Month: January 2021

  • Sabahın hava proqnozu açıqlandı

    Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, yanvarın 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-9, Bakıda gecə 0-2, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

    Yanvarın 23-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

    Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 23-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Nazirlər Kabineti gömrük rüsumundan azad edilmə ilə bağlı qərar verdi

    Bəzi mal-qara və ev toyuqların idxalından gömrük rüsumu tutulmayacaq.

    Bu barədə Nazirlər Kabinetinin müvafiq qərarla bağlı məlumatında qeyd olunub.

    Belə ki, Nazirlər Kabinetinin 11 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına görə “0102 21 300 0” kodu ilə göstərilən safqanlı cins inəklər, “0102 21 900 0” kodu ilə göstərilən digər safqanlı cins diri iribuynuzlu mal-qara (düyələr istisna olmaqla), “0105 11 110 0” kodu ilə göstərilən ev toyuqlarının ana və əcdad cinsi xətti ilə çoxaldılan cücələrin yumurtlayan növləri və “0105 11 190 0” kodu ilə göstərilən ev toyuqlarının ana və əcdad cinsi xətti ilə çoxaldılan cücələrin digər növləri idxal edilərkən 31 dekabr 2023-cü il tarixədək “0” (sıfır) dərəcə ilə idxal gömrük rüsumu tutulur.

  • Bakıda yolu keçən piyadanı maşın vuraraq öldürüb

    Bakıda piyadanın ölümünə ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Neftçala rayon sakini A.Sərdarzadə idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini İ.Məmmədovu vurub.

    Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Araşdırma aparılır.

  • Hacıqabulda evdən külli miqdarda pul oğurlandı

    Hacıqabul rayonunda oğurluq hadisəsi baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

    Belə ki, Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 11-dən 18-dək olan müddətdə şəhər ərazisindəki evlərin birindən 15 000 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Soltanov saxlanılıb.

    Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

  • Qarabağda Azərbaycana qarşı döyüşən iki terrorçu barədə cinayət işi başlandı

    Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb edilən daha iki əcnəbi vətəndaş barəsində cinayət işi başlanılıb.

    Trend-in məlumatına görə, Livan vətəndaşları Hagop Abrahami Terzian və Hagop Xajiryan barəsində Azərbaycan Cinayət Məcəlləsinin 228.3-cü (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə), 214.2.1 vı 214.2.3-cü ( terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 279.2-ci (Dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, bu birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham verilib.

    Hər iki şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən təqdimat Səbail Rayon Məhkəməsinə göndərilib.

    Təqdimata hakim Azər Tağıyevin icraatında baxılacaq.

  • Когда в Азербайджане откроются детские сады?

    Мы рассчитываем на то, что детские сады в Азербайджане откроются до 15 февраля.

    Об этом 22 января на брифинге заявил министр образования Эмин Амруллаев.

    Он отметил, что по этому вопросу пока рано давать какой-либо прогноз.

  • Uşaq bağçaları nə vaxt açılacaq? – RƏSMİ

    “Fevral ayının 15-ə qədər uşaq bağçalarının açılmasına ümid edirik”.

    Bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

    O bildirib ki, bununla bağlı proqnoz vermək tezdir.

  • Найдено тело еще одного шехида

    Найдено тело военнослужащего азербайджанской армии, ставшего шехидом, сообщает Report.

    Лейтенант Эльвин Шукюрлю (1997 г.р.) с начала октября считался пропавшим без вести.

    Тело шехида доставят в его родное село Шилявянгя Джалилабадского района, там и пройдет церемония прощания.

    Похоронят Э.Шукюрлю в Баку, где проживает его семья.

  • Azərbaycan ordusunun şəhid zabitinin nəşi tapıldı

    Azərbaycan ordusunun şəhid olan hərbi qulluqçusunun nəşi tapılıb.

    “Report”un məlumatına görə, bir müddətdir itkin düşən leytenant Şükürlü Elvin Azad oğlunun nəşi doğulduğu Cəlilabad rayonunun Şiləvəngə kəndinə gətirilir.

    Onunla yaşadığı evdə vida mərasimi keçiriləcək. Daha sonra şəhidin nəşi dəfn edilməsi üçün ailəsinin yaşadığı Bakı şəhərinə gətiriləcək.

    Qeyd edək ki, 1997-ci il təvəllüdlü, leytenant Elvin Şükürlü Vətən müharibəsinin ilk günlərində Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olub. Oktyabrın əvvəllərindən etibarən onun barəsində heç bir məlumat olmayıb.

  • Сколько учащихся заразились COVID-19 с начала этого учебного года?

    С 15 сентября 2020 года по настоящее время коронавирусом заболело 14 758 школьников и 7 090 сотрудников образовательных учреждений

    Об этом 22 января на брифинге заявил советник министра образования Рустам Агаев.

    “Среди заразившихся школьников 2 246 человек (или 15%) – учащиеся 1-4-го классов, 4 411 – 5-9-го классов, 7 525 – 10-11-го классов”, – сказал Р.Агаев.