Month: November 2020

  • Qarabağa yeni yol: Düşmən vandallıqlarının üstündən xətt çəkirik

    Qarabağda uzun fasilədən sonra yeni avtomobil yolu inşa ediləcək.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Məlumatda bildirilib ki, noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən, Füzuli və Cəbrayıl şəhərlərində olublar.

  • Rusiyalı oyunçu ömürlük futboldan uzaqlaşdırıldı

    Rusiyalı futbolçu Dmitri Aydov ömürlük futboldan uzaqlaşdırılıb.

    Bu barədə “Pressbol” məlumat yayıb.

    Müvafiq qərar FİFA tərəfindən qəbul edilib.

    O, danışılmış oyunlarda iştirakda təqsirli bilinib. Aydov Belarusun “Qomel” klubunda çıxışı zamanı 2018-ci ilin iyununda “Bate”yə qarşı oyun üçün 12 min, “Dinamo”ya qarşı oyuna görə isə 10 min dollar alıb.

  • Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək

    Ermənistan prezidenti Armen Sarkisyan xalqa müraciət edib.

    Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

    Dövlət başçısı müraciətində bildirib ki, ölkədən növbədənkənar parlament seçkiləri qaçılmazdır.

  • Prezident işğaldan azad olunmuş ərazidə dövlət bayrağını ucaltdı – VİDEO

    İşğaldan azad edilmiş Cəbrayıl və Füzuli rayonlarına səfərə getmiş Prezident İlham Əliyev orada Azərbaycan bayrağını ucaldıb.

    Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

  • ABŞ Dövlət katibi İstanbulda

    ABŞ Dövlət katibi Mayk Pompeo İstanbula səfər edib.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Pompeonun təyyarəsi yerli vaxtla 18:45-də eniş edib.

  • Serj Sarqsyanın arvadı ağır vəziyyətdə reanimasiyada yatır

    2020-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 7 min 344 çeşid məhsul idxal edib.

    Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, idxal olunan məhsulların sektorlar üzrə bölgüsündə dövlət sektoru idxalın 16,67 faizini, özəl sektor 73,97 faizini, fiziki şəxslər 9,36 faizini təşkil edib.

    Dövlət sektoru üzrə idxal olunan məhsulların dəyəri 1 milyard 461,2 milyon dollar, özəl sektor üzrə 6 milyard 485,1 milyon dollar, fiziki şəxslər üzrə 821,1 milyon dollar olub.

    Belə ki, MDB ölkələrindən idxal olunan məhsulların ümumi dəyəri 2 milyard 274,2 milyon dollar, Avropa İttifaqı ölkələrindən 2 milyard 43,4 milyon dollar, digər ölkələrdən idxal olunan məhsulların ümumi dəyəri isə 4 milyard 449,8 milyon dollarını təşkil edib.

    İdxal əməliyyatları həcminin ən yüksək həddi sentyabr ayında qeydə alınıb, cari ayda idxal olunan məhsulların dəyəri 1 milyard 132,5 milyon dollar olub. Əməliyyatların həcminin ən aşağı həddi isə yanvar ayında müşahidə olunub və bu ayda 721,1 milyon dollar dəyərində məhsul idxal olunub.

    Humanitar yük, təmənnasız kömək və texniki yardım məqsədli idxal edilmiş məhsulların dəyəri isə 40,1 milyon dollar həcmində olub.

  • Azərbaycan xaricidən 7 mindən çox çeşiddə məhsul alıb

    2020-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 7 min 344 çeşid məhsul idxal edib.

    İdxal olunan məhsulların sektorlar üzrə bölgüsündə dövlət sektoru idxalın 16,67 faizini, özəl sektor 73,97 faizini, fiziki şəxslər 9,36 faizini təşkil edib.

    Dövlət sektoru üzrə idxal olunan məhsulların dəyəri 1 milyard 461,2 milyon dollar, özəl sektor üzrə 6 milyard 485,1 milyon dollar, fiziki şəxslər üzrə 821,1 milyon dollar olub.

    Belə ki, MDB ölkələrindən idxal olunan məhsulların ümumi dəyəri 2 milyard 274,2 milyon dollar, Avropa İttifaqı ölkələrindən 2 milyard 43,4 milyon dollar, digər ölkələrdən idxal olunan məhsulların ümumi dəyəri isə 4 milyard 449,8 milyon dollarını təşkil edib.

    İdxal əməliyyatları həcminin ən yüksək həddi sentyabr ayında qeydə alınıb, cari ayda idxal olunan məhsulların dəyəri 1 milyard 132,5 milyon dollar olub. Əməliyyatların həcminin ən aşağı həddi isə yanvar ayında müşahidə olunub və bu ayda 721,1 milyon dollar dəyərində məhsul idxal olunub.

    Humanitar yük, təmənnasız kömək və texniki yardım məqsədli idxal edilmiş məhsulların dəyəri isə 40,1 milyon dollar həcmində olub.

  • Şuşa uğrunda döyüşlərdə yaralanan Xüsusi Təyinatlı Qüvvələrin əsgəri: “Erməni qabağımızdan qaçırdı” – VİDEO

    Şuşa uğrunda gedən döyüşlərdə yaralanan qazimiz Vüsal Şahbazovu tanıyan hər kəs onun qəhrəmanlığından danışır.

    Baku TV xəbər verir ki, Vüsal Şahbazov Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçusudur. Tarix yazan gənclərimizdəndir. O, Şuşa uğrunda gedən döyüşlərdə yaralanaraq qazi olub.

    Vüsalın qardaşı Vüqar da vətən müharibəsində yaralanıb. Valideynləri oğlanları ilə fəxr etdiklərini deyirlər. Bacısı Nahidə Ağayeva deyir ki, qardaşı yaralı olanda belə yarasını gizlədib.

    Vüsalın vətənpərvərlik hissi lap uşaq vaxtlarından formalaşıb. Yaxınları, Vüsalı tanıyan hər kəs onun Vətən müharibəsində düşmənə necə qan uddurmasından danışır.

  • Azərbaycan xaricidən 7 mindən çox çeşiddə məhsul alıb

    2020-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 7 min 344 çeşid məhsul idxal edib.

    Oxu.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, idxal olunan məhsulların sektorlar üzrə bölgüsündə dövlət sektoru idxalın 16,67 faizini, özəl sektor 73,97 faizini, fiziki şəxslər 9,36 faizini təşkil edib.

    Dövlət sektoru üzrə idxal olunan məhsulların dəyəri 1 milyard 461,2 milyon dollar, özəl sektor üzrə 6 milyard 485,1 milyon dollar, fiziki şəxslər üzrə 821,1 milyon dollar olub.

    Belə ki, MDB ölkələrindən idxal olunan məhsulların ümumi dəyəri 2 milyard 274,2 milyon dollar, Avropa İttifaqı ölkələrindən 2 milyard 43,4 milyon dollar, digər ölkələrdən idxal olunan məhsulların ümumi dəyəri isə 4 milyard 449,8 milyon dollarını təşkil edib.

    İdxal əməliyyatları həcminin ən yüksək həddi sentyabr ayında qeydə alınıb, cari ayda idxal olunan məhsulların dəyəri 1 milyard 132,5 milyon dollar olub. Əməliyyatların həcminin ən aşağı həddi isə yanvar ayında müşahidə olunub və bu ayda 721,1 milyon dollar dəyərində məhsul idxal olunub.

    Humanitar yük, təmənnasız kömək və texniki yardım məqsədli idxal edilmiş məhsulların dəyəri isə 40,1 milyon dollar həcmində olub.

  • “Laçın dəhlizi minalardan təmizlənir” – Rusiya Müdafiə nazirliyi

    Laçın dəhlizində sülhməramlı birləşmələrin hərbi kolonunun keçidini təmin edən 7 müvəqqəti müşahidəçi postu qurulub”.

    TASS xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirilən brifinqdə deyib.

    Bundan əlavə, o qeyd edib ki, hərbi mütəxəssislər tərəfindən Xankəndi-Gorus yolunun 1 kilometrlik hissəsi minalardan təmizlənib.
    “Laçın dəhlizində ərazinin minalardan və partlayıcı maddələrdən tam təmizlənməsi işləri aparılır.

    Xankəndi-Gorus yolunun 1 kilometrlik hissəsi yoxlanılıb və minalardan təmizlənib. Həmçinin, 27 ədəd sıradan çıxmış və zədələnmiş texnika yolun gediş-gəliş hissəsindən təmizlənib”, – deyə MN rəsmisi bildirib.