом, отсутствие практического давления на агрессора является одной из причин того, почему конфликт тянется так долго.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Азербайджана Ильхам Алиев в интервью телеканалу “Аль-Джазира”.

    Глава государства отметил: “Если посмотреть на то, что делала и что заявляла Армения за последние два года после “революции”, то они всегда нас провоцировали и были нацелены на новую войну, и целью этого было полностью сорвать переговоры. Они совершили несколько военных провокаций против Азербайджана. 12 июля они атаковали наши села и военные позиции в Товузском районе, расположенном очень далеко от региона конфликта, на западе Азербайджана, на армяно-азербайджанской границе. Было очень трудно понять, почему они это сделали. Они атаковали нас, используя тяжелую артиллерию. Первые потери среди военнослужащих понесла азербайджанская сторона. Были сразу же убиты 4 наших военнослужащих и 76-летний сельчанин. Так что мы должны были принять ответные меры. После того как им был дан ответ и они потерпели горькое поражение, они отступили, начали умолять о прекращении огня. Тогда я сказал, что у нас нет никаких военных целей на территории Армении. Как только мы их отбросили назад и они поняли, что не добились желаемого, столкновения прекратились”.

  • Prezident: “Onlar atəşkəs üçün yalvarmağa başladılar”

    “Bildiyiniz kimi, bəzi hallarda Təhlükəsizik Şurasının qətnamələri bir neçə gün, bəlkə də, bir neçə saat ərzində icra olunur. Lakin bizə gəldikdə qətnamələr uzun illərdir ki, kağız üzərində qalıb. Beləliklə, təcavüzkara praktiki təzyiqin olmaması münaqişənin nəyə görə bu qədər uzun çəkməsinin səbəblərindən biridir”.

    AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində bildirib.

    “Əgər son iki ildə “inqilab”dan sonra Ermənistanın nə etdiklərinə və nə bəyan etdiklərinə nəzər salsaq görərik ki, onlar bizi həmişə təhrik ediblər və yeni müharibəyə başlamağı hədəfə alıblar və bunun səbəbi danışıqları tamamilə pozmaq idi.

    Onlar Azərbaycana qarşı bir neçə hərbi təxribat törədiblər. İyulun 12-də onlar münaqişə regionundan çox uzaqda olan Tovuz rayonunda, Azərbaycanın qərbində, Ermənistan-Azərbaycan sərhədindəki kəndlərimizə və hərbi mövqelərimizə hücum ediblər. Onların bunu nə üçün etdiklərini başa düşmək çox çətin idi.

    Onlar ağır artilleriya ilə bizə hücum etdilər. Hərbi qulluqçular arasında ilk itkiləri Azərbaycan tərəfi verdi. Bizim dörd hərbi qulluqçumuz və 76 yaşlı bir kəndli dərhal öldürülmüşdür. Beləliklə, biz cavab tədbiri görməli idik.

    Cavab verdikdən və onlar acı məğlubiyyətlə üzləşdikdən sonra geri çəkildilər, atəşkəs üçün yalvarmağa başladılar. Onda da mən dedim ki, bizim Ermənistanın ərazisində heç bir hərbi məqsədlərimiz yoxdur. Biz onları geri oturdan kimi və onlar istədiklərini həyata keçirə bilmədiklərini başa düşən kimi toqquşmalar dayandı”, – dövlət başçısı əlavə edib.

  • Вагиф Даргяхлы: Наши ударные БПЛА уничтожают боевую технику противника

    Сегодня армянская сторона вновь распространила дезинформацию о якобы сбитых самолетах и беспилотных летательных аппаратах ВВС Азербайджана. Об этом заявил начальник пресс-службы Министерства обороны АР полковник Вагиф Даргяхлы.

    “Еще раз повторяем, что ни один боевой самолет ВВС Азербайджана не был сбит. Напротив, наши ударные БПЛА продолжают уничтожать боевую технику вооруженных сил Армении. Видеозаписи о боевых действиях с участием азербайджанских беспилотников регулярно представляются вниманию общественности.

