Month: November 2020

  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünyada ümumilikdə 47 326 715 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 1 211 421 xəstə ölüb, 34 035 878 nəfər sağalıb.

    Asiyada 13 851 720, Şimali Amerikada 11 422 324, Avropada 10 457 449, Cənubi Amerikada 9 741 811, Afrikada isə 1 813 800 nəfərdə virus aşkarlanıb.

    Virusa yoluxma sayına görə ilk üçlükdə olan dövlətlər ABŞ (9 567 543 nəfər), Hindistan (8 267 623 nəfər) və Braziliyadır (5 554 206 nəfər).

    İranda 628 780, Türkiyədə 379 775, Ermənistanda 93 448, Gürcüstanda isə 42 579 nəfərdə koronavirus müəyyən edilib.

    Azərbaycanda koronavirusa yoluxan 57 040 nəfərin 753-ü ölüb, 44 479-u sağalıb.

  • Merkel xəbərdarlıq etdi: COVID-19 aşağı temperaturda aqressivləşir

    Yeni tip koronavirus aşağı temperatur şəraitində daha aqressiv olur.

    “Reuters”in məlumatına görə, bu sözləri Almaniya kansleri Angela Merkel deyib.

    Kansler bildirib ki, son 10 gün ərzində Almaniyada intensiv terapiya şöbəsindəki COVID-19 xəstələrinin sayı iki dəfə artıb.

  • ABŞ-dan Vyanadakı terrora reaksiya: “Bu nifrət və şiddətin bəhanəsi ola bilməz”

    ABŞ Prezidenti Donald Trampın Milli Təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Robert O’Brayn ABŞ-ın terrorizmlə mübarizədə Avstriyanı, Fransanı və bütün Avropanı dəstəklədiyini deyib.

    Bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının “Twitter” hesabında məlumat verilib:

    “ABŞ Vyana xalqı üçün dua edir. Bu cür nifrət və şiddətin bəhanəsi ola bilməz. Terrorla mübarizədə Avstriyanı, Fransanı və bütün Avropanı dəstəkləyirik”.

    Xatırladaq ki, Avstriyanın Vyana şəhərində terror aktı 15 nəfərin yaralanmasına, iki nəfərin ölümünə səbəb olub. Ölənlərdən biri terrorçudur. Yaralıların yeddisinin vəziyyəti ağırdır.

  • Противник обстрелял наши районы с территории Армении – ОФИЦИАЛЬНО

    Подразделения армянских вооруженных сил вновь подвергли обстрелу из минометов и стрелкового оружия позиции азербайджанской армии на армяно-азербайджанской госгранице.

    Об этом сообщает Минобороны Азербайджана.

    3 ноября с 00:25 по 04:45 с территории Бердского, Чамбаракского и Варденисского районов Армении противник подверг обстрелу позиции наших подразделений, расположенные в Товузском, Гедабейском и Дашкесанском районах Азербайджана.

  • Düşmən Ermənistan ərazisindən rayonlarımızı atəşə tutdu – RƏSMİ

    Ermənistan dövlət sərhədində atəşkəs rejimini yenə pozub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.

    Noyabrın 3-ü, saat 00:25-dən 04:45-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.

  • Çempionlar Liqası: Liderlər İtaliyada üz-üzə, “Real”ın son şansı – AFİŞA

    Bu gün Çempionlar Liqasında III tur start götürəcək.

    Turun ilk oyun günündə A, B, C və D qruplarında 8 qarşılaşma baş tutacaq.

    Almaniya nəhəngi, turnirin son qalibi “Bavariya” “Zalsburq”un qonağı olacaq. Qrupun digər favoriti “Atletiko” da səfərdə oynayacaq. Madrid təmsilçisi Moskvada “Lokomotiv”in qonağı olacaq.

    Yarışa istədiyi kimi başlaya bilməyən və B qrupunda son pillədə qərarlaşan “Real” doğma meydanda “İnter”i qəbul edəcək.

    C qrupunun ən maraqlı oyunu Mançesterdə olacaq. “Mançester Siti” “Olimpiakos”u sınağa çəkəcək.

    D qrupunda isə İtaliyada liderlər qarşılaşacaq. “Liverpul” “Atalanta”nın qonağı olacaq.

