Month: January 2021

  • Российские и азербайджанские специалисты расчищают освобожденные территории от мин – ВИДЕО

    Сотрудники министерств по чрезвычайным ситуациям (МЧС) России и Азербайджана продолжают операции по очистке освобожденных территорий Азербайджана от мин и неразорвавшихся боеприпасов.

    Сотрудник МЧС АР Рамиз Гусейнов в интервью журналистам заявил, что российские специалисты приступили к разминированию освобожденных территорий со вчерашнего дня.

    К этим операциям привлечены и сотрудники МЧС АР. Наряду с этими работами, в соответствии с согласованной и утвержденной программой обучения совместно с российскими специалистами проводятся теоретически и практические учебно-тренировочные курсы.

    Руководитель Центра “Лидер” Министерства РФ по делам гражданской обороны, чрезвычайным ситуациям и ликвидации последствий стихийных бедствий, который принимает участие в операциях на территории Агдамского района, генерал-майор Анатолий Саввин:

    “С целью разминирования территорий, возвращенных Азербайджану в соответствии с трехсторонним заявлением, прибывший 4 января отряд из 20 человек, приступил к работе. В настоящее время на заминированных территориях ведутся очистные работы. Обезврежено 25 противопехотных мин на площади в две тысячи квадратных метров”.

  • Rusiya və Azərbaycan işğaldan azad olunmuş əraziləri minalardan təmizləyir – VİDEO

    Rusiya və Azərbaycanın Fövqəladə Hallar Nazirliklərinin (FHN) əməkdaşları işğaldan azad olunmuş Azərbaycan ərazilərinin mina və partlamamış hərbi sursatlardan təmizləməsi əməliyyatlarını davam etdirir.

    Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Ramiz Hüseynov jurnalistlərə müsahibəsində bildirib ki, dünəndən etibarən Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri işğaldan azad olunmuş ərazilərin minalardan, partlamamış döyüş sursatlarından təmizlənməsi əməliyyatlarına başlayıb.

    Bu əməliyyatlara Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri də cəlb olunub. Bu işlərlə yanaşı razılaşdırılmış və təsdiq olunmuş tədris və təlim proqramına uyğun olaraq Rusiya Federasiyası mütəxəssisləri ilə birlikdə tədris və təlim kursları da davam edir. Kurslar nəzəri və praktik şəkildə həyata keçirilir.

    Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatlarında iştirak edəcək “Lider” Mərkəzinin rəhbəri, general-mayor Anatoli Savvin isə deyib:

    “Üçtərəfli razılaşmaya uyğun olaraq Azərbaycan tərəfinə qaytarılan ərazilərin minalardan təmizlənməsi məqsədilə 4 yanvar tarixindən gəlmiş 20 nəfərlik heyət işə başlayıb. Hazırda minalanmış ərazilərdə təmizləmə işləri aparılır. Artıq iki min kvadratmetr sahədə 25 piyada əleyhinə mina zərərsizləşdirilib”.

  • Millimizin kapitanına vəzifə verildi

    Məlum olduğu kimi, sərbəst güləş üzrə millimizin kapitanı Cəbrayıl Həsənov idmançı karyerasını başa vurub.

    Titullu güləşçimiz bundan sonra məşqçi kimi fəaliyyət göstərəcək. Belə ki, Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyevin müvafiq əmrinə əsasən, Cəbrayıl Həsənov sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın böyük məşqçisi vəzifəsinə təyin olunub. Bu komandada Rövşən Hacıyev, Nazim Əlicanov və Əşrəf Əliyev məşqçi kimi fəaliyyətini davam etdirəcək.

    Bu gün Namiq Əliyev gənc mütəxəssisə idmançı kimi göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona yeni vəzifəsində uğurlar arzulayıb. Federasiyanın rəhbəri bundan sonra sərbəst güləş üzrə böyüklər ibarət yığma komandanın kapitanının Şərif Şərifov olacağını bildirib.

