Month: October 2020

  • Azərbaycanlı hakerlər Ermənistan Silahlı Qüvvələrinin kapitanının sənədlərini ələ keçirdi – FOTO

    Azərbaycanlı hakerlər Ermənistan hərbçisinə, Ermənistan Silahlı Qüvvələrinin kapitanına məxsus sənədi əldə edib.

    Bu barədə “Azerbaijan Cyber Army” “Telegram” səhifəsində məlumat yayıb.

    Qeyd edək ki, Ruben Sənəmyan iyulun 13-dən 14-nə keçən gecə Tovuz rayonunda şiddətli döyüşlər zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun şəhid olduğu təxribatın təşkilatçısıdır.


  • Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsi ilə bağlı Ermənistanın iddialarına rəsmi Bakıdan CAVAB

    Son günlərdə bəzi xarici KİV-də guya ki, Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsi ilə bağlı tamamilə yalan və iftira dolu qarayaxma kampaniyasının aparıldığını müşahidə edirik. Heç bir fakta əsaslanmayan, uydurma şəxslərlə müsahibələr şəklində yayılan bu iddiaların arxasında Ermənistanın durduğu heç bir şübhə doğurmur.

    Bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın bəzi xarici media agentlikləri tərəfindən yayılan guya ki, Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsi ilə bağlı iddialara dair şərhində deyib.

    O qeyd edib ki, bu qarayaxma kampaniyasının məqsədi Ermənistan tərəfindən son zamanlar nümayişkaranə şəkildə həyata keçirilən və beynəlxalq humanitar hüququn kobud pozulması halı olan Yaxın Şərq ölkələrindən terror təşkilatlarının nümayəndələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsinin yaratdığı mənfi beynəlxalq ictimai rəyi kompensasiya etmək cəhdidir:

    “Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarının işğalı zamanı hərbi əməliyyatlarda terror qruplaşmalarından və muzdlu döyüşçülərdən istifadə edildiyinə dair çoxsaylı faktlar mövcuddur. Hazırda da Ermənistan rəhbərliyi bu siyasəti davam etdirərək, həyata keçirdiyi yeni təcavüz aktı çərçivəsində Azərbaycana qarşı ekstremist ünsürlərdən geniş istifadə edir. Belə ki, Ermənistanın hərbi məqsədlər üçün istifadə ediləcək “könüllü döyüşçü dəstələrin” yaradılması planı, məhz illər ərzində Yaxın Şərq bölgəsindən Ermənistana köçürülmüş terrorçuların “xidmətlərindən” istifadə etmək məqsədi güdür.

    İllərdən bəri ağır demoqrafik böhran yaşayan və bunun nəticəsində silahlı qüvvələrini komplektləşdirmək iqtidarında olmayan Ermənistandan fərqli olaraq, Azərbaycanın tam komplektləşdirilmiş silahlı qüvvələri mövcuddur və bu silahlı qüvvələr qarşıya qoyulan məqsədə nail olmaq üçün hər hansı bir kənar qüvvəyə, xüsusilə də qeyri-nizami qruplaşmalara ehtiyac duymayacaq qədər peşəkar və güclüdür.

    Bu uydurma iddialar sadə məntiqə sığmadığı kimi, hərbi-texniki cəhətdən də tutarsızdır. Müxtəlif mənbələr guya ki, Azərbaycana bir-neçə yüzə yaxın muzdluların gətirildiyini iddia edir. O zaman belə bir sual ortaya çıxır; iki nizami ordunun mümkün toqquşması kontekstində azsaylı qeyri-nizami dəstələr qüvvələr balansında nə dəyişiklik edə bilər? Əlbəttə, dezinformasiyanı yayanlar bu suala cavab vermək iqtidarında deyil.

    Bir daha, Azərbaycana qarşı aparılan bu çirkin iddiaları qətiyyətlə rədd edir və Azərbaycan Ordusunun öz beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin etmək üçün heç bir kənar qüvvəyə ehtiyacı olmadığını vurğulayırıq”.

  • Türk polisindən azərbaycanlı xanıma jest: “Cəzanı onlara ödətdirəcəyik!”

    Türkiyənin İstanbul şəhərində yaşayan azərbaycanlı jurnalist Aytac Carçıyeva türk polisinin jesti ilə qarşılaşıb.

    Yol hərəkət qaydalarını pozan A. Carçıyeva Türkiyə polisi ilə olan dialoqunu sosial şəbəkə hesabında paylaşıb.

    O bidirib ki, azərbaycanlı olduğunu bilən polislər Aytaca “Sənin cəzan yoxdur, cəzanı ermənilərə ödətdirəcəyik” deyə jest ediblər.

    Dialoqu olduğu kimi təqdim edirik:

  • Bostonda “Qarabağ Azərbaycandır” plakatı asıldı – Foto

    Massaçusets ştatında Boston şəhərində yaşayan soydaşlarımız Qarabağa dəstəklərini nümayiş etdirərək yerli sakinlərin diqqətini cəlb edə biliblər.

    Onlar “Qarabağ Azərbaycandır” plakatını James Jackson Storrow Memorial Drive ərazisində, Çarles çayının cənub sahili boyunca şərqdən qərbə uzanan böyük bir park yolunda asıblar.

    Gənc azərbaycanlılar bununla amerikalıların diqqətini Qarabağda baş verənlərə yönəldə biliblər.

  • Deputat: “Kim neçə uşağa baxa bilirsə, o qədər uşaq dünyaya gətirməlidir”

    “Seçkiqabağı keçirdiyim görüşlərin heç birində Qəbələdən olan seçicilərim məşğulluqla bağlı məsələ qaldırmadı. Onların hamısı uşaqpulu istəyirdi. Bu nə məntiqdir? Bir adam mənə demədi ki, iş ver. Hamısı deyirdi, mənə uşaqpulu ver”.

    APA-nın məlumatına görə, bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin bu gün keçirilən iclasında deputat Aqiyə Naxçıvanlı deyib.

    O bildirib ki, hər şeyi dövlətin üzərinə atmaq olmaz:

    “Necə yəni, sən sağlam şəkildə uşaq dünyaya gətirəcəksən, amma onun üçün dövlətdən pul istəyəcəksən?! Ailə planlaşdırması olmalıdır. Kim neçə uşağa baxa bilirsə, o qədər uşaq da dünyaya gətirməlidir”.

  • Hərbiyə çağırılan vətəndaşların əməkhaqqı necə ödəniləcək?

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ölkədə qismən səfərbərlik elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncam qüvvəyə mindiyi gündən artıq ölkə vətəndaşları səfərbərliyə cəlb olunub.

    Maraqlıdır, hərbi səfərbərliyə cəlb olunmuş vətəndaşların – müəssisə əməkdaşlarının, eləcə də fiziki şəxslərin əməkhaqları necə tənzimlənəcək?

    “Qafqazinfo”ya bu barədə danışan İnsan Hüquqları üzrə Birgə Qrupun katibi Sahib Məmmədov bildirib ki, səfərbərliyə cəlb olunan hər bir kəsin əməkhaqqı mütləq ödənilməlidir:

    “Hərbi toplantı olduğu müddətdə müəssisənin ləğv olunması istisna olmaqla digər hallarda onların əmək müqaviləsinə xitam vermək qadağandır. Müəssisə ləğv olunarsa, iki aylıq çağırış müddəti uzanarsa (adətən 2-3 ay nəzərdə tutulur), həmin müəssisənin varisi o şəxsin üç ay üçün əməkhaqqını ödəməlidir”.

    Hüquq müdafiəçisi qeyd edib ki, hərbi toplantıya gedən şəxs xəstələnərsə, döyüşdə yaralanarsa, təyin olunmuş müddətdən daha çox qalarsa, bu halda da onun əməkhaqqı ödənilməlidir:

    “Bu, dövlət və ya özəl formadan asılı olmayaraq, hamı üçün keçərlidir”.

    Sahib Məmmədov əlavə edib ki, bəzən bu kimi məsələlərdə problem yaranır:

    “Qeyri Hökumət Təşkilatlarının layihə çərçivəsində hər hansı bir əməkdaşı səfərbərliyə cəlb olunursa, o halda QHT-nin ona əməkhaqqı ödəmə imkanı yoxdur. Çünki QHT-nin, qeyri-kommersiya təşkilatının əmək haqqı fondu formalaşmayıb. O, layihə çərçivəsində bir və ya müəyyən müddət üçün əməkhaqqı ödəyə bilər”.

    S.Məmmədov həmçinin, hərbi səfərbərliyə cəlb olunan fiziki şəxslərin əməkhaqqı məsələsinin tənzimlənməsinə də aydınlıq gətirib:

    “Fiziki şəxslər mağaza, aptek açıb və bir neçə işçi çalışdırır. Bu yerlərdə çalışan əməkdaş səfərbərliyə cəlb olunduqda, mağaza sahibinin ona maaş ödəməyə imkanı olmayacaq. Bu kimi nüanslar var. Yaxşı olardı qanunvericilikdə nəzərdə tutulsun ki, belə hallarda müəssisənin, fiziki şəxsin ödəniş qabiliyyəti olmadığı təqdirdə icra hakimiyyəti məsələyə baxsın. Burada bir boşluq var. Qalan məsələlər qanunvericiliklə tənzimlənir”.

