Month: November 2020

  • Şuşada yaralanan əsgər: “Vətənə canım da qurbandır”

    Elvin Rəsulov Azərbaycan Ordusunun 44 gün ərzində zəfərlə bitirdiyi İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. O, 1998-ci ildə İsmayıllı rayonunun Mican kəndində dunyaya gəlib. Ali təhsilli olan Elvin Rəsulov üç ay əvvəl Səfərbərlik və Hərbi Çağırışa Xidmət üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsi tərəfindən hərbi xidmətə cağırılıb.

    “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Elvin Rəsulov döyüşlərdə iştirak ediyi müddətdə bir neçə dəfə yaralanmasına baxmayaraq, hər dəfə də ambulator yardım aldıqdan sonra könüllü olaraq döyüş bölgəsinə yollanıb.

    O, “Report”a açıqlamasında bildirib ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmək çoxdankı arzusu idi: “Şükür ki, arzum gerçəkləşdi. Düzü, döyüşlərdə bir neçə dəfə yaralansam da, hərbi hospitalda ambulator yardım almışam. Hər dəfə həkimlər bildirirdi ki, vaxtında müalicə olunmasan, yaralar fəsadlar verə bilər. Ancaq cəbhədə döyüş gedə-gedə xəstəxanada qala bilməzdim. Ona görə də könüllü olaraq döyüşə getdim. Sonuncu dəfə Şuşa şəhəri uğrunda gedən savaşda şəhid olan döyüş yoldaşımın nəşini ərazidən uzaqlaşdıran zaman mina bir neçə metrliyimdə partladı. Başımdan və sol ayağımdan yaralansam da, şəhid döyüşçü yoldaşımın nəşini kəndirlə belimə bağlayaraq ərazidən uzaqlaşdırmağa çalışdım.


    Yaralı ayağımı baldır hisəsindən bərk sıxaraq qanaxmanın qarşısını aldım. Komandir yaralandığımı gördü, əsgərlərə məni və əsgər yoldaşımın nəşini hərbi hosbitala aparmağı tapşırdı. Məni hərbi hospitala gətirdilər. Həkimlərə təşəkkür edirəm ki, mənə göz bəbəyi kimi baxdılar.

    Hazırda müayinəmi davam etdirirəm. Həkimlərmiz ayağımı müayinə edəcəklər və onun amputasiya olmağına ehtiyac olmayacaq. Ehtiyac olsa, canım da Vətənə qurbandır”.

    Yaralı əsgərimizin anasi deyir ki, oğlu ilə qurur duyur: “Mən bir əsgər anası kimi özümü hər bir şeyə hazırlamışdım. Şükür ki, oğlum bu gün yanımdadır. Bütun şəhid analarına səbr diləyirəm”.

  • İtaliya Dağlıq Qarabağda əldə olunan atəşkəsə tam əməl olunacağına ümid edir

    “İtaliya Azərbaycan, Ermənistan və Rusiya Federasiyası arasında üçtərəfli bəyanatın imzalanması ilə Dağlıq Qarabağda əldə olunan atəşkəsi məmnunluqla qarşılayır və buna tam əməl olunacağına ümid edir”.

    Bu barədə İtaliya XİN-in açıqlamasında deyilir.

    Açıqlamada bildirilir ki, İtaliya tərəflərin bütün ərazidə sabitliyə və davamlı sülhə şərait yarada biləcəkləri ümidi ilə əldə etdikləri digər razılaşmaları da nəzərə alır.

    “Bu xüsusda, İtaliya bölgə daxilində barışıq üçün zəruri şərt olan, hər bir icmanın ləyaqətinə və bölgənin mədəni və dini plüralizminə hörmət göstərməyin vacibliyini vurğulayır. İtaliya Minsk Qrupunun bir üzvü olaraq, münaqişənin davamlı həlli üçün vacib şərt olan atəşkəsin möhkəmləndirilməsi baxımından həmsədrlərə hər cür dəstəyi təmin edəcəkdir. İtaliya, həmçinin Avropa İttifaqı daxilində, Avropa və ölkəmiz üçün o cümlədən əhəmiyyətli bir bağlantı və enerji təchizatı mərkəzi olan bölgənin sabitləşməsinə və inkişafına öz töhfəsini verəcək”, – deyə açıqlamada qeyd edilib.

  • В Ереване полиция применила слезоточивый газ против митингующих – ВИДЕО

    В столице Армении Ереване продолжается акция протеста.

    Участники протеста требуют отставки премьер-министра Никола Пашиняна.

    Как сообщают армянские СМИ, полиция применила слезоточивый газ для разгона митингующих.

