Month: February 2021

  • İlham Əliyev 2030-cu ilədək ölkənin inkişafına dair prioritetləri təsdiqlədi – SƏRƏNCAM

    Prezident İlham Əliyev “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilir.

    Nazirlər Kabineti Milli Prioritetlərə uyğun olaraq, “2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsini doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

    “2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsi hazırlanarkən qabaqcıl beynəlxalq təşkilatlar və ixtisaslaşmış məsləhətçi şirkətlərlə səmərəli əməkdaşlığın həyata keçirilməsi və aidiyyəti dövlət orqanlarının (qurumlarının), elmi təşkilatların, mütəxəssislərin və vətəndaş cəmiyyəti təsisatlarının cəlb olunması təmin edilməlidir.

    Müstəqil Azərbaycan iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşamaqdadır. Bu dövrdə ölkədə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın güclənməsini və müasirləşməsini təmin etmişdir. Son 17 ildə dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcmi 3 dəfədən çox böyümüş, güclü sosial-iqtisadi infrastruktur yaradılmış, pozitiv demoqrafik artım şəraitində yoxsulluq səviyyəsi əhəmiyyətli azalmışdır. Mövcud maliyyə imkanları tarixi maksimuma çatdırılıb və ölkə yuxarı orta gəlirli dövlətlər qrupunda möhkəmlənmişdir.

    Artan iqtisadi güc Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı vermişdir. Ölkə regional iqtisadiyyatın lokomotivi olaraq dünyanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevrilmişdir. Bütün bunlar Azərbaycanın regionda iqtisadi rolunu yüksəltmiş, xarici təsirlərə davamlı olmasına və müstəqil dövlət kimi suverenliyinin bərpasına möhkəm zəmin yaratmışdır.

    Əldə edilən iqtisadi üstünlük, uzun illər formalaşdırılmış ictimai-siyasi və sosial-iqtisadi bünövrə ölkənin hərbi qüdrətini də yüksəltmişdir. Bu nailiyyətlər torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi qələbəyə transformasiya olundu. 2020-ci il noyabrın 10-da imzalanmış tarixi Bəyanatla Azərbaycanın siyasi və iqtisadi suverenliyinin təmini işğaldan azad edilmiş ərazilərin mövcud iqtisadi potensialından xalqımızın rifahı üçün tam istifadə olunmasına geniş imkanlar yaradır. Əldə edilmiş qələbə qarşıdakı illərdə sistemli və davamlı islahatlarla yeni imkanlara çevriləcəkdir.

    Bununla yanaşı, uzun müddətdir ki, qlobal bəlaya çevrilmiş koronavirus pandemiyası ilə aparılan effektiv mübarizə, ümumdövlət məqsədləri naminə həmrəylik təcrübəsi və ərazi bütövlüyünün bərpası irimiqyaslı və dərin islahatların aparılmasına zəruri əsasları gücləndirir. Əvvəlki illərdə aparılmış islahatlar hesabına ölkənin sosial-iqtisadi potensialı artmış, iqtisadiyyatın xarici təsirlərə dözümlülüyü yaxşılaşmışdır. Həyata keçirilən sosial-iqtisadi quruculuq və ərazi bütövlüyünün təmini uzunmüddətli dövrdə Azərbaycanın daha keyfiyyətli inkişaf mərhələsinə keçməsinə, sürətlə inkişaf edən, yüksək rifaha malik lider dövlət olmasına möhkəm əsaslar yaratmışdır.

    Müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur. Ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni strateji dövrdə dərin struktur-institusional islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması vasitəsilə Azərbaycan dövlətinin qüdrətinin daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması, azad edilmiş bölgələrə tarixi qayıdış və əbədi məskunlaşma təmin edilməlidir.

    Qlobal iqtisadi reallıqlar, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədlər ölkənin uzunmüddətli inkişaf vektorunun, əsas sosial-iqtisadi inkişaf istiqamətlərinin və buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir.

  • BMT Azərbaycana 2 milyon dollar ayırdı

    Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrində təşkilatın davam edən humanitar fəaliyyətini dəstəkləmək üçün Vahid Təcili Yardım Fondundan (CERF) 2 milyon ABŞ dolları ayırıb.

    Bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyinin məlumatında bildirilir.

    Qeyd olunur ki, noyabrın 9-da imzalanmış üçtərəfli sazişdən sonra BMT-nin Azərbaycanda fəaliyyət göstərən agentlikləri qida, sığınacaq, gigiyena, qışa hazırlıq, mina riskinə dair məlumatlandırma, səhiyyə, psixoloji və sosial dəstək, eləcə də təhsil sahələrində ilkin yardım göstərib.

    BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, ayrılan vəsait münaqişədən əziyyət çəkən insanların normal həyata dönməsi üçün BMT agentliklərinin hazırda həyata keçirdiyi fəaliyyətlərin miqyasını artıracaq.

    “Biz, qadın və uşaqlar da daxil olmaqla əhalinin ən həssas qruplarının təcili ehtiyaclarını ödəmək üçün Azərbaycan hökuməti, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərlə sıx əməkdaşlığmızı davam etdirəcəyik”.

    Bu vəsait BMT-nin Ölkə üzrə İdarə Heyətinin Azərbaycan hökumətinin dəstəyi ilə münaqişədən zərər çəkmiş ərazilərdə apardığı çevik agentliklərarası qiymətləndirmə missiyasının nəticələrinin əsasında ayrılıb.

    Bu günə kimi, BMT-nin Azərbaycandakı Ölkə üzrə İdarə Heyəti dövlət qurumları ilə birgə münaqişədən zərər çəkmiş bölgələrdə bir neçə ilkin ehtiyacların qiymətləndirməsi missiyasını həyata keçirib və aşağıdakı sahələrdə dəstək göstərib:

    Səhiyyə: Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Əhali Fondu münaqişədən zərər çəkmiş bölgələrdə yaşayan ailələrə fərdi qoruyucu vasitələr və təcili yardım dəstləri çatdırıb, həmçinin COVID-19 və münaqişəyə görə 60 tibb müəssisəsindəki gərgin iş yükünə baxmayaraq, ilkin səhiyyə xidmətlərinin davam etdirilməsini dəstəkləyib.

    Sığınacaq və əsas dəstək ləvazimatı: BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı çadırlar və yorğan-döşək dəstləri daxil olmaqla qeyri-ərzaq mallarını almaq üçün 1,5 milyon ABŞ dolları ayırıb və hazırda nağd ianələr üçün 400 min ABŞ dolları toplayır.

    Psixoloji-sosial dəstək: Müvəqqəti köçkün olan 40 000 insanın əksəriyyəti, xüsusilə uşaqlar, hədsiz stress və narahatlıq keçirib. Tibb işçilərinin ciddi çatışmazlığı və münaqişə bölgələrində psixoloqların olmamasını nəzərə alaraq, ÜST və UNİCEF xəstəxana və məktəblərdə mental sağlamlıq xidmətlərini dəstəkləmək üçün müvafiq təlimlər keçirir.

    Ərazilərin minalardan təmizlənməsi: Münaqişədən zərər çəkmiş bəzi rayonlarda minalanmış və partlamamış hərbi sursatların olduğu ərazilərin miqyasını öyrənmək üçün BMT-nin İnkişaf Proqramı (BMTİP) və təşkilatın Mina Əməliyyat Xidməti (UNMAS) ANAMA ilə birgə qiymətləndirmə missiyası həyata keçirib. Hazırda BMTİP, UNMAS və UNICEF mina riski barədə məlumatlılığı artırmaq, minalardan təmizlənmə strategiyasını dəstəkləmək və ANAMA-nın fəaliyyətini gücləndirmək istiqamətində hökumətlə birgə fəaliyyət göstərirlər.

    BMT-nin Baş katibi adından Təcili yardım üzrə əlaqələndiricinin idarə etdiyi CERF böhranlardan əziyyət çəkən insanlara kömək ütmək üçün ən çevik və effektiv yollardan biridir. Yarandığı gündən bəri bu Fond 104 ölkə və regionda yüz milyonlarla insana 6,5 milyard ABŞ dollarından çox yardım edib.

  • İşğaldan azad edilən ərazilərdə mədənlərin işlənməsi üzrə proqramlaşdırmalar aparılır

    Daşkəsən Dəmir Filiz Sahəsi geoloji mürəkkəb elementlərə malik mədəndir. Bu mədənin dayanıqlı gəlir mənbəyi kimi formalaşdırılması üçün beynəlxalq standartlara uyğun dəyərləndirmələrin aparılması vacibdir.

    Bunu “Azergold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov 2020-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

    “Bu, sahədə düzgün tədqiqat işlərinin aparılması nəticəsində biz yerli tələbatımızı təmin etməklə yanaşı həm də bu sahədə ixracatçı ölkəyə çevrilə bilərik. Bir daha qeyd edim ki, bu proses hazırki tədqiqatların keyfiyyətli aparılmasından asılıdır”, – deyə o bildirib.

