Month: November 2020

  • Министерство предупредило об очередной провокации армян

    Армения продолжает распространять в киберпространстве провокационную информацию и дезинформацию.

    Об этом сообщила пресс-служба Министерства транспорта, связи и высоких технологий Азербайджана.

    Отмечается, что на этот раз враг сделал ложные звонки с фальшивых иностранных номеров, сообщив гражданам от имени МЧС АР о намерении вооруженных сил Армении атаковать Товуз и призвав в целях безопасности временно покинуть регион.

    Ранее гражданам уже рассылались ложные сообщения с призывом спрятаться в укрытиях из-за угрозы ракетного удара по Гяндже и Бардинскому району.

    Министерство транспорта, связи и высоких технологий заявляет, что цель распространения этой дезинформации – вызвать страх и панику среди населения.

    “Просим граждан доверять информации, полученной только из официальных источников, не отвечать на звонки и сообщения с неизвестных номеров, блокировать эти номера, жаловаться на сообщения как на спам. Также необходимо сохранять скриншоты и другие электронные доказательства киберинцидентов и отправлять нам.

    В случае обнаружения факта киберинцидента или необходимости в консультации граждане могут обращаться в Службу электронной безопасности министерства через сайт www.cert.az или на адрес электронной почты reports@cert.az”, – сообщает служба.

  • Ermənilərdən daha bir ağlasığmaz təxribat – Nazirlikdən XƏBƏRDARLIQ

    Ermənistan kibermühitdə təxribat xarakterli məlumatlar və dezinformasiya yaymaqda davam edir.

    Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, düşmən bu dəfə də saxta xarici nömrələrdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin adından vətəndaşlarımıza mesaj göndərərək, Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonuna hücuma keçəcəyi və təhlükəsizlik üçün rayonu müvəqqəti olaraq tərk etmələrinə dair saxta çağırışlar edir.

    Qeyd edək ki, daha öncə də vətəndaşlara Gəncə və Bərdə rayonlarına raket hücumu təhlükəsi səbəbindən sığınacaqlara yerləşmələri ilə bağlı saxta mesajlar ünvanlanıb:

    “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bildirir ki, bu məlumatlar əhali arasında qorxu və təşviş yaratmaq məqsədi daşıyır və həqiqəti əks etdirmir.

    Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər, tanımadıqları nömrələrdən gələn zəng və mesajlara cavab verməsinlər, həmin nömrələri bloklasınlar, mesajları spam olaraq şikayət etsinlər. Həmçinin baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini (screenshot) və digər elektron sübutları saxlasınlar və bizə göndərsinlər.

    Hər hansı kiberinsidentlə üzləşdikdə və ya metodiki dəstəyə ehtiyacları olduqda, vətəndaşlar www.cert.az saytı və ya reports@cert.az e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilərlər”.

  • Азербайджан объявил в международный розыск французского террориста армянского происхождения – ФОТО

    Генеральная прокуратура Азербайджана продолжает принимать неотложные меры в целях разоблачения на международной арене агрессивного характера Армении, поддерживающей терроризм на государственном уровне и использующей его в качестве одного из основных инструментов своей агрессивной политики.

    Об этом сообщает Генпрокуратура АР.

    В рамках этих мер надзорным ведомством было проведено расследование на основании материалов в связи с уголовными деяниями, совершенными на территории Азербайджана Марком де Каккере-Вальменьером – гражданином Франции, называющим себя фашистом в социальных сетях и использующим символику фашистской террористической группировки SS. Кроме того, он – главарь французской экстремистской организации Zouaves Paris (ZVP), которая является главным подстрекателем к насилию в Париже.

    В ходе расследования было установлено, что члены преступного сообщества, прибыв в октябре 2020 года в Армению при поддержке ее соответствующих государственных структур, вступив в преступную связь с лицами, находящимся на оккупированных территориях Азербайджана, объединившись с ними в группировку, незаконно пересекли международно признанную государственную границу АР и проникли на территорию города Ханкенди, другие оккупированные территории, где были использованы армянским военно-политическим режимом в качестве наемников против гражданского населения и участвующих в антитеррористических операциях Вооруженных сил АР.

    Расследованием также было установлено, что члены упомянутого преступного сообщества участвовали в террористической деятельности, направленной против граждан Азербайджанской Республики, используя боеприпасы и военную технику, совершили многочисленные преступления против гражданских лиц, не участвующих в боевых действиях, устраивали взрывы, пожары или совершали другие действия, угрожающие общественно опасными последствиями.

