Month: November 2020

  • Ali təhsil diplomlarının tanınması proseduru ilə bağlı YENİLİK

    “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara yeni anlayış daxil edilib.

    APA-nın məlumatına görə, Milli Məclisin plenar iclasında üçüncü oxunuşda qanun layihələrinə yeni – kvalifikasiya anlayışının daxil edilməsi ilə bağlı təklif müzakirə olunub.

    “Təhsil haqqında” Qanunun müvafiq maddələrində “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası” anlayışının daxil edilməsi, eləcə də, “xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” ifadəsinin “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” ifadəsi ilə əvəz edilməsi təklif olunur.

    Bununla da ali təhsil diplomlarının tanınması proseduru təkmilləşdiriləcək, tanınan sənədlərin əhatə dairəsi genişləndiriləcək, ali təhsilə aid olan və ya ali təhsilə qəbul olunmaq imkanı verən subbakalavr diplomlarının da tanınma imkanı və proseduru yaradılacaq.

    Müzakirəyə çıxarılan “Peşə təhsili haqqında” qanun layihəsi “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğun olaraq hazırlanıb və terminologiyanın eyniləşdirilməsi məqsədi daşıyır.

    “Peşə təhsili haqqında” qanunda kvalifikasiya anlayışı belə verilir: “kvalifikasiya – şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunun dövlət təhsil sənədi ilə təsdiq edilməsidir.”

    Qanun layihələri səsverməyə çıxarılaraq qəbul edilib.

  • Nazirlik ermənilərin ərazilərimizdə törətdiyi ekoloji terrorla bağlı məlumat yaydı

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi müharibə və silahlı münaqişələr zamanı ətraf mühitin istismarının qarşısının alınması beynəlxalq günü ilə bağlı məlumat yayıb.

    ETSN-dən bildirilib ki, işğalçı Ermənistan təkcə xalqımıza qarşı deyil, eyni zamanda, təbiətimizə və təbii sərvətlərimizə qarşı da terror həyata keçirir:

    “Təbii sərvətlərin talan olunması, ərazilərin yandırılması, su ehtiyatlarının çirkləndirilməsi, flora və faunanın məhvi erməni işğalçıları tərəfindən bu gün də davam etdirilir və regionun ekoloji durumuna böyük zərər vurulur.

    İşğal altında olan ərazilərdə yerləşən su anbarlarından cəbhəboyu bölgələrdə yaşayan əhalinin istifadə etməsinə imkan verilmir və su anbarları vasitəsilə həyata keçirilən ekoloji terror yaxınlıqda məskunlaşan əhali üçün ciddi təhlükə yaradır.

    Belə ki, suya tələbatın daha çox olduğu əkin-biçin mövsümündə su anbarlarının qarşısı kəsilərək, sudan istifadədə maneələr yaradılır, əksinə, suya ehtiyac olmayan yağışlı günlərdə isə anbarlardan böyük həcmdə suyun buraxılması ətraf rayonların təsərrüfatlarına ciddi ziyan vurur”.

    “Uzun illər işğal altında olan Qarabağ ərazisində 2000-dən çox ali bitki növünə rast gəlinir ki, bu da Azərbaycan florasının 42 faizini təşkil edir. Bu növlərdən 70-i işğal olunmuş ərazilərdə rast gəlinən nadir növlər olub, “Qırmızı Kitab”a daxil edilib. Qarabağ ərazisində ümumilikdə 400-dən çox quru onurğalı növləri yayılıb, bunların 60-dan çoxu nadir və sayı azalmaq təhlükəsi altında olan fauna növləridir.

    Ümumi sahəsi 43 min ha olan iki dövlət təbiət qoruğu, dörd dövlət təbiət yasaqlığı, 152 ədəd təbiət abidəsi – qədim ağaclar, beş ədəd geoloji-paleontoloji obyekt, hündürlüyü 45 metr, diametri 6-8 metrədək, yaşı 120 ildən 2000 ilədək olan pasportlaşdırılmış 145 Şərq çinarı və digər təbiət abidələri uzun illər ağır və misli görünməmiş talanla üz-üzə qalıb”, – deyə qeyd edilib.

  • Düşmən Tərtəri yenə atəşə tutub – VİDEO

    Ermənistan silahlıları Tərtər rayonunu ağır artilleriyadan atəşə tutmaqda davam edir.

    Baku TV xəbər verir ki, Tərtər rayon kənd sakinlərinin sözlərinə görə, sentyabrın 27-dən bu günə qədər demək olar ki, hər gün əraziyə mərmi düşür.

    Mərmilər mal-qaranın tələf olmasına, evlərin və məktəblərin dağılmasına və xeyli insan itkilərinə səbəb olub.

  • Qanı ilə şərəf tariximizi yazan atanın son sözləri: “Məni vursalar, özünü itirmə!” – VİDEOREPORTAJ

    Əynində hərbi geyim, sağında və solunda iki oğlu olan qürurlu ata fotosu, yəqin ki, hamının yadındadır.

