Month: January 2021

  • На освобожденных от оккупации территориях восстановлено телерадиовещание – ФОТО

    На освобожденных от оккупации территориях восстановлено телерадиовещание.

    Как сообщает Министерство транспорта, связи и высоких технологий, для этого специалисты производственного объединения (ПО) “Телерадиовещание и спутниковая связь” восстановили работу ретрансляционной станции в Шуше.

    В частности, введено в эксплуатацию оборудование цифрового ТВ, антенно-фидерное устройство и аппаратура для приема 10 спутниковых каналов.

    Обеспечено электроснабжение станции.

    Таким образом, на Шушу, Ханкенди, Ходжалы, Агдамский и Бардинский районы транслируются передачи телеканалов AzTV, Mədəniyyət, İdman Azərbaycan, İTV, CBC, CBC Sport, Real, Xəzər, Azad Azərbaycan, ARB-24, а также радио Azərbaycan и İctimai FM.


  • Şuşada Qarabağı əhatə edən möhtəşəm YENİLİK – FOTO

    İşğaldan azad olunan torpaqlarımızda radio-televiziya yayımına başlanılıb.

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, işğaldan azad olunan ərazilərdə radio və televiziya yayımı məqsədilə “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin (Teleradio İB) mütəxəssisləri Şuşa Radio-Televiziya Yayım Stansiyasının (RTYS) işini bərpa ediblər.

    Stansiyada rəqəmli TV yayım avadanlığı, anten-fider sistemi və 10 TV kanalın peykdən qəbulu üçün baş stansiya avadanlığı qurulub, istismara verilib.

    Avadanlıqların elektrik enerjisi ilə təmin olunması üçün müvafiq işlər görülüb və Şuşa Radio-Televiziya Yayım Stansiyasından normal yayıma başlanılıb.

    Artıq respublika üzrə yayımı həyata keçirilən “AzTV”, “Mədəniyyət” TV, “İdman Azərbaycan” TV, “İctimai” TV, “CBC” TV, “CBC Sport”, “Real” TV, “Xəzər” TV, “Azad Azərbaycan” TV və “ARB-24” telekanalları Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələrinə yayımlanır.

    Eyni zamanda, “Azərbaycan” radiosu və “İctimai” FM radiosu stereo, yəni tam keyfiyyətli rejimdə Şuşa, Xankəndi, Mingəçevir, Yevlax şəhərləri və Xocalı, Ağdam, Bərdə, Göyçay rayonları, eləcə də ətraf yaşayış məntəqələrini əhatə edir.


  • ÜST türkiyəli alimlərin yaratdığı peyvəndin təcili istifadəsini təsdiqlədi

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) türkiyəli professorlar Uğur Şahin və Özlem Türeci cütlüyü tərəfindən idarə olunan “BioNTech” şirkəti və ABŞ-ın dərman nəhəngi “Pfizer” tərəfindən istehsal olunan koronavirus peyvəndinin təcili istifadəsini təsdiqləyib.

    Bu barədə DHA xəbər yayıb.

    Qeyd edək ki, dekabrın sonunda “Pfizer” və “BioNTech” peyvəndlərinin Avropa İttifaqına (Aİ) göndərilməsi üçün icazə əldə edilib.

  • Repçi MF Doom vəfat edib

    MF Doom ləqəbi ilə tanınan britaniyalı repçi və prodüser Daniel Dumiley 50 yaşında vəfat edib.

    Bu barədə musiqiçinin rəsmi “Instagram” səhifəsində həyat yoldaşı Jasmin bildirib.

    Repçinin ölüm səbəbi açıqlanmır.

    MF Doom əsasən səhnəyə maska taxaraq çıxması ilə tanınıb.

  • Bu aydan müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına sosial müavinət veriləcək

    Bu aydan etibarən müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına sosial müavinət veriləcək.

    “Report” xəbər verir ki, bununla bağlı “Sosial müavinətlər haqqında” qanuna edilmiş dəyişikliklər qüvvəyə minib.

    Qanuna dəyişikliklə hərbi qulluqçuların uşaqlarına sosial müavinət şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda təyin ediləcək.

    Digər dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda və ya vəfat etdikdə müavinətlərin ödənişi dayandırılacaq.

    Qanuna dəyişiklik layihəsi 2021-ci ilin yanvarın 1-dən qüvvəyə minir.

  • Azərbaycanda 2021-ci il üzrə kişilərin və qadınların pensiya yaşı açıqlandı

    Azərbaycanda 2021-ci il üzrə kişilərin və qadınların pensiya yaşı məlum olub.

    “Report” xəbər verir ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

    “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılır.

    Bununla da Azərbaycanda 1 iyul 2020 – 30 iyun 2021 tarixində kişilərin pensiya yaşı 65 il , qadınların pensiya yaşı isə 62 il olacaq. 1 iyul 2021 – 30 iyun 2022-ci il tarixində kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 62 il 6 ay olacaq.

  • Rusiyada Yeni il atəşfəşanlığı meşədə yanğına səbəb oldu

    Rusiyanın Krasnodar vilayətinin Soçi şəhərində Verxniy Yurt kəndi yaxınlığında, 500 kvadratmetr meşə ərazisində yanğın olub.

    Bu barədə “RİA Novosti” Rusiya Fövqəladə Hallar Nazirliyinin regional şöbəsinə istinadən xəbər yayıb.

    Şahidlərin sözlərinə görə, yanğın fişənglərin atılması zamanı baş verib.

    Nazirlikdən bildirilib ki, fövqəladə hallar işçiləri yanğını lokallaşdırmağı bacarıblar, yaşayış məntəqəsi üçün heç bir təhlükə yoxdur. Yanğının söndürülməsinə 36 nəfər canlı heyət və 11 texnika cəlb olunub.

  • Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış başladı

    Bu gündən Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış başlayır.

    Bu barədə Prezident İlham Əliyev 2020-ci ilin dekabrın 22-də Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

  • С сегодняшнего дня в Азербайджане запрещена продажа полиэтиленовых пакетов

    1 января 2021 года вступили в силу изменения в закон “Об охране окружающей среды”, предусматривающие запрет в Азербайджане на продажу и выдачу потребителям на объектах общепита и услуг полиэтиленовых пакетов толщиной до 15 мкм, передает Report.

    Проект поправок подготовлен в соответствии с “Планом мероприятий по снижению воздействия пластиковых отходов на окружающую среду в АР в 2019-2020 годах”, принятым 7 февраля 2019-го.

    Согласно изменениям, предпринимателям запрещено ввозить, производить, продавать и выдавать потребителям на объектах торговли, общественного питания и услуг полиэтиленовые пакеты толщиной до 15 мкм, а также пластиковые одноразовые трубочки, вилки, ножи, тарелки и стаканчики.

    Поправки касательно одноразовой пластиковой продукции вступают в силу с 1 июля 2021 года.

  • Bu gündən Azərbaycanda polietilen torbaların satışı qadağan edildi

    Bu gündən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilib.

    “Report” xəbər verir ki, bununla bağlı “Ətraf mühitin mühafizəsi haqqında” qanuna edilmiş dəyişikliklər qüvvəyə minib.

    Sənəd ölkə Prezidentinin 2019-cu il 7 fevral tarixli “Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”na əsasən hazırlanıb.

    Qalınlığı az olan plastik torbalar çürüməyə qarşı davamlı olduğu üçün təbiətin çirklənməsində daha böyük rol oynayır. Sənədə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilib.

    Qanun polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsullara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minir.