Month: November 2020

  • Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

    “Macarıstan birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Azərbaycanla dostluq münasibətlərinə böyük önəm verir”.

    Bu sözləri Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi DOST Agentliyində olarkən bildirib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Qarabağ münaqişəsi ilə bağlı məsələdə Macarıstanın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək verdiyinə görə səfirə minnətdarlığını bildirib.

    Səfir Viktor Sederkenyiyə DOST Agentliyinin yaradılmasının məqsədi, funksiyaları, DOST mərkəzlərinin iş prinsipləri barədə məlumat verilib.

    Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov ilin əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin Macarıstana səfəri zamanı iki ölkə arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlıq perspektivlərinin müzakirə edildiyini və bunun hər iki tərəfə fayda verə biləcəyini deyib. O bildirib ki, DOST Agentliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərində vətəndaşa xidmətlər təqdim edən ön ofis olmaqla yanaşı, həm də bu sahədə daimi təkmilləşdirmə işləri görür, yeni ideya və layihələrin istehsalçısı qismində çıxış edir. Bu baxımdan tərəflər arasında mümkün əməkdaşlıq potensialının və texniki imkanların araşdırılması barədə müzakirələr aparılır.

    Görüşdə Macarıstan mədəniyyəti və məişəti ilə Azərbaycan əhalisini daha yaxından tanış etmək üçün onlayn təlimlərin keçirilməsi, təlimin DOST Agentliyi-UNFPA arasında həyata keçirilən “Fəal yaşlanma” layihəsi çərçivəsində təşkili planlaşdırılan “Kulinariya” dərsləri ilə uzlaşdırılması və Macarıstanın Müstəqillik Gününə həsr olunmuş məlumatlandırma kampaniyası çərçivəsində bu ölkənin milli şirniyyatlarının gigiyenik baxımdan təhlükəsiz qablaşdırmalarda DOST mərkəzlərində xidmətlərdən yararlanan vətəndaşlara paylanılması məsələləri də müzakirə edilib.

    Bundan başqa DOST Agentliyinin sosial agentləri, monitorinq üzrə mütəxəssisləri və könüllüləri üçün müxtəlif funksional istiqamətlər üzrə təlimlərin keçirilməsi və “Rəqəmsal xəritələr” layihəsi barədə də fikir mübadiləsi aparılıb.

  • Xalq hər zaman Ali Baş Komandanın yanındadır

    Azərbaycanda və xaricdə yaşayan həmvətənlərimiz, eyni zamanda, xarici ölkələrin vətəndaşları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər.

    Müraciətlərdə şanlı ordumuzun sentyabrın 27-dən işğalçı qoşunlarına qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlatdığı əməliyyatlar birmənalı olaraq alqışlanır və böyük dəstək ifadə olunur.

    Müraciət edənlər bu savaşda Ali Baş Komandanın hər zaman yanında olduqlarını bildiriblər, müzəffər Ordumuzun qələbələrinə sevindiklərini və alqışladıqlarını ifadə ediblər.

    Azərbaycanın və dünyanın bir çox yerlərindən ünvanlanan məktublarda qələbə sevinci ilə yaşadığımız bu günlərin bütövlükdə Azərbaycanımızın dövlətçilik tarixinə qızıl hərflərlə yazılan günlər olduğu vurğulanır.

    Azərbaycan və dünyanın bir çox yerlərindən ünvanlanan məktublarda dövlət başçısının qətiyyəti nəticəsində uzun illərdir düşmən tapdağında olan torpaqlarımızın geri alındığı vurğulanır və Ali Baş Komandana bu çətin və şərəfli işində uğurlar arzu edilir.

  • Ermənistanda cəbhəyə getməkdən imtina edənlərin övladları girov götürülür

    Ermənistanda yeni doğulmuş körpələrə yalnız ataları könüllü olaraq cəbhəyə getdikdə və uşaqları və anaları xəstəxanalarda girov saxlanıldıqda şəhadətnamə verilir.