    Müşfiq Abbasov Vətən Müharibəsinin hələ ilk günlərində iki övladı Şamil və İntiqamla cəbhəyə yollanıb.

    Müşfiq Abbasov hələ Birinci Qarabağ Müharibəsində, gənc yaşlarında qardaşları ilə birlikdə ermənilərə qan uddurub.

    Vətənin qürur tarixinin yazıldığı bu günlərdə isə oğulları ilə birlikdə düşmənin canına qorxu salıb.

    Şamil Abbasovun sözlərinə görə, kiçik yaşlarından silahla oynayıb:

    “Mənə güllə atmağı atam öyrətdi. Atam sanki illərdir bizə təlim keçirdi. Və məqamı gəldi, götürüb apardı”.

    Ş.Abbasov bildirib ki, atası bu günləri illərlə gözləyib:

    “Vətəni, torpağı sevməyi, ona bağlı olmağı bizə atam öyrədib. Atam Ağdam rayonunun Abdal-Gülablı kəndində doğulub. Biz o kəndi görməsək də, atam oranı bizə çox sevdirib. Müharibə başlayandan sonra atam, biz və əmim könüllü cəbhəyə yollandıq. Son sözləri belə oldu: “Məni vursalar, özünü itirmə!”

    Daha ətraflı AZTV-nin videosüjetində:

  • Помощник Президента Азербайджана: Армянское лобби способствует оккупации

    Для компенсации крупных потерь на поле боя Армения мобилизует свою диаспору, действующую в зарубежных странах под видом неправительственных и благотворительных организаций, и через нее привлекает финансовые средства для армии. В их числе – благотворительная кампания We are our borders – All for Artsakh, Armenia Fund, организации Armenian General Benevolent Union, Armenian Canadian Medical Association of Ontario, Fund for Armenian Relief, Tufenkian Foundation, Armenian Relief Society и другие.

    Об этом заявил журналистам помощник Президента Азербайджана – завотделом Администрации главы государства по вопросам внешней политики Хикмет Гаджиев.

    Он отметил, что деньги, полученные по линии указанных организаций, направляются на финансирование армянской армии, действующей на оккупированных территориях Азербайджана, что способствует очередным атакам Армении на мирное население АР.

    “Это доказывает переписка в социальных сетях по данному вопросу между армянами, проживающими за рубежом. Армянская диаспора за рубежом не в первый раз использует полученные за счет неправительственных и благотворительных организаций средства для незаконной деятельности и закрепления результатов оккупации на территориях Азербайджана, а также закупки оружия для оккупационной армии.

    На протяжении последних 30 лет армянская диаспора активно работала в этом направлении и вводила в заблуждение налогоплательщиков соответствующих зарубежных стран.

    В это время сепаратистскому режиму, созданному на оккупированных территориях Азербайджана, незаконно перечислялись средства в обход механизмов контроля. Данный факт свидетельствует о финансировании терроризма.

    Согласно положениям Международной конвенции по борьбе с финансированием терроризма от 1999 года, а также резолюций Совета Безопасности ООН за №№1373 (2001), 2178 (2014), 2195 (2014) и 2347 (2017), деятельность некоммерческих организаций в вышеуказанных областях расценивается как финансирование терроризма, и государства должны принять меры для предотвращения подобных случаев.

    В этой связи Азербайджан призывает страны-участницы ООН пресечь использование своих территорий в целях финансирования армянского терроризма, направленного против суверенитета и территориальной целостности АР”, – сказал Х.Гаджиев.

  • Prezidentin köməkçisi erməni lobbisinin işğalçılığa “töhfələrini” ifşa etdi

    “Döyüş meydanındakı böyük itkiləri kompensasiya etmək məqsədilə Ermənistan xarici ölkələrdə qeyri-hökumət təşkilatları və xeyriyyə təşkilatları adı altında fəaliyyət göstərən erməni diasporunu səfərbər edərək, öz ordusuna maliyyə vəsaitləri cəlb edir (“We are our borders – All for Artsakh” donation campaign, Armenia Fund, Armenian General Benevolent Union, Armenian Canadian Medical Association of Ontario, Fund for Armenian Relief, Tufenkian Foundation, Armenian Relief Society və s.)”.

    Bunu mətbuata açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

    O qeyd edib ki, erməni diasporunun idarə etdiyi qeyri-hökumət təşkilatları və xeyriyyə təşkilatları xətti ilə əldə edilən maliyyə vəsaitləri Azərbaycanın işğal edilmiş ərazilərində fəaliyyət göstərən Ermənistan ordusunun maliyyələşdirilməsinə yönəlir və bununla da Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı növbəti hücumlara töhfə vermiş olur:

    “Xaricdə yaşayan ermənilər arasında bu barədə sosial media və şəbəkələrdəki yazışmalar bunu sübut edir. Bu ilk dəfə deyil ki, xaricdəki erməni diasporu qeyri-hökumət təşkilatları və xeyriyyə təşkilatlarından sui-istifadə edərək, əldə edilən vəsaitləri Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət və işğalın möhkəmləndirilməsi, eləcə də işğalçı ordu üçün silah sursatın alınması istiqamətində istifadə edir.

