Month: October 2020

  • Xarici jurnalistlər, ictimai-siyasi xadimlər Azərbaycana dəstək olublar

    Bu gün Azərbaycanın haqq işində təkcə xarici ölkələrdə yaşayan, qəlbi Vətənlə döyünən soydaşlarımız həmrəylik nümayiş etdirmir, ölkəmizə dost münasibəti bəsləyən xarici ekspertlər, tanınmış jurnalistlər, ictimai-siyasi xadimlər də öz dəstəklərini müxtəlif platformalardan ifadə edirlər.

    Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

    Məlumatda bildirilib ki, onlar dünya ictimaiyyətini ölkəmizin ədalətli mövqeyini müdafiə etməyə çağırırlar. Bu münasibətlərin bəzilərini təqdim edirik.

    Amerikalı jurnalist və analitik İrina Tsukerman:

    “Ermənistanın Azərbaycanın mülki əhalisinə və yaşayış sahələrinə hücumu ölümlə nəticələndi. Bu, hərbi cinayət və insan haqlarının istismarıdır. Azərbaycan torpağı Ermənistan tərəfindən BMT-nin çoxsaylı qətnamələri pozularaq qanunsuz olaraq işğal edilib”.

    Fransalı tarixçi Maksim Qauin sosial şəbəkə hesabındakı paylaşımlarında Ermənistanın əsl simasını ifşa edərək Azərbaycana dəstəyini nümayiş etdirib:

    “1994-cü il danışıqları heç bir nəticə vermədi. Azərbaycan İrəvan rejiminin oğurladığını geri qaytarır.”

    BMT layihələrində Dayanıqlı İnkişaf Məqsədləri üzrə pakistanlı ekspert, Pakistan-Azərbaycan Məzunlar Birliyinin təsisçisi Qaiser Navab:

    “Şübhəsiz Qarabağ Azərbaycandır….Pakistanlı gənclər davam edən Qarabağ münaqişəsində Azərbaycanı birmənalı şəkildə, hərtərəfli dəstəkləyirlər.”

    Banqladeşli jurnalist Marzia Mumu Xocalı soyqırımı, Ermənistanın 2020-ci ilin iyul ayında hərbi təxribatı zamanı evləri dağılmış dinc sakinlərin və şəhid olmuş hərbçilərimizin dəfn mərasimindən ailə üzvlərinin şəklini paylaşıb:

    “Soyqırım, işğal və təcavüz.”

    İsrailli yazıçı və jurnalist Petr Lyukimson isə sosial şəbəkə hesabından paylaşım edərək Ermənistanla Azərbaycan arasındakı münaqişənin həm qədim, həm müasir tarixindən xəbərdar olmayan heç bir zaman bu regionda olmamış insanların birmənalı şəkildə Ermənistanın tərəfində dayanmalarını pisləyib.

    O bildirib ki, “Hərbi əməliyyatların Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş, yerli əhalisi qovulmuş əzəli torpaqlarında aparılması faktı onları narahat etmir”.

    Həmçinin Dövlət Komitəsindən bildirilib ki, Yapon müğənni Kyoko Yamamoto facebook sosial şəbəkəsində Azərbaycana münasibətini, sevgisini yazaraq ölkəmizə dəstək nümayiş etdirib.

    “İlk dəfə Azərbaycana 2014-cü ildə getmişəm və Nar bayramında iştirak etmişəm. Mən nar şirəsinin eksportuna başlamaq, narı bir simvol kimi tanıtdırmaq istəyirdim. 2018-ci ildə yenidən Azərbaycana getdim və Heydər Əliyevin anım mərasimində iştirak etdim. Azərbaycan ərazicə böyük olmasa da, böyük ürəyə sahibdir. Azərbaycanın musiqisinə, mədəniyyətinə aşiqəm. Arzu edirəm ki, Azərbaycana sülh qayıtsın…Yaşa, Yaşa, Azərbaycan!”, – deyə o bildirib.

  • Враг обстрелял автовокзал в Тертере, есть погибший – ОФИЦИАЛЬНО

    В результате очередного артиллерийского обстрела вооруженными силами страны – оккупанта территории Азербайджана, на которой компактно проживает мирное население, 1 октября, около 09:00, снаряд попал в автовокзал города Тертера. Осколком был убит Забиль Мухаммед оглу Гасанов (1982 г.р.), инфраструктуре объекта нанесен серьезный ущерб. Об этом сообщает Генеральная прокуратура АР.

    По данному факту в прокуратуре Тертерского района возбуждено уголовное дело по статьям 120.2.1 (умышленное убийство, совершенное преступным сообществом-организацией), 120.2.4 (умышленное убийство, совершенное с особой жестокостью или общеопасным способом), 120.2.12 (умышленное убийство по мотиву национальной, расовой, религиозной ненависти или вражды), 100.2 (ведение агрессивной войны) УК АР.