    Распространяя ложную информацию о потерях Азербайджана, представители минобороны Армении пытаются восполнить образовавшуюся у них информационную брешь”, – отметил он.

  • Zərbə PUA-larımız ermənilərin döyüş texnikalarını məhv edir – RƏSMİ

    “Ermənistan tərəfi bu gün yenidən guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin və pilotsuz uçuş aparatlarının vurulması ilə bağlı dezinformasiya yayıb”.

    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məlumat verib:

    “Bir daha bildiririk ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir döyüş təyyarəsi vurulmayıb. Əksinə, Azərbaycanın zərbə PUA-ları Ermənistan silahlı qüvvələrinin döyüş texnikalarını məhv etməkdə davam edir. PUA-larımızın döyüş fəaliyyəti ilə bağlı videogörüntülər mütəmadi ictimaiyyətə təqdim olunur.

    Ermənistan müdafiə nazirliyinin rəsmiləri Azərbaycanın itkiləri barədə yalan məlumatlar yaymaqla onların döyüşlərlə bağlı informasiya boşluğunu doldurmağa çalışırlar”.

  • Что происходит в тылу, пока наша армия наносит сокрушительные удары по врагу? – ВИДЕО

    В ответ на очередную провокацию вооруженных сил Армении против Азербайджана, являющуюся грубым нарушением режима прекращения огня, азербайджанская армия проводит успешные контрнаступательные операции по всему фронту и наносит по противнику сокрушительные удары.

    Единство народа поднимает боевой дух в нашей армии. Жители ряда районов Азербайджана оказывают солдатам всяческую поддержку, что воодушевляет военнослужащих.

    Подробности – в видеосюжете Baku TV.

  • Ordumuz düşmənə sarsıdıcı zərbələr endirir: Bəs arxa cəbhədə nə baş verir? – VİDEO

    Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, Azərbaycana qarşı növbəti planlaşdırılmış təxribatına cavab olaraq qüdrətli Azərbaycan ordusu bütün cəbhə boyu uğurlu əks-hücum əməliyyatları həyata keçirir və düşmənə ağır sarsıdıcı zərbələr endirir.

    Xalqımızın birliyi ordumuzda ruh yüksəkliyi yaradır. Azərbaycanın müxtəlif bölgələrində hazırlanan ərzaq, paltar yardımı əsgərlərimizdə inam hissini daha da artırır.

    Mövzu ilə bağlı Baku TV-nin süjetini təqdim edirik:

  • Президент Ильхам Алиев: То, что сейчас происходит, является результатом деструктивной политики Армении

    Я неоднократно поднимал этот вопрос и говорил, что против Армении необходимо ввести международные санкции с тем, чтобы принудить ее выполнить требования резолюций и начать освобождение наших земель. Однако соответствующего ответа на мои обращения не было, и то, что сейчас происходит, является результатом деструктивной политики Армении.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Азербайджана Ильхам Алиев в интервью телеканалу “Аль-Джазира”.

    Глава государства подчеркнул, что с точки зрения норм международного права, постановлений и резолюций международных организаций у Азербайджана есть очень широкая поддержка.

    “Как я отметил, высший международный орган – Совет Безопасности ООН принял резолюции, требующие вывода армянских войск. То же самое сделала Генеральная ассамблея ООН. Аналогично поступили другие международные структуры, такие как Организация исламского сотрудничества, Движение неприсоединения, Европейский парламент и другие, однако этого недостаточно. Таким образом, у нас есть и правовые рамки для решения конфликта. Однако на агрессора не оказывается достаточного практического давления. Так что здесь мы видим противоречие между международным правом и происходящим в реальности. Откровенное игнорирование Арменией международного права и норм является наглядным показателем того, что международное право не работает или работает селективно”, – сказал Президент Ильхам Алиев.