    По указанному факту генпрокурором АР возбуждено уголовное дело по статьям 100.2 (ведение агрессивной войны), 120.2.1 (умышленное убийство, совершенное преступной организацией или сообществом), 318.2 (незаконное пересечение государственной границы АР) и другим статьям УК. Следствие по делу поручено Следственному управлению Генпрокуратуры.

    В настоящее время надзорное ведомство подготавливает запрос соответствующим государственным органам Франции о правовой помощи по делу.

    Оперативно-следственные действия по уголовным делам продолжаются.






  • Azərbaycan erməni əsilli fransalı terrorçunu beynəlxalq axtarışa verdi – RƏSMİ + FOTO

    Dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmiş Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.

    Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

    Həyata keçirilən bu tədbirlərin davamı kimi, Fransa Respublikasının vətəndaşı, Parisdə zorakılığın əsas təhrikçisi olan Fransanın ekstremist “Zouaves Paris” (ZVP) qruplaşmasının lideri, özünü sosial şəbəkələrdə faşist adlandıran və terroristik qruplaşma olan “SS” faşist təşkilatının simvolikasından istifadə edən Marc de Cacqeray-Valmenierin (Mark De Kakkere-Valmenirin) və digərlərinin Azərbaycan Respublikasının ərazisində törətdiyi cinayət əməllərinə dair toplanmış materiallar, habelə kütləvi informasiya vasitələri və sosial media səhifələrində aşkar edilmiş məlumatlar üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırma aparılıb.

    Araşdırmalarla qeyd olunan cinayətkar birlik və üzvlərinin 2020-ci ilin oktyabr ayında Ermənistanın aidiyyəti dövlət qurumlarının təşkilatçılığı və dəstəyi ilə Ermənistana gələrək Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan digər şəxslərlə cinayət əlaqəsinə girib cinayətkar birlik halında Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlmələri, Azərbaycan Respublikasının dinc vətəndaşlarına və antiterror əməliyyatlarını həyata keçirən silahlı qüvvələrinə qarşı Ermənistanın siyasi-hərbi rejimi tərəfindən muzdlu kimi istifadə edilmələri müəyyən edilib.

    Bundan başqa, cinayətkar birlik üzvlərinin döyüş sursatlarından, hərbi texnikadan istifadə edib atəşlər açaraq xüsusi amansızlıq və ümumi təhlükəli üsulla, milli düşmənçilik niyyəti ilə, habelə döyüş əməliyyatlarında iştirak etməyən dinc sakinlərə qarşı çoxsaylı cinayət əməllərinə yol vermələri, ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətməklə Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri aşkar edilib.

    Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

    Hazırda qeyd edilən cinayət işi ilə əlaqədar Baş Prokurorluq tərəfindən Fransanın aidiyyəti dövlət qurumlarına hüquqi yardımın göstərilməsi haqqında vəsatət hazırlanır.

    Eyni zamanda, xəbər verildiyi kimi, Ermənistan Respublikasının vətəndaşı Vladimir Vartanov və qeyrilərinin müxtəlif ölkələrin vətəndaşları olan erməni əsilli və digər şəxslərdən ibarət “VoMa” (“Voxj Mnalu Arvest” – sağ qalmaq sənəti) adı altında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmə yaratmaları, birləşmə üzvlərinə terrorçuluq məqsədilə təlim keçmələri, işğal olunmuş ərazilərimizdə terrorçuluq əməllərini törətmələrinə dair Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən başlanmış cinayət işi üzrə Vladimir Vartanov Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, məhkəmənin qərarı ilə barəsində qiyabi həbs seçilməklə istintaq orqanı tərəfindən beynəlxalq axtarış elan edilib.

    Hazırda hər iki cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.






  • Отец артиллериста, которым гордится весь Азербайджан, рассказал о своем сыне – ВИДЕО

    Отец нашего артиллериста Вюсала Шахкеримова, фото которого опубликовано в соцсетях, рассказал о чувстве гордости за сына.

    “Накануне вечером позвонил друг и сказал, что в интернете распространилась фотография Вюсала. У меня замерло сердце. “Какая фотография?” – спросил я. “Не бойся, он жив. Весь Азербайджан говорит о твоем сыне”, – ответил он.

    Об этом Lentа.az рассказал Ислам Шахкеримов, отец азербайджанского артиллериста, фото которого недавно опубликовали социальные сети и все новостные сайты.

    Вюсал Шахкеримов родился 29 июня 2001 года в селе Гусарчай Хачмазского района. В том же селе окончил среднюю школу имени шехида Арифа Мамедова.

