Month: November 2020

  • Koronavirusla mübarizə çərçivəsində özəl tibb müəssisələrinə 83 min manat mükafat ödənilib

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli qərarına və 1 aprel 2020-ci il tarixli sərəncamına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən avqust və sentyabr ayları üzrə yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan 22 nəfər tibb işçisinə iş vaxtına mütənasib olaraq müddətli əlavə və 161 nəfər könüllüyə mükafat ödənilib.

    İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq COVID-19-la mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aylıq vəzifə maaşının 3, 4 və 5 misli məbləğində müəyyən edilib.

    Qərara əsasən, özəl tibb müəssisələrində çalışan doqquz nəfər tibb işçisinə avqust ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 19 min manat məbləğində, 13 nəfər tibb işçisinə isə sentyabr ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 24 min manat məbləğində müddətli əlavə ödənilib.

    Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.

    Sözügedən sərəncama əsasən aylıq 250 manat olmaq şərtilə, 66 nəfər könüllüyə avqust ayı üzrə ümumilikdə 16.5 min manat, 95 nəfər könüllüyə isə sentyabr ayı üzrə ümumilikdə 23.5 min manat məbləğində mükafat ödənilib.

    Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.

  • Çavuşoğludan işğaldan azad edilmiş torpaqlarda idarəçiliklə bağlı AÇIQLAMA

    “Azərbaycan işğaldan azad olunmuş torpaqlarda idarəçiliyi necə aparacağı barədə mənim danışmağım düz deyil. Amma ən qısa zamanda bunu Azərbaycanın edəcəyindən heç bir şübhəmiz yoxdur”.

    Bunu Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu Azərbaycan mediasının suallarının cavablandırarkən bildirib.

    Onun sözlərinə görə, Azərbaycanın xalqa xidmət məsələsində gücü var:

    “İlham Əliyevin erməni vətəndaşlarıla birgə yaşamaqla bağlı açıqlamaları da müsbətdir. Mən işğaldan sonra oraya qanunsuz gətirilən vətəndaşlardan danışmıram. Burada illərdir yaşayan erməni vətəndaşlar var, eyni zamanda, Türkiyədə də ermənilər yaşayırlar”.

    O qeyd edib ki, qarşıdurmanın çoxu bizim bölgəmizdədir:

    “Həlli dondurulmuş münaqişələrin çoxu da bizim bölgəmizdədir. Qarabağ bunlardan bir idi, inşallah, bu məsələ də həll olunacaq”.

    “Digər tərəfdən – Gürcüstanda, Ukraynada, Krımda, Moldovda, Suriyada, İraqda, Liviyada belə gərgin münaqişələr var. Diqqət etdinizsə, Türkiyə bu münaqişələrin siyasi yolla həllini dəstəkləyir.

    Biz Liviyada da münaqişənin sülh yolu illə həllini dəstəkləyirik. Ancaq bizim dediyimiz bəzən qarşılığını tapmır. Haftarın Tripoliyə hücumu, İdlibdə baş verənlər də yaxın tarixdir. Biz problemlərin həllində lazımi addımlar atmağa davam edəcəyik”, – deyə o qeyd edib.

  • Məşhur həkim koronavirusa qarşı ən ucuz vasitəni açıqladı

    Rusiyanın tanınmış aparıcı həkimi Yelena Malışeva koronavirusun müalicəsində effektiv ucuz dərmanı açıqlayıb.

    O müsahibəsində adi aspirinin xəstəyə çox kömək edəcəyini bildirib.

    Digər həkim kardioloq Simon Maçkepliaşvili qeyd edib ki, bu preparatı müalicə ərəfəsində qəbul edən xəstələrin daha tez sağaldığını qeyd edib.

    Aspirin virusa təsir etmir, pnevmoniyaya da qarışmır, amma o, qan dövranını yaxşılaşdırır, tromb əmələ gəlməsinin qarşısını alır.

