Month: January 2021

  • МИД обновил список: после окончания Отечественной войны продолжаются незаконные визиты в Карабах

    МИД Азербайджана обновил список лиц, нелегально посетивших Карабах.

    Всего в список включены 1 040 человек.

    Если взглянуть на эти данные, станет ясно, что во время начавшейся 27 сентября 2020 года Отечественной войны и после ее окончания незаконные визиты в Карабах не прекращались.

    Большинство из тех, кто посещал регион во время войны, составляют иностранные журналисты.

    После подписания Арменией капитуляции в ноябре 2020 года, в Карабах нелегально отправлялись в основном политики.

    Всего в 2020 году состоялось 40 незаконных поездок.

    Следует отметить, что азербайджанское государство неоднократно заявляло о том, что все визиты в регион, в том числе на территории, контролируемые российскими миротворцами, должны осуществляться с согласия официального Баку.

  • Vətən müharibəsindən sonra yenə qanunsuz səfərlər olur – XİN siyahını yenilədi

    Xarici İşlər Nazirliyi Qarabağa qanunsuz səfər edən şəxslərin siyahısını yeniləyib.

    Siyahıya ümumilikdə 1 040 nəfər daxildir.

    Siyahıya nəzər salsaq, görərik ki, 2020-ci ilin sentyabrın 27-dən etibarən Azərbaycanın Ordusunun işğalda olan torpaqları azad etmək üçün keçirdiyi əks-hücum əməliyyatları dövründə və Vətən müharibəsindən sonrakı vaxtlarda Qarabağa qanunsuz səfərlər baş tutub.

    Müharibə dövründə Qarabağa səfər edənlərin çoxu xarici ölkələrin jurnalistləridir.

    2020-ci ilin noyabrında Ermənistanın kapitulyasiyaya imza atmasından sonra isə Qarabağa qanunsuz səfər edənlərin əksəriyyəti siyasətçilərdir.

    Ümumilikdə 2020-ci ildə Qarabağa 40 qanunsuz səfər baş tutub.

    Qeyd edək ki, Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, Qarabağa, o cümlədən Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərə bütün səfərlər rəsmi Bakının razılığı ilə həyata keçirilməlidir.

  • Sumqayıtın keçilməz yolları – VİDEO

    Sumqayıt şəhərinin Məmməd Səid Ordubadi küçəsinin sakinləri yolsuzluqdan əziyyət çəkirlər.

    Baku TV xəbər verir ki, “Qurd dərəsi” adlanan ərazisində yaşayan sakinlərin yolla bağlı etdiyi müraciətlərə baxan yoxdur.

    Sakinlərinin sözlərinə görə, öz hesablarına çəkdikləri yol da qısa müddətdə sıradan çıxıb.

    Ətraflı süjeti təqdim edirik:

  • Qanunsuz ov edən şəxs cəzalandırılıb

    Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın “Ağquşa” postunun ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

    Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, araşdırma zamanı brakonyerin Nefçala rayon sakini Məlik Abdullayev olduğu məlum olub.

    Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.

  • В Институте биофизики НАНА в ходе проверки выявлены недочеты

    В Институте биофизики НАНА были проведены проверки.

    Как сообщили в Академии наук, 15 и 18 января 2021 года в Институте биофизики НАНА была проведена проверка с целью изучения кадровой, делопроизводственной, финансовой, трудовой и исполнительской дисциплины, а также текущего состояния научных приборов и оборудования.

    В результате были выявлены мелкие недочеты в кадровой и делопроизводственной деятельности научного центра.

    Доктор философии по праву Расим Агасиев отметил, что в работе института, созданного в 2016 году, финансовых нарушений не выявлено.

    Для правильного составления документов в соответствии с требованиями законодательства был организован краткосрочный семинар для сотрудников центра.

    Президиум НАНА поручил директору института, члену-корреспонденту Октаю Гасымову устранить обнаруженные недочеты.

  • AMEA-nın Biofizika İnstitutunda nöqsanlar aşkarlandı

    AMEA-nın Biofizika İnstitutunda yoxlamalar aparılıb.

    Akademiyadan verilən məlumata görə, Biofizika İnstitutunda 2018-2020-ci illər üzrə kadr, kargüzarlıq, maliyyə, əmək və icra intizamı, habelə elmi cihaz və avadanlıqların mövcud vəziyyətinin öyrənilməsi məqsədilə 2021-ci ilin 15 və 18 yanvar tarixlərində yoxlama aparılıb.