    Millət vəkili Vüqar Bayramovun fikrincə, dövlət və özəl qurumlarda əməkhaqqı müqaviləsi ilə çalışan və orduya könüllü qoşulan vətəndaşlarımıza, onların ailələrinə maaşların ödənilməsində problem olmayacaq:

    “Bununla yanaşı, qeyd edim ki, çoxlu sayda həmyerlilərimiz var ki, onlar ya günəmuzd və ya rəsmi əmək müqaviləsi olmadan çalışırdılar. Onlar könüllü şəkildə orduya yazılır və ərazi bütövlüyünün qorunmasında iştirak edirlər. Həmin vətəndaşlarımızın ailələrinin sosial təminatının qorunmasında dəstək olmağımız çox vacibdir. Bu baxımdan, təklif edirəm ki, könüllü və qismən səfərbərlik ilə torpaqlarımızın işğaldan azad olunması üçün orduya qoşulan vətəndaşlarımızın siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılaraq müvafiq dəstəkləyici tədbirlər daha da genişləndirilsin. Günəmuzd işləyən və ya işləməyən vətəndaşlarımızın ailələrinə maliyyə dəstəyi ilə bağlı tədbirlərin də instensivləşdirilməsinə ehtiyac var”.

    ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov isə bildirib ki, Əmək Məcəlləsinə əsasən işçi hərbi mükəlləfiyyətlə bağlı vəzifələrini yerinə yetirməsi üçün hərbi toplanışa cəlb edilib ordu sıralarında iştirak etdikdə iş yeri və əməkhaqqı saxlanılır:

    “Orta əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində işçinin qazandığı əməkhaqqından hesablanır. Hərbi xidmət haqqında qanuna əsasən toplanışa çağırılmış hərbi vəzifəlilər çağrış üzrə vəzifələrini yerinə yetirdikləri bütün dövrdə daimi iş yerində maaşı saxlanılmaqla iş yerləri qorunur. Göstərilən şəxslərin əmək müqaviləsinə şəxsin iş yerinə qayıdana qədər xitam verilə bilməz. Əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı işə götürən müvafiq əmr vermə səlahiyyətinə malikdir”.

  • Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması yalandır – RƏSMİ

    “Ermənistan mətbuatında guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması və qalıqlarının İran ərazisinə düşməsi barədə yayılan məlumatlar yalandır və əsassızdır”.

    Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı məlumat verib.

    Onun sözlərinə görə, Hərbi Hava Qüvvələrimizə məxsus bütün aviasiya vasitələri tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir.

  • Захвачена еще одна единица армянской военной техники – ФОТО

    Захвачена еще одна единица армянской военной техники, сообщил командированный на фронт корреспондент АЗЕРТАДЖ.

    По его словам, противник бежит, отступая перед натиском азербайджанской армии и бросая технику.

    В результате успешной операции в качестве трофея наши военнослужащие захватили принадлежащий армянам военный грузовик “Урал”.

    В его кузове обнаружен оставленный армянским солдатом головной убор. Машина находится в рабочем состоянии.

    Отметим, что ранее в качестве трофеев были захвачены автомобили противника марок “Урал” и УАЗ.







  • Ermənilərin daha bir texnikası ələ keçirildi – FOTO

    Ermənilərin daha bir texnikası ələ keçirilib.

    AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, Azərbaycan Ordusu qarşısında geri çəkilən düşmən ordusu texnikalarını ataraq qaçırlar.

    Hərbçilərimiz uğurlu əməliyyat nəticəsində düşmənin daha bir texnikasını – “URAL” markalı hərbi maşınını qənimət olaraq ələ keçirib.

    Maşının içində erməni əsgərinə məxsus papaq aşkar edilib. Texnika işlək vəziyyətdədir.

    Qeyd edək ki, daha əvvəl düşmənin 1 “URAL” və 1 “UAZ” markalı hərbi maşını da qənimət olaraq ələ keçirilmişdi.







  • Минобороны Азербайджана: У армянской армии серьезные проблемы с обеспечением

    Под натиском атак подразделений азербайджанской армии армянские воинские формирования несут большие потери по всей линии фронта. Об этом сообщает Министерство обороны АР.

    “Стало известно, что армянские воинские подразделения, находящиеся на оккупированных территориях Азербайджана, испытывают серьезные трудности в материально-техническом обеспечении своих частей.

    Обеспокоенность армянского военного командования вызывает то, что тыловики, опасаясь попасть под удары наших подразделений, отказываются доставлять боеприпасы и горюче-смазочные материалы частям на передовой”, – говорится в сообщении.