    Malışeva qeyd edib ki, aspirini həkim təyin etdikdən sonra içmək olar, ancaq daha yaşlı xəstələrə lazımdır.

    Uşaq, gənc insanlar aspirin içməməlidir. /medicina.az

  • Yerevanda polis müxalifətin mitinqinin təşkilatçılarını saxladı

    Ermənistanın paytaxtı Yerevanda polis əməkdaşları Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifətin mitinqinin bir neçə təşkilatçısını saxlayıb.

    Bu barədə “Report” Ermənisran mətbuatına istinadən xəbər verir.

    Saxlanılanlar arasında “Erkir media” telekanalının rəhbəri Qeqam Manukyan, “Daşnaksutyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan, ən böyük müxalifət partiyalarından biri olan “Çiçəklənən Ermənistan”ın sədri Qaqik Sarukyan və Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyan da var.

    Daha əvvəl etirazçılar Ermənistanın baş naziri Nikol Paşinyana ultimatum irəli sürüblər. Müxalifət siyasətçinin istefayasını tələb edir.

    Qeyd edək ki, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri Ermənistanın baş naziri Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması haqqında birgə bəyanat qəbul ediblər. Sənədin imzalanmasından sonra Yerevanda etirazlar başlayıb.

  • OPEC Azərbaycan üzrə maye karbohidrogen hasilatı proqnozunu azaldıb

    Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2020-ci ilin oktyabr ayında Azərbaycanda maye karbohidrogen hasilatı 10 min barel azalaraq orta hesabla 710 min barel təşkil edib..

    “Report” OPEC-in noyabr ayı üzrə hesabatına istinadən bildirir ki, Azərbaycanda 2020-ci ildə maye karbohidrogen istehsalı 60 min barel azalaraq 730 min barelə çatacağı proqnozlaşdırılır. 2021-ci ildə isə maye karbohidrogen hasilatı 10 min barel azalaraq 720 min barel təşkil edəcəyi gözlənilir.

    Bu ilin II rübündə Azərbaycan maye karbohidrogen hasilatını I rüblə müqayisədə 60 min barel azaldaraq 730 min barelə, III rübündə isə daha 30 min barel azaldaraq 700 min barelə endirib. Bu ilin IV rübündə isə 20 min barel azaldaraq 680 min barelə endirəcəyi proqnozlaşdırılır.

    Xam neftin hasilatı oktyabr ayında 585 min barel təşkil edərək sentyabr ayındakı göstəricilərinə nisbətən 12 min barel azalıb.

  • Araik Arutunyan: “1 500 erməni əsgəri onlarla azərbaycanlının qabağından qaçırdı”

    Dağlıq Qarabağdakı cinayətkar rejimin başçısı Araik Arutunyan erməni millətinin öz ordusuna xayənət etdiyini bildirib.

    “Report” xəbər verir ki, feysbukdakı səhifəsindən canlı yayımla müraciət edən A.Arutunyan hələ oktyabr ayının əvvəllərində Azərbaycan Ordusu Suqovuşan və Talış kəndlərini azad edəndə yardım üçün Yerevana müraciət etdiklərini, amma yardıma gələn Ermənistan ordusunun elit hissələrinin hücuma keçməkdən boyun qaçırdıqlarını qeyd edib. Onun sözlərinə görə, Ermənistan ordusunun bir hissəsi vahimə içində olub.

    “Ön cəbhədəki uşaqlarımıza dəstək üçün insan ehtiyatlarımız yox idi. O gün ordunun bir hissəsinin vahiməyə qapıldığına tamamilə əmin olmuşdum. Onlara yalvardım, ən qabaqda özüm gedəcəyəm dedim, amma yenə də gəlmədilər, “ölkə prezidentini” (özünü nəzərdə tutur – red.) tək qoydular. Bu gün bunları danışıram, çünki danışmalıyam. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin ən elit birləşməsinin üzvlərindən soruşa bilərsiniz, görün mənim xahişimi necə üzümə qaytardılar. Mən yalvarırdım onlara. Soruşun onlara mənə nə dedilər”, – deyən separatçı qurumun başçısı Hadrut ətrafındakı döyüş zamanı 1 500 erməni əsgərinin onlarla azərbaycanlı əsgərdən qorxub qaçdıqlarını da diqqətə çatdırıb.