    Yoxlama zamanı müəssisənin kadr və kargüzarlıq fəaliyyətində kiçik nöqsanlar aşkarlanıb. 2016-cı ildə yaradılan bu institutun fəaliyyətində heç bir maliyyə pozuntusunun olmadığını deyən hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev sənədlərin qanunvericiliyin tələblərinə uyğun, düzgün tərtib edilməsi üçün müəssisə əməkdaşlarına qısa müddətli seminar təşkil olunduğunu bildirib.

    Rəyasət Heyəti tərəfindən müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımova qeyd olunan nöqsanların aradan qaldırılması tapşırılıb.

  • В поселке Сарай 18-летний юноша задушил соседа

    22 января в прокуратуру Абшеронского района поступила информация об обнаружении тела Тофига Бадирова (1972 г.р.) в его доме в поселке Сарай.

    Как сообщили в Генпрокуратуре Азербайджана, в результате расследования появились обоснованные подозрения в том, что сосед Т.Бадирова Исмаил Алиев (2003 г.р.) задушил того на почве личного конфликта.

    По данному факту возбуждено уголовное дело по статье 120.1 (умышленное убийство) УК АР.

    И.Алиев задержан в качестве подозреваемого и привлечен к следствию.

  • Abşeronda dəhşətli qətl: Qonşusunu boğaraq öldürdü

    Abşeron rayonunda qətl hadisəsi olub.

    Abşeron rayon prokurorluğundan verilən məlumata görə, yanvarın 22-də saat 19 radələrində Abşeron rayonunun Saray qəsəbəsində 1972-ci il təvəllüdlü Bədirov Tofiq Güləli oğlunun yaşadığı evdə meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

    Aparılmış araşdırmalarla zərərçəkmişin qonşusu 2003-cü il təvəllüdlü Əliyev İsmayıl Nəvahi oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Tofiq Bədirovu boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

    İsmayıl Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

    Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

  • Директор научного института и его заместитель уволены за серьезные недостатки в работе

    Директор Института радиационных проблем НАНА и его заместитель по общим вопросам были освобождены от занимаемых должностей за допущенные в работе серьезные недостатки.

    Как сообщили в Академии наук, 7-12 января 2021 года в Институте радиационных проблем была проведена проверка с целью изучения кадровой, делопроизводственной, финансовой, трудовой и исполнительной дисциплины, а также состояния научных приборов и оборудования, в ходе которой был выявлен ряд недостатков и нарушений.

    По результатам инспекции были освобождены от занимаемых должностей директор института, член-корреспондент НАНА Огтай Самедов и замдиректора по общим вопросам Хокмен Махмудов.

    Было принято решение о том, что О.Самедов продолжит научную деятельность в лаборатории Института радиационных проблем.

    Также в отношении ряда сотрудников научного центра были приняты дисциплинарные меры.

  • İnstitut direktoru və müavini nöqsanlara görə işdən azad edilib

    AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru və ümumi işlər üzrə direktor müavini işlərində yol verdikləri ciddi nöqsanlara görə vəzifələrindən azad ediliblər.

    Akademiyadan verilən məlumata görə, Radiasiya Problemləri İnstitutunda 2018-2020-ci illər üzrə kadr, kargüzarlıq, maliyyə, əmək və icra intizamı, habelə elmi cihaz və avadanlıqların mövcud vəziyyətinin öyrənilməsi məqsədilə 2021-ci ilin 7-12 yanvar tarixlərində yoxlama aparılıb. Yoxlama zamanı bir sıra nöqsan və çatışmazlıqlar aşkarlanıb.

    Qeyd edilənləri nəzərə alaraq, Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov və ümumi işlər üzrə direktor müavini Hökmən Mahmudov işlərində yol verdikləri ciddi nöqsanlara görə vəzifələrindən azad ediliblər.

    O.Səmədovun Radiasiya Problemləri İnstitutunda rəhbərlik etdiyi laboratoriyada elmi fəaliyyətini davam etdirməsi qərara alınıb.

    Həmçinin müəssisənin bir sıra əməkdaşları barəsində əmək intizamı tədbirləri görülüb.