Month: March 2021

  • В Шамахы предотвращено проведение свадьбы

    В Шамахинское РОП поступила информация о тайном проведении свадебной церемонии в ресторане Şirvangöl в нарушение правил карантинного режима.

    Как сообщили в шекинской региональной группе пресс-службы МВД, прибывшие по адресу сотрудники полиции обнаружили там около 50 человек.

    В отношении администратора ресторана Кянана Фарманова и 13 организаторов мероприятия приняты меры в соответствии с законодательством.

  • Daha bir restoranda toy edənlər tutuldu

    Şamaxıda “Şirvangöl” restoranında xüsusi karantin rejimi qaydalarına zidd olaraq, gizli şəkildə toy məclisi təşkil edilməsi barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polislər tərəfindən həmin obyektə baxış keçirilən zaman orada 50-yə yaxın şəxsin bir yerə toplaşaraq məclisdə iştirak etdiyi aşkar olunub.

    Restoranı işlədən Kənan Fərmanov və məclisi təşkil edən 13 nəfər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

  • Cəlilabadın qazlaşdırılmamış kəndləri ilə bağlı AÇIQLAMA

    Bəzi regionlarda yaşayan sakinlər hələ də qaz təchizatının olmamasından əziyyət çəkirlər.

    Bu barədə Oxu.Az-ın redaksiyasına sakinlər tərəfindən məlumat verilib. Söhbət Cəlilabad rayonunun Hacıməmmədli və Şabanlı kəndlərindən gedir.

    Hər iki kəndin sakinlərinin sözlərinə görə, həmin ərazilərə qaz xətti çəkilmədiyi üçün bir sıra problemlərlə qarşılaşırlar:

    “Bu gün evlərdə qaz yoxdur. Biz məcburiyyətdən kiçik qaz balonlarından istifadə edirik. Qaz balonlarını doldurmaq üçün isə kənddən 19 kilometr aralıda yerləşən yanacaqdoldurma məntəqəsinə gedirik. Qışda isə problemləri saymaqla bitməz”.

    Məsələ ilə bağlı “Azəriqaz” İB-nə sorğu ünvanladıq. Oxu.Az-ın sorğusuna cavab olaraq qurumun Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov bildirib ki, şikayətlərə yerində baxılıb və araşdırılıb:

    “Cəlilabad rayonu Hacıməmmədli kəndi qazlaşdırılmamış yaşayış məntəqələri siyahısındadır. Bu kəndin qazlaşdırılması ilə bağlı məsələyə də 2019-2023-cü illəri əhatə edən “Regionların Sosial-İqtisadi İnkişafı üzrə Dövlət Proqramı” çərçivəsində baxılacaq. Bu proseslər mərhələli şəkildə həyata keçiriləcək. Həmin kəndin qazlaşdırılması ilə bağlı adı hansı ildə qeydiyyatda görünərsə, “Azəriqaz” da o zaman Dövlət Proqramı çərçivəsində həmin prosedurları həyata keçirəcək”.

    Qurum rəsmisi onu da əlavə edib ki, Şabanlı kəndi isə qazlaşdırılmış yaşayış məntəqələri siyahısındadır:

    “Bu kənddə qaz xətləri çəkilib. Ola bilər ki, kəndin genişləndirilmiş ərazisində sonradan tikilən evlərdən söhbət gedir. Həmin evlər fərdi qaydada “ASAN xidmət” mərkəzlərinə müraciət edərək, müvafiq qaydada mənzillərin qazlaşdırılma prosesini həyata keçirə bilərlər.

    Konkret olaraq həmin yaşayış evləri bir xətt üzrə, eyni küçədə 10-15 ev yerləşərsə, o halda əsas qaz xəttindən həmin küçənin qazlaşdırılması məsələsinə baxıla bilər. Çünki bu xətlər qazlaşdırılma prosesinin böyük hissəsini əhatə edir. Əgər ərazidə belə bir xəttin çəkilməsi üçün imkanlar olarsa, o halda bu prosesə baxıla bilər. Küçəyə qaz xətti çəkildikdən sonra vətəndaş “ASAN xidmət”ə müraciət edərək bu problemini həll edə bilər”.

  • В Шабране задержали мужчину, убившего собаку односельчанина

    Житель Шабранского района угрожал односельчанину огнестрельным оружием, а потом пристрелил его собаку.

    Об этом сообщили в пресс-службе МВД.

    В местные органы внутренних дел обратился Ю.Мовланов в связи с тем, что 21 февраля житель села Чараг угрожал убить его из ружья, а потом выстрелил в его пастушью собаку.

    На основании обращения сотрудниками РОП была проведена операция, в результате которой по подозрению в причастности к инциденту задержали Р. Гулиева. У него изъято ружье со стертым серийным номером.

  • Şabran sakini tüfənglə hədələdiyi həmyerlisinin itini öldürdü

    Şabran sakini həmyerlisini tüfənglə hədələyib, itini öldürüb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, rayon sakini Y.Mövlanovun fevralın 21-də Çaraq kəndi ərazisində bir nəfərin onu tüfənglə öldürəcəyi ilə hədələməsi və yanındakı çoban itini tüfəngdən açdığı atəşlə öldürməsi barədə müraciət edib.

    Müraciətlə əlaqədar Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakini R.Quliyev müəyyən edilərək saxlanılıb. Ondan nömrəsi silinmiş ov tüfəngi götürülüb.

