Month: October 2020

  • Prezidentin köməkçisindən erməni əsgərin Sərhəd Xidmətimizin geyimində yayılan fotosuna SƏRT REAKSİYA

    Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev erməni əsgərin Azərbaycan Dövlət Sərhəd Xidmətinin geyimini geyinməsi ilə bağlı məsələyə münasibət bildirib.

    H.Hacıyev qeyd edib ki, Ermənistan Müdafiə Nazirliyi tərəfindən Ermənistan müdafiə nazirinin erməni əsgərlərlə fotosu yayılıb:

    “Fotoda Ermənistan müdafiə nazirinin yanında əyləşən ayaqyalın erməni əsgərin hərbi geyimi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi geyimi ilə eynilik təşkil etməsi ciddi şübhələr doğurub. Bir neçə dəqiqədən sonra Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti tərəfindən həmin fotoşəkillər rəsmi ünvanlardan silinib.

    Həmçinin, xarici kütləvi informasiya vasitələrində kəşfiyyat məlumatlarına istinadən Azərbaycanın işğal olunmuş Şuşa şəhərinə PKK terrorçularının yerləşdirilməsi və onlara Azərbaycan silahlı qüvvələrinin hərbi geyimlərinin geyindirilməsi barədə ciddi xəbərlər öz əksini tapıb.

    Xatırlatmaq istərdik ki, bir müddət əvvəl Ermənistan tərəfindən tamamilə qeyri-peşəkar formada Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi geyimlərində olan əcnəbi muzdlular haqqında saxta video hazırlanıb və bu guya Azərbaycan tərəfdə muzdluların vuruşması kimi qələmə verilib. Təəssüflə qeyd etməliyik ki, faktı yoxlamadan bəzi nüfuzlu media qurumları bu saxta məlumata istinad etmişdilər”.

    “Ermənistan müdafiə nazirinin yanında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi geyimində olan erməni əsgərlərin oturması Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyi altında bu kimi Bollivud tipli saxta filmlərin çəkilməsi faktını sübut edir.

    Hadrut rayonu ərazisində guya iki nəfər erməni hərbi əsirin öldürülməsinin səhnələşdirilməsi də Ermənistan müdafiə nazirliyi və ona tabe strukturların zəngin yaradıcılıq qabiliyyətinin nəticəsidir. Ciddi araşdırma aparmadan BBC-nin onlayn resursunda erməni əsilli müəllifin dili ilə bu saxta fakta yer ayrılması ciddi təəssüf doğurur.

    Ermənistan rəhbərliyinin və kriminal xunta rejiminin hər hansı mənəvi-etik məhdudiyyətləri yoxdur. Ermənistan tərəfi PKK terrorçularına və Ermənistan əsgərlərinə Azərbaycan silahlı qüvvələrinin hərbi geyimlərini geyindirərək onlar tərəfindən mülki erməni əhaliyə qarşı hərbi cinayətlərin törədilməsini təşkil edə və sonradan bütün propaqanda resurslarını cəlb edərək, məsuliyyətin Azərbaycanın üzərinə atmağa da cəhd göstərə bilər.

    Döyüş şəraitində məhv edilən və Azərbaycan silahlı qüvvələrinin hərbi formasi geyindirilmiş PKK terrorçularını isə guya Azərbaycan tərəfdən vuruşan muzdlular kimi təqdim edə bilər.

    1988-ci ildə SSRİ DTX-nin dəstəyi ilə Ermənistan xüsusi xidmət orqanlarının Sumqayıtda erməni kriminal Eduard Qriqoryanın rəhbərliyi altında mülki erməni əhalisinə qarşı poqromların təşkil edilməsi və sonradan buna görə Azərbaycanın günahlandırılması faktını çox yaxşı xatırlayırıq.

    Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan mülki erməni əhalisini Ermənistan silahlı qüvvələrinin və kriminal xunta rejiminin bu kimi potensial təxribatlarına qarşı ayıq-sayıq olmağa, hərbi obyektlərdən kənar durmağa çalışırıq.

    Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən qeyd olunduğu kimi Azərbaycanın mülki erməni əhalisi ilə heç bir işi yoxdur.

    Azərbaycan silahlı qüvvələrinin nəzarətində olan ərazilərə keçmək istəyən mülki əhaliyə və erməni hərbçilərə humanizm prinsipləri və Cenevrə konvensiyaları əsasında bütün zəruri humanitar dəstək göstərməyə hazırıq”, – deyə H.Hacıyev əlavə edib.

