Month: January 2021

  • Neftin qiyməti ucuzlaşır

    Dünya bazarlarında neftin qiymətində ucuzlaşma qeydə alınıb.

    Bu barədə RT məlumat yayıb.

    WTI markalı neftin mart fyuçersləri 0.04 faiz ucuzlaşaraq bir barel üçün 52.25 ABŞ dolları təşkil edib.

    “Brent” markalı neftin mart fyuçersləri isə 0.09 faiz ucuzlaşıb və bir bareli 55.36 dollara satılıb.

  • Gecələr tez-tez oyanmaq təhlükəli xəstəliyin əlaməti ola bilər

    Gecələr tez-tez oyanmaq qalxanabənzər vəzin, tənəffüs yolları və ürək-damar sistemi daxil olmaqla bir sıra orqanların işindəki problemlərlə əlaqələndirilə bilər.

    “Report”un məlumatına görə, bunu somnoloq Yelena Tsareva News.ru-ya açıqlamasında deyib.

    Onun sözlərinə görə, yuxu problemləri həmçinin narahatlıq, depressiya, hətta yuxu apnesinin (yuxu zamanı tənəffüsün orta hesabla 20-30 saniyə dayanması) olmasının göstəricisi ola bilər.

    “Bir şeyi də qeyd etmək istərdim ki, yuxu problemləri insanda yaşa görə də yaranır. Məsələ burasındadır ki, sağlam yuxunu təmin edən melatonin hormonu yaşlılarda azalır. Bu səbəbdən yaşlı insanların çoxu oyaq yatır”.

  • Robert Levandovski yeni rekorda imza atdıı

    Almaniyanın “Bavariya” klubunun futbolçusu Robert Levandovski yeni rekorda imza atıb.

    O, Bundesliqada ardıcıl səkkiz səfər oyununda qol vuran ilk futbolçu olub.

    Futbolçu uğurlu seriyanı “Şalke” ilə matçda bir qol vuraraq uzadıb.

    Hazırda Levandovski 23 qolla bombardirlər siyahısında ilk yerdədir.

  • Bakıda 37 yaşlı kişi bıçaqlandı

    Bakıda bıçaqlanma hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

    Biləcəri qəsəbəsində 1984-cü il təvəllüdlü Hüseynov Nazim Əzizxan oğlu mübahisə zəminində bıçaq xəsarəti alıb.

    Yaralı xəstəxanaya çatdırılıb, müayinə zamanı onda sol bud nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

    Hadisənin təfərrüatı araşdırılır.

  • В Азербайджане открываются музеи и выставочные залы

    С сегодняшнего дня разрешается деятельность музеев и выставочных залов.

    Это отражено в соответствующем постановлении Кабинета Министров.

    Согласно постановлению, с 00:00 25 января 2021 года на территории страны возобновлена деятельность музеев и выставочных залов.

  • Azərbaycanda muzey və sərgi zalları açıldı

    Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması üçün sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində muzey və sərgi zallarının fəaliyyətinə tətbiq edilən qadağa bu gündən aradan qaldırılıb.

    Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.

    Qərara əsasən, muzey və sərgi zallarının fəaliyyəti 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən bərpa olunub.

  • С сегодняшнего дня возобновляется деятельность торговых объектов

    В Азербайджане было принято решение смягчить часть ограничений в рамках ужесточенного карантинного режима с 00:00 часов 18 января 2021 года.

    Это отражено в соответствующем постановлении Кабинета Министров.

    С 00:00 часов сегодняшнего дня на территории Азербайджана разрешается работать торговым объектам (исключая крупные торговые центры и моллы, а также обслуживание клиентов в объектах общепита, кафе, чайхане и других подобных заведениях).

  • Ticarət obyektlərinin fəaliyyəti bərpa olundu

    Bu gündən Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması üçün sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində ticarət obyektlərinin fəaliyyətinə tətbiq edilən qadağa aradan qaldırılıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahın qərara əsasən, ticarət obyektlərinin fəaliyyəti 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən bərpa olunub.

    Həmçinin qərara əsasən, ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyətinə tətbiq edilən qadağa davam edir.

    2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunacaq.

  • В Азербайджане возобновляется работа салонов красоты и парикмахерских

    В Азербайджане было принято решение смягчить часть ограничений в рамках ужесточенного карантинного режима с 00:00 часов 18 января 2021 года.

    Это отражено в соответствующем постановлении Кабинета Министров.

    Согласно постановлению, с 00:00 25 января 2021 года на территории страны возобновлена деятельность парикмахерских, салонов красоты, допускается оказание косметических услуг (в том числе, обслуживание клиента на дому и в другом месте).

  • Bərbərxana və gözəllik salonlarının fəaliyyəti bərpa olundu

    Bu gündən Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması üçün sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində bərbərxanaların, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərə tətbiq edilən qadağa aradan qaldırılıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahın qərara əsasən, bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən bərpa olunub.

    O cümlədən, bu gündən bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət də bərpa edilib.