    “Учился Вюсал очень хорошо. Он рос спокойным и воспитанным мальчиком. После окончания школы подал документы в вуз, но был зачислен на платное отделение. Честно говоря, у нас не было возможности оплачивать его образование. Он сам сказал, что пойдет служить, а после возвращения из армии снова сдаст экзамены, чтобы учиться бесплатно”, – сказал его отец.

    Ислам не смог сдержать слез, когда ему показали фотографию сына.

    “Я и не заметил, как ты вырос, сынок. Ты – герой!”, – говорил я, прижимая к сердцу и целуя телефон. Я горжусь тем, что вырастил такого сына. Пусть война закончится нашей скорой победой. Пусть все наши сыновья вернутся живыми и невредимыми. Аминь!”, – сказал отец артиллериста.

  • Bütün Azərbaycanı qürurlandıran topçunun atası oğlundan danışdı – VİDEO

    “Axşam evdə idim. Dostlardan biri zəng etdi ki, internetdə Vüsalın şəkli yayılıb. Ürəyim düşdü. “Nə şəkil, nə foto?”, – deyə soruşdum. Dedilər ki, qorxma, salamatlıqdır. Bütün Azərbaycan sənin oğlundan danışır”.

    Bunu son günlər fotosu bütün sosial şəbəkələri, saytları bəzəyən topçu əsgərimizin atası İslam Şahkərimov Lent.az-a açıqlamasında deyib.

    Vüsal İslam oğlu Şahkərimov 2001-ci il iyunun 29-da Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub. Orta təhsilini eyni kənddə şəhid Arif Məmmədov adına orta məktəbdə alıb.

    “Məktəbdə çox yaxşı oxuyurdu. Nizamlı uşaq idi. Həm də çox sakit, tərbiyəli. Orta məktəbi bitirəndən sonra sənədlərini ali məktəbə verdi. Amma ödənişliyə düşdü. Düzü, imkanımız olmadı onu oxutmağa. Elə özü də dedi ki, əsgər gedim, qayıdım, pulsuza düşüb oxuyacam”, – atası bildirib.

    Qürurlu ata deyib ki, Vüsalın fotosunu ona göstərəndə göz yaşlarını saxlaya bilməyib:

    “Dedim, qurban olum sənə, sən necə böyümüsən ki, xəbərim olmayıb. “Qəhrəman balam”, – dedim, telefonu qucaqlayıb öpdüm. Mən fəxr edirəm ki, belə bir oğul böyütmüşəm. Şükürlər olsun ki, belə oğullarımız sayəsində əsgərlərimiz erməniləri iti qovan kimi qovub çıxarır işğal olunmuş kəndlərimizdən. Qoy, qısa müddətdə qələbəmizlə bitsin müharibə. Bütün oğullarımız salamat qayıtsın. Amin!”

  • Sabahın havası: Şimşək, leysan, duman

    Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 19-21, Bakıda gecə 12-14, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək – 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

    Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz 18-22, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

  • Азербайджанская армия уничтожила значительное количество живой силы противника – ОФИЦИАЛЬНО

    В результате огневых ударов по подразделениям 5-го горнострелкового полка вооруженных сил Армении, участвующих в боях на агдеринском направлении фронта, было уничтожено и выведено из строя большое количество личного состава и военной техники врага.

    Об этом сообщает Министерство обороны Азербайджана.

    Отмечается, что в числе военнослужащих противника, уничтоженных в результате выведения из строя военного автомобиля марки УАЗ, – офицер воинской части капитан Андо Григорян.

  • Azərbaycan ordusu düşmənin çox sayda canlı qüvvəsini məhv etdi: Aralarında kapitan da var – RƏSMİ

    “Cəbhənin Ağdərə istiqamətində döyüşlərdə iştirak edən Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının bölmələrinə vurulan atəş zərbəsi ilə xeyli sayda şəxsi heyət məhv edilib və döyüş texnikası sıradan çıxarılıb”.

    Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, UAZ markalı hərbi avtomobilin sıradan çıxarılması nəticəsində məhv edilən şəxsi heyətin arasında hərbi hissənin zabiti kapitan Ando Qriqoryan da olub.

  • İran prezidenti: “Öz ərazi bütövlüyünü bərpa etmək Azərbaycanın haqqıdır”

    Öz ərazi bütövlüyünü bərpa etmək Azərbaycanın haqqıdır.

    Bunu İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında deyib.

    H.Ruhaninin sözlərinə görə, İranın Xarici İşlər Nazirliyi bununla əlaqədar öz planını Azərbaycan, Ermənistan, Türkiyə və Rusiyaya təklif edib.

    Prezident əlavə edib ki, İran bu planının qarşıdurmalara son qoyacağını və sülh ilə nəticələnəcəyinə ümid edir.