Month: November 2020

  • Минобороны Армении пытается отвлечь внимание от своих военных преступлений – ОФИЦИАЛЬНО

    Сообщение армянских СМИ о якобы обстреле Ханкенди азербайджанской армией является целенаправленно распространенной дезинформацией.

    Об этом сообщает Министерство обороны Азербайджана.

    Распространяя подобные утверждения, минобороны Армении пытается отвлечь внимание от своих военных преступлений, отмечает оборонное ведомство АР.

  • Ermənistan törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır – RƏSMİ

    “Ermənistan mətbuatının Azərbaycan Ordusu tərəfindən Xankəndinin guya atəşə tutulması barədə xəbər məqsədyönlü şəkildə yayılan dezinformasiyadır”.

    Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, bu cür məlumatlar yaymaqla Ermənistan Müdafiə Nazirliyi törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır.

  • Ermənistanın “Vətən” muzdlu dəstəsi darmadağın edildi

    Ermənistandan Qarabağ bölgəsinə göndərilən muzdlulardan ibarət “Ayrenik” (“Vətən”) silahlı dəstəsi Azərbaycan ordusu tərəfindən darmadağın edilib.

    “Report” xəbər verir ki, məlumatı Ermənistanın Vətən Partiyası yayıb.

    Bildirilib ki, döyüş nəticəsində onların bir çoxu yaralanıb. Ölənlərin olduğu istisna edilmir.

    Qeyd edək ki, Vətən Partiyasının sədri Artur Vanesyan 2018-ci il mayın 10-dan 2019-cu il sentyabrın 16-dək Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru işləyib. Onun Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli olduğu bildirilir. Hadisələrdən əvvəl Vanesyan Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edir.

  • Erməni Adventist kilsəsinin pastoru: “Mənimlə birlikdə 60 nəfər idi, onlar da döyüşmək istəmirdilər”

    “Mənimlə birlikdə 60 nəfər idi və dəqiq deyə bilərəm ki, onlar da döyüşmək istəmirdilər”.

    Trend-in məlumatına görə, bunu Azərbaycana əsir düşmüş Ermənistanın Gümrü şəhəri Adventist kilsəsinin pastoru Hovsep Saakyan deyib.

    Hovsep Saakyan Araratoviç erməni xalqını qan tökməyi dayandırmağa və sülhə gəlməyə çağırıb:

    “İmanlı insan kimi həmvətənlərimə müraciət edib deyirəm ki, əllərinə silah götürməsinlər və döyüşə getməsinlər. Çünki həmin ərazilər bizim ərazi deyil və biz başqa ölkənin ərazisində vuruşuruq.

    Mənimlə birlikdə 60 nəfər idi və dəqiq deyə bilərəm ki, onlar da döyüşmək istəmirdilər. Onlar öz evlərinə qayıtmaq istəyirdilər. Mənim doqquz aylıq qızım var. Necə ki, mən qızımı görmək istəyirəm, onlar da öz övladlarını görmək istəyir”.

  • Bakı-Sumqayıt elektrik qatarları fərqli qrafiklə işləyəcək – RƏSMİ

    “Azərbaycan Dəmir Yolları” QSC 9 noyabr (bazar ertəsi) qeyri-iş gününün (Dövlət Bayraq Günü) olması ilə bağlı Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəlinə dəyişiklik edib.

    Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

    Məlumata görə, həmin gün yalnız aşağıda qeyd olunan Bakı-Sumqayıt elektrik qatarları hərəkətdə olacaq:

    – Sumqayıtdan saat 07:40-da yola düşən 6606 nömrəli qatar;

    – Sumqayıtdan saat 09:20-də yola düşən 6614 nömrəli qatar;

    – Bakıdan saat 16:55-də yola düşən 6611 nömrəli qatar;

    – Bakıdan saat 17:20-də yola düşən 6613 nömrəli qatar;

    – Bakıdan saat 18:50-də yola düşən 6621 nömrəli qatar;

    – Bakıdan saat 19:50-də yola düşən 6625 nömrəli qatar.

    Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq 7-8 noyabr (şənbə və bazar) günləri qatarlar hərəkətdə olmayacaq.

  • Осиротевшая в результате армянского террора в Гяндже Хадиджа находится у бабушки и дедушки – ОБНОВЛЕНО + ВИДЕО

    В СМИ и социальных сетях размещены вызвавшие беспокойство общественности видеокадры с Хадиджей Роял гызы Шахназарли, потерявшей родителей и сестру в результате ракетного удара вооруженных сил Армении по Гяндже.

