Month: January 2021

  • В Азербайджане возобновляется въезд-выезд в районы

    В Азербайджане возобновляется въезд-выезд в районы.

    Об этом было сказано на брифинге Оперативного штаба.

    С 00:00 часов сегодняшнего дня разрешается въезд-выезд на территории следующих городов: Баку, Сумгайыт, Гянджа, Мингячевир, Ширван, а также районов – Апшерон, Лянкяран, Масаллы, Джалилабад, Шеки, Загатала, Губа, Хачмаз, Евлах, Барда, Билясувар и Исмаиллы.

  • Azərbaycanda şəhərlərarası və rayonlararası hərəkət bərpa olunub

    Bu gündən ölkədə şəhərlərarası və rayonlararası hərəkət bərpa olunub.

    Bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.

    Qərara əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində şəhərlərarası və rayonlararası hərəkət bərpa olunub.

    Bununla belə, xüsusi karantin rejiminin müddətində – 2021-ci il aprelin 1-dək şəhərlər və rayonlararası sərnişindaşımanın dayandırılması qərarı qüvvədə qalır.

  • İlham Əliyev İranın xarici işlər nazirini qəbul etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Ömürlük azadlıqdan məhrum edilmiş iki nəfər azadlığa buraxılıb – RƏSMİ

    “2020-ci ildə Ədliyyə Nazirliyində cəzaların icrası sahəsində ciddi işlər görülüb”.

    Bu sözləri Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib.

    O bildirib ki, məhkumların qidalanması, onlarla görüşlər və digər məsələlərə nəzarət olunub:

    “Koronavirus pandemiyası ilə əlaqədar daim fəaliyyət göstərən monitorinq qrupu yaradılıb.

    Cəzaçəkmə müəssisələrinə baş çəkib və məhkumların qidalanması, sağlamlığı barədə mütəmadi məlumat alıblar”.

    “Respublika ərazisində cinayət törədən şəxslərin bağışlanması və əfv imkanlarından geniş istifadə edilib. Bu günə qədər 8 149 nəfər əfv sərəncamı ilə azadlığa buraxılıb. COVID-19 ilə bağlı ölkə başçısının müvafiq qərarına əsasən, ötən il ərzində pandemiya dövrü ilə əlaqədar olaraq, yaşı 65 dən yuxarı olan məhkumlar, o cümlədən yardıma ehtiyacı olan 176 məhkum azadlığa buraxılıb. Onlardan iki nəfər ömürlük azadlıqdan məhrum edilmiş şəxslər olub. Onların evlərinə getməzdən əvvəl test nümunələrindən keçməsi və yaşayış yerlərinə qədər aparılması nazirlik tərəfindən təmin edilib”.

  • Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

    Yanvarın 25-dən 2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsinə elektron sənəd qəbulu başlayır.

    Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, sənəd qəbulu 25-27 yanvar tarixlərini əhatə edəcək.

    Namizədlər yanvarın 25-dən etibarən şəxsi səhifələrinə daxil olaraq onlayn müsahibələrdə iştirak etmək üçün hazırlanmış təlimatla tanış ola bilərlər.

    Təlimatla tanış olduqdan sonra 27 yanvar saat 23:59-dək müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. Namizədlərin daxil etdiyi məlumatlar yoxlanıldıqdan sonra şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək.

    Qeyd edək ki, ölkə ərazisində xüsusi karantin rejiminin uzadılması səbəbindən müsahibələr onlayn formatda, “Microsoft Teams” platforması üzərindən keçiriləcək. Müsahibə mərhələsinə fevral ayından etibarən başlanılacaq.

  • Жителей Австрии обязали носить респираторы вместо масок

    С 25 января жителей Австрии обязали в магазинах и общественном транспорте пользоваться респираторами с высокой степенью защиты класса FFP2 вместо масок. О нововведении ранее объявил канцлер Себастьян Курц, пишет Lenta.Ru.

    Министр здравоохранения страны Рудольф Аншобер прокомментировал решение, его слова приводит The Local. Он отметил, что респиратор защищает надежнее, но, так как его стоимость заметно выше, чем обычной маски, все средства защиты будут продаваться по себестоимости. Помимо этого, малоимущим гражданам они будут предоставляться бесплатно. Цена респиратора будет около одного евро.