  • 28 ildən sonra Şuşada oxunan ilk Azan (VİDEO)

    Azərbaycanın tarixi şəhəri Şuşada 28 ildən sonra ilk dəfə Azan oxunub.

    Median.Az xəbər verir ki, bu barədə video sosial şəbəkələrdə yayılıb.

    Azanı oxuyan şəxs də Azərbaycan Ordusunun əsgəridir.

    Qeyd edək ki, Şuşa şəhəri 10 noyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən işğalçılardan azad olunub.//oxu.az

  • Qarabağda “Qarabağ şikəstəsi” ifa edən əsgərimiz – VİDEO

    Sosial şəbəkələrdə Azərbaycan Ordusunun hərbçilərinin Qarabağda çəkilmiş yeni video görüntüləri yayılıb.

    Videoda əsgərlərimizdən birinin qarmonda “Qarabağ şikəstəsi” ifa etdiyi əks olunub.

    Həmin videonu təqdim edirik:

  • Hərbi ekspert: “Xankəndi, Xocalı və Xocavənddə hansısa erməni silahla qalmağa risk etməz” – MÜSAHİBƏ

    Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatları ilə başlayan və buna cavab olaraq Azərbaycan ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Azərbaycan üçün yeni bir tarix yazıldı. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu.

    Bu müharibənin gedişatı və nəticələri barədə fikirlərini Oxu.Az-a hərbi ekspert, ehtiyatda olan mayor Ədalət Verdiyev bölüşüb.

    – Ümumiləşdirsək, 44 günlük hərbi əməliyyatları necə xarakterizə edərdiniz?

    – Azərbaycan son 30 ildə əldə etmədiklərini 44 gün davam edən əməliyyatlar nəticəsində əldə etdi. Nəzərə alaq ki, ermənilər bu illər ərzində özlərinin dili ilə desək, “keçilməz sədd” yaratmışdılar. İlk günlərdə biz bir rayon istiqamətində əks-hücum edirdiksə, sonradan hücum arealımız genişləndi. Hadisələrin gedişatı göstərdi ki, Azərbaycan Ordusu digər hərbi əməliyyatlarda müşahidə edilməyən yeni metoddan istifadə etdi. Bunlardan biri də odur ki, şimaldan Xankəndi şəhəri, şərqdən Xocavənd, qərbdən Laçın rayonlarının mərkəzi düşmən nəzarətində olsa da, ordumuz birbaşa ox kimi Şuşaya doğru sancıldı. Şuşa əməliyyatı haqda böyük kitablar yazılacaq. Xüsusi Təyinatlılarımızın Şuşanı alması dərsliklərə düşəcək.

    – Şuşanın alınması Ermənistanın kapitulyasiyasında nə dərəcədə rol oynadı?

    – Ermənilərin özləri də deyirdi ki, Şuşa kimdədirsə, Qarabağa nəzarət ondadır. Biz də bunu bilirdik. Amma heç bir xarici hərbi mütəxəssis belə 45 gün müddətinə Şuşaya Azərbaycan bayrağının sancılacağını güman etmirdi. Şuşanın geri alınmasının 2-3 ay çəkəcəyi, bəziləri isə bu məsələnin yaz-yay aylarınadək uzacağını ehtimal edirdi. Göründüyü kimi, Azərbaycanın hibrid metodlarla – hava, quru ərazilərdən hücumu münaqişənin tez başa çatmasını şərtləşdirdi. Şuşanın alınmasından sonra düşmənin tələsik kapitulyasiyaya əl atması qüvvələrinin sağ qalması ilə nəticələndi. Baxmayaraq ki, kapitulyasiyanın şərtləri Ermənistan üçün çox ağır idi. Ermənistan Kəlbəcər, Laçın və Ağdamı bu kapitulyasiya nəticəsində itirdi. İndiki Dağlıq Qarabağ hazırda Azərbaycan ərazisində üzüyün ortasındakı bir qaş kimi görünür. Digər tərəfdən ermənilər sovet vaxtı yaradılmış muxtar vilayət statusunu itirdilər. Bu əməliyyatlar sayəsində onların əvvəl müstəqillik, daha sonra muxtariyyət istəklərini gözlərində qoyduq. Halbuki əvvəlki baza prinsipləri qəbul edilsəydi, qan tökülmədən hansısa muxtariyyət forması bəlkə də ala bilərdilər…

    – Yəni, Şuşa yox, Laçın və ya şimaldan Kəlbəcər alınsaydı, ermənilər təslim olardı?

