Month: January 2021

  • “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi ili mənfəətlə başa vurub

    “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi 2019-cu ili mənfəətlə başa vurub.

    Oxu.Az-ın qurumun 2019-cu il üzrə maliyyə hesabatına əsasən verdiyi məlumata görə, İdarə 2019-cu ili 1 milyon 760,3 min manat xalis gəlirlə başa vurub.

    Qurumun 2019-cu il üzrə əsas əməliyyat gəlirlərinin həcmi 8 milyon 686,4 min manat təşkil edib. Bu, əvvəlki illə müqayisədə, 18,3 faiz azdır. Ümumi xərclərin həcmi isə 2 milyon 308,8 min manat olub və ötən ilə nisbətən 3,3 dəfə azalıb.

    Əmək müqavilələri əsasında çalışan işçilərin əməkhaqlarının ödənilməsinə 4 milyon 752,3 min manat, sosial fondların təminatına ayırmalara 902,7 min manat sərf olunub. Köhnəlmə və amortizasiya xərclərinin həcmi 546,1 min manat təşkil edib, bu isə ötən illə müqayisədə, 2 dəfəyə qədər azdır.

    2018-ci ili 3,5 milyon zərərlə yekun vurduğu əməliyyat mənfəətinin həcmi 2019-cu ildə 2 milyon 30,5 min manat təşkil edib.

    2019-cu ildə qurum 31,1 min manat mənfəət vergisi ödəyib.

    Qeyd edək ki, “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi 2018-ci ili 929,5 min manat xalis zərərlə başa vurub.

  • BDU-nun professoru vəfat edib – FOTO

    Bakı Dövlət Universitetinin (BDU) Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının müdiri, tarix elmləri doktoru Fətəliyev Məmməd Böyükxan oğlu vəfat edib.

    “Report” xəbər verir ki, M.Fətəliyev 82 yaşında dünyasını dəyişib.

    Məmməd Fətəliyev 1961-1967-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb.

    O, 1973-cü ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb.

    Allah rəhmət eləsin!

  • Yasamalda üç evdə yanğın olub

    Bakı şəhərinin Yasamal rayonunda üç mənzildə yanğın baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Məlumata görə, ikimərtəbəli kommunal tipli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 52 m² olan üçotaqlı mənzilin yanar konstruksiyaları (taxta konstruksiyalı) 40 m² sahədə, ümumi sahəsi 70 m² olan üçotaqlı mənzilin yanar konstruksiyaları və içərisindəki əşyalar 16 m² sahədə və ümumi sahəsi 32 m² olan ikiotaqlı mənzildə arakəsmə divar 8 m² sahədə yanıb, yüksək temperaturdan bir otağın lambirindən ibarət tavanı 16 m² sahədə əriyib.

    Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

    Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

    Yanğın söndürülüb.

  • В Азербайджане выявлен 341 новый случай инфицирования коронавирусом, скончались 29 человек – ФОТО

    В Азербайджане за минувшие сутки выявлен 341 новый случай инфицирования коронавирусом, 3 858 человек вылечились и были выписаны домой.

    Об этом 1 января сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончались еще 29 пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразился 219 041 человек, 2 670 из них скончались, 188 280 – вылечились, 28 091 – находится в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 2 199 939 тестов (за последние 24 часа – 4 473) на COVID-19.

  • Azərbaycanda daha 29 nəfər koronavirusdan öldü: Yoluxma sayı 341-ə düşdü – FOTO

    Azərbaycanda koronavirusa (COVID-19) 341 yeni yoluxma faktı qeydə alınıb, 3858 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 29 nəfər COVID-19-dan vəfat edib.

    Aktiv xəstə sayı 28 091 nəfərə çatıb.

    Ölkədə son sutka ərzində 4473, hazırkı dövrədək isə 2 199 999 test aparılıb.

    Ümumi ölənlərin sayı 2 670 nəfərdir.

    Ümumi yoluxanların sayı 219 041 nəfər, ümumi sağalanların sayı 188 280 nəfərdir.

  • В Баку сгорел частный дом – ВИДЕО

    В Баку произошел пожар в жилом доме.

    Инцидент был зарегистрирован в Ясамальском районе столицы.

    Произошел пожар в одном из частных жилых домов, расположенных на улице Салатын Аскеровой около метростанции “Низами”.

