Yağışlı hava şəraitində müntəzəm və ekspres xətlər üzrə avtobusların rahat və maneəsiz hərəkətini təmin etmək üçün Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən bütün zəruri tədbirlər görülür.
Bu barədə “Report”a BNA-dan məlumat verilib.
Bildirilib ki, bu çərçivədə gün ərzində, xüsusən də pik saatlarda sıxlıq müşahidə olunan küçələrdə svetoforlarda “yaşıl dalğa” əmri tətbiq edilib. Həmçinin sərnişin tələbatı yüksək olan istiqamətlərdə avtobus dayanacaq məntəqələri nəzarətə götürülüb. Avtobus dayanacaq məntəqələri və ona yaxın ərazilərdə qanunsuz parklanma halları tam aradan qaldırılıb.
“Bir daha sürücülərə bu cür hava şəraitində son dərəcə diqqətli olmağı, sürət həddinə əməl etməyi və nəqliyyat vasitələrini avtobus dayanacaq məntəqəsində və ona yaxın ərazidə park etməməyi tövsiyə edirik”, – məlumatda qeyd olunub.
Yerevan şəhərinin mərkəzində müxalifətin keçirdiyi mitinq zamanı baş nazir Nikol Paşinyanın istefası tələbi irəli sürülüb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, mitinq iştirakçıları həmçinin müvəqqəti hökumət yaratmağı və növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər.
Xatırladaq ki, bu gün ölkənin xarici işlər naziri Zöhrab Mnatsakanyan istefa verdiyini açıqlayıb.
Qarabağda və son günlər Kəlbəcər rayonunda ermənilər tərəfindən meşələrin qəsdən yandırılması, ağacların kütləvi şəkildə qırılması kimi ekoloji cinayətlərə son qoyulması və bu cinayət faktlarının beynəlxalq ekoloji təşkilatlara çatdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri Beynəlxalq tərəfdaş təşkilatlarla onlayn görüşlər keçirib.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisi, BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycan üzrə ölkə nümayəndəsi ofisi və BMT-nin Ətraf Mühit Proqramının Avropa üzrə Regional Nümayəndəliyinin ofisi ilə ayrı-ayrılıqda keçirilən onlayn görüşlərdə Qarabağ bölgəsinin təbii sərvətlərinə, ətraf mühitinə, biomüxtəlifliyinə zərər dəyməsi, qiymətli ağac və kol növləri ilə zəngin meşələrimizin məqsədli şəkildə məhv edilməsi barədə bir daha xarici təmsilçilər məlumatlandırılıb.
Eyni zamanda, erməni işğalçılarının törətdiyi ekoloji genosidin dayandırılması üçün ETSN tərəfindən ekologiya və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən ümumilikdə 31 beynəlxalq təşkilata müraciət ünvanlanıb. Müraciətlərdə qeyd olunub ki, beynəlxalq təşkilatlar Ermənistanın Qarabağ ərazisində törətdikləri faktiki ekoloji cinayətlərin qarşısını almaq üçün heç bir ciddi tədbirlər görmür, əksinə, buna göz yumur. Qarabağ ərazisində, Kəlbəcər rayonunda davam etdirilən ekoloji terror aktları, təbiətin vəhşicəsinə talan olunması və bunlara son qoyulması ilə bağlı Azərbaycan tərəfinin haqlı tələbi beynəlxalq təşkilatların diqqətinə çatdırılıb.
Bütün bölgəyə təsir edən və qlobal miqyasda bərpaolunmaz ekoloji nəticələrə səbəb olacaq bu dəhşətli əməllərə təcili reaksiya və ədalətli qiymət verilməsi tələb edilib.
Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin yayımladığı üçtərəfli bəyanata əsasən işğal altında olan Ağdam rayonundakı mövqelərini boşaltmaqdan imtina edən erməni silahlı qüvvələrinin bəzi qruplarına növbəti dəfə xəbərdarlıq edilib.
Bununla bağlı sosial şəbəkələrdə video yayılıb.
Videodan görünür ki, ərazidə səsgücləndirici vasitəsilə ermənilərə xəbərdarlıq edilir ki, sakit şəkildə silahı yerə qoysunlar və ərazini tərk etsinlər.
Bildirilir ki, onların təslim olmaması və ölümü nəticəni dəyişməyəcək.
2020-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 21 milyard 1,4 milyon ABŞ dolları dəyərində olub.
Oxu.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə ticarət dövriyyəsi 25,7 faiz azalıb.
Ölkənin ixrac həcmi idxal həcmini üstələyib və 3 milyard 466,7 milyon ABŞ dolları həcmində müsbət xarici ticarət saldo yaranıb.
Azərbaycan müvafiq dövrü ərzində 12 milyard 234,1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. İxrac həcmi ötən ilin eyni dövrünə nisbətən 27,3 faiz azalıb.
2020-ci ilin ilk 10 ayında ölkəmiz 8 milyard 767,4 milyon ABŞ dolları həcmində məhsul idxal edib. Bu isə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 23,5 faiz azdır.
Azərbaycanla ticarət əməkdaşlığında 182 ölkə iştirak edib. Xarici ticarət iştirakçılarının ümumi sayı 39 096 olub. Eləcə də, xarici ticarət tərəfdaşlarının 31 min 441-i fiziki şəxslər, 7 min 655-i hüquqi şəxslər olub. O cümlədən, 248-i dövlət sektoru, 7 min 407-si özəl sektoru əhatə edib.
2018-ci il iyunun 11-də 3 saylı Şəhər Klinik Xəstəxanasından Sumqayıt ŞPİ-nə 24 yaşlı Faiq Cəfərovun aldığı deşici xəsarətdən ölməsi barədə məlumat verilib.
