Month: October 2020

  • Tərtərdə 16 yaşlı Orxan İsmayılzadə erməni təxribatının qurbanı oldu – VİDEO

    Bu gün səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy və Tərtər rayonlarını müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutub.

    Baku TV xəbər verir ki, düşmənin Tərtər rayonunun Kəbirli kəndinə raket atması nəticəsində 16 yaşlı Orxan İsmayılzadə həlak olub. Yeniyetmənin həmin saatda bağda xurma yığdığı bildirilir.

    Bundan başqa, bu gün saat 9 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndinə top mərmilərinin düşməsi nəticəsində Qafqaz Yaqubov və Bəylər Şirinova məxsus fərdi yaşayış evlərinə də külli miqdarda ziyan dəyib.

  • Ukraynanın “Obezrevatel” kanalı Dağlıq Qarabağ münaqişəsi haqda film hazırlayıb – VİDEO

    Ukraynanın “Obezrevatel” kanalı Dağlıq Qarabağ münaqişəsi haqqında sənədli film hazırlayıb.

    Filmi ərsəyə gətirən jurnalist bildirib ki, o, yalnız münaqişə fonunda Azərbaycan xalqının nə qədər əziyyət çəkdiyini göstərməyə çalışıb.

    Jurnalist bildirib ki, tarixçi olmasa da, buna baxmayaraq beyəlxalq hüquqdan xəbərdardır və Dağlıq Qarabağ münaqişəsi fonunda Ermənistan tərəfinin təxribatları nəticəsində Azərbaycan xalqı, mülki şəxsləri əziyyət çəkir.

    O qeyd edib ki, film tamaşaçıların özlərinin bu məsələdə qərar verməsinə köməklik göstərəcək.

  • Şəhid hərbçilərin və zərər çəkmiş mülki şəxslərin kreditləri silinəcək

    Azərbaycan bankları ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşən qəhrəmanlarımıza, şəhidlərimizin ailə üzvlərinə bütün dövrlərdə xüsusi diqqət və ehtiramla yanaşmış və bu münasibət hər zaman davam edəcək.

    Azərbaycan Banklar Assosiasiyasından verilən məlumata görə, hərbçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş vətəndaşlarımızın dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankının tövsiyəsi ilə Azərbaycan Banklar Assosiasiyasının üzvləri olan banklar yekdil olaraq aşağıdakı qərarları qəbul ediblər:

    1. Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin;

    2. Düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin;

    3. Hərbi əməliyyatlar zamanı yaralanmış hərbiçilərin banklara olan kredit öhdəliklərinə faizlərin və digər ödəmələrin hesablanması 27 sentyabr 2020-ci il tarixindən tam dayandırılsın;

    4. Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə Şəhid olmuş bank əməkdaşlarının ailələrinə şəhidin bir illik əmək haqqı miqdarında vəsait ödənilsin;

    5. Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə yaralanmış bank əməkdaşlarına onun üç aylıq əmək haqqı miqdarında birdəfəlik maddi yardım ödənilsin.

    Qeyd edilib ki, ölkədə hərbi vəziyyətin elan edildiyini nəzərə alaraq, cəbhəyə səfərbər edilmiş, döyüş bölgəsində yaralanmış şəxslər haqqında və digər əlaqədar məlumatlar məxfi xarakter daşıyır. Bu barədə bankların da məlumatı olmur. Bu səbəbdən, banklar tərəfindən müştərilər haqqında əlavə məlumatlar yalnız onlarla kredit öhdəlikləri ilə bağlı əlaqə saxlanıldığı zaman məlum olur və banklar müştərinin kredit tarixçəsində nəzərə almaq üçün müvafiq qeydlər aparır.

    Bu kateqoriyadan olan şəxslərin kredit öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı hazırda hər hansısa bir tələb irəli sürülmür və kredit tarixçələri pisləşdirilmir.

  • Ceyhun Bayramovla ABŞ-dakı həmyerlimiz arasında maraqlı dialoq – VİDEO/FOTO

    Oktyabrın 23-də Xarici İşlər naziri Ceyhun Bayramovun ABŞ-ın Azərbaycan icması fəalları ilə görüşü zamanı maraqlı anlar yaşanıb.