  • Prezident: “İndi baş verənlər Ermənistanın destruktiv siyasətinin nəticəsidir”

    “Bir çox hallarda mən bu məsələni qaldırmışam və demişəm ki, Ermənistanı qətnamələrin tələblərinə əməl etməyə məcbur etmək və torpaqlarımızın boşaldılmasına başlamaq üçün ona qarşı beynəlxalq sanksiyalar tətbiq olunmalıdır. Lakin mənim müraciətlərimə müvafiq şəkildə cavab verilməmişdir və indi baş verənlər Ermənistanın destruktiv siyasətinin nəticəsidir”.

    AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində səsləndirib.

    Beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərar və qətnamələri baxımından Azərbaycanın çox geniş dəstəyə malik olduğunu vurğulayan dövlətimizin başçısı deyib:

    “Dediyim kimi, beynəlxalq ali orqan olan BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın qoşunlarının geri çəkilməsini tələb edən qətnamələr qəbul etmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası eynisini edib.

    İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar və başqaları eynisini edib, lakin bu, kifayət etmir. Beləliklə, münaqişənin həlli üçün hüquqi çərçivəmiz var, lakin təcavüzkara kifayət qədər praktiki təzyiq yoxdur.

    Beləliklə, biz burada beynəlxalq hüquq və reallıqda baş verənlər arasında ziddiyyət görürük. Ermənistan tərəfindən beynəlxalq hüquqa və normalara açıq şəkildə məhəl qoyulmaması beynəlxalq hüququn işləmədiyinin və ya selektiv üsulla işlədiyinin yaxşı göstəricisidir”.

  • Президент Ильхам Алиев: Армения не хочет мира

    Армения не хочет мира. Они хотят навсегда оставить наши земли под оккупацией. Они не хотят изменить статус-кво, и это причина того, что конфликт длится так долго. Если бы Армения проявила волю и вела себя в соответствии с резолюциями ведущих международных организаций, то конфликт был бы решен много лет назад.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Азербайджана Ильхам Алиев в интервью телеканалу “Аль-Джазира”, отвечая на вопрос о причинах затягивания конфликта.

    “Когда в 1993 году Армения оккупировала часть наших земель, Совет Безопасности ООН принял четыре резолюции, требующие немедленного, полного и безоговорочного вывода войск с наших территорий. Однако эти резолюции остаются на бумаге. С целью посредничества для поиска путей решения уже 28 лет действует Минская группа, но никакого результата нет. Как я уже отметил, основная причина – позиция Армении. Вторая причина заключается в том, что посредники не настаивают и не оказывают давления для начала выполнения резолюций Совета Безопасности ООН”, – сказал Президент Ильхам Алиев.

  • İlham Əliyev: “Ermənistan sülh istəmir, onlar bizim torpaqları həmişəlik işğal altında saxlamaq istəyirlər”

    “Ermənistan sülh istəmir. Onlar bizim torpaqları həmişəlik işğal altında saxlamaq istəyirlər. Onlar status-kvonu dəyişmək istəmirlər və bu da münaqişənin bu qədər uzun çəkməsinin səbəbidir. Əgər Ermənistan iradə göstərsəydi və əsas beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı, münaqişə uzun illər bundan əvvəl həll edilmiş olardı”.

    AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində aparıcının münaqişənin uzanmasının səbəbləri barədə sualını cavablandırarkən səsləndirib.

    “1993-cü ildə Ermənistan ərazilərimizin bir hissəsini işğal etdikdə BMT Təhlükəsizlik Şurası qoşunların bizim ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul etdi. Lakin bu qətnamələr kağız üzərində qalmaqdadır.

    Həll yolunun tapılması üçün vasitəçilik aparmaq məqsədilə Minsk Qrupu artıq 28 ildir ki, fəaliyyət göstərir və heç bir nəticə yoxdur.

    Qeyd etdiyim kimi, əsas səbəb Ermənistanın mövqeyidir, ikinci səbəb Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına başlamaq üçün vasitəçilər tərəfindən təkid göstərilməməsi və təzyiqin olmamasıdır”, – dövlət başçısı qeyd edib.