Month: January 2021

  • В Азербайджане выявлены 162 новых случая инфицирования коронавирусом, скончались восемь человек – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 162 новых случая инфицирования коронавирусом, 705 пациентов вылечились и были выписаны домой, скончались восемь человек.

    Об этом 23 января сообщает оперативный штаб при Кабинете министров.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 228 688 человек, 3 072 – скончались, 219 724 – вылечились, 5 892 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 2 354 473 теста на COVID-19 (за последние 24 часа – 6 522).

  • Azərbaycanda daha 8 nəfər koronavirusdan öldü: 162 yeni yoluxma – FOTO

    Azərbaycan Respublikasında koronavirus infeksiyasından 705 nəfər müalicə olunaraq sağalıb, 162 yeni yoluxma faktı qeydə alınıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

    Hazırkı dövrədək ölkəmizdə 228 min 688 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 219 min 724 nəfər müalicə olunaraq sağalıb, 3072 nəfər vəfat edib. Aktiv xəstə sayı 5892 nəfərdir.

    Ötən müddət ərzində 2 milyon 354 min 473 test aparılıb. Bugünkü test sayı isə 6522-dir.

  • 600 семей хотят переехать в Гадрут

    Около 600 семей из села Нариманлы Басаркечарского района магала Гейча (Варденисский район Республики Армения), ставших беженцами в 1988 году, хотят переехать в освобожденный от оккупации поселок Гадрут.

    В связи с этим беженцы обратились к Верховному главнокомандующему, Президенту Азербайджана Ильхаму Алиеву, передает Yenisabah.az.

    В обращении говорится о том, что жителей села Нариманлы разбросало по всем регионам АР. Для сохранения их традиций и обычаев, имеющих глубокие корни, они просят главу государства разрешить переселение в Гадрут около 600 семей.

  • 600 ailə Hadruta köçmək istəyir

    Göyçə mahalı Basarkeçər rayonu (Ermənistan Respublikası Vardenis rayonu) Nərimanlı kəndindən 1988-ci ildə qaçqın düşən 600-ə yaxın ailə Qarabağın işğaldan azad edilmiş Hadrut qəsəbəsinə köçmək istəyir.

    Yenisabah.az xəbər verir ki, bu barədə kənd sakinləri adından Ali Baş Komandan, Prezident İlham Əliyevə müraciət olunub.

    “Cənab Prezident, Müzəffər Ali Baş Komandan! Ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi Sizin siyasi və diplomatik arenadakı fəaliyyətinizi, daxili və xarici siyasətinizi dəstəkləyir, rəhbərliyiniz altında Rəşadətli Azərbaycan Ordusunun düşmən üzərindəki möhtəşəm qələbəsini alqışlayırıq. Qarabağda aparılan məskunlaşma, abadlıq işlərinin inkişafı üçün mümkün olanı etmək və Sizin məcburi köçkünlərə məskunlaşmaya münasibətlərini aydınlatmaq üçün etdiyiniz müraciətə söykənərək bütöv bir kənd olaraq Qarabağın Hadrut qəsəbəsinə köçmək, orada yaşamaq istəyimizi bildiririk. 1988-ci il hadisələrində öz torpaqlarından çıxarılmış Nərimanlı kəndində o dövrdə 600 ailə olub, hazırda 1000 ailə civarındadır.

    Kəndimiz birinci Qarabağ müharibəsində Azərbaycan torpaqları uğrunda 18 şəhid verib, bir igidimiz ölümündən sonra Milli Qəhrəman adına, bir igidimiz isə Azərbaycan Bayrağı ordeninə layiq görülüb. İkinci Qarabağ – Vətən Müharibəsində Nərimanlı kökənli 70 gəncimiz döyüşlərdə iştirak edib, 3 övladımız şəhid olub, 7 həkimimiz ön cəbhədə çalışıb. Sizin sərəncamlarınızla onlar çoxsaylı orden və medallarla təltif olunublar.

    Hazırda kəndin insanları əsasən Bakı, Gəncədə məskunlaşsa da digər regionlara və xaricə səpələnib. Bizim Sizdən xahişimiz budur ki, dağ Qarabağın tezliklə məskunlaşması, dərin kökləri olan adət – ənənələrimizin itməməsi, insanlarımızın yadlaşmaması naminə 600-ə yaxın Nərimanlı ailəsinin Hadrut qəsəbəsində məskunlaşmasına sərəncam verəsiniz”.

  • Армяне обворовывают мертвых – ВИДЕО

    За время оккупации азербайджанских территорий армянами были разграблены памятники материальной и духовной культуры. Как и на других некогда захваченных землях, могилы предков, расположенные в Зангиланском районе, также были разрушены.

    Как сообщает Baku TV, тела извлечены из могил, сняты золотые коронки с зубов умерших. Со всего кладбища армянами украдены надгробия из белого и черного мрамора.

    Отметим, что Зангиланский район состоит из одного города, шести поселков, 78 сел. Район был оккупирован Арменией 29 октября 1993-го, а 18 октября минувшего года он был освобожден от оккупации.

  • Ermənilər meyitlərimizin qızıl dişlərini də çıxarıblar – VİDEO

    Ermənilər azərbaycanlıların yaşadığı tarixi torpaqları işğalı zamanı maddi və milli-mənəvi abidələri talan edib. Digər işğal altında olan torpaqlarımızda olduğu kimi Zəngilan rayonunda yerləşən bütün məzarlıqlarımız dağıntılara məruz qalıb.

    Baku TV xəbər verir ki, Zəngilan şəhərində olan məzarlıq tamamilə dağıdılıb. Ağzında qızıl dişi olduğu ehtimal olunan qəbirlər sökülərək, içindəki meyitlər çıxarılıb.

    Ermənilər eyni zamanda bütün məzarlıqda olan ağ və qara mərmər qəbir daşlarını da söküb aparıblar.

    Qeyd edək ki, Zəngilan rayonu ərazisinə bir şəhər, 6 qəsəbə, 78 kənd daxildir. Zəngilan rayonu 29 oktyabr 1993-cü ildə təcavüzkar Ermənistan tərəfindən işğal olunub. Azərbaycan ordusunun keçirdiyi əməliyyat tədbiri nəticəsində ötən ilin 18 oktyabr tarixində işğaldan azad edilib.

  • В Азербайджане возбуждено уголовное дело в связи с незаконными действиями чиновника

    В Азербайджане возбуждено уголовное дело в связи с незаконными действиями чиновника.

    Как сообщили в Генеральной прокуратуре АР, на основании материалов о незаконных действиях занимавшего должность директора в сальянском районном центре гигиены и эпидемиологии Интигама Абышова в Главном управлении по борьбе с коррупцией при генпрокуроре возбуждено уголовное дело по статьям 308.1 (злоупотребление должностными полномочиями) и 311.3.2 (неоднократное получение взятки) УК АР.

    В ходе оперативно-следственных мероприятий появились обоснованные подозрения в том, что И.Абышов незаконно потребовал и получил от медперсонала центра часть надбавок к зарплате, начисленных в рамках борьбы с пандемией COVID-19.

    Кроме того, есть подозрения, что И.Абышов, войдя в сговор с несколькими своими работниками, хранил у себя зарплатные карты сотрудников, присвоив перечисленные на них средства, а также получил в 2013-2020 годах в качестве взятки деньги от своих подчиненных за начисление им трудового стажа.

    Следствие продолжается.

  • Azərbaycanda vəzifəli şəxslə bağlı cinayət işi başlandı – RƏSMİ

    Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləyən Abuşov İntiqam Mirzağa oğlunun qanunsuz hərəkətləri barədə toplanmış materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

    Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

    Belə ki, aparılmış təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri ilə İntiqam Abuşovun COVID-19 pandemiyası ilə əlaqədar rəhbərlik etdiyi Mərkəzdə işləyən həkim heyətinə əlavə hesablanan əmək haqlarının bir qismini qeyri-qanuni yolla onlardan tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

    Bundan başqa, araşdırmalar zamanı İntiqam Abuşovun qanunsuz olaraq tabeliyində işləyən bir neçə işçilərlə əvvəlcədən razılaşaraq, onlara məxsus əmək haqqı kartlarını özündə saxlamaqla, həmin şəxslərə köçürülən aylıq məvacibləri əldə etməsinə, eləcə də tabeçiliyindəki əməkdaşların mütəmadi olaraq işə gəlməməklə əmək stajının hesablanması şəraitinin yaradılması müqabilində 2013-2020-ci illər ərzində müxtəlif məbləğlərdə pul vəsaitini şəxsən və ya vasitəçidən istifadə etməklə onlardan rüşvət qismində almasına da əsaslı şübhələr müəyyən edilib.

    Hazırda cinayət işi üzrə İntiqam Abuşovun digər qanunsuz hərəkətlərinin aşkar edilməsi, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi və vurulmuş ziyanın tam həcminin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

    İstintaqın nəticəsindən olaraq İntiqam Abuşovun və digər vəzifəli şəxslərin əməllərinə hüquqi qiymətin verilməsi təmin ediləcək.

  • Распоряжение Ильхама Алиева в связи с Исмаилом Гаджиевым

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о награждении Исмаила Мухтар оглу Гаджиева орденом “Шохрат” за заслуги в развитии науки.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyevdən İsmayıl Hacıyevlə bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev İsmayıl Muxtar oğlu Hacıyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, Azərbaycanda elmin inkişafında xidmətlərinə görə İsmayıl Muxtar oğlu Hacıyev “Şöhrət” ordeni ilə təltif edilir.