  • Düşmən Tərtərdə avtovağzala top atdı: Ölən var – RƏSMİ

    İşğalçı ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx olduğu əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində bu gün saat 09:00 radələrində Tərtər şəhər avtovağzalına düşmüş top mərmisinin qəlpələrindən 1982-cı il təvəllüdlü Həsənov Zabil Məhəmməd oğlu həlak olub, avtovağzala ciddi ziyan dəyib.

    Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

    Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanıb.

  • Армяне обстреливают Тертер – ОФИЦИАЛЬНО

    С утра 1 октября подразделения вооруженных сил Армении обстреливают из артиллерии город Тертер.

    Об этом сообщает Министерство обороны Азербайджана.

  • Ermənilər Tərtəri artilleriya atəşinə tutur – RƏSMİ

    Bu gün səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini yenidən artilleriya atəşinə tutur.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

  • Число инфицированных коронавирусом в мире превысило 34 млн

    По данным на утро 1 октября, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 34 159 232.

    Суточный прирост составил 315 054 человека.

    За весь период пандемии скончались 1 018 792 заразившихся, выздоровели – 25 430 552.

    Больше всего инфицированных в США (7 447 282). На втором месте – Индия (6 312 584), третьем – Бразилия (4 813 586). В первую пятерку также входят Россия (1 176 286) и Колумбия (829 679).

    По числу жертв инфекции лидируют Соединенные Штаты – 211 740, а по количеству выздоровевших – Индия – 5 273 201.

    Иран с 457 219 заболевшими занимает 13-е место, Турция (318 663) – 18-е.

    В Армении коронавирусом заразились 50 359 человек, в Грузии – 6192.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в Иране – 26 169 летальных исходов.

    На сегодня в Азербайджане подтверждены 40 229 случаев инфицирования коронавирусом, 37 954 человека вылечились, 591 – скончался.

  • Dünyada koronavirusa yoluxanların sayı 34 milyonu keçdi – STATİSTİKA

    Dünyada 34 159 060 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 1 018 791 xəstə ölüb, 25 430 448 nəfər sağalıb.

    Koronavirusun ən çox müşahidə olunduğu dövlətlər ABŞ (7 447 282 nəfər), Hindistan (6 312 584 nəfər), Braziliya (4 813 586 nəfər) və Rusiyadır (1 176 286 nəfər).

    İranda 457 219, Türkiyədə 318 663, Ermənistanda 50 359, Gürcüstanda 6 192 nəfərdə koronavirus qeydə alınıb.

    Azərbaycanın sərhəd qonşuları arasında virusdan ən çox ölüm İranda müşahidə olunur (26 169 nəfər).

    Azərbaycanda koronavirusun aşkar edildiyi 40 229 nəfərin 591-i ölüb, 37 954 isə nəfər sağalıb.

  • В ходе ночных боев нанесены артиллерийские удары по противнику – ВИДЕО

    В ходе ночных боев подразделения азербайджанской армии нанесли сокрушительные артиллерийские удары по позициям вооруженных сил Армении, дислоцированным на оккупированных территориях.

    Об этом сообщает пресс-служба Минобороны Азербайджана.

  • Düşmənə artilleriya zərbələri endirildi – VİDEO

    Ermənistan silahlı qüvvələrinin işğal altında olan torpaqlarımızda tutduqları mövqelərinə gecə ərzində bölmələrimiz tərəfindən sarsıdıcı artilleriya zərbələri endirilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

  • Kolumbiya Senatından Azərbaycana DƏSTƏK – FOTO

    Kolumbiya Senatının Xarici Əlaqələr daimi Komissiyası bu gün qəbul etdiyi bəyanatda 27 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi və mülkü əhali arasında itkilərə səbəb olan hücumları və təcavüzü pisləyib, eləcə də ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq qaydada tanınmış sərhədlərinin toxunulmazlığına dəstəyini bir daha ifadə edib.

    Sənəddə Kolumbiya Senatının adıçəkilən komissiyası tərəfindən təcavüzkar siyasətə son qoyulmasına, münaqişənin beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq çərçivəsində və BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrinin tətbiqi ilə həllinə çağırış edilir.

    Bəyanatda beynəlxalq təşkilatlar Azərbaycan ərazisində yaşanan münaqişəyə münasibətdə daha ehtiyatlı davranmağa, ədalətli və qərəzsiz mövqedən çıxış etməyə çağrılır.

    Sonda dost ölkə olaraq Kolumbiyanın Azərbaycan hökuməti və xalqına həyatını itirmiş şəhidlərə görə başsağlığı verdiyi bildirilir.