Month: October 2020

  • Arnold Şvartseneger növbəti dəfə əməliyyat olundu

    Amerikalı aktyor və Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartseneger növbəti dəfə ürək əməliyyatı olunub.

    Bu barədə o, “Twitter” səhifəsində yazıb.

    Aktyor bildirib ki, Klivlend klinikasında həkimlər ona yeni aorta qapağı qoyublar.

    “Mən özümü fantastik hiss edirəm və artıq Klivlend küçələrində gəzirəm”, – deyə o, klinikanın həkim və tibb bacılarına da təşəkkürünü bildirib.

    Qeyd edək ki, Şvartseneger 2018-ci ilin mart ayında altıncı ürək əməliyyatı zamanı ölümdən dönüb.

  • Azərbaycanlılar “The Guardian” nəşrinin binası qarşısında aksiya keçiriblər

    Londondakı azərbaycanlılar “The Guardian” nəşrinin binası qarşısında aksiya keçiriblər. Tədbirdə, aksiya iştirakçıları əllərində “The Guardian”, Azərbaycanı da dinlə”, “The Guardian”, obyektiv ol”, “The Guardian”, Azərbaycana da söz haqqı ver” kimi şüarlar yazılan plakatlar qaldırıblar. Daha sonra nəşrə ünvanlanan məktub “The Guardian”ın əməkdaşına təqdim edilib.

    Məktubda “The Guardian”da yayımlanan xəbərlərdə ermənilərin mövqeyindən çıxış edilməsi, Azərbaycana söz haqqı verilməməsi qınanılıb. Bildirilib ki, Britaniyanın tanınmış nəşrlərindən olan “The Guardian” tərəf tutmamalı, işğalçı Ermənistan ordusunun Azərbaycanın mülki vətəndaşlarını atəşə tutmasına, uşaqların öldürülməsinə səssiz qalmamalıdır.

  • Хикмет Гаджиев: В результате атаки Армении погиб 16-летний подросток

    Продолжается агрессия Армении против гражданских лиц.

    Об этом на своей странице в Twitter сообщил помощник Президента Азербайджана – заведующий отделом по вопросам внешней политики Администрации главы государства Хикмет Гаджиев.

    “Продолжается агрессия Армении против мирных жителей, особенно детей. В результате ракетного обстрела врагом из РСЗО “Смерч” во дворе своего дома был убит житель Тертера, 16-летний подросток Орхан Исмаилзаде, собиравший хурму”, – написал Х.Гаджиев.


  • Hikmət Hacıyev: “Ermənistanın hücumu nəticəsində 16 yaşlı yeniyetmə vəfat edib”

    Ermənilərin mülki vətəndaşlara qarşı təcavüzü davam edir.

    Bununla bağlı Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında məlumat paylaşıb.

    “Ermənistanın mülki vətəndaşlara, xüsusilə uşaqlara qarşı təcavüzü davam edir. Düşmənin Smerç raket hücumu nəticəsində Tərtər şəhər sakini 16 yaşlı yeniyetmə Orxan İsmayılzadə evlərinin həyətində öldürülüb. Həmin vaxt mövsümlə əlaqədar olaraq Orxan xurma yığırdı”.


  • Враг обстреливает Нафталан и Тертер

    Противник подвергает ракетному обстрелу населенные пункты Азербайджана.

    Об этом сообщает Минобороны АР.

    Армянские вооруженные силы обстреливают из реактивных систем залпового огня территорию Нафталана и Тертера с агдеринского направления.

  • Düşmən Naftalan – Tərtər rayonlarını atəşə tutur

    Düşmən yaşayış məntəqələrimizi raket atəşinə tutur

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Ermənistan silahlı qüvvələri Ağdərə istiqamətindən Naftalan – Tərtər rayonlarının ərazisini yaylım atəşli reaktiv sistemlərdən (YARS) atəşə tutur.

  • Президент Польши заразился коронавирусом

    У президента Польши Анджея Дуды диагностирована коронавирусная инфекция, сообщил пресс-секретарь главы государства Блажей Спихальский, пишет РИА Новости.

    “Вчера президент сдал тест на COVID-19. Результат положительный”, – написал Спихальский в Twitter.

    По словам пресс-секретаря, А.Дуда чувствует себя хорошо.

  • Polşa prezidenti koronavirusa yoluxdu

    Polşa Prezidenti Andjey Dudaya koronavirus infeksiyası diaqnozu qoyulub.

    Bu barədə dövlət başçısının mətbuat katibi Blajey Spixalski “Twitter” hesabında yazıb:

    “Dünən prezident Andjey Duda koronavirus testi verib. Nəticə müsbətdir”.

    Mətbuat katibinin sözlərinə görə, prezident özünü yaxşı hiss edir.

  • Губадлинский район подвергается обстрелу с территории Армении – ОФИЦИАЛЬНО

    Губадлинский район обстреливается с территории Армении.

    Об этом сообщает Минобороны АР.

    Противник, оставивший боевые позиции и вынужденный отступить, с направления Горисского района Армении подвергает артиллерийскому обстрелу территорию Губадлинского района Азербайджана.

    Цель армянской стороны – спровоцировать азербайджанскую армию на ответные меры.

  • Ermənistan ərazisindən Qubadlı rayonu atəşə tutulur – RƏSMİ

    Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    “Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur.

    Ermənistan tərəfinin bu təxribatı törətməkdə məqsədi Azərbaycan Ordusunu cavab tədbirləri görməyə təhrik etməkdir”, – nazirliyin məlumatında bildirilir.