Araşdırmaya başlayan 4-cü _Polis Bölməsinin əməkdaşları aydınlaşdırıblar ki, hadisə bir gün əvvəl inzibati ərazidə yaşanıb. Həmin gün şübhəli şəxs qismində 23 yaşlı Sahib Nadirov saxlanılıb.
Hadisə yerinə baxış zamanı cinayətin Sumqayıt şəhərinin 1-ci və 2-ci mikrorayonlarının ərazisindəki parkda yerləşən “TopAz” mərc oyunları kafesinin həyətində baş verməsi məlum olub.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Faiq Cəfərovun ölümünə qarın aortasının zədələnməsi nəticəsində baş vermiş daxili qanitirmə səbəb olub.
İstintaqla müəyyən edilib ki, Sahib Nadirov 2019-cu il aprelin 30-da Günel Daşdəmirova ilə ailə qursa da, tanışı və əvvəllər sonuncu ilə yaxın münasibətdə olmuş Faiq Cəfərov küçədə yoldaşının arxasınca gedib, yenidən onunla ünsiyyətdə olmağa çalışıb, “Instagram” sosial şəbəkəsində fərqli adlarla ona təhqiramiz və hədələyici sözlər yazıb.
Bu məsələyə aydınlıq gətirmək üçün iyunun 10-da görüşməyə razılaşıblar. Sumqayıt şəhəri, 30-cu məhəllədə yerləşən evdən çıxarkən, yataq otağından bir ədəd qayçı götürüb. Saat 23 radələrində 1-ci mikrorayonda yerləşən mərc oyunları məntəqəsinin həyətindəki kafedə çay içib, söhbət edərkən Sahib Günellə evləndiyini, buna görə ondan əl çəkməsini tələb edib.
Daha sonra birlikdə çayxanadan çıxarkən Faiqin arvadının ünvanına nalayiq sözlər işlətməsi səbəbindən qəzəblənib, qisas məqsədilə qayçı ilə qarın nahiyəsinə bir zərbə endirib. Cəfərov özünü yaxşı hiss etdiyini söylədiyindən, kənarda gözləyən Tahir Tahirov, Rəhman Tahirov və Əziz Bayramlı tərəfindən Qara Qarayev prospekti, ev 2, mənzil 25 ünvanına gətirilib. Özünü yaxşı hiss etdiyini deyib, onları yola salıb.
Kirayədə birlikdə qaldığı Elvin Məmmədovla bir müddət söhbət etdikdən sonra halı pisləşib. İyunun 11-i, səhər saat 04:35-də Bakıda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanaya çatdırılsa da, həkimlərin müdaxiləsinə baxayaraq, həyatını xilas etmək mümkün olmayıb.
İş üzrə dindirilmiş Sahib Nadirov bildirib ki, hadisədən 5-6 ay sonra Günel adlı qızla tanış olub. Bir neçə dəfə adının sonradan Faiq Cəfərov olduğunu öyrəndiyi şəxsin qızın arxasınca düşdüyünü görüb.
Güneldən nə baş verdiyini soruşduqda, nişanlısı Faiqin bir neçə ildir onu sevdiyini, lakin aralarında heç bir münasibət olmadığını deyib. Bu söhbətdən sonra Sahib Faiqlə şəhərdə görüşüb, ondan Güneldən əl çəkməsini, yaxın vaxtlarda onunla evlənəcəyini vurğulayıb.
Cəfərov da söz verib ki, qızı bir daha narahat etməyəcək. 2019-cu ilin aprel ayında Faiq Günelin “Instagram” sosial şəbəkəsində fotoşəklinin altında təhqiredici sözlər yazıb. İyunun 10-u, saat 19:00 radələrində işdən çıxaraq yaşadığı evə gəlib.
Saat 21:00 radələrində Cəfərov zəng edərək, 10 dəqiqəyə 17-ci məhəllədə görüşməyi təklif edib. Faiq yanında tanımadığı iki nəfərlə “Mercedes” markalı avtomobillə gəlib. Avtomobilə əyləşməyi təklif etsə də, Sahib razılaşmayıb, ikisi birlikdə yolu keçib, ərazidə yerləşən mərc oyunlarının həyətində oturub, çay içiblər.
Bir neçə dəqiqə söhbət etdikdən sonra ayağa qalxıblar, Faiq arvadının başqa şəxslərlə görüşdüyünü bildirdikdə, Sahib deyib ki, bunu sübut etməlidir. Dözməyib, şalvarının sol cibindən qayçı çıxarıb Cəfərovun qarnına xəsarət yetirib, hadisə yerindən uzaqlaşıb. Səhəri gün Faiqin öldüyünü bilib.
Zərərçəkmiş şəxsin hüquqi varisi Rəna Cəfərova ifadəsində göstərib ki, oğlu Faiq hərbi xidmətdən qayıtdıqdan sonra işləmək üçün qonşuluqda yaşayan 2-3 nəfərlə bilirkdə Bakıya gediblər və orada kirayədə qalıblar.
İyunun 11-də dostlarından biri qaynına zəng vuraraq, Faiqin Sumqayıtda tanımadığı şəxs tərəfindən bıçaqla vurulduğunu və vəziyyətinin ağır olduğunu bildirib. Həmin gün öyrənib ki, dostları oğlunu xəstəxanaya çatdırıblar, amma buna baxmayaraq, sonuncu orada vəfat edib.
Məhkəmə hesab edib ki, Sahib Nadirovun CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, ekspertiza rəyləri, həmçinin iş üzrə toplanmış istintaq sənədləri ilə sübuta yetirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrum olunub.