    Xatırladaq ki, Cəbrayıl Həsənov Rio Olimpiadasında bürünc medal qazanmaqla yanaşı, 2 dəfə dünya ikincisi, 3 dəfə Avropa çempionu, ilk Avropa Oyunlarının bürünc medalçısı olub. Həsənov ümumilikdə dünya və Avropa çempionatlarında 12 dəfə fəxri kürsüyə qalxıb.

  • Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ

    Sabah ölkə ərazisində güclü külək əsəcək.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 8-i gündüzdən 9-u gündüzədək cənub-qərb küləyi 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcək.

    Yanvarın 8-i gündüzdən 10-dək Azərbaycanın bəzi rayonlarında qərb küləyinin 15-20 m/s, əsasən dağlıq ərazilərdə isə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

  • Президент Ильхам Алиев: Вакцина будет доставлена в Азербайджан в этом месяце – ВИДЕО

    Коронавирус, конечно же, стал огромным испытанием для всего мира. Считаю, что Азербайджан его проходит с честью. Ситуация находится под полным контролем. В результате оперативных мер были построены новые больницы, приобретены лаборатории, мобилизованы врачи. Увеличена заработная плата медработников, ухаживающих за инфицированными коронавирусом. Она выросла в три – пять раз.

    Об этом заявил Президент Азербайджана Ильхам Алиев в ходе совещания в видеоформате, посвященного итогам 2020 года.

    “Был представлен крупный социальный пакет на несколько миллиардов манатов в качестве помощи гражданам, пострадавшим от воздействия пандемии коронавируса, в том числе неофициально работающим и безработным. Сейчас мы ждем вакцину. Надеемся, что она будет доставлена в Азербайджан в течение этого месяца. Во всяком случае, все контракты были подписаны. Затем будет организована массовая вакцинация, что станет спасением от этой болезни”, – сказал глава государства.

  • İlham Əliyev: “Peyvənd bu ay ərzində Azərbaycana gətiriləcək” – VİDEO

    Koronavirus, əlbəttə ki, bütün dünya üçün çox böyük sınaq idi. Hesab edirəm ki, Azərbaycan bu sınaqdan şərəflə çıxır. Vəziyyət tam nəzarətdədir. Operativ tədbirlər nəticəsində yeni xəstəxanalar tikildi, laboratoriyalar alındı. Həkimlər səfərbər olundu. Koronavirus xəstələrinə qulluq edən həkimlərin maaşları artırıldı, onlar əməkhaqlarının 3-5 misli həcmində maaş alırlar.

    Bu sözləri yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə deyib.

    “Çox böyük sosial paket təqdim edildi. Bir neçə milyard manat dəyərində sosial paket koronavirusdan əziyyət çəkən insanlara, o cümlədən qeyri-formal çalışan və işsiz vətəndaşlara yardım kimi göstərildi. Bu gün biz peyvəndi gözləyirik. Ümid edirik ki, peyvənd bu ay ərzində Azərbaycana gətiriləcək. Hər halda bütün kontraktlar imzalandı. Peyvəndin bir qədər gec gətirilməsi bizdən asılı deyil. Ondan sonra insanlar kütləvi qaydada bu peyvənddən istifadə edəcək və canımız bu xəstəlikdən qurtaracaq”, – deyə prezident bildirib.

  • Rayonlara gedən avtobuslarda qiymətlər artacaqmı?

    Yanvarın dördündə Tarif Şurasının keçirilən iclasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti bir litr üçün bir manat, dizel yanacağının pərakəndə satış qiyməti isə bir litr üçün 0.8 manat müəyyən edilib.

    Benzinlə işləyən nəqliyyat vasitələrinin böyük əksəriyyəti şəxsi avtomobillərdir. Belə olan halda yanacağın qiymətinin artması əsasən insanları daha çox ictimai nəqliyyatdan istifadəyə təşviq edəcək.