    Belə ki, görüşdə həmyerlilərimizdən biri C.Bayramova Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşdə çəkilən fotosunu göstərərək onlarla da belə formada şəkil çəkdirməyini istəyib. Nazir isə cavabında “Mən sizinlə elə formada dura bilmərəm” deyib.

  • Азербайджанский солдат действует в рамках норм, установленных международным правом

    После того как азербайджанская армия начала контрнаступательную операцию, Армения, используя все средства и ресурсы, пытается атаковать нашу страну в информационной среде. Таким образом, противник, распространяя не соответствующие действительности информацию, видео и фотографии, пытается сформировать негативное представление об Азербайджане на международной арене.

    Об этом сообщает Минобороны АР.

    “Фальшивые видео и фотографии демонстрируют якобы выходящее за рамки норм, установленных международным правом, жестокое обращение азербайджанского солдата с армянскими пленными и трупами.

    Заявляем, что, в отличие от вооруженных сил Армении, азербайджанская армия обращается с военнопленными, раненными военнослужащими противника, мирными жителями в соответствии с требованиями Женевских конвенций и прилагаемых к ним протоколов, а также проявляет милосердие и уважение.

    Поведение азербайджанского солдата основано на идее уважения к человеческой личности и достоинству, и в отличие от армянских военных, наши военнослужащие различают мирных жителей, гражданские и военные объекты в ходе боевой операции”, – говорится в информации.

  • MN: “Azərbaycan əsgəri beynəlxalq hüquqla müəyyən edilmiş normalar çərçivəsində davranır”

    Azərbaycan ordusu əks-həmlə əməliyyatlarına başladıqdan sonra Ermənistan bütün vasitə və resursları cəlb etməklə informasiya mühitində ölkəmizə qarşı hücuma keçməyə cəhd göstərir. Bununla da qarşı tərəf həqiqətləri əks etdirməyən məlumat, video və fotolar yaymaqla beynəlxalq aləmdə Azərbaycan barəsində mənfi rəy formalaşdırmağa çalışır.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Yayılan saxta video və fotolarda guya Azərbaycan əsgərinin erməni əsir və meyitləri ilə beynəlxalq hüquqla müəyyən edilmiş normalardan kənar, kobud davranması nümayiş etdirilir.

    Bir daha bildirilir ki, Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrindən fərqli olaraq hərbi əsirlər, düşmənin yaralı hərbi qulluqçuları, mülki əhali, o cümlədən meyitləri ilə Cenevrə Konvensiyaları və onlara əlavə edilmiş protokolların tələblərinə uyğun davranmaqla bərabər, mərhəmət və hörmət nümayiş etdirir.

    Azərbaycan əsgərinin davranışı insan şəxsiyyətinə və onun ləyaqətinə hörmət etmək ideyasına əsaslanır və döyüş əməliyyatı zamanı erməni hərbçilərindən fərqli olaraq bizim hərbi qulluqçularımız dinc əhali, mülki və hərbi obyektlər arasında fərq qoyurlar.

  • Армения обнародовала новый список своих потерь

    Названо число армянских военнослужащих, уничтоженных в результате контратаки азербайджанской армии.

    Как сообщает Aysor.am, в новом списке значатся 36 человек.

    Таким образом до настоящего момента в боях уничтожены 963 оккупанта.

  • Düşmən növbəti itkilərini açıqladı

    Ermənistan tərəfinin Azərbaycan ordusunun əks-hücumu nəticəsində itkilərinin sayı açıqlanıb.

    Aysor.am xəbər verir ki, Azərbaycan ordusunu dayandırmağa cəhd göstərən Ermənistan tərəfi daha 36 hərbçisini itirib.

    Ermənistan ordusunun rəsmi açıqlanan itki sayı 963-ə çatıb.

  • В Санкт-Петербурге газпромовская высотка окрасилась в цвета флага Азербайджана – ВИДЕО

    В России была продемонстрирована поддержка Азербайджану.

    Так, “Лахта-центр” – небоскреб в Санкт-Петербурге, в котором находится штаб-квартира группы компаний “Газпром”, окрасился в цвета флага Азербайджана.

  • Sankt-Peterburqda “Qazprom” göydələni Azərbaycan bayrağına büründü – VİDEO

    Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycana dəstək nümayiş etdirilib.

    Belə ki, şəhərdə yerləşən “Qazprom” göydələni Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

    Həmin heyrətamiz görüntünü təqdim edirik: