Gürcüstanda yaşayan daha bir azərbaycanlı ailənin azyaşlı övladına nişan mərasimi keçirdiyi iddia edilib.
Bu barədə sosial şəbəkədə foto paylaşılıb.
Sözügedən hadisənin fotosu sosial şəbəkədə paylaşılan andan geniş müzakirələrə səbəb olub.

İraqın qərbində hərbi obyektlərdən biri raket atəşinə tutulub.
Ehtimala görə, əməliyyatı İran tərəfdarı olan şiə silahlıları həyata keçirib.
Ənbar vilayətindəki Ayn Əsəd bazası ABŞ hərçilərinə məxsusdur. Amerika Birləşmiş Ştatları 2020-ci ilin əvvəllərində Bağdad yaxınlığında İslam İnqilabı Keşikçiləri Korpusunun (IRGC) “Qüds” hərbi birləşməsinin komandiri general Qasım Süleymanini məhv etdikdən sonra baza İrandan hücumlara məruz qalıb.
İndiki atəşin təfərrüatları haqda INA xəbər agentliyi məlumat verib. Agentliyin yazdığına görə, 13 raket 8 km məsafədən bazaya yönəldilib. Jurnalistlər raketlərin hədəfə dəyib-dəymədiyi və həlak olanların olub-olmadığı haqda məlumat verməyib.
Bundan əvvəl ABŞ İraqdakı əsgərlərinə edilən üç hücumdan sonra Suriyaya hava hücumu təşkil etmişdi.
Hərbi sahədə əməkdaşlığımızın böyük potensialı var və əminəm ki, bu gün siz həmkarlarınızla gələcək planlarımızı müzakirə edəcəksiniz.
Bununla bağlı Prezident İlham Əliyev martın 3-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edən zaman məlumat verib:
“Biz artıq Pakistan müdafiə sənayesinin məhsulları ilə tanışıq. Bildiyiniz kimi, biz Pakistandan hərbi avadanlıq almışıq və bu prosesi davam etdirmək arzusundayıq. Bununla yanaşı, biz birgə hərbi təlimlər üzərində düşünürük. Hesab edirik ki, artıq bunun vaxtı çatıb”.
Qarabağda doğulan Ermənistan vətəndaşlarının yeni pasportlarında doğum yeri hissəsinə “Azərbaycan” yazılmağa başlanılıb.
Sputnik Armeniya xəbər verir ki, bu barədə Yerevanın Ağsaqqallar Şurasının “Mənim addımım” fraksiyasından olan keçmiş üzvü Arsen Karapetyan sosial şəbəkədə yazıb. Karapetyan qeyd edib ki, dostu 80-ci illərin ortalarında Ağdərədə (Mardakertdə) anadan olub. Daha sonra isə Rusiyada yaşayıb və hazırda Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib. Onun pasportunda doğum yeri kimi isə Azərbaycan göstərilib.
Dostuna verilən yeni vəsiqənin fotosunu “Facebook”da paylaşan Karapetyan yazıb:
“Azərbaycan SSR yox, Azərbaycan. Dostum indi deyir ki, nəhayət, arzuladığı vətəndaşlığı alıb, artıq o da Azərbaycandandır. Bu nə deməkdir?”.
Məsələ ilə bağlı Ermənistan polisinin pasport və viza şöbəsinin rəis müavini Məryəm Gevorkyan belə açıqlama verib:
“Vətəndaş Azərbaycan SSR-də anadan olub. Ermənistan Respublikasının pasportu səyahət sənədidir, beynəlxalq standartlara uyğundur, ona görə də keçmiş SSRİ ölkələri üçün heç bir kod yoxdur. Başqa sözlə, əgər bir insan keçmiş SSRİ-nin hər hansı ölkəsində anadan olubsa, onun doğulduğu yer ölkənin indiki adı ilə pasporta yazılır. Yəni Gürcüstan SSRİ deyil, Gürcüstan. Bu, çoxdankı təcrübədir”.
Qəbələ rayonunda intihar hadisəsi baş verib.
Hadisə rayonun Məlikli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1958-ci il təvəllüdlü Hümbət Adil oğlu Həsənov özünü yaşadığı evin həyətindəki ağacdan asıb.
Onun meyiti ailə üzvləri tərəfindən aşkarlanıb.
Məlumata görə, H.Həsənov ruhi əsəb xəstəliyindən əziyyət çəkirdi.
Faktla bağlı araşdırma aparılır.
Оппозиция в Армении рассчитывает на то, что армянский генералитет и, прежде всего, глава генштаба Оник Гаспарян, отставки которого фактически добился премьер-министр Никол Пашинян, появится на протестных акциях. А это может прибавить митингам активности. Армянская оппозиция говорит и о мирной революции, и о готовности к захвату власти. Ситуация в соседней стране обостряется.
Своим видением того, что происходит в Армении, с Media.Az поделился лидер Либерально-демократической партии России (ЛДПР), руководитель одноименной фракции в российском парламенте, депутат Государственной Думы Федерального собрания РФ всех созывов Владимир Жириновский:
– Армения – самый актуальный сейчас конфликт. Я слышу разные отклики. Нашлись чудаки, которые говорят – надо провести срочно круглый стол, надо там всех посадить за переговоры, надо, чтобы парламент Армении принимал решение. Но вы видите – уже заседание парламента не состоялось, потому что партия Никола Пашиняна “Мой шаг” не приходит, заседание не открывают.
Армения находится в той части света, на Кавказе, на Востоке, где вопросы часто решаются силой. Возьмите Египет, там всегда во главе маршалы. Ливия, Ирак, Афганистан – у власти военные. Турция рядом с Арменией – там шесть военных переворотов было!..
Такой же сценарий возможен и в РА. Армяне в скором времени могут проснуться в формате нового политического режима, а Пашинян или сбежит за границу, или спрячется в американском посольстве. Но смена фактически неизбежна. И возглавит в итоге страну необязательно пророссийский кандидат, но, по крайней мере, не проНАТОвский, ибо проНАТОвские, проамериканские уже у власти в лице Пашиняна.
И вы скажете – а что делать дальше? Решение одно – как было при царе – в состав России. Все успокоится, никто ничего не будет делать. Но обязательно надо спросить армян, хотят ли они этого?
Если не хотят – пусть остаются независимыми. Но и мы ни одного солдата больше туда не направим. А американцам тяжело помощь оказывать, ибо против армян НАТОвская страна Турция, и Азербайджан, который для Америки и для НАТО ближе, чем Армения. Поэтому кроме нас никто им помощь не окажет.
Ermənistan müxalifəti, istefası faktiki olaraq Baş nazir Nikol Paşinyan tərəfindən əldə edilən erməni generallarının və hər şeydən əvvəl Baş Qərargah rəisi Onik Qasparyanın etiraz aksiyalarında meydana çıxacağına ümid edir. Bu da mitinqlərə aktivlik əlavə edə bilər. Erməni müxalifəti həm dinc inqilabdan, həm də hakimiyyəti zorla ələ keçirməyə hazır olmasından bəhs edir.
Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri, Rusiya Parlamentində eyniadlı fraksiyanın rəhbəri Vladimir Jirinovski Ermənistanda baş verənlərlə bağlı Media.Az-a münasibət bildirib.
– Ermənistan hazırda ən aktual münaqişə bölgəsidir. Fərqli münasibətlər səslənir. Təcili olaraq dəyirmi masa keçirməli, hər kəsi danışıqlar üçün oraya toplamağı, Ermənistan parlamentinin qərar verməli olduğunu söyləyən qəribə insanlar var. Ancaq görürük ki, parlament iclası baş tutmadı, çünki Nikol Paşinyanın “Mənim addımım” partiyası ora gəlmir, iclas açılmır.
Ermənistan Qafqazda, Şərqdədir – dünyanın elə hissəsindədir ki, burda məsələlər adətən güc yolu ilə həll olunur. Misiri götürün, bu ölkənin rəhbərliyində həmişə marşallar var. Liviya, İraq, Əfqanıstanda hakimiyyət hərbçilərdədir. Ermənistanın yanında yerləşən Türkiyədə altı hərbi çevriliş olub!..
Eyni ssenari Ermənistanda da mümkündür. Ermənilər tezliklə yeni bir siyasi rejim formatında oyana bilərlər. Onda Paşinyan ya xaricə qaçacaq, ya da ABŞ səfirliyində gizlənəcək. Ancaq dəyişiklik faktiki olaraq qaçılmazdır. Nəticə olaraq ölkəyə mütləq rusiyayönümlü bir namizəd rəhbərlik etməsə də, ən azından NATO yönümlü insan olmayacaq, çünki NATO, ABŞ tərəfdarları Paşinyanın simasında onsuz da hakimiyyətdədir.
İndi deyəcəksiniz – bundan sonra nə etməli? Bir həll yolu var: Çar dövründə olduğu kimi, Rusiyanın bir hissəsi olmaq. Hamı sakitləşəcək, heç kim də heç nə etməyəcək. Ancaq mütləq ermənilərdən soruşmaq vacibdir ki, bunu istəyirlərmi?
İstəmirlərsə, qoy müstəqil qalsınlar. Ancaq biz ora bir nəfər də əsgər göndərməyəcəyik. Elə amerikalıların yardım göstərməsi də çətindir, çünki ermənilərə qarşı NATO ölkəsi olan Türkiyə, həmçinin ABŞ və NATO üçün Ermənistandan daha vacib olan Azərbaycan var. Ona görə də bizdən başqa heç kim Ermənistana kömək etməyəcək.