Month: November 2020

  • Atalar və oğullar: Daşaltı döyüşçüsünün oğlu Qubadlıda qazi oldu – VİDEOREPORTAJ

    Düşmənə qan ağladan qazi yenidən cəbhəyə qayıtmaq istəyir.

    Baku TV xəbər verir ki, Abşeron rayonundan könüllü olaraq cəbhəyə yola düşmüş, Mehdiabad qəsəbə sakini Pərvin Allahquliyev Qubadlı rayonunun işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə əlindən və ayağından qəlpə yarası alaraq qazi olub.

    Topçu olan qazimiz deyir ki, şəxsən özü düşmənə ağır zərbə vuraraq, onların üçü tank olmaqla, xeyli sayda texnikasını sıradan çıxarıb və canlı qüvvəsini məhv edib.

    Atalarımızın sözünə qüvvət, igidlik insana irsən ötürülür. Pərvinin atası Yadulla Allahquliyev də 1991-ci ildə Daşaltı əməliyyatında könüllü olaraq döyüşənlərdəndir. Elə vətən sevgisi, torpaq məhəbbəti də qazimizin ruhuna qanla ötürülüb.

    P.Allahquliyev bildirir ki, ayağa qalxan kimi ilk işi cəbhəyə yola düşmək olacaq.

    Qazimizin anası Tahirə xanım isə, oğlu ilə bərabər vətən uğrunda gözünü qırpmayan bütün hərbiçilərmizlə fəxr etdiyini deyir. Ailə Qubadlıda yaralanan oğlunun tezliklə sağalacağına və yenidən cəbhəyə qayıdacağına inanır.

  • Səhiyyə Nazirliyindən epidemioloji vəziyyətlə bağlı AÇIQLAMA

    “Payız-qış mövsümünün gəlməsi ilə əlaqədar havaların soyuması və immunitetin zəifləməsi təbii prosesdir. Bu dövrdə orqanizmin immun statusunu yüksək səviyyədə saxlamaq üçün qida rasionuna bol vitaminli meyvə-tərəvəz daxil etmək, açıq havada tez-tez olmaq, qapalı məkanları gün ərzində bir neçə dəfə havalandırmaq lazımdır”.

    Bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti Şöbəsinin müdiri Nəzifə Mürsəlova mediaya açıqlamasında deyib.

    N.Mürsəlova bildirib ki, respirator xəstəliklərdən qorunmaq üçün tibbi maskalardan istifadə etmək vacibdir:

    “Kütləvi tədbirlərdə iştirak etməkdən çəkinmək, fiziki məsafəni qorumaq, şəxsi gigiyena qaydalarına riayət etmək və spirt əsaslı dezinfeksiyaedici vasitələrdən istifadə edilməsi önəmlidir.

    Xəstəliyin qarşısının alınması xəstəliyə yoluxub, sonradan ondan müalicə olunmaqdan daha əlverişlidir. Məhz bu səbəbdən ölkədə bir sıra yoluxucu respirator xəstəliklərə qarşı peyvəndlər aparılır.

    Onların arasında mövsümi qripə qarşı peyvəndlər də var. Hətta immun sistemi olduqca güclü olan insanlar belə, ildə ən azı bir dəfə qripə yoluxurlar. Bu xəstəlikdən qorunmaq üçün Azərbaycanda qrip virusuna qarşı peyvəndin tətbiqinə başlanılıb.

    Məlum olduğu kimi, oktyabr ayının 12-dən etibarən Səhiyyə Nazirliyinin müvafiq əmri ilə ölkəmizdə müəyyən olunmuş əhali qrupları arasında mövsümi qripə qarşı peyvəndə start verilib”.

    Nəzifə Mürsəlova peyvənd kampaniyasının çərçivəsində tibb işçiləri, hamilə qadınlar, tənəffüs yollarının xroniki xəstəliklərinə malik altı aylıqdan yuxarı uşaqlar və böyüklərin peyvənd olunduqları haqqında məlumat verib:

    “Qripə qarşı peyvənd olunmaq istəyən hər kəs yaşayış yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edib, peyvənd oluna bilər. Onu da qeyd edim ki, mövsümi qrip əleyhinə peyvənd edilmə dövlət tibb müəssisələrində tamamilə pulsuz aparılır”.