    Ordu.az xəbər verir ki, bu barədə erməni hüquqşünas Robert Hayrapetyan sosial şəbəkədəki hesabında yazıb.

    “Hər dəqiqə vətənpərvərlikdən danışanlar, zəif insanlarımıza qarşı ikiüzlülükdən başqa bir şey etmirlər. Uşaq doğulduqdan bir gün sonra doğum haqqında şəhadətnamənin yalnız uşağın atasının cəbhəyə könüllü getməsi barədə təsdiq sənədinin təqdim edilməsi şərti ilə veriləcəyini necə etmək olar?

    Uşaqları və analarını girov götürürsünüz, yoxsa onlarla danışıqlar masasında oturmağa qərar vermisiniz? Sizdə beyin var?”, – deyə R.Hayrapetyan yazıb.

    Qeyd etmək lazımdır ki, Azərbaycana qarşı döyüşlərdə məğlub olan Ermənistan ordusunda fərarilik halları və xaos getdikcə artır. Ermənistanda qadınlar, qocalar və uşaqlar zorla müharibəyə aparılır və cəbhəyə getməkdən yayınanlar sərt şəkildə cəzalandırılırlar.

  • Уничтожена зенитная установка врага – ВИДЕО

    Подразделения азербайджанской армии продолжают выводить из строя военную технику противника.

    Об этом сообщает Министерство обороны АР.

    3 ноября, во второй половине дня, точным огнем была уничтожена зенитная установка М-55 вооруженных сил Армении, установленная на одной из высот на ходжавендском направлении фронта, говорится в информации.

    Следует отметить, что трехпушечная зенитная установка калибра 20 мм 1955 года выпуска, размещенная на многоцелевом легкобронированном транспортере (МТЛБ), предназначена для поражения летящих на малых высотах целей и живой силы.

  • Azərbaycan ordusu düşmənin zenit qurğusunu dəqiq atəşlə məhv etdi – VİDEO

    Azərbaycan ordusunun bölmələri tərəfindən düşmənin hərbi texnikalarının sıradan çıxarılması üzrə fəaliyyətlər davam etdirilir.

    Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, noyabrın 3-də günün ikinci yarısında cəbhənin Xocavənd istiqamətindəki yüksəkliklərdən birinə çıxarılmış Ermənistan silahlı qüvvələrinin bir ədəd “M-55” zenit qurğusu dəqiq atəşlə məhv edilib.

    Qeyd edək ki, 1955-ci ildə istehsal edilmiş, yüngül zirehli çoxməqsədli transportyor üzərində quraşdırılmış 20 mm-lik üç topdan ibarət zenit qurğusu aşağı hündürlükdə uçan hədəflərini və canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulub.

  • Разоблачена еще одна ложь президента Армении – ФОТО

    Президент Армении Армен Саркисян в интервью российскому телеканалу РБК представил искаженные факты.

    Об этом в своем Twitter-аккаунте сообщила глава пресс-службы МИД Азербайджана Лейла Абдуллаева.

    Представитель министерства отметила, что Саркисян лгал об истории, демографии и экономическом положении Нагорно-Карабахской автономной области.

    “Он сказал, что в конце 1980-х годов более 1 млн армян покинули Азербайджан. На самом деле, по данным переписи населения 1989 года, там проживало только 390 505 армян”, – написала Л.Абдуллаева.


  • Ermənistan prezidentinin daha bir yalanı ifşa edildi – FOTO

    Ermənistan Prezidenti Armen Sarkisyan Rusyanın RBK telekanalına müsahibəsində həqiqətləri təhrif edib.

    Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva özünün “Twitter” hesabından bildirib.

    O qeyd edib ki, Armen Sarkisyan Dağlıq Qarabağ Muxtar Vilayətinin tarixi, demoqrafiyası, iqtisadi vəziyyəti barədə yalan danışıb.

    “Onun sözlərinə görə, 1980-ci illərin sonunda Azərbaycanı bir milyondan çox erməni tərk edib. Fakt: 1989-cu il siyahıyaalınmasına görə ölkədə 390.505 erməni olub”, – deyə Leyla Abdullayeva vurğulayıb.


