Month: November 2020

  • Qarabağda daha 12 PKK/YPG terrorçusu məhv edildi

    Qarabağda Ermənistan ordusu tərəfində döyüşən PKK/YPG terrorçuları arasında itkilər davam edir.

    Ordu.az-ın məlumatına görə, son sutka ərzində aparılan əməliyyatlarda 12 PKK/YPG terrorçusu məhv edilib.

    Terrorçular, əsasən, Xocavənd istiqamətində aparılan əməliyyatlar zamanı məhv edilib.

    Məlumata görə, terrorçulardan biri özünü partladıb.

    Xatırladaq ki, bununla Qarabağda məhv edilmiş PKK/YPG terrorçularının sayı 22-yə çatıb.

  • Мировые цены на нефть снижаются

    Мировые цены на нефть снижаются в ходе торгов в четверг, 5 ноября, передает RT.

    Декабрьские фьючерсы на нефть WTI снижаются на 1,92%, составив 38,4 доллара за баррель.

    Фьючерсы на нефть марки Brent с поставкой в январе упали на 1,92% – до 40,44 доллара за баррель.

  • Dünya bazarında neftin qiyməti

    Dünya bazarında neftin qiymətində azalma qeydə alınır.

    RT xəbər verir ki, WTI markalı neftinin dekabr fyuçersləri 1,92 faiz azalaraq, bir bareli 38,40 dollara düşüb.

    “Brent” markalı neftin yanvar fyuçersləri 1,92 faiz azalaraq, 40,44 dollar təşkil edib.

  • Bakı Polisindən nəzarət tədbirləri ilə bağlı VACİB AÇIQLAMA

    “Ümumi olaraq koronavirusla bağlı paytaxt ərazisində keçirilən reydlər zamanı aşkarlanan nöqsanlar nisbətən azalsa da, hələ də qaydalara əməl etməyən şəxslər var”.

    Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat katibi Elşad Hacıyev məlumat verib.

    E.Hacıyev ictimai yerlərdə qoruyucu maskalardan təyinatı üzrə istifadə etməyərək, həm özünün, həm də ətrafdakı insanların sağlamlığına etinasız yanaşan şəxslərə müraciət edib:

    “Sanitar-epidemioloji qaydalara cərimələrdən qorunmaq üçün yox, sağlamlığımız üçün əməl etməliyik. Qaydalara əməl etməyən şəxslər barəsində qanunvericiliyə uyğun şəkildə, İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddəsi ilə tədbir görülür.

    Vətəndaşlara tibbi maskalardan cərimədən yayınmaq üçün deyil, sağlamlıqlarını qorumaq məqsədilə istifadə etmələrini tövsiyə edirik”.

  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünyada ümumilikdə 48 438 567 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 1 231 019 xəstə ölüb, 34 674 181 nəfər sağalıb.

    Asiyada 14 041 718, Şimali Amerikada 11 681 463, Avropada 11 008 831, Cənubi Amerikada 9 827 408, Afrikada isə 1 838 867 nəfərdə virus aşkarlanıb.

    Virusa yoluxma sayına görə ilk üçlükdə olan dövlətlər ABŞ (9 801 355 nəfər), Hindistan (8 364 086 nəfər) və Braziliyadır (5 590 941 nəfər).

    Rusiyada 1 693 454, İranda 646 164, Türkiyədə 384 509, Ermənistanda 97 150, Gürcüstanda isə 46 817 nəfərdə koronavirus müəyyən edilib.

    Azərbaycanda koronavirusa yoluxan 59 509 nəfərin 780-i ölüb, 45 697-si sağalıb.

  • Минобороны: Противник подверг обстрелу наши населенные пункты

    До наступления утра 5 ноября подразделения армянских вооруженных сил периодически подвергали обстрелу населенные пункты Геранбойского и Тертерского районов.

    Об этом сообщает Министерство обороны Азербайджана.

    Отмечается, что в 07:50 противник выпустил четыре снаряда по селу Гиямеддинли Агджебединского района.

