Month: October 2020

  • Cəlilabadda karantin qaydalarına riayət etməyənlərlə bağlı reyd keçirilib – FOTO

    Cəlilabad rayonunda karantin qaydalarına riayət etməyənlərlə bağlı reyd keçirilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

    Bu məqsədlə qapalı məkanlarda, xüsusilə market və digər ticarət obyektlərində, ictimai nəqliyyatda keçirilən tədbirlər zamanı bəzi vətəndaşların özünün və ətrafdakıların səhhətinə qarşı laqeydlik nümayiş etdirərək tibbi maskadan istifadə etmədiyi müəyyən edilib. Bəzi hallarda isə insanların tibbi maskanı tənəffüs yollarını örtəcək şəkildə istifadə etmədiyi, əlində gəzdirdiyi və ya yalnız polis əməkdaşlarını gördükdə istifadə etdiyi müəyyən olunub.

    Onlarla profilaktik-izahedici söhbətlər aparılıb və bir daha koronavirus xəstəliyinin fəsadları barədə məlumat verilib. Polis əməkdaşları tərəfindən sakinlərə tibbi maskalar və gigiyenik qaydalara əməl olunmasına dair maarifləndirici broşürlər paylanıb.

  • İlham Əliyev: “Biz döyüş meydanında nə ediriksə, özümüz edirik”

    Турция и Азербайджан – братские страны, и наше братство испытано многими обстоятельствами. В этом конкретном вопросе президент Турции открыто выразил решительную поддержку Азербайджану.

    Об этом заявил Президент Азербайджана Ильхам Алиев в интервью французской газете Le Figaro.

    “Азербайджан не один, вместе с нами Турция. Это очень сильная политическая поддержка, и мы очень благодарны Турции за это. Это первое. Во-вторых, хочу сказать, что все, что мы делаем на поле боя, мы делаем сами. Да, с современным вооружением и современной техникой, но именно азербайджанские солдаты и офицеры освобождают нашу Родину. Наши отношения с Турцией имеют богатое прошлое и еще более блестящее будущее. На мой взгляд, Турция по праву должна участвовать в этом процессе как единственное государство в мире, граничащее со всеми тремя странами Южного Кавказа – Азербайджаном, Грузией и Арменией.

    Как сосед, как страна, которая может и будет обеспечивать стабильность и безопасность в регионе и имеет очень четкую позицию, Турция защищает международное право. Международное право гласит, что наши территории находятся под оккупацией. Что же в таком случае Турция делает не так? Она всего лишь требует соблюдения международного права. Армения не хочет этого делать. Армения более 30 лет пытается удерживать под оккупацией наши земли, незаконно заселяя их армянами из Ливана, проводя военные операции против азербайджанцев и уничтожая наше историческое и религиозное наследие. Роль Турции чрезвычайно позитивна”, – сказал Президент Ильхам Алиев.

    “Уверен, что после окончания войны с Арменией и политического урегулирования конфликта роль Турции станет еще более важной и позитивной”, – подчеркнул глава государства.

  • İlham Əliyev: “Biz döyüş meydanında nə ediriksə, özümüz edirik”

    “Türkiyə və Azərbaycan qardaş ölkələrdir və bizim qardaşlığımız bir çox vəziyyətlərdə sınaqdan keçib. Bu konkret məsələdə Türkiyə Prezidenti Azərbaycana güclü dəstəyini açıq şəkildə ifadə etdi”.

    Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “Figaro” qəzetinə verdiyi müsahibəsində deyib.

    Prezident bildirib ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır:

    “Bu, çox güclü siyasi dəstəkdir və biz buna görə çox minnətdarıq. Bu, birincisi. İkincisi, demək istəyirəm ki, biz döyüş meydanında nə ediriksə özümüz edirik. Bəli, müasir silahlarla, müasir avadanlıqla, lakin Vətənimizi azad edən Azərbaycan əsgərləri və zabitləridir. Bizim Türkiyə ilə münasibətimizin böyük tarixi və daha da parlaq gələcəyi var. Zənnimcə, Türkiyənin Cənubi Qafqazın hər üç ölkəsi – Azərbaycan, Gürcüstan və Ermənistanla sərhədi olan dünyada yeganə ölkə kimi bu prosesə cəlb edilmək üçün legitim hüququ var.

