Month: January 2021

  • Sentyabrın 15-dən neçə şagird koronavirusa yoluxub? – AÇIQLAMA

    “Bu ilin yanvar ayının 1-də virusa yoluxmuş şagirdlərin sayı 20 nəfər, işçi heyətin sayı 5 nəfər olub”.

    Bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən mətbuat konfransında təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.

    O deyib ki, ötən ilin sentyabrın 15-dən bu günə qədər virusa yoluxmuş şagirdlərin sayı 14 758 nəfər, işçilərin sayı 7 090 nəfər olub:

    “l-IV siniflərdə təhsil alanlardan 2 246 şagird koronavirusa yoluxub. Bu, ümumi virusa yoluxmuş şagirdlərin 15 faizidir. V-IX siniflər arasında 4 411 şagird, X-XI siniflərdə 7 525 şagird virusa yoluxub.

    Bakı, Sumqayıt, Abşeronda 226 məktəbdə “Məktəblinin dostu” layihəsinə 400 əməkdaş cəlb etmişik. 400 mindən çox şagird bu layihəyə cəlb olunub”.

  • İnzibati cərimələri ödəməyənlərin NƏZƏRİNƏ

    İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 il müddətində icra edilməyəcəksə, qüvvədən düşəcək.

    Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə 146.1-1-ci maddənin əlavə edilməsi təklif olunur.

    Layihədə 146-1-ci maddəsi də yeni redaksiyada verilir. Bildirilir ki, Məcəllənin 146.1-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməyibsə, daha icra edilmir.

    Layihə parlamentin yaz sessiyasında müzakirə olunacaq.

  • Военные учения, испугавшие армян – ВИДЕО

    С 1 по 12 февраля ожидается проведение турецко-азербайджанских военных учений. Армения обеспокоена укреплением сотрудничества между двумя странами в этой сфере.

    По этой причине МЧС Армении провело тренинг по предупреждению и эвакуации населения в селах Нор Кянк и Паник Ширакской области, расположенных недалеко от турецкой провинции Карс. Он проводился с целью избежания паники людей во время тревоги. Следующие учения Армения проведет 26 января.

  • Erməniləri qorxuya salan hərbi təlimlər – VİDEO

    Fevralın 1-dən 12-nə qədər Türkiyə-Azərbaycan hərbi təlimlərinin keçirilməsi gözlənilir. İki ölkə arasında hərbi əməkdaşlığın gücləndirilməsi Ermənistanı narahat edir.

    Bu səbəbdən Ermənistan Fövqəladə Hallar Nazirliyi ötən gün Türkiyənin Qars vilayətinin yaxınlığında yerləşən Şirak bölgəsinin Nor Kyank və Panik kəndlərində əhalinin xəbərdar edilməsi və evakuasiyası üzrə təlim keçirib. Təlim həyəcan siqnalı zamanı insanların təlaşlanmaması üçün keçirilib. Ermənilər növbəti təlimi yanvarın 26-da keçirəcəklər.

  • Bakı İdman Sarayındakı oyuna media buraxılmayacaq

    Futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin Azərbaycan – Slovakiya oyunu mediaya qapalı olacaq.

    Buna səbəb Bakı İdman Sarayında keçiriləcək görüşdə Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinin nəzərə alınmasıdır.

    Futzal yarışı qapalı zalda keçirildiyindən, azarkeşlərlə yanaşı, media işçiləri də arenaya buraxılmayacaq.

    Qeyd edək ki, yanvarın 29-da keçiriləcək görüşün baş tutması üçün AFFA ilə Gənclər və İdman Nazirliyi operativ qərargahdan xüsusi razılıq alıb.

  • В Азербайджане порядок установки шторок, жалюзи и пленок в автомобилях будет определяться Кабмином

    В Азербайджане меняются правила определения порядка установки шторок, жалюзи и пленок в автомобилях.

    Это нашло отражение в предлагаемом изменении в закон “О дорожном движении”, которое предусматривает, что порядок установки шторок, жалюзи и пленок на стекла транспортных средств при условии, что обзор водителю не ограничивается, будет определяться Кабинетом министров.

  • Avtomobillərə pərdə, jalüz və plyonka çəkilməsi ilə bağlı YENİLİK

    Sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasının müəyyənləşdirilməsi dəyişdirilir.

    Bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişiklik təklif edilir.

    Dəyişikliklərdə sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasının Nazirlər Kabineti tərəfindən müəyyən olunması təklif edilir.

    Layihə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

  • Bakıda silahlı şəxslər ələ keçdi – FOTO/VİDEO

    Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

    Belə ki, Baş İdarəyə əvvəllər məhkum olunmuş Samir Xəlilovun qanunsuz olaraq odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd AK-74 modelli “Kalaşnikov” avtomatı, həmin silaha məxsus 1 ədəd daraq və 37 ədəd patron aşkar olunaraq götürülüb.

    Həyata keçirilən daha bir tədbir zamanı isə əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş İlkin Ağayev tutularaq Baş İdarəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “Marqolin” markalı tapança və 44 ədəd həmin silaha aid patron aşkar olunaraq götürülüb.

    Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Samir Xəlilov və İlkin Ağayev barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.




  • Şahbaz Quliyevin anası vəfat etdi

    Ötən ilin dekabr ayında erməni girovluğundan azad edilən Şahbaz Quliyevin anası Sənəm Quliyeva vəfat edib.

    Bu barədə Qafqazinfo.az-a mərhumun oğlu İlham Quliyev məlumat verib.

    Xatırladaq ki, Şahbaz Quliyev Dilqəm Əsgərovla birgə 2014-cü ildə Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Onlar 2020-ci il dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılması zamanı Bakıya gətiriliblər.

    Bir müddət xəstəxanada müalicə aldıqdan sonra evlərinə buraxılmışdılar. Sosial şəbəkələrdə Şahbaz Quliyevin anası ilə görüşünü əks etdirən videogörüntülər də yayılmışdı.

  • За минувшие сутки на постах развернули 2 059 автомобилей

    Сотрудники полиции и военнослужащие Внутренних войск продолжили осуществление контроля на специальных постах, установленных на въездах/выездах и территории пяти городов и 12 районов, где в соответствии с решением Кабмина действовал ужесточенный карантинный режим.

    Об этом сообщает пресс-служба МВД АР.

    21 января на постах развернули обратно 2 059 транспортных средств, водители которых не имели соответствующего разрешения.

    Кроме того, за прошедшие сутки в отношении 1 677 человек приняты меры административного взыскания за нарушение карантинного режима. Трое арестованы в административном порядке.