Month: November 2020

  • Mövlud Çavuşoğlu: “Avstriya xalqı ilə həmrəyik”

    Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Vyanadakı silahlı hücumla əlaqədar Avstriya xalqına başsağlığı verib.

    “Terrorizm bəşəriyyətin düşmənidir. Bu şərə qarşı mübarizə üçün bütün dünya ictimaiyyətinin səmimi əməkdaşlığı lazımdır. Türkiyə bu faciəli gündə Avstriya xalqı ilə həmrəydir”, – deyə Türkiyənin Xarici İşlər naziri öz “Twitter” səhifəsində yazıb.

    Xatırladaq ki, bu gecə Vyanada baş verən terror aktı zamanı biri terrorçu olmaqla dörd nəfər ölüb, 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

  • Stokholm və Göteborqda Azərbaycana dəstək məqsədilə avtoyürüş keçirildi

    İsveçin Stokholm və Göteborq şəhərlərində Azərbaycana dəstək məqsədilə avtoyürüş keçirilib. İşğalçı Ermənistan ordusunun terrorçu hərəkətlərinə etiraz etmək istəyən azərbaycanlılar sosial media üzərindən təşkilatlanaraq, avtoyürüş keçiriblər.

    Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

    Üzərində “Qarabağ Azərbaycandır!” şüarı yazılmış, Azərbaycan və Türkiyə bayraqları asılmış avtomobillər Stokholm və Göteborq şəhərlərinin mərkəzi küçələri ilə hərəkət edib.

    Aksiyaların məqsədi işğalçı Ermənistan ordusunun cəbhə bölgəsindən uzaqda yerləşən Bərdə, Gəncə və digər yaşayış məntəqələrində mülki insanlara qarşı törətdiyi terror aktlarını pisləmək, yerli ictimaiyyətin diqqətini Ermənistanın terrorçu hərəkətlərinə cəlb etməkdir.

    Aksiya iştirakçıları dünya dövlətlərini ermənilərin törətdiyi terror aktlarına biganə qalmamağa, mülki insanlara və azyaşlı uşaqlara qarşı erməni terrorunu dayandırmağa çağırıblar.

  • Уничтожен тактический БПЛА противника – ОФИЦИАЛЬНО

    3 ноября, в 09:50, подразделениями противовоздушной обороны (ПВО) Азербайджана был уничтожен беспилотный летательный аппарат (БПЛА) вооруженных сил Армении, пытавшийся совершить полет над линией фронта.

    Об этом сообщает Минобороны АР.

  • Düşmənin taktiki PUA-sı məhv edildi – RƏSMİ

    Noyabrın 3-ü saat 09:50-də cəbhədə uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

    Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

  • Канадская газета National Post: Футбольный клуб “Карабах” намерен вернуться в Агдам

    Влиятельная канадская газета National Post опубликовала статью под названием “Футбольные чемпионы, проживающие в качестве вынужденных переселенцев в Азербайджане, намерены вернуться в свои дома после завершения войны”.

    В статье отмечается, что главной мечтой “Кавказской Барселоны” является возвращение в родной Агдам.

    “Нагорный Карабах и прилегающие к нему семь районов признаются на международном уровне в качестве территории Азербайджана. Один из игроков “Карабаха” говорит, что придет день, когда клуб будет играть в своем родном городе, куда будет собираться множество людей, чтобы поболеть за любимую команду”, – пишет газета.

    Издание также касается тренировок и успехов клуба.

  • Kanadanın “National Post” qəzeti: “Qarabağ” futbol klubu Ağdama qayıtmaq arzusundadır”

    Kanadanın nüfuzlu “National Post” qəzetində “Azərbaycanın köçkünlük həyatı yaşayan futbol çempionları müharibədən sonra evlərinə qayıtmağı arzulayırlar” sərlövhəli məqalə dərc edilib.

    AZƏRTAC xəbər verir ki, “Reuters” agentliyinə istinadla dərc olunan məqalədə son yeddi ildir Azərbaycanın futbol üzrə çempionu olan “Qarabağ” klubunun 30 ildən bəri başqa cür qələbəyə ümid etdiyi qeyd olunur. Yazıda “Qafqazın Barselonası” adlandırılan klubun Ağdama qayıtmaq arzusunda olduğu vurğulanır. Qeyd edilir ki, Dağlıq Qarabağ və onu əhatə edən yeddi rayon, o cümlədən Ağdam beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınır.

