Month: February 2021

  • Fransada süni mayalanmaya qarşı etirazlar olub

    Fransanın müxtəlif şəhərlərində minlərlə insan küçələrə axışaraq süni mayalanmaya etiraz edib.

    TASS xəbər verir ki, “La Manif pour Tous” təşkilatının keçirdiyi aksiyalarda iştirakçılar eynicinsli cütlüklərin, tənha insanların süni mayalanma üsulundan istifadə edərək uşaq sahibi olmasına icazə verən qanuna etiraz ediblər.

    Paytaxt Parisdə beş mindən çox etirazçı Səhiyyə Nazirliyinin binası qarşısına toplaşıb. Onlar hökümətin bu qərarı ləğv etməsini tələb ediblər.

    Lionda isə üç minədək etirazçı ilə polis arasında toqquşmalar baş verib. Analoji aksiyalar Konyak, Bordo, Lill, Renn və Strazburq şəhərlərində də təşkil olunub.

  • C сегодняшнего дня в Баку открываются кафе и рестораны

    С сегодняшнего дня в Азербайджане восстанавливается деятельность объектов общепита, в том числе ресторанов и кафе.

    Согласно решению Оперативного штаба при Кабмине от 16 января, с 00:00 первого февраля на территории Азербайджана восстанавливается деятельность вышеупомянутых объектов, которые будут работать с 06:00 до 00:00.

    Отмечается, что в связи с пандемией коронавируса объекты общепита обязаны строго соблюдать ограничения и требования, наложенные соответствующими решениями Кабинета министров.

  • Azərbaycanda kafe və restoranlar açıldı

    Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması üçün sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində fəaliyyətinə qadağa qoyulmuş ictimai iaşə obyektləri, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanların bu gün saat 00:00-dan etibarən fəaliyyətinə icazə verilib.

    Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Bildirilib ki, qərara əsasən, sözügedən məkanlarda müştərilərə yerində xidmətlər bərpa olunur.

    Həmçinin qeyd olunub ki, fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.

  • Подача газа в Бинагади будет временно ограничена

    2 февраля с 10:00 в жилых массивах “Вулкан”, “1 мая”, поселках Баладжары и Бинагади подача газа будет временно ограничена.

    Об этом Report сообщили в Производственном объединении “Азеригаз”.

    Отмечается, что ограничения связаны с проведением работ по ликвидации утечки газа на территории, именуемой “дорогой DSK”, и подключением новой газовой трубы диаметром 250 мм к существующей сети в целях замены подвергшегося коррозии газопровода.

  • Sabah Binəqədinin bir hissəsində qaz olmayacaq

    Fevralın 2-si saat 10:00-dan Binəqədi rayonunun “Vulkan”, “1 may” yaşayış massivləri, Biləcəri və Binəqədi qəsəbələrinin bir hissəsində qazın verilişində müvəqqəti fasilə yaranacaq.

    Bu barədə “Report”a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

    Məlumata görə, fasiləyə səbəb rayonun DSK yolu adlanan ərazisində yeraltı qaz sızmasının ləğvi, karroziyaya uğramış qaz kəmərinin əvəzlənməsi məqsədilə yeni çəkilmiş diametri 250 mm olan qaz xəttinin mövcud şəbəkəyə qoşulması işlərinin icra edilməsidir.

  • Azərbaycanda suyun qiymətinin artırılmasının səbəbləri AÇIQLANDI

    “İstifadə müddəti keçmiş iri infrastruktur layihələrinin təmirinə çox az vəsait sərf edirik”.

    Bunu “Azərsu” ASC-nin İqtisadi təhlil və proqnozlaşdırma şöbəsinin rəisi Elçin Camalov deyib.

    O bildirib ki, “Azərsu” ASC-nin istehlak xərclərinin 3-5 faizi təmir xərclərinə sərf olunur:

    “Bu isə iri infrastruktur layihələrinin uzunmüddətli dövrdə istismar müddətini dəfələrlə başa vurmasına gətirib çıxarır. Bu məqsədlə də tariflərin artırılması zəruri hala çevrilmişdir. Tariflərin artırılmasında məqsədlərin biri də suya israfçılığın qarşısını almaqdır. Bizim məqsədimiz istehlakçıları içməli su təchizatı ilə təmin etməkdir. Bəzən görürük ki, içməli su suvarma və ya sənayenin hansısa sahəsində istifadə edilir və israfçılığa yol açır”.