    O işğaldan azad edilən ərazilərdəki mədənlərin işə salınması ilə bağlı görülən işlər barədə də məlumat verib:

    “İşğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı yaradılan İşçi Qrupları fəaliyyət göstərir.

    Vahid strategiya çərçivəsində işğaldan azad edilən ərazilərimizin regionun ən inkişaf etmiş bölgəsinə çevrilməsi planlaşdırılır. Bu ərazilərdə mədənlərin işə salınması ölkə iqtisadiyyatının inkişafı və məşğulluq baxımından böyük töhfələr vermiş olacaq.

    Biz İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər Nazirlikləri ilə əməkdaşlıq edərək həmin ərazidəki yataqların planlı, sistemli və ən səmərəli şəkildə işə salınması üçün kəşfiyyat, tədqiqat və digər işlər üzrə proqramlaşdırmalar aparırıq.

    Həmin mədənlərlə bağlı məlumatlar 1991-ci ilə qədər olan hesablamalar kəşfiyyat və tədqiqat işlərinin nəticələridir. Sözsüz ki, 30 il öncəki texnologiyalarla bu gün istifadə olunan texnologiyalar fərqlidir”.

  • Bakı sakinlərindən narkotik maddələr aşkarlandı – FOTO

    Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

    Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı isə Binə qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan İlqar Hacıyev saxlanılıb. Onun üzərinə baxış zamanı 1 büküm heroin aşkar edilib.

    İ.Hacıyev narkotik vasitəni şəxsi istifadəsi üçün Binə qəsəbəsində yaşayan Namiq Ağayev adlı şəxsdən aldığını bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən N.Ağayev də saxlanılaraq 3-cü Polis Bölməsinə gətirilib. Onun üzərinə baxış zamanı 471,745 qram heroin və 21,730 qram metamfetamin aşkar edilib.

    Faktlarla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq araşdırmalar davam etdirilir.




  • Özbəkistanda prezident seçkilərinin keçiriləcəyi tarix dəyişdirildi

    Özbəkistan Parlamentinin Qanunverici (aşağı) palatasının birinci vitse-spikeri Akmal Səidov növbəti prezident seçkilərinin keçiriləcəyi tarixi açıqlayıb.

    TASS xəbər verir ki, o, aşağı palata tərəfindən hazırlanan qanun layihəsinə görə, seçkilərin bu il dekabrın üçüncü ongünlüyünün ilk bazar günü deyil, 24 oktyabr tarixində keçiriləcəyini deyib.

    “Artıq 5 fevralda Qanunvericilik palatası tərəfindən hazırlanan qanun layihəsinin Parlamentin Senatı tərəfindən təsdiqlənməsi gözlənilir”, – deyə Səidov bildirib.

  • Nazir müavini Azad Rəhimovun səhhətindən danışdı

    “Daim Azad müəllimlə əlaqə saxlayırıq. Onun səhhəti normaldır, sabitdir”.

    Bunu Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov deyib.

    Ötən həftə mətbuatda Gənclər və İdman naziri Azad Rəhimovun xəstələndiyi və ABŞ-da müalicə aldığı barədə xəbərlər yayıldı. Məsələ ilə bağlı danışarkən İ.İsmayılov bunları bildirib:

    “Onun sağlıq durumu yaxşıdır. Tədbirlərin keçirilməsi ilə bağlı müəyyən razılaşmalar onunla edilir. Elə dövrdəyik ki, istənilən adamla əlaqə saxlamaq üçün imkanlar genişdir. Onun razılığı alındıqdan sonra həmin tədbirlərin icrası ilə bağlı işlər görülür.

    Şükür Allaha, indi istər onun müavini kimi mən, istərsə də digər müavin İntiqam Babayev işimizin başındayıq. Onun yoxluğunu hiss etdirmirik.

    Bəzən görürsən ki, mətbuatda bir insanın xəstə olması barədə elə şeylər yazırlar ki. Fikirləşirsən ki, bu, bizim millətdəndir?! Necə bir insanın xəstələnməsinə belə reaksiya vermək olar? Hər bir insan xəstələnə bilər. İnsanın şəxsi işinə qarışmaq etik cəhətdən düzgün deyil”.

  • Bir sıra rayonların polis şöbələrində nöqsanlar aşkarlandı

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Gəncə Şəhər Baş Polis İdarəsinin, Samux, Göygöl, Oğuz, Qəbələ, Astara və Siyəzən rayon polis şöbələrinin müvəqqəti saxlama yerlərinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr keçirilib.