    Bəs yanacağın qiymətinin artırılması məsələsi rayonlararası sərnişindaşıma ilə məşğul olan avtobuslarda qiymət artımına səbəb ola bilərmi?

    Oxu.Az-ın sorğusuna cavab olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib ki, bu istehlak bazarında xüsusi qiymət artımına səbəb olmayacaq:

    “Dizel yanacağının qiymətinin artmasının bu sahədə – sərnişindaşıma ilə məşğul olan avtobusların sahiblərinə ola biləcək hər hansı bir təsirinin qarşısını almaq üçün hökumət yanvar ayına qədər müvafiq kompensasiyalar nəzərdə tutur.

    Hökumət bu kompensasiyaların hansı formada verilməsi barədə məlumat verəcək. Yəni burada qiymət artımından söhbət gedə bilməz. Çünki sözügedən istiqamətdə qiymətlərin artırılması üçün Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən Tarif Şurasına müraciət olunmalıdır. Biz isə belə bir müraciət etməmişik. Ümumiyyətlə bu istiqamətdə hər hansı müraciət gündəmdə deyil”.

  • Hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 35 milyon manat ayrılıb – RƏSMİ

    “Hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 35 milyon manat vəsait ayrılıb”.

    Bunu Maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirə zamanı deyib.

    “Hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə sizin müvafiq Fərmanınızın icrası olaraq son illər ərzində vəsaitlər ayrılır və bu il də bu məqsədlərə 35 milyon manat vəsait ayrılıb. Digər tərəfdən, bəzi dövlət şirkətlərinin əhaliyə göstərdiyi xidmətlərin subsidiyalaşdırılmış qiymətlərlə həyata keçirilməsini nəzərə almaqla dövlət tərəfindən həmin şirkətlərə müəyyən subsidiyaların verilməsi nəzərdə tutulur”.

    Eləcə də nazir vurğulayıb ki, yerli gəlirlərlə xərclər arasında da müsbət dəyişikliklər müşahidə olunmaqdadır. Artıq ölkəmizin 42 şəhəri və rayonu öz gəlirləri hesabına öz xərclərini təmin etmək iqtidarındadır. Yerdə qalan rayonların xərcləri ilə gəlirləri arasında kəsirin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən dotasiyaların verilməsi davam etdiriləcək.

    Samir Şərifov qeyd edib ki, kənd təsərrüfatı sahəsində proqramlara vəsaitin ayrılması davam etdirilir. Bu məqsədlə növbəti ilin büdcəsində də 460 milyon manatdan çox vəsaitin ayrılması həyata keçiriləcək:

    “Bu vəsait hesabına həm fermerlərə müəyyən subsidiyaların verilməsi, o cümlədən ərzaq, əkin sahəsi üzrə və son zamanlar digər yeni subsidiyalaşdırma mexanizmlərinin maliyyələşdirilməsi üçün vəsait ayrılması nəzərdə tutulub”.

  • Azərbaycanda daha iki su anbarı tikiləcək – RƏSMİ

    “Su ehtiyatlarının artırılması və bu istiqamətdə dağ çaylarının sularının yığılması üzrə relyefə uyğun su anbarının yaradılması çərçivəsində texniki-iqtisadi əsaslandırmalar və layihə sənədləri hazır olan Yengicə su anbarı üzrə ekspert qiymətləndirməsinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülür.

    Eyni zamanda, Əlicançay su anbarı üzrə texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması işlərinin cari ilin ikinci yarısında yekunlaşdırılması, beləliklə, su anbarının tikintisi məsələsinə baxılması nəzərdə tutulub”.

    Bu sözləri yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Baş nazirin müavini Şahin Mustafayev bildirib.