    Усиленные ограничительные меры введены во многих странах Евросоюза и еврозоны с конца прошлого года. Они действуют в Германии, Франции, Испании, Португалии, Нидерландах, Австрии и продлятся как минимум до конца января.

  • Avropa ölkəsində respirator maska məcburi oldu

    Bu gündən Avstriya sakinləri mağazalarda və ya ictimai nəqliyyatda adi maskalar əvəzinə FFP2 respiratorlardan istifadə etməlidirlər.

    “The Local” xəbər verir ki, ölkənin Səhiyyə naziri Rudolf Anşober respiratorun daha etibarlı şəkildə qoruduğunu deyib.

    O respirator maskanın qiymətinin adi maskadan daha yüksək olduğunu bildirib.

    Yoxsul insanlara qoruyucu vasitələr pulsuz veriləcək.

    Qeyd edək ki, 9 milyondan çox əhalisi olan Avstriyada bu zamana qədər 404 714 nəfərdə koronavirus aşkar edilib, 7 418 xəstə ölüb.

  • “Bravo”dan əsgərlərə növbəti sovqat – VİDEO

    Ermənistanın işğalından azad edilən rayonlarda yerləşən Azərbaycan Ordusunun təminatının daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər davam etdirilir.

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun dəstəyi və “Bravo” supermarketlər şəbəkəsinin təşkilatçılığı ilə bir neçə aydır davam edən dəstək aksiyası çərçivəsində Qubadlı rayonunda xidmət edən hərbi qulluqçulara zəruri ərzaq məhsulları göndərilib.

    2399 bağlama Qubadlı rayonunda müxtəlif istiqamətlər üzrə əsgərlərə çatdırılıb. Ərzaq yardımı Xocavənd rayonundakı hərbi qulluqçular üçün də göndərilib. 2700-ə yaxın bağlama fərdi qaydada onlara təqdim olunub. Hərbi xidməti davam etdirən əsgər və zabit heyəti üçün, onların istəkləri nəzərə alınmaqla, müxtəlif qida məhsulları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamaların çatdırılması işləri davamlı olacaq.

    Növbəti günlərdə işğaldan azad olunan digər ərazilərə də səfərlər təşkil ediləcək.

  • Ronaldu Səudiyyə Ərəbistanından gələn fantastik təklifi rədd etdi: seçim Messidədir

    Portuqaliyalı ulduz Kriştianu Ronaldu Səudiyyə Ərəbistanından gələn reklam təklifini rədd edib.

    Bu barədə “Telegraph” yazıb.

    Ölkə rəhbərliyi “Visit Saudi” şüarı ilə yeni reklam kampaniyası başladıb və bununla ölkəyə turistləri cəlb etmək istəyir. Bu baxımdan illlik 6 milyon avroluq reklam təklifi Kriştianu Ronalduya edilib. Lakin portuqaliyalı ulduz bu təklifdən imtina edib.

    Sözügedən təklifin sonradan Lionel Messiyə edildiyi qeyd olunur.

  • DİN-dən Xaçmazda kənd sakinlərinin toplaşması ilə bağlı AÇIQLAMA + FOTO

    Sosial şəbəkələrdə Xaçmaz rayonunun Qımıl kəndinə gedən yolun yararsız vəziyyətdə olması ilə əlaqədar bir qrup kənd sakininin həmin əraziyə toplaşması ilə bağlı məlumat yayılıb.

    Belə ki, hadisə ilə əlaqədar Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndələri və Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları həmin əraziyə gəliblər.

    Məsələ ilə bağlı DİN Mətbuat xidmətinə sorğu ünvanladıq.

    DİN-in Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən ərazidə kənd sakinləri sosial problemləri ilə bağlı toplaşıblar:

    “Sakinləri narahat edən problemləri dinləmək məqsədilə Xaçmaz Rayon İcra başçısının müavini Bəxtiyar Osmanov və Xaçmaz Rayon Polis Şöbəsinin rəis müavini, polis kapitanı Vüqar Orucov həmin ərazidə olublar. Sakinlərin şikayətləri dinlənilib və həlli istiqamətində onlarla profilaktik söhbət aparılıb.

    Daha sonra əraziyə toplaşan sakinlər ərazini tərk edərək yaşayış yerlərinə geri qayıdıblar. Qeyd edirik ki, bu zaman heç bir asayişin pozulması hallarına yol verilməyib”.