  • Из Ханкенди в Армению сбежали минимум 40 тыс. человек, город практически пуст

    Из Ханкенди в Армению сбежало как минимум 70% населения, а это почти 40 тыс. человек, признал “мэр” города Давидж Саркисян.

    Он заявил Sputnik-Армения, что в городе остаются около 17 тыс. человек, власти сепаратистского режима готовятся организовать эвакуацию и этих жителей.

    При этом из-за отсутствия движения в Ханкенди “городская администрация” старается обеспечить оставшееся население едой и предметами первой необходимости.

  • Xankəndi boşdur: 40 min insan Ermənistana qaçıb

    Xankəndi sakinlərinin azı 70 faizi Ermənistana qaçıb, bu isə 40 min insan deməkdir.

    Bu barədə şəhər “meri” David Sarkisyan “Sputnik”ə müsahibəsində deyib.

    Onun sözlərinə görə, şəhərdə təxminən 17 min insan qalıb. Separatçı rejim həmin sakinləri də təxliyyə etməyə hazırlaşır.

    Eyni zamanda, Xankəndidə nəqliyyatın azlığı səbəbindən şəhər “rəhbərliyi” qalan əhalini qida və zəruri ehtiyaclarla təmin etməyə çalışır.

  • Bakıda elektrik enerjisi istehsalı iki dəfə artıb

    Bakıda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda yanvar-sentyabr aylarında 457,3 milyon manat dəyərində məhsul istehsal edilib və xidmət göstərilib.

    Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 36,7 faiz çoxdur.

    Eləcə də, paytaxtda elektrik enerjisinin istehsalı da ötən ilin eyni dövrü ilə müqayisədə 52,8 faiz artıb. Belə ki, müvafiq dövr ərzində 5 milyard 325,9 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.

    //oxu.az

  • Главврач назначен на высокую должность в TƏBİB – ФОТО

    Главврач Лерикской центральной районной больницы Мубариз Агаев назначен на новую должность.

    Как сообщает Modern.az, он стал руководителем подразделения по южному региону TƏBİB (Объединение по управлению медицинскими территориальными подразделениями).

    М.Агаев также является заместителем председателя лерикского регионального отделения партии “Ени Азербайджан” (ПЕА).

  • Baş həkimə TƏBİB-də yüksək vəzifə verildi – FOTO

    Lerik rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev yeni vəzifəyə təyin edilib.

    Modern.az-ın məlumatına görə, Mübariz Ənvər oğlu Ağayev “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Tibbi ərazi bölmələrinin koordinasiyası departamentinin cənub ərazi bölməsi üzrə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

    Qeyd edək ki, M.Ağayev bu təyinata qədər Lerik Rayon Mərkəzi Xəstəxananın baş həkimi olub. O, həmçinin, Yeni Azərbaycan Partiyasının Lerik rayon təşkilatının sədr müavinidir.

  • Минобороны: ВС Азербайджана не обстреливают населенные пункты и гражданскую инфраструктуру

    Сообщение армянской стороны о якобы возобновлении обстрелов Ходжавенда и Шуши со стороны азербайджанской армии абсолютно не соответствует действительности.

    Об этом сообщает Министерство обороны АР.

    Подчеркивается, что азербайджанская армия не ведет обстрел населенных пунктов и гражданской инфраструктуры.

  • Azərbaycan ordusu yaşayış məntəqələrini və mülki infrastrukturları atəşə tutmur – RƏSMİ

    “Erməni tərəfinin Xocavənd və Şuşanın Azərbaycan Ordusu tərəfindən yenidən atəşə tutulması ilə bağlı xəbəri tamamilə həqiqətə uyğun deyil”.

    Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb:

    “Bir daha bildiririk ki, Azərbaycan Ordusu yaşayış məntəqələrini və mülki infrastrukturu atəşə tutmur”.

  • Азербайджанская армия уничтожила в Карабахе еще 12 террористов PKK

    Азербайджанская армия продолжает уничтожать членов террористической организации PKK, прибывших из Сирии для участия в боевых действиях в Карабахе.

    Как стало известно Ordu.az из информированных источников, в течение последних суток в Карабахе было уничтожено еще 12 террористов PKK. Они были ликвидированы на ходжавендском направлении фронта.

    Согласно информации, один из боевиков подорвал себя гранатой.

    Таким образом, по состоянию на 5 ноября 2020 года, азербайджанская армия уничтожила в Карабахе 22 террориста PKK.