Month: October 2020

  • Гора в Турции окрасилась в цвета азербайджанского флага – ФОТО

    Символ турецкого города Амасья – гора Харшен – окрасилась в цвета азербайджанского флага в знак поддержки нашей страны, передает агентство İHA.

    Кроме того, по инициативе местного муниципалитета и администрации губернатора на гору и расположенную на ней крепость были спроецированы изображения флагов Турции и Азербайджана.

  • Türkiyədə dağ Azərbaycan bayrağının rənglərinə büründü – FOTO

    Türkiyədə Amasya şəhərinin simvolu olan Harşena dağı Azərbaycana dəstək olaraq qırmızı, yaşıl və mavi rənglərə bürünüb.

    İHA xəbər verir ki, Amasya Valiliyi və Bələdiyyəsi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalından sonra aparılan əməliyyatları dəstəkləmək üçün “Harşena Dağı və Harşena Qalası”nın yerləşdiyi dağı Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıb.

    Dağın mərkəzində Türkiyə və Azərbaycan bayraqları əks olunub.

  • Проводится брифинг в связи с преступлениями, совершенными армянами против мирного населения АР – ПРЯМОЙ ЭФИР

    3 октября проходит брифинг в связи с преступлениями, совершенными вооруженными силами Армении против гражданского населения Азербайджана.

    В пресс-конференции принимают участие помощник Президента АР – завотделом Администрации главы государства по вопросам внешней политики Хикмет Гаджиев и генеральный прокурор Кямран Алиев.

  • Ermənilərin əhalimizə qarşı cinayətləri ilə bağlı brifinq keçirilir – CANLI YAYIM

    Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalimizə qarşı törədilmiş cinayətlərlə bağlı brifinq keçirilir.

    Brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Baş prokuror Kamran Əliyev iştirak edir.

  • Ильхам Алиев и Мехрибан Алиева пожертвовали месячную зарплату в Фонд помощи ВС

    Президент Азербайджана Ильхам Алиев и Первый вице-президент Мехрибан Алиева пожертвовали в Фонд помощи Вооруженным силам средства в размере месячной зарплаты, сообщает АЗЕРТАДЖ.

    Фонд помощи ВС создан указом Президента АР за №755 от 17 августа 2002 года с целью развития и укрепления материально-технической базы ВС.

    Согласно его уставу, юридические и физические лица, осуществляющие деятельность на территории Азербайджана, могут осуществлять добровольные выплаты с целью оказания финансовой поддержки укреплению материально-технической и социальной базы Вооруженных сил.

  • İlham Əliyev və Mehriban Əliyeva bir aylıq əməkhaqlarını Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bir aylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə ediblər.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu Prezident Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli fərmanı ilə yaradılıb.

    Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə formalaşıb.

    Fondun əsasnaməsinə əsasən, Silahlı Qüvvələrin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər könüllü ödəmələr həyata keçirə bilərlər.

  • Помощник Президента Азербайджана дал интервью Russia Today Arabic – ВИДЕО

    Помощник Президента Азербайджана – заведующий отделом по вопросам внешней политики Администрации главы государства Хикмет Гаджиев дал интервью Russia Today Arabic.

    Он рассказал о провокациях, которые Армения совершает с 27 сентября по всей линии фронта, контрнаступлении Азербайджана, освобождении ряда территорий от вражеской оккупации.

  • Hikmət Hacıyev Ermənistanın son təxribatları ilə bağlı “Russia Today Arabic”ə danışıb – VİDEO

    Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın son təxribatları ilə bağlı “Russia Today Arabic” kanalına müsahibə verib.

    Prezidentin köməkçisi sentyabrın 27-dən cəbhə boyunca Ermənistanın törətdiyi təxribatlar, Azərbaycanın əks-hücum əməliyyatı, bəzi ərazilərimizin düşmən işğalından azad edilməsi kimi məsələlər müzakirə olunub.

  • В Фонд помощи ВС за последний месяц поступило около 7 млн манатов

    Обнародован размер средств в Фонде помощи Вооруженным силам Азербайджана на 1 октября 2020 года.

    Так, с 1 сентября по 1 октября в нем собраны 6 691 593 маната и 5 102 доллара.

    В целом в фонде – 120 106 408 манатов, 218 680 долларов, 18 341 евро и 5 000 рублей.

  • Silahlı Qüvvələrə Yardım Fonduna son bir ayda 7 milyon manata yaxın vəsait daxil olub

    Oktyabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb.

    Belə ki, sentyabr ayı ərzində Silahlı Qüvvələrə Yardım Fonduna 6 milyon 691 min 593 manat və 5 102 dollar vəsait daxil olub.

    Ümumiyyətlə, Fonda cari il oktyabrın 1-dək olan tarixə 120 milyon 106 min 408 manat, 218 min 680 ABŞ dolları, 18 min 341 avro və 5 000 rubl vəsait daxil olub.