    A.Arutunyan həmçinin Ermənistan siyasi rəhbərliyini də ittiham edib: “Bu gün xain, satqın axtarışında olan o siyasətçilər qoy öz övladlarının, qohum-əqrəbalarının iştirakına dair məlumat versinlər. Camaatı aldatmaq üçün selfi çəkirdilər, guya cəbhədədirlər, əslində isə tamam başqa yerdə olublar. O, 18-20 yaşlı əsgərlərimizə hamımız xəyanət etdik. Hər gün yüzlərlə itki verirdik. Bəs əvəzində kim gəlib? Vaxtında kömək ala bilmədiyimiz üçün yeni gələnlər döyüşə getməkdən boyun qaçırırdı. Son gün isə Stepanakertin (Xankəndi – red.) kənarlarında cəmi 100-200 döyüşçümüz vardı”.

  • Ürək-damar xəstələri COVID-19-dan qorunmaq üçün bunları etməlidir

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası çərçivəsində növbəti məqalə yayımlanıb.

    Məqalədə deyilir:

    Ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslərin koronavirus (COVID-19) infeksiyasına yoluxma riski yüksəkdir. COVID-19 virusu ürək-damar sisteminə təsir göstərərək xəstəliyin kəskinləşməsinə səbəb ola bilər. Çox təəssüf ki, yaşlı və ürək-damar problemləri ilə yanaşı digər xroniki xəstəliyi də olanlarda infeksiyanın gedişatı daha ağır fəsadlar törədir.

    Qeyd edək ki, ürək-damar xəstəliklərinin inkişafına meyvə-tərəvəzlərin az, duz və doymuş turşuların isə həddindən artıq istehlakı, gündəlik qəbul edilən qidaların tərkibində lifin azlığı və ya olmaması, balanslaşdırılmamış qidalanma kimi amillər təsir edir. Artıq çəki və piylənmə, qanda yağların səviyyəsinin yüksəlməsi, yüksək qan təzyiqi xəstəliyin baş vermə ehtimalını artıran risk faktorlarındandır. Ürək-damar xəstəliklərinin inkişafı həyat tərzi, xüsusən tütünçəkmə, mütəmadi alkoqol qəbulu, az fiziki aktivlik, eləcə də emosional gərginlik kimi amillərlə sıx əlaqəlidir. Xəstəliyin yaranma səbəbləri arasında irsi meyillilik, yaş və cins də böyük rol oynayır. Belə ki, xəstəlik daha çox 40 yaşdan yuxarı insanlarda müşahidə edilir. Həmçinin kişilərlə müqayisədə qadınlarda xəstəliyin əmələ gəlməsi riski daha aşağıdır.

    Koronavirusa qarşı ən yaxşı müdafiə vasitəsi müvafiq qabaqlayıcı tədbir və tövsiyələrə ciddi əməl etməklə yanaşı, güclü immun sistemidir. Havalar soyuduqca virusun daha da aktivləşəcəyini nəzərə alsaq, immun sistemini gücləndirməklə orqanizmin COVID-19 infeksiyasına qarşı müdafiə qabiliyyətini artıra bilərik. İmmun sistemin fəaliyyətində fiziki cəhətdən aktivlik, normal yuxu rejimi və balanslı şəkildə qidalanma mühüm rol oynayır. Ümumiyyətlə, ürək-damar xəstəliklərinin profilaktikasında düzgün və sağlam qidalanma şərtdir:

    Qidanı gündə 5-6 dəfə olmaqla kiçik porsiyalarla qəbul etmək lazımdır.

