Month: January 2021

  • Bakıda ad günü məclisi təşkil edənlər cərimələndi

    Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları ölkə ərazisində tətbiq edilən karantin rejiminə əməl etməyərək ad günü məclisi təşkil edilməsinin qarşısını alıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, yanvarın 29-da Maştağa qəsəbəsində vətəndaş E.Qasımovun xüsusi karantin rejimini pozaraq öz evində çoxsaylı qonaqların iştirakı ilə ad günü keçirməsi barədə polisə məlumat daxil olub.

    Qeyd edilən ünvana baxış zamanı həmin məclisin təşkilatçısı E.Qasımov və orda olan ümumilikdə 46 nəfər iştirakçı saxlanılaraq polis idarəsinə gətirilib. Onlarla profilaktik söhbət aparılıb və xəbərdarlıq edilib. Xüsusi karantin qaydalarını pozan ev sahibi, eləcə də iştirakçılar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib olunub və onların hər biri cərimələniblər.

  • На кладбище в Хырдалане обнаружено тело младенца

    На территории кладбища в городе Хырдалане Абшеронского района обнаружено тело младенца, сообщает АПА.

    По данному факту проводится расследование.

  • Qəbiristanlıqda yeni doğulmuş körpə meyiti tapıldı

    Abşeron rayonunda körpə meyiti tapılıb.

    APA-nın yerli bürosunun məlumatına görə, Xırdalan qəbiristanlığı ərazisində tapılan yeni doğulmuş oğlan uşağının meyiti aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Кадры из села Ял Пирахмедли Физулинского района – ВИДЕО

    Министерство обороны Азербайджана распространило кадры из села Ял Пирахмедли Физулинского района.

    Представляем читателям это видео:

  • Füzulinin Yal Pirəhmədli kəndindən görüntülər – VİDEO

    Müdafiə Nazirliyi Füzuli rayonunun Yal Pirəhmədli kəndindən görüntülər yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • По факту гибели двоих военных в ДТП возбуждено уголовное дело

    По факту гибели азербайджанских военнослужащих в результате ДТП на территории Кельбаджарского района возбуждено уголовное дело.

    Как передаёт Median.Az, об этом oxu.az сообщил старший помощник военного прокурора Азербайджана Фирад Алиев.

    Информация об инциденте поступила в военную прокуратуру Гянджи, сотрудники которой провели осмотр места происшествия, допросили очевидцев, а также выполнили другие необходимые процессуальные действия.

    “По данному факту в прокуратуре возбуждено уголовное дело по статье 351.3 (нарушение правил вождения и эксплуатации боевых или специальных транспортных средств или военной техники, повлекшее по неосторожности смерть двух или более лиц) УК.

    В настоящее время расследование продолжается, будет обеспечено принятие всех мер в соответствии с требованиями законодательства”, – сказал Ф.Алиев.

    29 января на Омарском перевале на территории Кельбаджарского района произошло ДТП с участием автомобиля “Урал”. В результате погибли военнослужащие сверхсрочной действительной военной службы Рамиз Багман оглу Мустафаев и Алихан Акпер оглу Гарагезов.

  • İki hərbçinin öldüyü qəza ilə bağlı cinayət işi açıldı

    Kəlbəcər rayonunda hərbçilərin qəza nəticəsində həlak olması ilə bağlı cinayət işi açılıb.

    Respublika Hərbi prokurorunun böyük köməkçisi Firad Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, daxil olan məlumat əsasında Gəncə hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

    Fakt üzrə Gəncə hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.3-cü (Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib”.

    “Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək”, – deyə o bildirib.

    Qeyd edək ki, Kəlbəcər rayonu ərazisində, “Ömər aşırımı” adlanan yerdən keçərkən hərəkətdə olan “Ural” markalı nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Mustafayev Ramiz Bağman oğlu və Qaragözov Alıxan Əkbər oğlu həlak olub.

  • Gömrük Komitəsinin sədri hüquqpozma faktlarından danışıb

    2020-ci il ərzində Dövlət Gömrük Komitəsi üçün müəyyənləşdirilən 3 milyard 830 milyon manat proqnoza qarşı 3 milyard 938 milyon 242 min manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin edilib və büdcə öhdəliyinə 102,83 faiz əməl olunub. 2021-ci il üzrə Dövlət Gömrük Komitəsi üçün 3 milyard 900 milyon manat həcmində büdcə proqnozu müəyyən edilib.

    Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Azərbaycan” qəzetinə müsahibəsində məlumat verib.

    O, ötən il ərzində Azərbaycanın gömrük orqanları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 18 min 913 hüquqpozma faktının aşkar olunduğunu deyib:

    “Bu faktlardan 509-u cinayət xarakterli olub və əməllərin törədilməsində şübhəli bilinən 517 nəfərin (412 Azərbaycan vətəndaşı, 105 əcnəbi) barəsində müvafiq tədbirlər görülüb.

    2020-ci il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 111 fakt aşkar olunub, ümumilikdə 1 ton 490 kq 495 qramdan çox narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən götürülüb. Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 108, o cümlədən 94 kişi və 14 qadın olmaqla 79 nəfər Azərbaycan vətəndaşı və 29 nəfər əcnəbi (17 İran, 5 Rusiya, 4 Gürcüstan, 1 Ukrayna, 1 Pakistan və 1 Türkiyə vətəndaşı) barəsində müvafiq tədbirlər görülüb, 12 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib.

    Gömrük orqanları valyuta və valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 340,8 min ABŞ dolları, 2 milyondan çox rus rublu, 110,3 min manat dəyərində 287 ədəd qızıl-zinət əşyaları, 12,8 min manat dəyərində 531 ədəd gümüş-zinət əşyaları, 3,4 min manat dəyərində 62,18 qram qızıl muncuqlar və s. aşkar olunub.

    İstintaq orqanının barələrində axtarış elan etdiyi 30 nəfər şəxslə bağlı zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilərək onların yeri müəyyən edilib və istintaq orqanının sərəncamına verilib”.

  • Bakıda məktəb direktorundan təqdirəlayiq addım: Siniflərə şəhidlərin adı verildi – VİDEO

    Bakıda fəaliyyət göstərən 28 saylı tam orta məktəbdə siniflərə şəhidlərin adları verilib.

    Söhbət paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində fəaliyyət göstərən məktəbdən gedir.

    28 saylı tam orta məktəbin direktoru Qənirə Əmircanova Oxu.Az-a açıqlamasında bildirib ki, rəhbərlik etdiyi təhsil müəssisəsində şəhidlərin xatirəsinə belə bir təşəbbüs irəli sürüb:

    “Bu təşəbbüs valideynlər və kollektiv tərəfindən müsbət qarşılandı. Məktəbdə divarlara şəhidlərimizin fotosu və onlar haqqında məlumatların qeyd olunduğu lövhələr vurulub. Məqsədimiz şagirdlərin şəhidlər barədə məlumatları bilməsi və onları heç vaxt unutmamasıdır. Məktəbdə 38 sinif otağı və 65 sinif var. Onlarda dördü ibtidai sinif, 61-i isə yuxarı sinifdir.

    Şəhidlərimizin adı sinif otaqlarına deyil, siniflərin özünə verilir. Hər sinfə hansı şəhidin adı verilibsə, o sinifdə oxuyan şagirdlər üçün həmin şəhidin fotosu və adı həkk olunan döş nişanı hazırlanır. Məktəblər açıldıqdan sonra həmin döş nişanları şagirdlərə paylanılacaq. Həmin lövhələr və döş nişanları isə məktəb rəhbərliyinin, eləcə də valideynlərin şəxsi hesabları ilə hazırlanıb”.

    Mövzu ilə əlaqədar videogörüntüləri məktəbdə çalışan müəllimə Çinarə Məmmədli paylaşıb.

    Həmin görüntüləri təqdim edirik:

  • На Абшероне подросток подозревается в убийстве отца

    В Абшеронскую районную прокуратуру 29 января, около 22:00, поступила информация о том, что 40-летний житель поселка Хокмали скончался в больнице от ножевых ранений, нанесенных ему сыном.

    Об этом сообщили в надзорном органе.

    В ходе предварительного расследования возникли обоснованные подозрения в том, что 17-летний Илькин Гулиев (имя условное) на почве ссоры с отцом нанес последнему многочисленные ранения ножом, которые оказались смертельными.

    По данному факту возбуждено уголовное дело по статье 120.1 (умышленное убийство) УК.

    И.Гулиев, признавшийся в содеянном, был задержан в качестве подозреваемого.

    В настоящее время по данному факту проводится расследование.

    Отметим, что убитый неоднократно отбывал срок в местах лишения свободы за наркоманию и незаконный оборот наркотиков.