    Об этом сообщает Госкомитет Азербайджана по проблемам семьи, женщин и детей.

    Отмечается, что 3 ноября представители ведомства посетили семью, в которой живет девочка, с целью изучения ситуации.

    “Трехлетняя Х.Шахназарли находится под опекой своей бабушки по матери в селе Сеидли Самухского района. В доме, в котором она живет, есть все необходимые условия, и психологическая обстановка оценивается как нормальная.

    Учитывая распространенную в СМИ и соцсетях информацию, сообщаем, что вопрос в связи с ребенком взят госкомитетом под контроль. Будет проведена оценка ситуации, приняты меры в предусмотренном законодательством порядке в соответствии с интересами девочки.

    Подробная информация будет предоставлена общественности позднее”, – говорится в сообщении госкомитета.

    * * * * *

    В азербайджанском сегменте Сети распространилась видеозапись, свидетельствующая о том, что трехлетнюю Хадиджу Шахназарли, потерявшую обоих родителей в результате ракетного удара вооруженных сил Армении по Гяндже в ночь на 18 октября, отняли у ее бабушки и дедушки.

    Из кадров становится ясно, что дядя девочки хочет взять ее под свою опеку. На видео мужчина не обращает внимания на плач ребенка, насильно выносит ее из дома, где она находилась, и сажает в машину.

    В связи с этим агентство связалось с Госкомитетом по проблемам семьи, женщин и детей.

    Как заявил завотделом информации и аналитических расследований Эльгюн Сафаров, данный вопрос взят под контроль.

    “Будут приняты меры, предусмотренные законодательством, с учетом интересов ребенка”, – сказал он.

  • Gəncə terrorunda valideynlərini itirən üç yaşlı Xədicə nənəsinin himayəsinə verildi – YENİLƏNİB + VİDEO

    “Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin ballistik raketlə vurulması nəticəsində valideynlərini və bacısını itirən Şahnəzərli Xədicə Röyal qızı ilə bağlı kütləvi informasiya vasitələrində və internet resurslarında məlumatlar yayılıb. Bu görüntülər haqlı olaraq cəmiyyətdə narahatlığa səbəb olub”.

    Bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaydığı məlumatda deyilir.

    “Bildiririk ki, noyabrın 3-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri vəziyyəti araşdırmaq məqsədilə ailəyə səfər ediblər. Üç yaşlı X.Şahnəzərli Samux rayonu Seyyidlər kəndində ana nənəsinin himayəsindədir, yaşadığı ev uyğun şəraitlidir və psixoloji vəziyyəti normal olaraq qiymətləndirilir.

    Hazırda kütləvi informasiya vasitələrində yayılmış məlumatı nəzərə alaraq bildiririk ki, azyaşlı Komitə tərəfindən nəzarətə götürülüb, qiymətləndirilmə aparılaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada uşağın ən yaxşı maraqlarına uyğun tədbirlər görüləcək.

    Qeyd edək ki, həyata keçirilən tədbirlərlə bağlı ictimaiyyətə ətraflı məlumatlar təqdim ediləcək”, – məlumatda vurğulanıb.

    * * * * *

    2020-ci il oktyabrın 18-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərinə ballistik raketlərlə hücum etməsi nəticəsində valideynlərini itirən üç yaşlı Xədicə Şahnəzərlinin ilə bağlı video yayılıb.

    Videodan aydın olur ki, Xədicənin əmisi onu qəyyumluğa götürmək istəyib. O, azyaşlının ağlamasına əhəmiyyət vermədən onu qaldığı qohumlarının evindən zorla aparıb.

    Məsələ barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq.

    Qurumun İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, üç yaşlı Xədicə ilə bağlı məsələ nəzarətə götürülüb:

    “Xədicə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada uşağın maraqlarına uyğun tədbirlər görüləcək”.

    O qeyd edib ki, yayılmış məlumatı nəzərə alaraq azyaşlı Komitə tərəfindən nəzarətə götürülüb.

  • Прогноз погоды на 7 ноября

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовала прогноз погоды в Азербайджане на 7 ноября.

    В Баку и на Абшеронском полуострове прогнозируется дождливая погода, местами ожидаются ливни, умеренный северный ветер.

    Температура воздуха на Абшероне составит ночью 11-13, днем – 14-16, в Баку ночью – 11-13, днем – 14-16 градусов тепла.

    Атмосферное давление повысится с 761 до 764 мм ртутного столба, относительная влажность – 75-85%.

    В некоторых районах Азербайджана завтра ожидаются дожди, которые могут местами перейти в ливни, в горах – снег, ночью и утром – туман, порывистый западный ветер.