    Son 30 ildə erməni diasporu bu istiqamətdə fəal iş aparıb və müvafiq xarici dövlətlərin vergi ödəyicilərini aldadıblar.

    Bu zaman Azərbaycanın işğal altındakı qondarma rejimə heç bir nəzarət mexanizmi olmadan qanunsuz vəsaitlər köçürülüb ki, bu da terrorizmin maliyyələşdirilməsi deməkdir.

    Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə üzrə 1999-cu il Beynəlxalq Konvensiyanın, eləcə də BMT Təhlükəsizlik Şurasının 1373 (2001), 2178 (2014), 2195 (2014) and 2347 (2017) saylı qətnamələrinin müddəalarına görə qeyri-kommersiya təşkilatları tərəfindən yuxarıda göstərilən sahələr üzrə fəaliyyət terrorizmin maliyyələşməsi kimi qiymətləndirilir və dövlətlər bu kimi halların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməlidir.

    Bu xüsusda, Azərbaycan BMT üzv dövlətlərini öz ərazilərindən ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş erməni terrorizminin maliyyələşməsi məqsədilə istifadənin qarşısını almağa çağırır”.

  • В Баку возвращают первоначальный вид незаконно перекрашенному фасаду здания – ФОТО

    Начались работы по восстановлению первоначального вида исторического здания, расположенного на пересечении улиц Алашрафа Ализаде и Гаджи Зейналабдина Тагиева в Баку, часть которого была незаконно перекрашена.

    Как сообщили в Исполнительной власти столицы, в отношении арендатора объекта и предпринимателя были применены штрафные санкции в максимальном размере, предусмотренные Кодексом об административных правонарушениях.

    Кроме того, указанная территория была взята под контроль.

    Для изучения состояния других историко-культурных памятников столицы ИВ Баку и Министерством культуры было принято решение о проведении совместных мониторингов.



  • Bakıda qanunsuz olaraq rənglənən tarixi binanın bərpasına başlanıldı – FOTO

    Ötən gün Bakı şəhəri Ələşrəf Əlizadə küçəsi ilə Hacı Zeynalabdin Tağıyev küçələrinin kəsişməsindəki qanunsuz rənglənən tarixi binanın bərpası üçün təmir-restavrasiya işlərinə başlanılıb.

    Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, görülən tədbirlər nəticəsində binadakı obyektin icarədarına və sahibkara qarşı İnzibati Xətalar Məcəlləsində müəyyən edilmiş maksimum məbləğdə cərimə tətbiq olunub, ciddi xəbərdarlıqdan sonra ərazi nəzarətə götürülüb.

    Paytaxtda yerləşən tarixi-mədəniyyət abidələrinin vəziyyətinin öyrənilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qurumları tərəfindən birgə yoxlamaların keçirilməsi qərara alınıb.



  • NBA-nın ulduz oyunçusu həbsxanada ölüb

    İki dəfə NBA All-Stars iştirakçısı olan ulduz oyunçu Eddi Conson Florida həbsxanasında vəfat edib.

    Bu barədə “L’Equipe” xəbər yayıb.

    O, ömürlük həbsə məhkum edilmişdi. 65 yaşlı keçmiş ulduzun ölüm səbəbi açıqlanmır.

    Conson NBA-da çıxışları ilə məşhurdur. Ancaq o, narkotik aludəçisi olub və disiplin problemi olub. Buna görə 1987-ci ildə ona NBA-da oynamaq qadağan edilib.

    Onun qanunla da xeyli problemi olub. Belə ki, müxtəlif səbəblərdən, o cümlədən, polisə hücum və narkotik vasitələrin saxlanılması səbəbindən 100 dəfədən çox həbs olunub.

    2006-cı ildə isə məhkəmə onu səkkiz yaşlı qıza təcavüz etməkdə təqsirli bilərək, ömürlük həbs cəzasına məhkum edib.

  • Армяне выпустили по Тертеру около 20 артиллерийских снарядов

    На фронте продолжаются ожесточенные бои, сообщает с места событий корреспондент Report.

    6 ноября, с 08:00, подразделения вооруженных сил Армении подвергли обстрелу город Тертер, а также села Газьян и Гусанли одноименного района.

    Противник выпустил по населенным пунктам около 20 артиллерийских снарядов. К счастью, никто не пострадал.

    Подразделения азербайджанской армии предпринимают адекватные ответные меры по подавлению вражеских огневых точек.