Month: October 2020

  • Ağcabədi rayonu yenidən atəşə tutulub – RƏSMİ

    Yeni humanitar atəşkəs rejimini pozmaqda davam edən Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun ərazisini yenidən artilleriya atəşinə tutub.

    Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

  • Требование Армении к волонтерам: должны знать азербайджанский язык – ФОТО

    Единый информационный центр Армении объявил о наборе волонтеров.

    Интересно, что от претендентов требуется знание азербайджанского языка. Так, волонтеры должны знать письменный русский, английский и азербайджанский языки (в крайнем случае – хотя бы один из них – авт.)

    Также отмечается, что нужны специалисты, свободно владеющие азербайджанским языком. Кроме того, необходимо умение отслеживать публикации в зарубежных СМИ, работать в социальных сетях, таких как Facebook, Instagram, Telegram, ВКонтакте и Одноклассники. Волонтеры должны работать ежедневно с 12:00 до 18:00.

    Причина, по которой армянам нужны люди со знанием азербайджанского языка, ясна: они будут распространять дезинформацию и фейковые новости в социальных сетях на азербайджанском языке.

  • Ermənistanın könüllülərdən tələbi: “Azərbaycan dilində bilməlisən” – FOTO

    Erməni Vahid Məlumat Mərkəzi könüllülərin seçimi barədə məlumat yayıb.

    Bunun üçün bir sıra tələblər irəli sürülüb.

    Maraqlı burasındadır ki, könüllü işləmək istəyənlərdən Azərbaycan dilini bilmək də tələb olunur. Belə ki, könüllər rus, ingilis və Azərbaycan dillərini (ən pis halda, heç olmasa bunlardan biri – S.M.) yazılı şəkildə bilməlidir.

    Həmçinin, azərbaycanca sərbəst şəkildə bilən mütəxəssislərə ehtiyac olduğu bildirilib. Erməni könüllərdən xarici KİV-ləri izləmək, “Facebook”, “Instagram”, “Telegram”, “VKontakte” və “Odnoklassniki” kimi sosial şəbəkələrdə işləmək bacarığı da tələb olunur. Könüllülər hər gün saat 12:00-dan 18:00-dək iş başında olmalıdırlar.

    Əslində, ermənilərin azərbaycanca bilən könüllülərə ehtiyac duymasının səbəbi bəllidir. Onlar bununla da azərbaycanca sosial şəbəkələrdə dezinformasiya, saxta xəbərlər tirajlamağa çalışırlar.

  • Sabahın havası: Yağış, külək, duman…

    Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, oktyabrın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 20-24, Bakıda gecə 14-16, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

    Sabah Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 21-26, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 27-28-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

  • İlham Əliyev: “Türkiyənin F-16-ları bizə mənəvi dəstək üçün buradadır”

    Prezident İlham Əliyev Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 qırıcı təyyarələrinin Azərbaycana təlimlər üçün gətirildiyini, sonradan isə mənəvi dəstək üçün burada qaldığını bildirib.

    O, Azərbaycan xalqına müraciətində xarici jurnalistlərin bu haqda verdikləri suala aydınlıq gətirib:

    “Demək olar ki, hər gün mən müsahibə verirəm. Mənə sual verilir ki, Türkiyənin F-16-ları nə gəzir sizdə? Mən cavab verməkdən yorulmuşam. Peykiniz var, gedin açın. Görmürsünüz, F-16-lar nə edirlər? Gedib baxın, görün ki, havadadır, ya yerdədirlər. Hər kəs bilir ki, onlar yerdədir və özü də buraya təlimlər üçün gəlib. Onlar müharibə başlayanda Azərbaycanda qalıb. Türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıb. Bir də ki, əgər Azərbaycana qarşı kənardan aqressiya olarsa, onlar həmin F-16-ları görəcəklər.

    Cəmi 5-6 təyyarə aeroportda qalıb. Bunu hər dəfə sual verirlər. Halbuki sual verilməlidir ki, nə üçün Ermənistana silah verirsən? Silah satan ölkələrin vətəndaşları bilirlərmi ki, onların nə qədər pulu batıb? Həmin pullarla alınan nə qədər silahı məhv etmişik. Bir dənə də bu haqda sual verilmir”.