    Ombudsman Aparatının mətbuat xidmətindən verilən xəbərə görə, başçəkmələr çərçivəsində müvəqqəti saxlama yerlərinin kameralarına, istintaq, tibb, ibadət, görüş otaqlarına, mətbəxinə, gəzinti sahələrinə baxış keçirilib, qidalanma, sovqat qəbulu, telefon danışıqları, görüşlərin verilməsinə dair vəziyyət araşdırılıb.

    Saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ üzvləri tərəfindən həmin yerlərdə saxlanılanlar fərdi qaydada qəbul edilib, hüquqlarının təmin olunması vəziyyəti araşdırılıb. Həmçinin saxlanılan şəxslərin şəxsi işlərinə və müvəqqəti saxlama yerlərində saxlanılanların qeydiyyat kitablarına baxışlar keçirilib.

    Gəncə ŞBPİ-nin MSY-də kameraların müntəzəm olaraq rütubət olmasına görə aşınmalara məruz qaldığı, bu səbəbdən müəssisədə əsaslı təmir işlərinə ehtiyac olduğu müşahidə edilib. Həmçinin sovqat qəbulunun təşkili üçün müəssisənin zəruri inventarlarla təmin olunmadığı müəyyən edilib.

    Qəbələ RPŞ MSY-ə başçəkmə zamanı tutulmuş və ya həbs edilmiş şəxslərin ilkin müayinəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.04.2013-cü il tarixli, 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi və psixoloji yardım göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması qaydaları”nın 2.1-ci hissəsinə zidd olaraq ixtisasca feldşer olan şəxs tərəfindən həyata keçirildiyi müşahidə edilib.

    Astara RPŞ MSY-nin kameralarına baxış keçirilərkən saxlanılan şəxslərin hüquq və vəzifələrini göstərən lövhələrin mövcud olmadığı, bir neçə kamerada isə şəraitin yaxşılaşdırılmasına ehtiyac olduğu müşahidə edilib.

    Başçəkmələrin yekununda müvəqqəti saxlama yerlərinin rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbət aparılıb, milli və beynəlxalq qanunvericiliyə müvafiq şəkildə saxlanma şəraiti, tibbi xidmət və sənədləşmə ilə əlaqədar göstərilən nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr verilib, həmçinin COVID-19 pandemiyasına qarşı mübarizədə xüsusi karantin rejimi dövründə bütün sanitar-gigiyenik qaydalara əməl olunmasının zəruriliyi diqqətə çatdırılıb.

    Başçəkmələrin nəticələri ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaq.

  • Президент Ильхам Алиев принял зампреда Партии националистического движения Турции – ОБНОВЛЕНО

    2 февраля Президент Азербайджана Ильхам Алиев принял заместителя председателя Партии националистического движения Турции, депутата Великого национального собрания от Анкары Мевлюта Каракая, сообщает АЗЕРТАДЖ.

    М.Каракая передал Президенту Ильхаму Алиеву приветствия председателя партии Довлета Бахчели. Он поздравил Ильхама Алиева с Победой в Отечественной войне, завоеванной под руководством главы нашего государства.

    Президент Ильхам Алиев поблагодарил за приветствия Довлета Бахчели, попросил передать и его приветствия председателю Партии националистического движения.

    Глава государства напомнил о политической, моральной и дипломатической поддержке Турцией Азербайджана в период Отечественной войны. Отметив, что заявления Президента Турции Реджепа Тайипа Эрдогана во время войны были большой поддержкой для Азербайджана, Президент Ильхам Алиев сказал, что заявления Довлета Бахчели – председателя Партии националистического движения, являющейся союзником правящей Партии справедливости и развития, представляли политическое и моральное значение.

    М.Каракая проинформировал главу государства об инициативе строительства школы культуры и искусства на освобожденных от оккупации землях Азербайджана. Он сказал, что в этой связи встретился с министром образования Азербайджана и другими официальными лицами.

    Президент Ильхам Алиев поблагодарил за эту инициативу, сказал, что она будет учтена в рамках работ по восстановлению и градостроительству, проводимых на освобожденных землях. Подчеркнув, что разрабатываются генеральные планы городов на освобожденных территориях, глава государства отметил, что даст соответствующие поручения по выбору подходящего места для здания школы.

    В ходе беседы был проведен обмен мнениями о перспективах успешного развития братских и дружественных отношений между Азербайджаном и Турцией.

    * * * * *

    2 февраля Президент Азербайджана Ильхам Алиев принял заместителя председателя Партии националистического движения Турции, депутата Великого национального собрания от Анкары Мевлюта Каракая, сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədr müavinini qəbul etdi

    Fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədr müavini, Ankaradan deputat Mevlüt Karakayanı qəbul edib.