  • Ali Baş Komandan işğaldan azad edilən əraziləri açıqladı

    Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizin adlaerını açıqlayıb.

    Ali Baş komandan Azərbaycan xalqına müraciətində siyahını təqdim edib:

    “Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Kürdlər, Dağ Maşanlı , Çələbilər, Kürdlər, Hovuslu, Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çay Tumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri və Qubadlı şəhəri işğaldan azad edilib”.

  • Президент Ильхам Алиев обращается к азербайджанскому народу – ПРЯМОЙ ЭФИР

    26 октября Президент Азербайджана Ильхам Алиев выступает с обращением к азербайджанскому народу.

  • İlham Əliyev Azərbaycan xalqına müraciət edir – CANLI YAYIM

    Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan xalqına müraciət edir.

    Dövlət başçısının müraciəti canlı yayımlanır:

  • Bakıda 129 məktəb şəhidlərimizin adını daşıyır

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 129-u şəhid, 37-si Milli Qəhrəman adını daşıyır.

    İdarədən verilən məlumata görə, məktəblərə Milli Qəhrəmanların və şəhidlərin adının verilməsi şagirdlərin vətənpərvərlik tərbiyəsi işinin səmərəli təşkili baxımından rəmzi məna daşıyır və gələcəyimiz olan gənclərə milli ruhun aşılanmasında mühüm əhəmiyyət kəsb edir.

    Bildirilib ki, vaxtaşırı məktəblərdə adını daşıdıqları qəhrəmanların anım mərasimləri keçirilir, onların hamıya örnək həyat yolu gənclərə nümunə kimi göstərilir.

    Eləcə də təhsil müəssisələrində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərmiş Vətən övladlarının döyüş yolunun öyrənilməsi, canlarından keçmiş igidlərin xatirəsinin əbədiləşdirilməsi, onların şücaətinin təbliği, şagirdlərdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi və Azərbaycançılıq məfkurəsinin möhkəmləndirilməsi məqsədilə işlər aparılır.

  • МВД призвало население Азербайджана сохранять бдительность

    Министерство внутренних дел Азербайджана обратилось к населению.

    “Мы не должны забывать, что Армения, поддерживающая политику террора на государственном уровне, в свое время совершила против нас многочисленные кровавые теракты.

    Нам нельзя даже на мгновение терять бдительность, продолжая при этом вести привычный образ жизни и не впадать в панику!” – говорится в обращении.

  • DİN-dən əhaliyə sayıq olmaqla bağlı XƏBƏRDARLIQ

    Daxili İşlər Nazirliyi (DİN) əhaliyə müraciət edib.

    Nazirliyin mətbuat xidmətindən daxil olan müraciətdə deyilir:

    “Ermənistanın dövlət səviyyəsində terror siyasətini dəstəklədiyini, vaxtilə bizə qarşı çoxsaylı qanlı terror aktları törətdiyini unutmamalıyıq.

    Gündəlik həyat ritmini pozmadan və təşvişə qapılmadan sayıqlığımızı bir an da olsa itirməməliyik!”

  • Мировые цены на нефть снижаются

    Декабрьские фьючерсы на нефть WTI снизились на 1,86%, составив 39,11 доллара за баррель, в ходе торгов в понедельник, 26 октября, передает RT.

    Фьючерсы на нефть марки Brent с поставкой в декабре уменьшились на 1,77% – до 41,03 доллара за баррель.

  • Neftin qiyməti düşdü

    Dünya bazarında neftin qiymətində azalma qeydə alınır.

    RT xəbər verir ki, WTI markalı neftin dekabr fyuçersləri 1,86 faiz azalaraq, bir bareli 39,11 dollara düşüb.

    “Brent” markalı neftin dekabr fyuçersləri 1,77 faiz azalaraq, bir bareli 41,03 dollar təşkil edib.

  • Жителя Шамкира застрелили из охотничьего ружья

    В Шамкирскую районную прокуратуру 25 октября, около 16:00, поступила информация о том, что житель села Ирмашлы Иса Мустафаев (1937 г.р.) скончался от огнестрельных ранений.

    В ходе расследования возникли обоснованные подозрения в том, что на почве выяснения отношений в И.Мустафаева выстрелил из охотничьего ружья его родственник Гусейн Рустамов (1947 г.р.).

    По данному факту возбуждено уголовное дело по статье 120.1 (умышленное убийство) УК АР.

    Г.Рустамов задержан в качестве подозреваемого. Следствие продолжается.