  • Ramil Usubov: “Ali Baş Komandan ümumilikdə Qafqazın yeni təhlükəsizlik sistemini formalaşdırır”

    “Ali Baş Komandanımız indi tək Azərbaycanın deyil, ümumilikdə Qafqazın yeni təhlükəsizlik sistemini formalaşdırır”.

    Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov deyib. O bu prosesə lokal müstəvidə – Azərbaycan miqyasında baxılması ilə razılaşmadığını deyib:

    “Liderimizin fəaliyyətinin mühüm qlobal təsir gücü var ki, bu, Qafqaz bölgəsinə də təsirsiz ötüşməyəcək və nəticə etibarilə hətta Avroatlantik məkanda yeni korrektlərə, mühüm düzəlişlərə rəvac verəcək.

    Əsrlər boyu çoxsaylı münaqişələrin, etnik çaxnaşmaların, dini təfriqələrin, separatçılıq savaşlarının hədəfi olan Qafqaz bölgəsi möhtərəm Prezidentimizin sayəsində sülhə, etibarlı təhlükəsizlik mühitinə qovuşacaq”.

    R.Usubov bildirib ki, cənab İlham Əliyevin Azərbaycanın timsalında bütün Qafqazda yaradacağı yeni təhlükəsizlik konfiqurasiyası bölgənin qədimdən indiyədək davam edən savaşlar və itkilər tarixini, mənzərəsini tamamilə dəyişdirmək gücündədir:

    “O, Qarabağa tarixi ədalət, Qafqaza isə davamlı sülh və möhkəm təhlükəsizlik gətirir. Möhtərəm cənab Prezidentin Qarabağ bölgəsində yaratdığı yeni durum əslində bütün bölgədə münaqişə ocaqlarının sönməsinə, etnik separatizmin cilovlanmasına təkan verəcək. Həm də yüzilliklər boyu fövqəldövlətlərin toqquşan maraqları zəminində qaynar nöqtəyə çevrilən Qafqazda artıq məlum güclərin təsir və təzyiqləri də minimuma enəcək.

    Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, bu münaqişənin ən böyük ziyanını erməni xalqı çəkir. Məhdud iqtisadi potensiala malik bu ölkənin vətəndaşları cüzi büdcələrinin əsasən ədalətsiz savaşa yönəlməsi və dövlətlərinin bütün enerji və logistik layihələrdən kənarda saxlanılaraq tam təcrid edilməsi nəticəsində səfalətə məhkum olunub. Zamanla Ermənistanın zərəri daha da artacaq, ölkə tam iflasa sürüklənəcək. Bu baxımdan bu gün yaranmaqda olan status-kvo erməni xalqı üçün böyük bir şansa çevrilə bilər.

    Həm dövlətləri külli miqdarda savaş xərclərindən azad olunar, həm də Azərbaycanla imzalanacaq yeni müqavilələr onların, nəhayət ki, müstəqil dövlət quruculuğuna başlamalarına imkan yaradar. Bu baxımdan tam əsasla deyə bilərəm ki, Prezident İlham Əliyevin Qarabağa gətirdiyi tarixi ədalət Ermənistana da əsl müstəqillik gətirəcək. Buna görə də erməni xalqı müdriklik göstərməli, öz hakimiyyətini yeni Qafqaz iqtisadi-siyasi-təhlükəsizlik konfiqurasiyasında yaranmış yeni reallıqlarla hesablaşmağa məcbur etməlidir”.

    Təhlükəsizlik Şurasının katibi deyib ki, Qafqazın sülhə qovuşması və möhkəm təhlükəsizlik halqasına çevrilməsi bölgənin logistik və iqtisadi-ticari, enerji tərəfdaşlığı əhəmiyyətini də dəfələrlə artıracaq, yeni resursları üzə çıxaracaq:

    “Prezident İlham Əliyevin müəllifi olduğu yeni təhlükəsizlik konfiqurasiyası bölgənin bütün dövlətləri üçün faydalı, səmərəli fürsətdir, inkişafları üçün real zəmindir.