    AZƏRTAC xəbər verir ki, Milliyətçi Hərəkat Partiyasının sədr müavini Mevlüt Karakaya partiyanın sədri Dövlət Bağçalının salamlarını Prezident İlham Əliyevə çatdırıb. O, dövlətimizin başçısının rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Zəfər münasibətilə Prezident İlham Əliyevi təbrik edib.

    Prezident İlham Əliyev Dövlət Bağçalının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Milliyətçi Hərəkat Partiyasının sədrinə çatdırmağı xahiş edib.

    Dövlətimizin başçısı Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana göstərdiyi siyasi, mənəvi və diplomatik dəstəyi xatırladıb. Müharibə dövründə Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın bəyanatlarının Azərbaycana böyük dəstək olduğunu deyən Prezident İlham Əliyev Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının müttəfiqi olan Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalının da açıqlamalarının siyasi, mənəvi önəm kəsb etdiyini deyib.

    Milliyətçi Hərəkat Partiyasının sədr müavini Mevlüt Karakaya Azərbaycanın işğaldan azad edilən torpaqlarında mədəniyyət və incəsənət təmayüllü məktəbin tikintisi ilə bağlı təşəbbüs barədə dövlətimizin başçısına məlumat verib. Bu xüsusda Azərbaycanın təhsil naziri və digər rəsmi şəxsləri ilə görüşdüyünü bildirib.

    Prezident İlham Əliyev bu təşəbbüsə görə təşəkkürünü bildirib, azad edilmiş torpaqlarda aparılan bərpa və şəhərsalma işləri çərçivəsində bu təşəbbüsün nəzərə alınacağını deyib. İşğaldan azad olunan ərazilərdə şəhərlərin baş planlarının hazırlandığını vurğulayan dövlətimizin başçısı məktəb binası üçün münasib yerin seçilməsi məqsədilə müvafiq təlimatlar verəcəyini qeyd edib.

    Söhbət zamanı Azərbaycanla Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin uğurlu inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

  • Обнародованы планы по разработке месторождения “Агйохуш”

    Разработка месторождения “Агйохуш” будет осуществляться в три этапа.

    Об этом заявил председатель правления ЗАО AzerGold Закир Ибрагимов на пресс-конференции, посвященной итогам прошлого года.

    Човдарский интегрированный региональный перерабатывающий участок будет осуществлять, наряду с “Агйохуш-1”, переработку руды, добываемой на подземной (сульфидной) стадии месторождений “Агйохуш-2” и “Агйохуш-3”, на относительно близко расположенных месторождениях “Нарчала”, “Марах”, “Тулаллар”, а также месторождении “Човдар”.

    Начало полноценной деятельности этого участка окажет значительное влияние на социально-экономическое развитие региона, приведет к созданию новых постоянных рабочих мест.

    Согласно утвержденному плану, ввод в эксплуатацию этих месторождений намечен на 2021 – 2027 годы.

    Для организации работы по месторождениям железной руды 14 декабря 2020 года ООО Daşkəsən Dəmir Filizi было зарегистрировано в качестве первого дочернего общества и внесено в госреестр. В настоящее время выполняются соответствующие поручения по организации деятельности компании.

    На месторождении железной руды “Дашкесан” было выполнено 7 830 метров буровых работ, и этот процесс продолжается.

    Отметим, что предварительный оценочный документ по месторождению ожидается в августе 2021-го. Согласно этому документу, в текущем году на месторождении планируется продолжить геолого-разведочные работы. По итогам будет оценен потенциал более быстрой добычи некоторых видов руд.

    За отчетный период на месторождениях “Човдар”, “Кохнамадан”, “Гарадаг” и на территории месторождения железной руды “Дашкесан” проведены 75 778 метров буровых работ и лабораторные анализы 31 020 образцов.

    В результате завершения геологоразведочных и научно-исследовательских работ на сульфидной фазе месторождения “Човдар” его ресурсы увеличены на 533,5 тыс. унций (16,5 тонны). Эти цифры были подтверждены международным консультантом.

    В 2017-2020 годах объем оцененных и принятых в соответствии с международными стандартами ресурсов на месторождениях золота, серебра и полиметаллов был увеличен со 179 тыс. унций до 4 447 тыс. унций за счет ресурсов сульфидной фазы месторождений “Човдар”, “Агйохуш-1” и “Филизчай”. Рост по унции золотого эквивалента (GEO) превысил 20 раз.