    – Hətta Xocavəndi də alsaydıq, onlar təslim olmayacaqdı. Dağlıq Qarabağ qondarma qurum olsa da, onun bir rəhbəri vardı və idarəetmə həyata keçirirdi. Mərkəzi rabitə qovşağı, komandanlıq, hərbi-siyasi rəhbərlik orda yerləşirdi. Bu idarəetmənin itməsi qoşuna mənfi təsir göstərir. Çünki mərkəzdən göstəriş ala bilmir, əməliyyatlarda başıpozuqluq, pərakəndəlik yaranır. Məsələn, erməni əsgərinin silah-sursatı tükənibsə, Azərbaycan tərəfindən geri alınmış Şuşaya necə bu barədə məlumat versin. Bu, Ordumuz tərəfindən planlaşdırılmış bir şey idi. Şuşa qalası 60-70 metr sıldırım qayalarda yerləşir. Ora ya kəndirlə, ya da havadan enməlisən. Düşünmədikləri halda, Azərbaycan Ordusu ora Xankəndi tərəfdən girdi. Şuşa əməliyyatı haqqında Oskara düşəcək filmlər çəkilməlidir.

    – Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla bağlı sosial şəbəkələrdə müəyyən anlaşılmazlıqlar var. Məsələn, orada Kəlbəcər, Laçın və Ağdam ərazilərindən ermənilərin çıxarılması dedikdə, mülki şəxslər də nəzərdə tutulur?

    – Ali Baş Komandan əvvəldən erməni milləti ilə problemimizin olmadığını bildirib, Qarabağda doğulmuş ermənilərin Azərbaycan vətəndaşı olduğunu və yenə də bu bölgədə yaşaya biləcəyini dəfələrlə qeyd edib. Necə ki, Ermənistanın keçmiş müdafiə nazirinin bacısı mənim doğulduğum Kürdəmirdə yaşayır, eləcə də ermənilər Qarabağda yaşaya bilər. Biz tolerant millətik və mülki əhali ilə heç bir problemimiz yoxdur. Burda zəmanətdən, Ermənistana gedib-gələ bilmək üçün bir dəhlizdən söhbət gedir. Dünya bizim erməni millətinə qarşı səmimiyyətimizi qəbul etsin deyə, biz Ermənistanla strateji müttəfiq olan Rusiya qonşunlarının burda yerləşməsinə razılıq verdik. Əgər ora türkü yerləşdirsəydik, ermənilər dünyaya car çəkəcəkdi ki, bizi “soyqırım”a məruz qoyanlar yenidən burdadır. Ona görə də beynəlxalq aləm bizim fikrimizi səmimi qəbul etməyəcəkdi.

    İkincisi, rus sülhməramlı qoşunlarının burada yerləşməsinə razılıq verməklə Ermənistandan Azərbaycana ediləcək hər hansı təxribatın qarşısını almış oluruq. Yəni, biz ruslara deyəcəyik ki, get, Ermənistanı ağıllandır. Heç kim öz ərazisində başqa ölkənin əsgərinin yerləşməsini istəməz. Ancaq bəzən diplomatik ölçüdə müəyyən güzəştlərin edilməsi mümkündür.

    Bu, müqavilə yox, ilkin razılıq, memorandumdur. Bəyanat adlandırdığımız bu sənəddə 9 bənd var. Bunların hər biri haqda çox danışmaq olar. Bu bəndlərin detalları daha sonra ətraflı şəkildə inkişaf etdiriləcək, bir günün işi deyil. Əsas məsələ dekabrın 1-dək Dağlıq Qarabağ ətrafındakı 3 rayonun erməni qoşunları tərəfdən boşaldılmasıdır. İlk bənddə belə bir şey var: Tərəflər tutduqları mövqelərdə qalacaqlar. Bu o deməkdir ki, atəş dayandırılsın, erməni əsgəri təhlükəsiz şəkildə Qarabağ ərazisindən çıxsın. Çünki döyüş gedərsə, heç bir əsgər ordan çıxa bilməz. Bu bəyanatda bizim ziyanımıza heç nə yoxdur. Ermənini kim çıxartmalıdır? Rus. Rus qoşunlarına kim nəzarət etməlidir? Türk. Yəni, biz. Türkiyə elə Azərbaycan deməkdir.

    – Sülhməramlıların Kəlbəcər, Laçın, Ağdamda müvəqqəti, Dağlıq Qarabağın ermənilərin əlində olduğu hissəsində azı 5 il müddətinə olacağı bilinir. Buna bir aydınlıq gətirək. 1960 hərbi qulluqçu eyni zamanda hansı ərazidə sülhü qoruyacaq?