  • Президент Ильхам Алиев: Если хотите прекращения огня, скажите оккупанту, чтобы он отказался от наших земель

    Правовая база позволяет нам преподать врагу урок на поле боя, выдворить его с наших земель.

    Об этом 26 октября заявил Президент Азербайджана, Верховный главнокомандующий Вооруженными силами Ильхам Алиев, выступая с обращением к азербайджанскому народу.

    Он отметил, что справедливость и международное право на нашей стороне.

    “Мы будем продолжать наш путь. Если хотите прекращения огня, скажите оккупанту, чтобы он отказался от наших земель, покинул их. Мы будем идти до конца. Мы и дальше будем гнать врага, что и делаем. Противник убегает и будет убегать, потому что мы сильны и правда на нашей стороне”, – сказал глава государства.

  • Prezident: “Atəşkəs istəyirlərsə, işğalçı dövlətə desinlər ki, bizim torpaqlarmızdan rədd olsun”

    “Hüquqi baza bizə imkan verir ki, bu gün biz döyüş meydanında düşmənə dərs verək, qovaq və torpaqlarımızdan rədd edək”.

    Bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

    Prezident qeyd edib ki, ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir:

    “Biz yolumuza davam edəcəyik. Atəşkəs istəyirlərsə, işğalçı dövlətə desinlər ki, bizim torpaqlarmızdan rədd olsun, çıxsın. Biz sona kimi gedəcəyik. Düşməni bundan sonra da qovacağıq, necə ki qovuruq və qabağımızdan qaçır və qaçacaq. Çünki biz haqlıyıq və güclüyük”.

  • В Сумгайыте с радостью встретили освобождение города Губадлы от оккупации – ВИДЕО

    Сообщение об освобождении города Губадлы от армянской оккупации с большой радостью было встречено жителями Сумгайыта. Особенно счастливы семьи вынужденных переселенцев, проживающие в городе.

    Как сообщает Baku TV, слова Президента Ильхама Алиева “Сегодня азербайджанская армия освободила от оккупации несколько сел Зангиланского, Джебраильского и Губадлинского районов и город Губадлы” вызвали в Сумгайыте ликование.

    Некоторые пришли к дому, где проживает семья погибшего генерала Полада Гашимова, и пожелали матери героя терпения и стойкости.

  • Qubadlı şəhərinin işğaldan azad olunması Sumqayıt şəhərində sevinclə qarşılandı – VİDEO

    Qubadlı şəhərinin işğaldan azad edilməsi xəbəri Sumqayıt şəhərində böyük coşqu ilə qeyd olunub. Sumqayıtda məskunlaşan məcburi köçkün ailələri sevinc içindədirlər.

    Baku TV xəbər verir ki, Prezident İlham Əliyevin “Azərbaycan ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad edib” şad xəbəri Sumqayıtda xüsusi coşqu ilə qeyd olunub. Bütün şəhərdə böyük izdiham yaşanıb. Azad olunan şəhər və kəndlərimizin sevincini yaşayan insanların bir hissəsi General Polad Həşimovun ailəsinin yaşadığı binanın qarşısına gələrək , “Başını dik tut şəhid anası” kimi ifadələr səsləndiriblər.

  • İşğalçılar Ağdamda məktəbi atəşə tutdu – FOTO

    Oktyabrın 26-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağdam rayonu Qaradağlı kənd tam orta məktəbi atəşə tutulub.

    Bu barədə Azərbaycanın Təhsil Nazirliyi məlumat paylaşıb.

    Bildirilib ki, nəticədə, məktəbə ciddi ziyan dəyib.

    Qeyd edək ki, Qaradağlı kənd tam orta məktəbində 400 şagird təhsil alır, 43 müəllim pedaqoji fəaliyyətlə məşğuldur.

    Bu günədək düşmən təcavüzü nəticəsində 40-dan çox məktəbə ziyan dəyib.