    К месту происшествия были привлечены бригады Противопожарной службы МЧС.

    Пожар был потушен за короткое время. В настоящее время уточняются причины возгорания.

  • Bakıda fərdi yaşayış evi yandı – VİDEO

    Bakıda yanğın hadisəsi baş verib.

    Oxu.Az-ın məlumatına görə, hadisə Bakının Yasamal rayonu ərazisində baş verib.

    Belə ki, “Nizami” metrostansiyasının yaxınlığında, Salatın Əsgərova küçəsində yerləşən yaşayış evlərindən birində yanğın baş verib.

    Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin “102” Çağrı Mərkəzinə daxil olan məlumat əsasında, dərhal Nazirliyin Yanğından Mühafizə Xidmətinin müvafiq dəstələri əraziyə cəlb olunub.

    Qısa zamanda yanğın söndürülüb. Yanğının hansı səbəbdən baş verdiyi dəqiqləşdirilir.

  • Rusiyada Yeni il gecəsi üçü uşaq olmaqla altı nəfər yanaraq öldü

    Yeni il ərəfəsində Rusiyanın Çuvaşiya Respublikasında ailə faciəsi baş verib.

    Mk.ru xəbər verir ki, hadisə Urmarski rayonununda fərdi yaşayış evində olub.

    Hadisə yerinə gələn yanğınsöndürənlər taxta binanı söndürüb və içəridən altı nəfərin yanmış cəsədini tapıblar.

    Onların üçü yetişkin şəxs olmaqla on, yeddi və dörd yaşlı üç uşaq oluğu bildirilir.

    Evin 51 yaşlı sahibi isə yanğından xilas ola bilib. O, deyib ki, yoldaşı və biri uşaqları ilə gələn iki qızı orada qalıb.

    Faktla bağlı araşdırma başladılıb.

  • Скончался 39-летний мужчина, подорвавшийся на мине в Физули – ОБНОВЛЕНО

    Как сообщалось, 1 января 2021 года гражданин Азербайджанской Республики Бабаев Забиль Габил оглы, 1981 года рождения, находясь на освобожденной территории Физулинского района, подорвался на противопехотной мине, в результате чего потерял обе ноги.

    Как передает Report со ссылкой на Генеральную прокуратуру, З.Бабаев был доставлен в больницу, но скончался от полученных травм.

    Прокуратура возбудила уголовное дело по статьям 100.2 (планирование, подготовка, развязывание или ведение агрессивной войны), 116.0.6 (нарушение международного гуманитарного права во время вооруженного конфликта) и другим статьям Уголовного кодекса и поручила расследование Генеральной прокуратуре.

    * * * * *

    Утром 1 января гражданин Азербайджана Забиль Габиль оглу Бабаев (1981 г.р.) подорвался на противопехотной мине в освобожденном от оккупации Физулинском районе.

    Об этом говорится в совместном заявлении Генеральной прокуратуры, МВД и Национального агентства по разминированию территорий АР (ANAMA).

    В результате мужчина получил тяжелые травмы, ему оторвало обе ноги.

    Сотрудниками правоохранительных органов был проведен осмотр места происшествия, назначена судебно-медицинская экспертиза, выполнены другие процессуальные действия.

    В настоящее время по данному факту в прокуратуре Физулинского района проводится расследование.

  • Füzulidə minaya düşən şəxs xəstəxanada vəfat etdi – YENİLƏNİB

    Xəbər verildiyi kimi, 1 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı Babayev Zabil Qabil oğlu Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində olarkən minaya düşüb və nəticədə ağır dərəcəli bədən xəsarəti alıb.

    Bu barədə Baş prokurorluqdan məlumat verilib.

    Bildirilib ki, Zabil Babayevin xəstəxanaya çatdırılıb lazımi tibbi yardımın göstərilməsinə baxmayaraq, sonuncu aldığı xəsarətlərdən vəfat edib.

    Faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb̧ və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

    Hazırda prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.

    * * * * *

    Bu gün səhər saatlarında Azərbaycan Respublikasının vətəndaşı, 1981-ci il təvəllüdlü Babayev Zabil Qabil oğlu Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində olarkən piyada əleyhinə minaya düşüb.

    Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) birgə məlumat yayıb.

    Nəticədə, ağır dərəcəli bədən xəsarəti alaraq hər iki ayağı travmatik amputasiya olunub.

    Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

    Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.