    Температура воздуха составит ночью 9-13, днем – 15-18, в горах ночью – 0-5, днем – 5-10 градусов тепла.

  • Sabahın hava proqnozu açıqlandı

    Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 11-13, gündüz 14-16, Bakıda gecə 11-13, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək,nisbi rütubət 75-85 faiz təşkil edəcək.

    Noyabrın 7-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qara keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-13, gündüz 15-18, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza görə, noyabrın 7-8-də Abşeron yarımadasında rütubətli hava şəraiti və mülayim xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

  • Azərbaycanda milli televiziya və radio günü qeyd olunur

    Bu gün Azərbaycan televiziyasının 64, radiosunun isə 94 yaşı tamam olur.

    1926-cı il 6 noyabr tarixində Bakı şəhərində radiostansiyanın istismara verilməsi ilə ölkəmizdə ilk dəfə radio proqramı efirdə yayımlandı. Məhz bu gün Azərbaycan Televiziyası və Radiosu Günü olaraq televiziya və radio işçilərinin peşə bayramı kimi qeyd olunur.

    Polad bloklardan yığılmış 180 metrlik ilk Televiziya qülləsi Bakı şəhərində 1956-cı ildə qurulub. 1956-cı ilin 14 fevralında ilk dəfə TV vericisi vasitəsilə ağ-qara təsvirdə AzTV1 efirə çıxıb.

    1957-ci ilin 28 iyununda ilk dəfə olaraq səyyar televiziya vasitəsilə respublika stadionundan canlı yayım həyata keçirilib.

    1961-ci ildə Gəncə, Göyçay və Şuşa şəhərlərində güclü TV stansiyalar, 1962-ci ildə Naxçıvan MR-də kiçik güclü TV stansiya və studiya qurulub.

    1967-ci ildən isə ağ-qara televiziya yayımından rəngli (SECAM) TV yayıma keçid baş tutub.

    1997-ci ildə I Respublika və Araz radio proqramları Bakı Teleqüllə Kompleksindən FM diapazonunda yayımlanıb.

    2012-ci ildə Bakı Teleqüllə Kompleksində IPTV baş stansiyası qurulub və IPTV kontentin provayderlərə ötürülməsinə başlanılıb.

    Həmin ildə “Azərbaycan” və “İctimai” radioları, eləcə də “İctimai” televiziya proqramlarının HD formatlı yayımı həyata keçirilib.

    Ölkə ərazisində analoq TV yayımı 20 dekabr 2016-cı il tarixində tam dayandırılıb və rəqəmli TV yayımına keçid tam başa çatdırılıb.

    Qeyd edək ki, rəqəmli yayıma keçidin əsas üstünlüyü televiziya proqramlarının yüksək keyfiyyətlə qəbul edilməsi, strateji əhəmiyyət kəsb edən tezlik resurslarından səmərəli istifadə edilməsi və yerüstü efir vasitəsilə çoxsaylı televiziya proqramlarının qəbuluna imkan yaratmasıdır.

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” (Teleradio) İstehsalat Birliyi Fatmayı – Sumqayıt – Xızı – Dağbilici (Şabran) – Yergüc – Quba istiqamətində, 185 km uzunluğunda radio-rele xəttinin rəqəmliyə rekonstruksiyasını 2019-cu ildə başa çatdıraraq istismara verib. Bu, respublika ərazisində dövlət, ictimai, özəl və regional radio-TV proqramlarının region stansiyalarına çatdırılması üçün istismar olunan analoq radio-rele xətt şəbəkəsinin rəqəmliyə rekonstruksiyası işləri çərçivəsində baş tutub.

    2016-cı ildə fors-major hallarında və Bakı Teleqüllə Kompleksində tələb olunan profilaktika işləri zamanı Bakı şəhəri və Abşeron yarımadasında fasiləsiz radio-televiziya yayımının təmin olunması məqsədilə radiostansiyada əsaslı təmir-bərpa və rekonstruksiya işləri aparılmaqla, 1 nömrəli radiostansiyanın bazasında Alternativ radio-televiziya yayım stansiyası təşkil olunub.

    “Teleradio” İB tərəfindən 2019-cu ilin avqust ayından ölkədə ilk dəfə olaraq, Bakı şəhəri və Abşeron yarımadası ərazisində DAB+ standartı ilə rəqəmli radionun test yayımına başlanılıb. Hazırda Bakı şəhəri və Abşeron yarımadasının istənilən nöqtəsində 218,6 MHs (11B) tezliyində bir paketdə 12 radio proqramın rəqəmli qəbulu mümkündür.