    Onun sözlərinə görə, iki anbar üzrə bu ilin ikinci yarısında müvafiq əsaslandırma təqdim olunandan sonra bu il ərzində tikinti məsələlərinə baxılması artıq reallaşır:

    “Ölkə üzrə su anbarlarının lillənmə səviyyəsi araşdırılmışdır və Pirsaatçay su anbarı nümunəsində anbarların lildən təmizlənməsi imkanlarına dair təkliflər hazırlanır. Ölkədə üç lillənmiş su anbarı var: Pirsaatçay, Borqarçay və Şəki rayonu ərazisindəki su anbarları. Bunları araşdırmaq üçün lazımi qüvvələri cəlb etmişik və onların yenidən istifadə imkanları peşəkar səviyyədə araşdırılaraq təqdim olunacaq”.

    O qeyd edib ki, Neftçala şəhərinin içməli su təchizatı ilə bağlı şəhərə qədər uzunluğu 40 kilometr olan magistral su kəmərinin tikintisi başa çatdırılıb və 2020-ci ilin noyabr ayından içməli suyun verilməsi təmin edilib:

    “İkinci Bakı su kəmərinin və Oğuz-Qəbələ-Bakı su kəmərinin məhsuldarlığının artırılması ilə bağlı texniki-iqtisadi əsaslandırmalar yekunlaşdırılmış, layihələrin ətraf mühitə təsiri qiymətləndirilmiş, layihə sənədləri hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuşdur.

    Ötən ilin avqust ayında keçirilən monitorinqlər zamanı regionlarda quraşdırılmış 460 modul tipli sutəmizləyici qurğudan 66 qurğunun suyunun lilli olması, mənbədə suyun olmaması, dəniz suyunun Kür çayına qarışması və yaşayış məntəqələrində suya tələbatın mərkəzləşmiş şəbəkədən ödənilməsi kimi səbəblərdən fəaliyyətinin dayanması aşkar edilib.

    Əhalinin içməli su ilə təmin olunması məqsədilə modul tipli sutəmizləyici qurğuların fəaliyyətinin yaxşılaşdırılması üçün tədbirlər planı hazırlanmışdır. Ölkənin əsas hidroqovşaqlarının texniki təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə Nazirlər Kabinetinin sərəncamı ilə komissiyanın nəzdində Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi ilə işçi qrupu yaradılmışdır və qaldırılan məsələlərə işçi qrupu çərçivəsində baxılması nəzərdə tutulur”.

    “Mingəçevir su anbarında Yuxarı Qarabağ kanalının baş suqəbuledici qurğusunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Fövqəladə Hallar Nazirliyinə müvafiq vəsait ayrılmış, suqəbuledici qurğuda mühəndis tədbirlərinin həyata keçirilməsinə başlanılıb.

    Antropogen təsirlər nəticəsində formalaşan sututarların suyundan istifadə məqsədilə aparılmış monitorinqlər zamanı ümumi həcmi 122 milyon kubmetr olan 43 ədəd sututar müəyyən edilib.

    Götürülmüş su nümunələri 40 ədəd sututarın suvarma və texniki məqsədlər üçün yararlı olduğunu göstərmişdir. İmişli rayonundakı belə göllərdən istifadə məqsədilə nasos stansiyası quraşdırılmış və su Baş Muğan kanalına verilməyə başlanılıb. Kanala ötürülən su hesabına üç rayonda – İmişli, Saatlı, Sabirabadda 5 min hektardan çox əkin sahəsinin suvarılması mümkün olub”, – deyə Ş.Mustafayev əlavə edib.

  • Gədəbəydə karantin rejimini pozan kafe aşkarlanıb

    Gədəbəy rayonunda karantin rejimini pozan kafe aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Gədəbəy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayonun Arıxdam kəndi ərazisində “Ləzzət kafe” adlı kafenin gizli şəkildə fəaliyyət göstərməsini aşkarlayıb. Obyektin sahibi Bayram Camalovla yanaşı onun müştəriləri saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək cərimə edilib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.