  • Düşmən yaşayış məntəqələrimizi atəşə tutub – RƏSMİ

    Bu gün səhər saatlarınadək Goranboy və Tərtər rayonlarının yaşayış məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən fasilələrlə atəşə tutulub.

    Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, səhər saat 07:50-də Ağcabədi rayonun Qiyaməddinli kəndinə düşmən tərəfindən dörd ədəd mərmi atılıb.

  • ABŞ-ın ermənilərin sıx yaşadığı yerlərində “Qarabağ Azərbaycandır” lövhələri quraşdırıldı – FOTO

    Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ABŞ-ın Florida ştatının Mayami şəhərinin mərkəzi yollarında Azərbaycan bayrağının və Qarabağ atlarının təsvir olunduğu, “Karabakh is Azerbaijan” (Qarabağ Azərbaycandır) şüarının yazıldığı lövhələr quraşdırılıb.

    Bu barədə Report-a məlumatı Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminova verib.

    O bildirib ki, iki nəhəng lövhənin dizaynı ABŞ-da yaşayan həmyerlilərimiz Cəmilə Cavadova və Bakıda yaşayan dizayner Emin Rzayevə məxsusdur.

    T.Eminova lövhələrin quraşdırıldığı yollarının ermənilərin sıx yaşadığı ərazilər olduğunu deyib:

    “Lövhələrdən biri gediş-gəliş yolu olmaqla, “Fort Lauderdale” beynəlxalq hava limanının önündə, digər iki lövhə isə ABŞ-n bütün şəhər və ştatlarına gedən yolları birləşdirən mərkəzi yola qoyulub.

    Biz bu məkanları əbəs yerə seçməmişik. Çünki həmin yollar ermənilərin Floridada daha çox məskunlaşdığı ərazilərə – “Boco Raton” və “Palm Beach”ə çıxır”.

    T.Eminova ABŞ-da yaşayan Azərbaycan icmasının ermənilərin ədalətsiz işğalçılıq siyasətinə qarşı birləşdiyini deyib:

    “Bu ənənəni davam etdirəcəyik. Hələ ABŞ-ın bir çox ştatlarında, böyük şəhərlərində mərkəzi yolların və körpülərin üzərində “Qarabağ Azərbaycandır!” bannerləri nümayiş etdiriləcək”.





  • ABŞ-da prezident seçkilərinin son nəticələri: Bayden qələbəyə yaxındır – FOTO

    ABŞ-da prezident seçkilərinin nəticələri ilə bağlı son məlumatlar yayılıb.

    “USA Today” xəbər verir ki, son nəticəyə görə, Demokrat Partiyasının namizədi Co Bayden 72 055 975 seçici səsi (50,4 %), Respublikaçıların namizədi Donald Tramp isə 68 597 329 səs (48 %) qazanıb.

    Beləliklə, Bayden Seçicilər Kollegiyasında 264 səsə, Tramp isə 214 səsə malikdir.

    Seçkilərdə qələbə üçün hər hansı bir namizəd 270 səs toplamalıdır.

    ABŞ-da ümumi seçkilər çərçivəsində 35 senator, Nümayəndələr Palatasına 435 üzv, 13 ştat və bölgə qubernatorları, yerli hökumət nümayəndələri seçilib.




  • Nyu-Yorkda etiraz aksiyaları: Nümayişçilər yolları bağladılar – VİDEO

    ABŞ-da keçirilən prezident seçkilərinin rəsmi nəticələri açıqlanmamış Nyu-Yorkda etiraz aksiyaları başlayıb.

    REN TV xəbər verir ki, bununla bağlı videolar sosial şəbəkədə yayılıb.

    Videolardan etirazçıların yolları bağladığı, zibil qutularına od vurduğu görünür. Nümayişçilər səslərin hamısının hesablanmasını tələb edirlər.

    Məlumatlara görə, oxşar aksiyalar Manhettendə, Miçiqanda və Vaşinqtondakı Ağ Evin qarşısında keçirilir.