    Silahlı Qüvvələrimizin müzəffər qələbələri nəticəsində müəyyənləşəcək yeni status-kvo Azərbaycanı artıq Qafqazın yalnız iqtisadi gücü kimi deyil, həm də bütün istiqamətlər üzrə şəriksiz lideri statusunu birdəfəlik möhkəmləndirəcək. İndi Azərbaycan Avroatlantik məkanda mühüm iqtisadi-siyasi amilə çevrilərək, beynəlxalq miqyasda mühüm faktor kimi qəbul ediləcək. Bu status-kvo eyni zamanda cənab İlham Əliyevin regional rəhbərlik statusunun miqyasını daha da genişləndirərək onu qlobal platformada nüfuzlu dünya liderləri ilə bir sıraya çıxarır.

    Həmçinin, bundan sonra etnik separatizmlə üzləşən ölkələr problemlərini həll etmək üçün çox effektiv modelə – cənab İlham Əliyevin müəllifi olduğu “Qarabağa ədalət gətirən siyasət” nümunəsinə istinad edəcəklər. Yəni, dövlət başçımız dünyanı bürüyən və getdikcə artan etnik separatizm təhlükəsinə güclü zərbə vuraraq ərazi bütövlüyü prinsipinin pozulmazlığını beynəlxalq miqyasda birmənalı təsbit etdi.

    Cənab Prezidentin Dağlıq Qarabağ ərazisində onilliklər boyu formalaşan terrorçuluq, qanunsuz narkotik, silah qaçaqmalçılığı şəbəkəsini zərərsizləşdirməsi həm də Azərbaycanın beynəlxalq terrorizmlə mübarizəyə növbəti mühüm töhfəsidir”.

  • Məğlub Ermənistanın son ümidi: Fosfor tərkibli silahlar – VİDEO

    Son günlər erməni silahlıları Azərbaycanın işğal olunmuş və cəbhə bölgəsində yerləşən ərazilərdə məqsədli şəkildə fosforlu silahlardan istifadə edirlər. Bu silahlarla ermənilər meşələrimizi yandırır, mülki obyektləri dağıdırlar.

    Baku TV xəbər verir ki, ANAMA-nın əməliyyat meneceri Məfdət Məmmədovun sözlərinə görə, 2 ədəd 122 mm-lik top mərmisi, P-4 markalı ağ fosfor mərmilər əraziyə atılıb. Həmin mərmilər ANAMA-nın əməkdaşları tərəfindən zərərsizləşdirilib.

  • Baş prokuror: “Hərbçilərimiz Füzulidə bayraq sancmağa bir yer tapmadı”

    Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev noyabrın 3-də Böyük Britaniyanın “Reuters” İnformasiya Agentliyinə müsahibə verib.

    Müsahibə zamanı o Azərbaycan qoşunlarının Füzuliyə daxil olarkən bayraq sancmağa salamat bina tapa bilmədiyini deyib:

    “Hərbçilərimiz orada bayraq sancmağa bir yer tapmadı, çünki salamat bina yox idi. SSRİ dövründə böyük bir şəhər olan Füzulidən geriyə yerlə yeksan edilmiş şəhər qalıb. Zəngilanda isə yeganə dağıdılmamış bina hərbi qulluqçuların uşaqları üçün nəzərdə tutulmuş məktəb binası idi…”

    “Reuters”ə Ermənistanın Azərbaycanın dinc sakinlərinə qarşı törətdiyi cinayətlər barədə ətraflı məlumat verən baş prokuror, həmçinin, bölgədəki 700 tarixi bina və abidələrin əksəriyyətinin dağıldılması faktı ilə bağlı cinayət işi açıldığını qeyd edib.

    https://uk.reuters.com/article/uk-armenia-azerbaijan-idUKKBN27J1P7