Month: January 2021

  • Prezidentin tapşırıqlarının icrasına nəzarət sistemi yaradılır – FƏRMAN

    Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin əsas səmərəlilik göstəriciləri əsasında qiymətləndirilməsini təmin edən “Dövlət Nəzarəti İnformasiya Sistemi” yaradılır.

    Bu barədə Azərbaycan Respublikası Prezidenti müvafiq fərman imzalayıb.

    Fərmana əsasən, “Dövlət Nəzarəti İnformasiya Sisteminin iş Qaydası” təsdiq edilir.

    Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına Dövlət Nəzarəti İnformasiya Sisteminin fəaliyyətini təmin etmək, yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi üçün əsas səmərəlilik göstəricilərini müəyyən etmək və qiymətləndirməni aparmaq, həmçinin, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə Dövlət Nəzarəti İnformasiya Sisteminin informasiya təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək tapşırılıb.

  • XİN: Aİ Ermənistanın 100-dən çox mülki şəxsi qətlə yetirməsinə münasibət bildirməyib

    “Avropa İttifaqının (Aİ) sözçüsü tərəfindən beş erməni hərbçinin azadlığa buraxılması ilə əlaqədar açıqlamanın verilməsi təəccüb doğurur. Məlum olduğu kimi, azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistan tərəfindən yeddi ilə yaxın müddət ərzində əsarətdə saxlanılıb və bu vəziyyətə Aİ biganə münasibət göstərib”.

    Bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Avropa İttifaqının sözçüsünün erməni hərbçilərinin azadlığa buraxılması ilə əlaqədar açıqlaması ilə bağlı şərhində yer alıb.

    “Vurğulamaq istərdik ki, Aİ tərəfindən son hərbi əməliyyatlar zamanı Ermənistan tərəfindən “Smerç” raketlərindən istifadə edilərək Azərbaycanlı dinc insanların hədəfə alınması, 100-dən çox mülki şəxsin qətlə yetirilməsi, eləcə də ümumilikdə müharibə dövründə 4000-dən çox insanın itkin düşməsi ilə bağlı bu günədək hər hansı açıqlama verilməmiş, münasibət bildirilməmişdir.

    Aİ tərəfinə xatırlatmaq istərdik ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə məqsədli şəkildə yeridilən 62 nəfər hərbi əsir deyil. Onlar müharibədən az qala 20 gün keçdikdən sonra, hərbi əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan ərazilərinə göndərilən Ermənistan hərbi qulluqçularıdır. Onlar Azərbaycan Ordusunun olduğu ərazilərə müdaxilə etmişlər. Bu terrorçu-diversant qrupu tərəfindən törədilmiş terror aktları nəticəsində Azərbaycanlı hərbçilər Turan Əliyev, Rahil Əkbərov, Hacırza Rzayev, Raqib Əzizov həlak olmuş, bir nəfər mülki şəxs Seymur Rzayev ağır yaralanmışdır.

    Nə beynəlxalq humanitar hüquqa, nə də heç bir konvensiyaya əsasən bu şəxslər hərbi əsir hesab edilmirlər. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, terror aktları törədən bu insanlar cinayət məsuliyyətinə cəlb olunublar və onların istintaqı davam etdirilir.

    Aİ rəsmisinin Azərbaycanla bu tərzdə danışması qəbuledilməzdir. Azərbaycan yalnız bərabərhüquqlu münasibətləri qəbul edir. Kim Azərbaycanla bu şəkildə danışmağa cəhd edərsə, adekvat cavabla üzləşəcəkdir.

    Qeyd etmək istərdik ki, bu birtərəfli və ikili standartlara əsaslanan yanaşma Aİ-nin Azərbaycanla əlaqələrinə xələl gətirə bilər”, – deyə XİN-in açıalamasında bildirilir.

  • Nazirdən işğaldan azad edilən ərazilərdə məktəblərin tikintisi barədə AÇIQLAMA

    “İşğaldan azad edilən ərazilərə əhalinin geri qaytarılması prosesi başlandıqda orada müasir məktəblər də tikiləcək”.

    Bu barədə Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda ünvanlanan sualları cavablandırarkən deyib.

    Nazir keçmiş məcburi köçkün məktəblərinin öz yurdlarına köçürüldükdən sonra həmin məktəblərədə çalışan, lakin məcburi köçkün olmayan müəllimlərin aqibəti necə olacağına da aydınlıq gətirib:

    “Bu proses başlandıqda müəllimlərin iş yeri ilə bağlı məsələ də yəqin ki, nəzərə alınacaq. Bir çox məcburi köçkün məktəbləri kifayət qədər kiçikdir. Bu məktəblərin gələcəkdə hansı formada olacağını proqnozlaşdırmaq çətindir. Amma bütün hallarda biz müəllimlərimizin yanında olmağa, onların istəklərini nəzərə almağa çalışırıq”.

  • İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı olub

    Yanvarın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Dövlətimizin başçısı Ağdam rayonunda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar Rusiya Prezidentini təbrik edib.

    Rusiya Prezidenti təbrikə görə minnətdarlığını bildirib.

    Dövlət başçıları bu Mərkəzin fəaliyyətinin bölgədə uzunmüddətli sülhün və sabitliyin təmin olunması işinə xidmət edəcəyini vurğulayıblar.

    Prezident İlham Əliyev və Prezident Vladimir Putin noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəqliyyat-kommunikasiya bəndinin müddəalarının icrası ilə bağlı Moskvada Azərbaycan, Rusiya, Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində keçirilən görüşün əhəmiyyətini qeyd ediblər.

    Söhbət zamanı strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya dostluq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik bildirilib.

  • Azərbaycanda müşahidə olunan faktiki hava açıqlandı

    Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, bu gün saat 16:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti dəyişib, arabir yağıntılı olub.

    Naftalan, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Ağstafa, Balakən, Oğuz, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Hacıqabul, Neftçala, Lənkəran, Ağsu, Quba, Biləsuvar, Ceyrançöl, Xaçmaz, Şabran, Nabran, Bakıda və Abşeron yarımadasında: Maştağa, Binə, Neft Daşları, Pirallahı, Cilov adasında yağış, Qrız, Xaltan, Qusar, Altıağac, Mərəzə, Şamaxı, İsmayıllı, Qəbələ, Kişçay (Şəki), Göyçay, Naxçıvan, Şərur, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Şahdağ, Xınalıqda qar yağıb.

  • В Азербайджане выявлен 131 новый случай инфицирования коронавирусом, скончались семь человек – ФОТО

    В Азербайджане за минувшие сутки выявлен 131 новый случай инфицирования коронавирусом, 407 пациентов вылечились и были выписаны домой, скончались семь человек.

    Об этом 30 января сообщает оперативный штаб при Кабинете министров.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 230 066 человек, 3 119 – скончались, 222 960 – вылечились, 3 980 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 2 401 720 тестов на COVID-19 (за последние 24 часа – 7 244).

  • Azərbaycanda daha yeddi nəfər koronavirusdan öldü – FOTO

    Azərbaycanda son sutkada koronavirusa 131 yeni yoluxma faktı qeydə alınıb, 407 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 230 066 nəfər koronavirus infeksiyasına yoluxub.

    Onlardan 222 960 nəfər müalicə olunaraq sağalıb, 3 126 nəfər vəfat edib, aktiv xəstə sayı 3 980 nəfərdir.

    Ölkədə son sutka ərzində 7 244, hazırkı dövrədək isə 2 401 720 test aparılıb.

  • Еще один автобусный маршрут в Баку переведен на систему безналичной оплаты

    С 1 февраля оплата проезда в автобусах маршрута №15 (пос. Кешля – Центр транспортного обмена “Кероглу”) будет осуществляться посредством BakıKart, сообщает Бакинское транспортное агентство (БТА).

    БТА отмечает, что поэтапно будут переведены на этот метод оплаты проезда и оставшиеся маршруты.

  • Daha bir marşrut avtobusu kartla ödəməyə keçəcək

    Müntəzəm marşrut xətləri üzrə avtobuslarda gediş haqqının nağdsız – vahid kart sisteminə inteqrasiyası proseslərinə yenidən start verilib.

    Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

    Bu çərçivədə 1 fevral tarixindən etibarən 15 nömrəli marşrut xətti (Keşlə qəsəbəsi-Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi) üzrə hərəkət edən avtobuslarda gediş haqqının “BakıKart” vasitəsilə ödənilməsi təmin ediləcək.

    Məlumata görə, sərnişinlərin rahatlığı nəzərə alınaraq xətt üzrə zəruri yerlərdə “BakıKart”ın balansını artırmaq üçün ödəmə post-terminalları qoyulub.

  • Кабмин принял постановление в связи с присвоением звания ветерана войны

    Премьер-министр Азербайджана Али Асадов подписал постановление о создании комиссии для организации работы по присвоению участникам Отечественной войны звания ветерана войны.

    Ее возглавит первый заместитель премьер-министра Ягуб Эюбов, а обязанности заместителя председателя комиссии будет исполнять завотделом безопасности, обороны и мобилизации Аппарата Кабмина АР.

    В состав комиссии включены заместители министров – обороны, внутренних дел, по чрезвычайным ситуациям, министров юстиции, финансов, труда и социальной защиты населения, здравоохранения, заместители начальников – Госпогранслужбы, служб госбезопасности, внешней разведки, безопасности Президента и Госслужбы по мобилизации и призыву на военную службу.

    Комиссии поручено составить список участников Отечественной войны, которым будет присвоено звания ветерана, и представить в Кабмин соответствующие предложения.

    Комиссия также имеет право в установленном законодательством порядке привлекать к своей работе независимых экспертов и специалистов и создавать рабочие группы.