    Gün ərzində istifadə edilən duzun miqdarı azaldılmalıdır. Duz bədəndə artıq mayenin toplanması ilə ödəmin yaranmasına və qan təzyiqinin artmasına səbəb olur.

    Heyvan mənşəli yağların qəbulunu azaltmaq lazımdır. Konservləşdirilmiş ət, yağlı quş əti, kolbasa və s. məhsullar xolesterolla zəngin olduğu üçün qan damarlarına yığılaraq ürəyi qidalandıran damarların funksiyasının pozulmasına səbəb ola bilər.
    Gün ərzində 1,5-2 litr su qəbul edilməlidir.

    Spirtli və şirin içkilərdən imtina olunmalıdır.

    Kaliumla zəngin qidalar (banan, üzüm, kivi, gavalı, ərik və onların şirəsi, quru meyvələr, itburnu, həmçinin kartof, kələm, balqabaq) ürək üçün olduqca faydalıdır.

    Tərkibində maqnezium duzları ilə zəngin olan qidaların (çovdar və buğda kəpəkli çörəklər, yulaf, arpa və qarabaşaq yarması, çuğundur, yerkökü, kahı, cəfəri, qoz, badam, qara qarağat) istehlakına üstünlük verilməlidir.

    Balıq tərkibindəki Omeqa-3 sayəsində sağlamlığa faydalı olan vacib məhsullardandır və qida rasionunda əsas yer tutmalıdır.
    Yatmazdan əvvəl yaranmış aclıq hissini aradan qaldırmaq üçün 1 stəkan kefir içilə və ya 1 ədəd alma yeyilə bilər.

  • Füzuli rayonunun işğaldan azad olunmuş Qarğabazar kəndində Şərq çinarları əkilib

    Türkiyə Cümhuriyyəti Tarım və Orman Bakanlığının təşəbbüsü ilə “Gələcəyə nəfəs ol!” şüarı altında keçirilən kütləvi ağacəkmə aksiyası çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın bütün bölgələrində olduğu kimi Füzuli rayonunun işğaldan azad olunmuş Qarğabazar kəndinin ərazisində də ağac əkilib.

    Bunu jurnalistlərə Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib.

    O qeyd edib ki, ETSN-nin əməkdaşları tərəfindən ərazidə əsasən Şərq çinarları əkilib və palıd toxumları səpilib.

  • Türkiyə Rusiya ilə atəşkəsə texniki nəzarətdə iştirak edəcək – Polad Bülbüloğlu

    Türkiyə Rusiya ilə ortaq mərkəz çərçivəsində Dağlıq Qarabağdakı atəşkəs rejimi üzərində texniki nəzarətdə iştirak edəcək, bölgədə türk sülhməramlıları olmayacaq.

    Trend-in məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu RBK telekanalına müsahibəsində deyib.

    P.Bülbüloğlu bildirib: “Söhbət türk sülhməramlılarının, əsgərlərinin gətirilməsindən getmir. Söhbət tərəflərin bəyanatın icrasına texniki nəzarətdən gedir”.

    Onun sözlərinə görə, Qarabağda kontingentinin olmasına ehtiyac yoxdur.

  • “HaberGlobal”: “Azərbaycan istehsalı olan silahlar qələbədə həlledici amillərdən oldu” – VİDEO

    Türkiyənin “HaberGlobal” televiziyası qələbəmizin görünməyən qəhrəmanları haqqında süjet hazırlayıb.

    Süjet Azərbaycanda fəaliyyət göstərən silah istehsal edən müəssisələrdən birində çəkilib.

    Süjetdə gecə-gündüz dayanmadan çalışan, cəbhəyə silah və sursat göndərən işçilərdən danışılır. Bildirilir ki, onların istehsal etdikləri silahlar qələbədə həlledici amillərdən biri olub.

    Sözügedən materialı təqdim edirik: