Rusiyada təyyarə qəzası: ölənlər var

Rusiyanın Orenburq vilayətində təlim təyyarəsi qəzaya uğrayıb.
 
Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
 
Məlumata görə, təyyarədə Sankt-Peterburq mülki Aviasiya Universitetinin 2 kursantı və təlimatçısı olub.
 
Hər üçünün öldüyü bildirilir.
 
Qəzanın hansı səbəbdən baş verdiyi barədə məlumat verilməyib.