    Çünki qonşu olaraq, region üçün sabitliyi, təhlükəsizliyi təmin edə bilən və təmin edən, gündəliyi çox aydın ölkə olaraq o, beynəlxalq hüququ müdafiə edir. Beynəlxalq hüquq deyir ki, bizim ərazilərimiz işğal altındadır. Beləliklə, o, nəyi səhv edir? O, sadəcə olaraq, beynəlxalq hüququn təmin olunmasını tələb edir. Ermənistan bunu etmək istəmir. Ermənistan Livandan erməniləri qanunsuz köçürməklə, azərbaycanlılara qarşı hərbi əməliyyatlarla, bizim tarixi və dini irsimizi dağıtmaqla 30 ildən çoxdur ki, torpaqlarımızı işğal altında saxlamaq istəyir. Türkiyənin rolu çox müsbətdir. Ermənistanla müharibə dayanandan və siyasi nizamlama həyata keçiriləndən sonra əminəm ki, Türkiyənin rolu çox mühüm və müsbət olacaq”.

  • Армения ведет обстрел на геранбой-нафталанском направлении

    Противник ведет огонь по нашим территориям на геранбой-нафталанском направлении.

    Об этом сообщает Минобороны Азербайджана.

  • Ermənistan Goranboy-Naftalan istiqamətlərini atəşə tutur

    Düşmən Goranboy-Naftalan istiqamətindəki ərazilərimizi atəşə tutur.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

  • 154 освобожденных азербайджанской армией населенных пункта отображены на интерактивной карте – ВИДЕО

    В очередной раз обновлена интерактивная карта деоккупированных территорий Азербайджана.

    На ней указаны три города, три поселка, 148 сел и высота Муровдаг, освобожденные в результате начавшегося 27 сентября контрнаступления азербайджанской армии в ответ на провокации вооруженных сил Армении.

    Населенные пункты отображаются на карте в соответствии с хронологией их освобождения.

  • Azərbaycan ordusunun işğaldan azad etdiyi 154 məntəqə interaktiv xəritədə – VİDEO

    Azərbaycan Respublikasının işğaldan azad etdiyi ərazilərlə bağlı hazırlanan interaktiv xəritəsi növbəti dəfə yenilənib.

    İnteraktiv xəritədə sentyabrın 27-dən başlayaraq bu günə kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatlarına cavab olaraq Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində azad edilən 3 şəhər, 3 qəsəbə, 148 kənd və Murovdağ zirvəsi qeyd olunub.

    Azərbaycan ordusu tərəfindən işğaldan azad edilən Azərbaycan torpaqları müvafiq tarixi ardıcıllıqla sıralanıb.

  • Cocuq Mərcanlıda kəndarası yolların təmirinə başlanılacaq

    Cəbrayıl Rayon İcra hakimiyyəti Cocuq Mərcanlıda yolların təmiri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

    Oxu.Az-ın elektron dövlət satınalmaları portalından əldə etdiyi məlumata əsasən, açıq tenderin qalibi “Muğan-RB” MMC olub.

    Tenderin şərtlərinə görə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindəki kəndarası yollarda təmir işlərinin aparılmasına 19 min 961 manat sərf olunacaq.

  • Bakı sakinini bıçaqla qətlə yetirən şəxs yaxalandı

    Oktyabrın 23-də saat 09:00 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbə sakini 1988-ci il təvəllüdlü Məmmədov Natiq Fəxrəddin oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Sabunçu Rayon Prokurorluğundan verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    Aparılmış araşdırmalarla Balaxanı qəsəbə sakini 1995-ci il təvəllüdlü Mahmudov Ülvi Vüqar oğlunun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Natiq Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Ülvi Mahmudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

  • Азербайджанцы, которых разыскивает Интерпол – ФОТО

    Два азербайджанца объявлены в розыск по линии Интерпола.

    Правоохранительные органы России, в частности, ищут уроженца Шамахы Бейляра Нифталиева и Али Алиева – уроженца Нахчыванской Автономной Республики.

    Первый разыскивается по подозрению в совершении насилия и разбоя, а второй – разбойного нападения и нанесении тяжкого вреда здоровью.