Month: October 2020

  • İnterpol tərəfindən axtarılan azərbaycanlılar – FOTO

    İnterpol daha iki azərbaycanlı barədə axtarış elan edib.

    Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarılan 1976-cı ildə Şamaxıda anadan olan Bəylər Niftəliyev və Naxçıvan Muxtar Respublikasında anadan olan Əli Əliyev axtarılır.

    B.Niftəliyev zorakılıq və soyğunçuluqda, Ə.Əliyev isə sağlamlığa ağır zərbə vurma və soyğunçuluqda ittiham olunurlar.

    Hər iki şəxs İnterpolun saytında axtarışa verilib.

  • Dahi şair, mənzum dramaturgiyanın banisi Hüseyn Cavidin doğum günüdür

    Bu gün şair, yazıçı, dramaturq Hüseyn Cavidin doğum günüdür.

    Hüseyn Cavid 1882-ci il oktyabrın 24-ü Naxçıvanın Şahtaxtı kəndində ruhani ailəsində dünyaya göz açıb. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin “Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbdə alıb. 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olub, Təbrizin “Talibiyyə” mədrəsəsində təhsilini davam etdirib. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirib, Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik edib.

    Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, XX əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olub.
    Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. “Keçmiş günlər” adlı ilk şeir kitabı 1913-cü ildə çap olunub.

    Hüseyn Cavid daha çox dramaturq kimi tanınıb. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərib, “Cavid teatrı” kimi səciyyələndirilib. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapıb.

    Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan “Şeyx Sənan” (1914) əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atıb. Hüseyn Cavid bu dövrdə tədriclə “haqq verilmir, alınır” ideyasına gəlib çıxıb.

    Yaradıcılığında mühüm yer tutan “İblis” (1918) mənzum faciəsində dövrün bütün mürtəce qüvvələri – “İnsan insana qurddur” fəlsəfəsinin tərəfdarları, “iyirminci əsrin mədəni vəhşiləri” olan dairələri İblis surətində ümumiləşdirilib, işğalçı müharibələrə lənət yağdırılıb.

    Hüseyn Cavidin poeziyası onun romantik şeirlərindən və poemalarından ibarətdir.

    Hüseyn Cavidi ədəbiyyat tarixində ən çox məşhurlaşdıran və ona böyük şöhrət qazandıran dram əsərləridir. O, Azərbaycan romantik mənzum dramaturgiyasının görkəmli yaradıcısı və banisidir.

    1926-cı ildə müalicə üçün Almaniyaya gedən və yeddi ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şeirlərlə qayıdıb.
    20-30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar yazıb. “Peyğəmbər” (1922) və “Topal Teymur” (1925) əsərlərindən sonra yazdığı “Səyavuş” (1933), “Xəyyam” (1935) tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş olub.

    Nəzərinizə çatdıraq ki, Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin “nailiyyətlər”indən yazmağı özünə rəva bilməyib, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırıb. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına, Maqadana sürgün edilib və 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində həlak olub.

    Qeyd edək ki, Hüseyn Cavidin anadan olmasının 100 illik yubileyi geniş qeyd olunub. Naxçıvanda ev-muzeyi yaradılıb (1981).

    Yubiley ərəfəsində cənazəsinin qalıqları ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə İrkutsk vilayətindən Naxçıvana gətirilib, ev-muzeyinin yaxınlığında dəfn edilib. Naxçıvanda onun qəbri üstündə möhtəşəm məqbərə ucaldılıb. Bakı şəhərinin Yasamal rayonundakı Hüseyn Cavid prospekti onun adını daşıyır.

  • Противник подвергает обстрелу Тертерский и Бардинский районы

    Противник подвергает обстрелу населенные пункты Азербайджана.

    Об этом сообщает Минобороны АР.

    Враг обстреливает населенные пункты на территории Тертерского и Бардинского районов.

  • Düşmən Tərtər və Bərdə rayonlarını atəşə tutur – RƏSMİ

    Düşmən yaşayış məntəqələrimizi atəşə tutur.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Tərtər və Bərdə rayonunun ərazilərindəki yaşayış məntəqələrimiz düşmən tərəfindən atəşə tutulur.

  • Küveytdən Fransaya xəbərdarlıq

    Küveyt dövləti Fransada Məhəmməd peyğəmbəri təhqir edən karikaturaların davamlı yayımlanmasından çox narahat olduğunu bildirib.

    Bu barədə ölkənin Xarici İşlər Nazirliyi açıqlama verib.

    Küveytin İslam Əməkdaşlıq Təşkilatının İslam ümməti adına verdiyi açıqlamanı bütün məzmunu ilə dəstəklədiyi qeyd olunub.

    Səmavi dinlər və ya Məhəmməd peyğəmbərlə bağlı nifrət, kin və şiddətə səbəb olacaq bu cür təhqirləri dəstəkləməyin və buna davam etməyin ağır nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib.

  • Нейтрализован ударный БПЛА противника – ФОТО

    Нейтрализован ударный БПЛА противника. Об этом сообщает Минобороны АР.

    Днем 23 октября подразделениями азербайджанской армии в направлении Джебраильского района был обнаружен и перехвачен с помощью средств РЭБ ударный беспилотный летательный аппарат (БПЛА) БЗЭЗ вооруженных сил Армении.

  • Düşmənin zərbə PUA-sı ələ keçirilib – FOTO

    Düşmənin zərbə PUA-sı zərərsizləşdirilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Oktyabrın 23-ü gündüz saatlarında Cəbrayıl rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus ”BZEZ” zərbə pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib.

  • В США упал самолет ВМС, есть погибшие – ВИДЕО

    Два человека погибли в результате катастрофы учебно-тренировочного самолета Военно-морских сил США T-6B Texan II в штате Алабама. Об этом сообщили в Twitter ВМС, пишет ТАСС.

    “Борт разбился в Фоли. Экипаж в составе двух пилотов не выжил”, – говорится в информации.

    Полиция округа Болдуин, где рухнул самолет, сообщила, что жертв и пострадавших среди гражданского населения нет. При крушении возник пожар, перекинувшийся на расположенную рядом школу городка Магнолия-Спрингс.

    Расследование обстоятельств и причин катастрофы ведут Минобороны США и ВМС.

  • ABŞ-da hərbi təyyarə yaşayış ərazisinə düşdü – Ölənlər var – VİDEO

    ABŞ-ın Alabama ştatında Hərbi Dəniz Qüvvələrinin “T-6B Texan II” hərbi təyyarəsi təlim zamanı qəzaya uğrayıb. Nəticədə iki heyət üzvü ölüb.

    Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin “Twitter” hesabında məlumat verilib.

    Təyyarənin qəzaya uğradığı Boldin dairəsi polisi mülki əhali arasında itki və tələfat olmadığını bildirib.

    Qəza zamanı təyyarənin düşdüyü binada yanğın başlayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • В Баку вновь проводится масштабная дезинфекция – ФОТО

    24 октября в Баку стартовали работы по дезинфекции улиц и проспектов.

    Об этом Oxu.Az сообщили в Исполнительной власти (ИВ) столицы.

    В них задействованы 40 единиц спецтехники и 2 тыс. работников коммунальных служб.

    Это уже 15-я по счету масштабная дезинфекция, которая продлится до 25 октября.

    Сотрудники Департамента жилищно-коммунального хозяйства Баку в соответствии с графиком также продолжат проводить дезинфекцию подъездов домов, дворов и детских площадок.