    Məqalədə sentyabrın 27-də başlayan hərbi əməliyyatlar barədə məlumat verilir, 1991-1994-cü illərdə müharibədə 30 minə yaxın insanın həlak olduğu bildirilir. Həmçinin “Qarabağ” sözünün tarixi haqqında məlumat öz əksini tapır.

    Yazıda “Qarabağ” futbol klubunun keçirdiyi məşqlər barədə də məlumat verilir. Futbolçuların Prezident İlham Əliyevin işğaldan olunan ərazilərin adlarının qeyd olunduğu “Twitter” paylaşımlarının nümayiş etdirildiyi bilbordların yaxınlığında məşq etdikləri qeyd edilir. Klubun oyunçularından biri deyir ki, gün gələcək “Qarabağ” öz doğma torpağında futbol oynayacaq və bu oyunlara baxmaq üçün oraya çoxlu insan gedəcək.

    Məqalədə, həmçinin “Qarabağ” futbol klubu, onun indiyədək əldə etdiyi uğurlar barədə də ətraflı məlumat verilir.

  • Армянские военнослужащие бегут, увидев азербайджанских солдат – ВИДЕО

    Армянские военнослужащие, отправившиеся на боевое задание, убегают, увидев азербайджанских солдат.

    Видеокадры в связи с этим опубликованы на военном блоге ANNA в YouTube.

    Из видеозаписи видно, что один из армян взволнованно кричит товарищам, что они отступают. Затем они покидают территорию, чтобы избежать столкновения с нашими солдатами.

    Корреспондент ANNA Александр Харченко, который заснял происходящее на видеокамеру, отметил, что они не ожидали увидеть азербайджанцев.

    Представляем вниманию читателей эти кадры:

  • Hikmət Hacıyev: “Ermənistan fosfor silahlarının istifadəsində geniş praktikaya malikdir” – FOTO

    Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev erməni hərbçilərinn fosfor silahından istifadəsi ilə bağlı “Twitter”də paylaşım edib.

    O yazıb: “Ermənistan fosfor silahlarının istifadəsində geniş praktikaya malikdir. 2016-cı ildə dörd günlük Aprel döyüşləri zamanı Ermənistan Tərtər rayonunun Əskipara kəndinə fosfor mərmiləri atmışdı. ATƏT nümayəndələrini – hərbi attaşeləri dəvət etdik və onların iştirakı ilə partlamamış hərbi sursatlar zərərsizləşdirildi”.

  • Avropa koronavirusla mübarizədə çətinlik çəkir

    Bir çox Avropa hökuməti koronavirus pandemiyasına qarşı mübarizədə çətin vəziyyətlə qarşılaşıb.

    Median.Az xəbər verir ki, bu barədə ÜST-nin təcili yardım proqramının direktoru Maykl Rayan keçirdiyi brifinqdə məlumat verib.

    “Hökumətlər virusa nəzarət etməlidirlər. ÜST Avropada etirazların niyə baş verdiyini başa düşür. Aydındır ki, insanlar yorulurlar və normal həyata qayıtmaq istəyirlər. Bundan əlavə, insanların görülən tədbirləri şübhə altına almaq hüququ var. Bu səbəbdən hökumətlər onları dinləməli, əhali ilə əlaqə saxlamalıdır”, deyə M. Rayan bildirib.

    Qeyd edək ki, yeni növ koronavirus infeksiyası Avropada geniş yayılmağa başlayıb. Xüsusəndə Fransa, İspaniya və İtaliyada yeni yoluxma halları kəskin çoxalıb.

    Artıq Böyük Britaniyada COVID-19-a yoluxanların sayı 1 milyonu keçib.

  • Азербайджанский артиллеристы, обрушающие огонь на голову врага – ВИДЕО

    Министерство обороны продолжает знакомить граждан с военнослужащими, которые проявили героизм на поле боя.

    Представляем очередной видеоролик, посвященный азербайджанским артиллеристам, которые точными ударами уничтожает военную технику и живую силу врага.