  • В Азербайджане втрое увеличится число получающих реабилитационные услуги – ЗАЯВЛЕНИЕ

    В поствоенный период в Сумгайытском реабилитационном Центре Министерства труда и социальной защиты населения 210 участникам войны было предоставлено 1 220 средств реабилитации.

    Об этом журналистам сказала директор Сумгайытского реабилитационного центра Парвана Гаджиева.

    По ее словам, В Центре начат процесс предоставления ветеранам высокотехнологичных протезов, и их получили уже 15 человек.

    “Раненые участники войны проходят реабилитацию с применением эффективных физиотерапевтических методов и использованием современного оборудования. В учреждении применяется лечебная физкультура, колонотерапия, озонотерапия, электрофорез, лечебный бассейн и другие процедуры. Участникам войны также предоставляются социально-психологические услуги. В течение года Центр может оказать комплексные медико-социальные реабилитационные услуги 1 500 лицам с инвалидностью”, – добавила директор.

    П.Гаджиева отметила, что в 2019-2020 годах были сданы в эксплуатацию Евлахский, Нафталанский, Лянкяранский, Шекинский, Хачмазский, Ширванский, Сумгайытский реабилитационные центры, Мардакянский реабилитационный пансионат, Протезно-ортопедический производственный и реабилитационный центр, а на днях – Шаганский реабилитационный пансионат.

    “В этом году планируется открытие Детских реабилитационных Центров в Габале и Шамкире. В результате открытия новых реабилитационных учреждений министерства число ежегодно получающих реабилитационные услуги увеличится в три раза и достигнет 30 тысяч”, – подытожила П.Гаджиева.

  • Reabilitasiya xidmətləri ilə təmin edilənlərin sayı üç dəfə artırılacaq – AÇIQLAMA

    “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt Reabilitasiya Mərkəzində post-müharibə dövründə 210 qaziyə 1220 reabilitasiya vasitəsi verilib”.

    Bunu jurnalistlərə açıqlamasında Sumqayıt Reabilitasiya Mərkəzinin direktoru Pərvanə Hacıyeva bildirib.

    Onun sözlərinə görə, burada qazilərin artıq yüksək texnologiyalı protezlərlə təminatına başlanıb və 15 hərbçi yüksək texnologiyalı protezlə təmin edilib:

    “Müharibədə yaralanmış hərbçilər mərkəzdə səmərəli fizioterapevtik üsulların tətbiqi və müasir avadanlıqlardan istifadə olunmaqla reabilitasiyaya cəlb olunurlar. Müəssisədə müalicəvi bədən tərbiyəsi, kolonoterapiya, ozonoterapiya, elektrofarez, müalicəvi su hovuzu, buxar otağı və digər yeni prosedurlar tətbiq olunur. Onlara sosial-psixoloji xidmətlər də göstərilir. Müəssisə il ərzində əlilliyi olan 1500 şəxsə kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstərmək imkanına malikdir”.

    P.Hacıyeva bildirib ki, 2019-2020-ci illərdə Yevlax, Naftalan, Lənkəran, Şəki, Xaçmaz, Şirvan, Sumqayıt Reabilitasiya Mərkəzləri, Mərdəkan Reabilitasiya Pansionatı, Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi, bu günlərdə isə Şağan Reabilitasiya Pansionatı istifadəyə verilib:

    “Bu il ərzində Qəbələ və Şəmkirdə Uşaq Reabilitasiya Mərkəzlərinin açılması planlaşdırılıb. Nazirliyin yeni reabilitasiya müəssisələrinin açılması nəticəsində hər il reabilitasiya xidmətləri ilə təmin edilənlərin sayı üç dəfə artaraq 30 minə çatacaq”.

  • Кадры из села Бешдели Зангиланского района – ВИДЕО

    Министерство обороны Азербайджана распространило видеокадры из села Бешдели Зангиланского района.

  • Zəngilanın Beşdəli kəndindən görüntülər – VİDEO

    Müdafiə Nazirliyi Zəngilan rayonunun Beşdəli kəndindən görüntülər yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Парламентский комитет прокомментировал возможное ужесточенин карантинного режима накануне праздников

    Наблюдаемый в последние дни рост числа случаев заражения коронавирусом связан как с сезонными изменениями в нашем организме, так и с неблагоприятными погодными условиями. В это время наряду с COVID-19 мы сталкиваемся с угрозой распространения других гриппоподобных заболеваний.

    Об этом Trend заявил заместитель председателя комитета Милли Меджлиса (парламент) здравоохранения Рашад Махмудов.

    Он отметил, что сегодня одним из тревожных моментов является то, что дальнейшее увеличение взаимодействий между людьми на Новруз байрамы в силу их приверженности традициям создает благодатную почву для распространения гриппозных заболеваний.

    “Для того чтобы эпидемическая ситуация в стране не достигла вновь критического уровня, важно, чтобы каждый гражданин тщательнее соблюдал действующие правила. Это также будет одним из факторов, который позволит оперативному штабу не принимать более жесткие меры в ближайшие дни.

    Ни одно государство не является сторонником локдауна. Но когда мы сталкиваемся с ситуациями, которые угрожают жизни людей и могут нанести ущерб системе здравоохранения, принятие таких решений в Азербайджане, как и во всем мире, становится неизбежным”, – сказал Р.Махмудов.