    Çempionlar Liqası

    Qrup mərhələsi

    III tur

    3 noyabr
    A qrupu
    21:55. “Lokomotiv” (Rusiya) – “Atletiko” (İspaniya)
    00:00. “Zalsburq” (Avstriya) – “Bavariya” (Almaniya)

    B qrupu
    21:55. “Şaxtyor” (Ukrayna) – “Borussiya” (Mönhenqladbax, Almaniya)
    00:00. “Real” (İspaniya) – “İnter” (İtaliya)

    C qrupu
    00:00. “Mançester Siti” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan)
    00:00. “Porto” (Portuqaliya) – “Marsel” (Fransa)

    D qrupu
    00:00. “Midtülland” (Danimarka) – “Ayaks” (Niderland)
    00:00. “Atalanta” (İtaliya) – “Liverpul” (İngiltərə)

  • В WhatsApp рассказали о долгожданной функции

    Пользователи популярного мессенджера WhatsApp скоро получат возможность отправлять исчезающие сообщения. Об этом сообщают разработчики программы, пишет РИА Новости.

    В WhatsApp объяснили, как эта опция будет реализована в мессенджере. Пользователь сам установит правило, которое будет удалять сообщения из истории групповых или индивидуальных чатов обеих сторон через семь дней. Настройка не затронет сообщения, отправленные до ее включения.

    Разработчики предупреждают, что исчезающие сообщения не гарантируют приватности – они могут быть пересланы, скопированы или сфотографированы до удаления из WhatsApp.

    Функция появится в одном из ближайших обновлений WhatsApp и будет доступна на всех платформах.

  • “WhatsApp”dan maraqlı funksiya: Silinmiş mesajları göndərmək mümkün olacaq

    Məşhur “WhatsApp” messencerindən daha bir maraqlı funksiya gəlir: Yoxa çıxan mesajları artıq göndərmək mümkün olacaq.

    “RİA Novosti”nin məlumatına görə, bu barədə proqramın tərtibçiləri məlumat verib.

    Bildirilir ki, ötən ildən etibarən “WhatsApp” müəyyən bir müddətdən sonra mesajları avtomatik olaraq silən yeni xüsusiyyət üzərində işləyir. “Yoxa çıxan mesajlar” adı verilən bu funksiya “WhatsApp”a çox yaxında əlavə olunacaq.

    Şirkətdən bu seçimin mesajlaşmada necə tətbiq ediləcəyi də izah edilib.

    Bildirilir ki, istifadəçilərə qrup və ya fərdi söhbət tarixindən mesajları yeddi gündən sonra silmək üçün müstəqil ayarlama imkanı veriləcək. Onlar həm göndərəndən, həm də göndərilən ünvandan yox olacaq.

    Bu funksiya aktivləşdirmədən əvvəl göndərilən mesajlara təsir göstərməyəcək.

    Tərtibatçılar yoxa çıxan mesajların məxfiliyə zəmanət verilmədiyi barədə də xəbərdarlıq ediblər – ismarıc “WhatsApp”dan silinməzdən əvvəl ötürülə, kopyalana və ya fotoşəkili çəkilə bilər.

    Funksiya “WhatsApp”ın yaxın günlərdə gözlənilən yeniləməsində görünəcək və bütün platformalarda mövcud olacaq.

    Bundan əlavə, istifadəçi yeddi gün ərzində “WhatsApp”ı açmasa da, mesaj yeddi gündən sonra silinəcək. Bununla belə mesaj “WhatsApp” açılana qədər bildiriş siyahısında görünə bilər.

  • Наши бойцы, уничтожившие значительное число живой силы и огневых точек врага – ВИДЕО

    Министерство обороны АР продолжает знакомить азербайджанскую общественность с военнослужащими, которые внесли существенный вклад в успехи нашей армии на поле боя.

    В новом видеоролике рассказывается о наших бойцах, которые в сражениях за освобождение земель от оккупации уничтожают живую силу и огневые точки противника.

  • Ermənilərin xeyli canlı qüvvəsini və atəş nöqtələrini məhv edən hərbçilərimiz – VİDEO

    Müdafiə Nazirliyi Qarabağ müharibəsində iştirak edən qəhrəmanlarımızın döyüşdə göstərdikləri şücaətlər haqqında mütəmadi olaraq videolar hazırlayır.

    Budəfəki videoda torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə düşmənin canlı qüvvəsini və atəş nöqtələrini məhv edən hərbçilərimiz haqqında məlumat verilir.

    Həmin videonu təqdim edirik: