Month: January 2021

  • Polkovnik-leytenant Rəşad Atakişiyevin doğum günüdür

    Bu gün Azərbaycanın mərhum pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin doğum günüdür.

    Rəşad Atakişiyev 1985-ci il yanvar ayının 7-də Şəmkir rayonunun Qılıncbəyli kəndində anadan olub.

    O, ilk təhsilini Şəmkir rayonunun Şöhrət Hüseynov adına Qılıncbəyli kənd tam orta məktəbində, daha sonra Samux rayonunun Alabaşlı kənd orta məktəbində alıb. Orta məktəbi yüksək qiymətlərlə bitirən Rəşad ali təhsil almaq arzusu ilə 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbinə üz tutub.

    O, 2006-cı ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini “Uçuş Mühəndisi” ixtisasına yiyələnərək, yüksək nəticələrlə başa vurub. İkinci kursda oxuyan zaman ilk dəfə ixtisaslaşma tətbiq olunub və aviasiyaya sənəd vermiş 200 nəfər arasında Rəşad da olub.

    Seçilmiş 35 nəfərlə birgə təhsil alan Atakişiyev diplom alan cəmi beş nəfərdən biri olmağı bacarıb.

    O, 2001-ci ildən pilot kimi fəaliyyətə başlayıb, əldə etdiyi bilik və bacarıqları sayəsində polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. Qısa zaman ərzində təcrübəli pilotlar sırasına və hərbi hissə komandirinin müavini vəzifəsinə yüksələn Rəşad Atakişiyev 2018-ci ilin oktyabrında Real TV-də yayımlanan “Şahinlər” filmində iştirak edərək, havada ən çətin, təhlükəli manevrlərin öhdəsindən gəlib.

    Həmçinin, Azərbaycan ordusunun 100 illiyi ilə bağlı keçirilən paradda səmada bacarıqlarını göstərib. Ayrıca Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “Turaz Qartalı” devizi altında keçirilən birgə taktiki-uçuş təlimlərində iştirak edib.

    O, iyul ayının 24-ü plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

    Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb. Təyyarə və pilotun axtarışları üçün Türkiyə və Rusiyadan mütəxəssis və avadanlıqlar cəlb olunub.

    20 avqust tarixində isə pilotun nəşi tapılıb. 21 avqust tarixində Rəşad Atakişiyevin nəşi ikinci Fəxri xiyabanda dəfn edilib.

    Pilotun iki oğul övladı yadigar qalıb.

  • Azərbaycanda yeni quş növü aşkarlandı

    AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşı ornitoloq Hüseyn Rəsulzadə Araz Su Anbarının aşağı hissəsinin sol sahil düzənliyində, Araz Su Elektrik Stansiyasına yaxın ərazidə müasir, yüksək optiki imkanlara malik avadanlıqların tətbiqi ilə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının faunasında yeni quş növünü – üçbarmaq qağayını (latınca adı “Rissa tridactyla” – red.) aşkar edib.

    Bu barədə “Report” AMEA-nın Naxçıvan Bölməsinin mətbuat xidmətinə istinadən xəbər verir.

    Qeyd edilir ki, üçbarmaq qağayı cüllütkimilər dəstəsinin qağayılar fəsiləsinə mənsubdur. Azərbaycan faunasının yeni sakini – qağayının həyatı açıq su hövzələri ilə bağlıdır, Holarktika zoocoğrafi vilayətində geniş yayılmış quşdur.

    O, ortaboylu quş olub digər qağayı növlərindən qara pəncələri və uçuş lələklərinin qara uclarında ağ ləkələrin yoxluğu ilə fərqlənir. Pəncələrdə arxa barmağın yoxluğu əsas təyinedici əlamətdir, onun yerində kiçik qabarıq görünür.

    Boynunda halqa şəklində qara zolaq var. Bədənin rəngi quşun fərdi inkişafı ilə əlaqədar olaraq dəyişilir. Quyruğun sonundakı qara zolaq mərkəzdən kənarlara doğru ensizləşir və quyruqda çökək görünüş təəssüratı yaradır.

    Quşun qidasını başlıca olaraq kiçik balıqlar, xərçənglər və molyuskalar təşkil edir, onları suya cumaraq əldə edirlər. Sahilə atılmış balıq torlarına ilişmiş heyvanat qalığından da həvəslə faydalanırlar.

    Naxçıvan Muxtar Respublikası şəraitində üçbarmaq qağayının həyat tərzinin bioloji və ekoloji xüsusiyyətlərinin izlənilməsi nəzərdə tutulub.

  • Beynəlxalq Cüdo Federasiyası Bakıda Olimpiadaya lisenziya verən yarışı ləğv etdi

    Beynəlxalq Cüdo Federasiyası bu il Olimpiadaya qədər keçiriləcək Böyük Dəbilqə turnirlərinin siyahısını tərtib edib.

    Hər il mayın əvvəllərində Bakıda keçirilən Böyük Dəbilqə turniri ləğv olunub. Onun yerinə analoji turnir Fransada keçiriləcək.

    Belə ki, bu il Böyük Dəbilqə turnirləri İsrailin paytaxtı Təl Əvivdə (18-20 fevral), Özbəkistanın paytaxtı Daşkənddə (5-7 mart), Gürcüstanın paytaxtı Tbilisidə (26-28 mart), Türkiyənin Antalya şəhərində (1-3 aprel) və Fransanın paytaxtı Parisdə (8-9 may) keçiriləcək. Olimpiadaya qədər son ciddi yarış isə Macarıstanın paytaxtı Budapeştdə təşkil ediləcək dünya çempionatı (6-13 iyun) olacaq.

    Qeyd edək ki, Böyük Dəbilqə yarışları Olimpiadaya lisenziya xalları qazandıran turnirlərdir. Ötən il Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunan Böyük Dəbilqə turniri 8-10 may tarixlərində keçirilməli olsa da, yarış pandemiya səbəbindən ləğv olunub. Bakıda bu turnirin ləğvi ənənəvi olaraq onun ardınca keçirilən paracüdo üzrə Qran-Prinin də keçirilməyəcəyi anlamına gəlir.

  • Prokurorluq bələdiyyə sədrinin ölümü ilə bağlı məlumat yaydı

    Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə İsmayıllı rayonu İvanovka kəndi ərazisində Göyçay rayonu, Bəydövül kənd Bələdiyyəsinin sədri, 1987-ci il təvəllüdlü Yusifov Ramil Ramiz oğlunun meyitinin aşkar edilməsi barədə məlumatlar yayılıb.

    İsmayıllı rayon prokurorluğundan verilən məlumata görə, yanvarın 6-da saat 14 radələrində Ramil Yusifovun meyitinin İvanovka kəndi ərazisində aşkar edilməsi barədə İsmayıllı rayon prokurorluğuna məlumat daxil olub.

    Cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və zəruri olan digər prosessual hərəkətlər yerinə yetirilib.

    Hazırda ölümün səbəbinin müəyyən edilməsi və hadisənin təfərrüatlarının aydınlaşdırılması məqsədilə İsmayıllı rayon prokurorluğunda araşdırma aparılır.

    Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

  • Azərbaycanda “pinqvin” torbalar niyə qadağan edildi? – RƏSMİ AÇIQLAMA

    “Bildiyiniz kimi, 2019-cu ilin fevral ayında ölkə rəhbəri plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması istiqamətində Tədbirlər Planı imzalayıb. Həmin Tədbirlər Planında plastikdən istifadənin tədricən azaldılması, birdəfəlik plastik qablardan imtina, alternativlərdən geniş istifadənin təşviqi və tətbiqi öz əksini tapıb.

    Bununla əlaqədar Nazirlik tərəfindən 15 mikrona kimi polietilen torbaların, eləcə də, birdəfəlik plastik qabların istifadəsinin qadağan olunması istiqamətində təkliflər təqdim edilib, bütün aidiyyəti qurumlarla razılaşdırma mərhələsi keçdikdən sonra ölkə rəhbərinin 30 dekabr tarixli fərmanı ilə öz təsdiqini tapıb”.

    Bunu qalınlığı 15 mikrona qədər olan polietilen torbaların ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsinin qadağan edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən onlayn görüşdə Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib.

    Onun sözlərinə görə, qalınlığı 15 mikrona kimi olan torbalara qadağa artıq 1 yanvar tarixindən qüvvəyə minib:

    “Belə torbalara məişətdə tez-tez istifadə etdiyimiz “pinqvin” adlandırdığımız və onlar kimi nazik torbalar aiddir. “Niyə sırf belə torbalar qadağan edilib?” sualına gədikdə isə, onlar təkrar emala yararlı deyil, daha nazik, yüngül çəkili olduğu üçün küləklə ərazilərə yayılaraq su tutarları, çayları, gölləri, torpaq qatını çirkləndirir.

    Yüz illərlə çürümədən hissəciklərə parçalanıb suya, torpağa qarışır. Heyvanların, quşların məhvinə səbəb olur. Eyni zamanda, belə torbalar, bilirsiniz ki, daha çox qidaların saxlanılması üçün istifadə edilir. Temperatur dəyişikliyində, istidə, soyuqda, zəhərli maddələr qida ilə qarışır və sağlamlığımız üçün təhlükə mənbəyinə çevrilir”.

    “Tez-tez sual olunur ki, bəs niyə digər torbalar da qadağan olunmur, onlara qarşı tədbir görülmür. Dünya praktikasında da plastik tullantılara qarşı mübarizə mərhələli şəkildə həyata keçir. Biz bu prosesə ilkin olaraq maarifləndirmə ilə başladıq.

    İki ilə yaxın müddətdə KİV vasitəsilə, sosial şəbəkələr vasitəsilə beynəlxalq təcrübələr paylaşıldı, plastikin növləri, təkrar emala yararlı olub-olmadıqları, orqanizmə və ətraf mühitə ziyanları, çeşidləmə vərdişləri, plastik üçün nəzərdə tutulan konteynerlərə diqqətin yönəldilməsi, müxtəlif çağırışlı posterlər, videoçarxlar paylaşıldı.

    Uşaqlar, gənclər, istehsalçılar, təkrar emal müəssisələri, yerli icra qurumlarının nümayəndələri, marketlərin satış və marketinq üzrə mütəxəssisləri, könüllülər, QHT nümayəndələri ilə müxtəlif görüşlər, təlimlər, layihələr həyata keçirildi, müsabiqələr təşkil edildi. Əvvəl plastik və onun zərərləri barədə məlumatsız olan insanlar indi artıq özləri də bunun azalması, alternativlərdən istifadə olunmasında maraqlıdırlar.

    Alternativlər isə kağız, bioparçalanan torbalar və qablaşdırmalar, parça, həsir torbalardır. Müxtəlif çeşiddə, hər büdcəyə uyğun alternativlər var.

    Orta müddətlə 15-20 dəq istifadə edib atdığımız məhsulu evimizə gətirməklə özümüzün, övladlarımızın, gələcək nəsillərin sağlamlığına zərər veririk. Gəlin birlikdə sağlam gələcəyimiz üçün əlimizdən gələni əsirgəməyək”, – deyə o qeyd edib.

    //oxu.az

  • Karantin rejimini pozan çayxana aşkarlandı, 15 nəfər cərimələndi

    Karantin rejimi müddətində fəaliyyət göstərən çayxana aşkar edilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin olunması istiqamətində keçirilən növbəti tədbirlər zamanı rayonun Rüdəkənar kəndində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkarlanıb. Keçirilən baxış zamanı həmin vaxt orada obyektin sahibi Q.Mirzəyevlə yanaşı 14 nəfər müştərinin də olduğu müəyyən edilib.

    Həmin şəxslər polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib. Hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.

  • Азербайджанская нефть продолжает дорожать

    Азербайджанская нефть марки Azeri Light подорожала.

    Ее стоимость на мировом рынке выросла на 3,38%, или на 1,79 доллара за баррель – до 54,73 доллара.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).

  • “Azeri Light” bahalaşmaqda davam edir

    Azərbaycan neftinin qiyməti artmaqda davam edir.

    “Azeri Light” markalı neftin bir bareli 3,38 faiz və ya 1,79 ABŞ dolları qədər bahalaşıb.

    Nəticədə, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 54,73 dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə – 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum – 149,66 dollara satılıb.

  • Предпринимателей будут штрафовать за несоблюдение требований по полиэтиленовым пакетам – ПРЕДУПРЕЖДЕНИЕ

    Министерство экологии и природных ресурсов Азербайджана готовит обращения по вопросу полиэтиленовых пакетов, которые будут направлены в соответствующие ведомства. Ведомство также обратится к гражданам.

    Об этом заявил начальник отдела Госслужбы по антимонопольной политике и контролю за потребительским рынком Араз Алиев на онлайн-встрече, организованной министерством в связи с введением с 1 января этого года запрета на продажу и выдачу потребителям полиэтиленовых пакетов толщиной до 15 микрон на объектах общественного питания, торговли и обслуживания.

    По его словам, по этому вопросу будет функционировать и горячая линия.

    А.Алиев отметил, что многих не интересуют изменения, касающиеся полиэтиленовых пакетов.

    “Но предприниматели, владельцы маркетов должны понимать, что им грозят штрафные санкции [за нарушение закона]. Чтобы избежать этого, владельцы магазинов при приобретении полиэтиленовых пакетов должны запрашивать соответствующие документы на них”, – сказал он.

    //oxu.az

  • Tələblərə riayət etməyən sahibkarlar cərimələnəcək – XƏBƏRDARLIQ

    “Polietilen torbalarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyində müvafiq müraciətlər hazırlanır və bu, aidiyyəti qurumlara göndəriləcək. Bundan sonra vətəndaşlar üçün də müraciətlər olacaq”.

    Bunu qalınlığı 15 mikrona qədər olan polietilen torbaların ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsinin qadağan edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən onlayn görüşdə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

    O qeyd edib ki, eyni zamanda, qaynar xətt də olacaq.

    Onun sözlərinə görə, bir çox insanlar polietilen torbalarla bağlı dəyişiklikdə maraqlı deyil:

    “Onlar alış-veriş etdikləri yerdə onlara hansı qalınlıqda torba verilməsi ilə maraqlanmırlar. Bu məsələ market sahiblərinin marağında olmalıdır.

    Ən azından başa düşməlidirlər ki, əks təqdirdə sahibkarlar cərimələrlə üzləşəcəklər. Həmin cərimələrlə üzləşməmək üçün mağaza sahibləri polietilen torbaları alan zaman müvafiq sənədləri tələb etməlidir”.