    – Sülhməramlılar ilk 3 rayondan erməni qoşunlarını çıxardıqdan sonra funksiyasını başa vuracaq. İşğaldan azad etdiyimiz ərazilərə sülhməramlıların girməsinə icazə yoxdur. Sadəcə olaraq, işğaldan azad edilmiş ərazilərdə ordumuzun sayına baxılacaq, hansı məqsədlə bu sayda olmasına diqqət yetiriləcək. Xankəndi, Xocalı və Xocavənd ərazisində, düşünmürəm ki, kimsə silahla qalmağa risk etsin. Bir neçə nəfər səsini çıxarıb təslim olmayacaqsa, onlar silah gücünə oradan çıxarılacaq. Bəyanatda söhbət erməni hərbçilərinin Azərbaycan ərazisindən çıxarılmasından gedirsə, Xankəndi, Xocalı və Xocavənd də Azərbaycan ərazisi kimi tanınır. Bu ərazilərin adlarının çəkilməməsi müəyyən narazılıq formalaşdıra bilər. Amma Azərbaycan qondarma qurumu tanımadığından, bu 3 yaşayış məntəqəsi Azərbaycan ərazisi sayılırsa, orda erməni qoşununun qalmasından söhbət gedə bilməz. Sülhməramlının işi də məhz erməni qoşunlarını ordan çıxarmaqdır.

    – Həmin ərazilərdə azı 5 il Rusiya qoşunlarının olacağı bildirilir…

    – Bəli. Amma heç harda yazılmayıb ki, bu müddətdə orda Azərbaycan Ordusu da olmayacaq.

  • Игорь Коротченко объяснил, почему Азербайджан выиграл войну в Карабахе

    Известный российский политолог и военный эксперт, постоянный защитник справедливой позиции Азербайджана в политических ток-шоу российских телеканалов, посвященных нагорно-карабахскому конфликту Игорь Коротченко указал факторы, благодаря которым наша страна добилась блестящей победы.

    Об этом он написал в своем аккаунте в Telegram:

    “Почему Азербайджан выиграл в войне с Арменией за Нагорный Карабах:

    1. Сильный и волевой президент и Верховный главнокомандующий Ильхам Алиев.

    2. Эффективно подготовленная, технически оснащенная современная армия.

    3. Высокий моральный дух азербайджанских солдат и офицеров.

    4. Справедливый характер войны – освобождение оккупированных территорий.

    5. Грамотное военное планирование, тщательная отработка боевых операций.

    6. Единство армии и народа.

    7. Развитый военно-промышленный комплекс.

    8. Сильная и диверсифицированная экономика.

    9. Оптимальная для страны политическая система власти”.

  • Ağır yaralansa da, şəhid yoldaşını özü ilə daşıyan qəhrəmanımız — VİDEO

    22 yaşlı gizir Xanoğlan Mikayılov. Füzuli, Hadrut, Cəbrayıl, Qubadlı və Laçın döyüşlərinin qəhrəmanlarından biri. Laçının kəndlərindən birində yüksəkliyə bayrağımızı sancdıqdan sonra döyüşdə ağır yaralanıb.

    Demokrat.az-ın xəbərinə görə, qəhrəmanımız Laçın istiqamətində gedən döyüşlərdə əvvəlcə ayağından, sonra qolundan yaralanır. Lakin Xanoğlan, şəhid yoldaşını tərk etmir. Yaralı halda, şəhidimizi döyüş meydanından çıxarmağı bacarır.

    Demokrat.az “ATV xəbər”in qəhrəman Azərbaycan oğlu ilə olan reportajını təqdim edir:

  • В Саатлы муж убил жену

    В Саатлы задержан мужчина, убивший свою жену.

    Как сообщает АПА, преступление произошло на территории села Орта Муган Саатлинского района.

    Житель села, 32-летний Ширинов Гадир Эюб оглу, нанес несколько ножевых ранений своей жене – Алиевой Айнур Асиф гызы (1993 г.р.), в результате которых она скончалась.

    Ширинов был задержан, по факту ведется расследование.

  • Səudiyyə Ərəbistanında qərbli diplomatların olduğu mərasimdə partlayış – VİDEO

    Səudiyyə Ərəbistanının Ciddə şəhərində Birinci Dünya müharibəsinin bitməsi münasibətilə təşkil olunan mərasimdə partlayış baş verib.

    Bu barədə “France-24” Fransa Xarici İşlər Nazirliyinə istinadla xəbər yayıb.

    Bildirilir ki, Fransa, Yunanıstan, İtaliya, Britaniya və ABŞ-dan olan diplomatların iştirak etdiyi mərasim qeyri-müsəlmanların dəfn olunduğu qəbiristanlıqda keçirilib.

    İlkin məlumatlara görə, bir neçə yaralı var.

    Səudiyyə Dövlət Televiziyası hələ ki məlumatı təsdiqləməyib.