Month: March 2021

  • DYP-dən sürücülərə daha bir XƏBƏRDARLIQ

    Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə növbəti dəfə xəbərdarlıq edib.

    BDYPİ-dən verilən məlumata görə, son vaxtlar həftənin ayrı-ayrı günləri, xüsusilə günün səhər saatlarında paytaxtın giriş hissələrindəki yollarda nəqliyyat sıxlığının yaranması müşahidə edilir:

    “Yaranmış vəziyyətlə bağlı aparılmış təhlillər göstərir ki, paytaxtın yol infrastrukturunun inkişaf etməsinə baxmayaraq, yaranan sıxlıqların əsas səbəblərindən biri bəzi sürücülərin nasaz avtomobillərlə yola çıxmalarıdır. Belə ki, bir avtomobilin nasazlığa, yaxud yanacağının bitməsinə görə yolun hərəkət hissəsində dayanması arxadan həmin zolaqla gələn yüzlərlə digər nəqliyyat vasitələrinin də dayanmasına səbəb olur. Arxadakı sürücülərin hərəkəti davam etdirmək niyyəti ilə qonşu zolaqlara keçmək istəkləri isə bütün zolaqlar üzrə nəqliyyatın ümumi hərəkətinə mənfi təsir göstərir ki, bu da həmin avtomobillərin təxliyyə olunmasını və ya onlara texniki yardım göstərilməsini mümkünsüz edir. Artıq belə olan halda əlbəttə ki, yollar nə qədər genişləndirilsə də, effekti az olacaq.

    Qeyd olunanları nəzərə alaraq, hərəkət iştirakçılarının yollarda əlavə vaxt itkisinin qarşısının alınması, habelə nəqliyyatın rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin və avtomobil sahiblərinin nəzərinə çatdırır ki, mövcud qanunvericiliyin tələblərinə əsasən nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün vaxtlı-vaxtında texniki xidmət göstərməli və onların istismarı zamanı müəyyən edilmiş tələblərə riayət etməlidirlər.

    Bu tələblərin pozulması digər hərəkət iştirakçılarının yollardan istifadə hüquqlarının pozulması ilə bərabər təcili və təxirəsalınmaz tədbirləri həyata keçirən operativ nəqliyyat vasitələrinin də hərəkətinə maneə yaratmaqla inzibati məsuliyyətə səbəb olan xəta hesab olunduğundan bu növ xətaya yol vermiş sürücülər və cavabdeh şəxslər ciddi inzibati cəza tədbirlərinə cəlb olunacaqlar”.

  • Выяснились некоторые подробности убийства спортсмена в Баку

    Стали известны некоторые подробности убийства 22-летнего Бахтияра Насибова, тело которого со следами ножевых ранений было обнаружено днем 1 марта на улице Н.Туси Хатаинского района Баку.

    Как сообщили Publika.az в правоохранительных органах, в совершении убийства на почве конфликта подозревается житель Баку Али Аббасов (2002 г.р.).

    Мужчины занимались в спортивном зале, когда между ними возник спор. А.Аббасову показалось, что Б.Насибов окинул его насмешливым взглядом, и между ними завязалась словесная перепалка. Затем А.Аббасов покинул зал, через какое-то время вернулся с ножом и нанес своему обидчику смертельное ранение в грудь.

    По данному факту прокуратурой Хатаинского района возбуждено уголовное дело по статье 120.1 (умышленное убийство) УК АР.

    А.Аббасов задержан в качестве подозреваемого.

  • Bakıda idmançının qətlinin təfərrüatı məlum oldu

    Ötən gün günorta saatlarında paytaxtın Xətai rayonu, N.Tusi küçəsi 18 ünvanında yerləşən binanın qarşısında 1999-cu il təvəllüdlü Nəsibov Bəxtiyar Əli oğlunun bıçaqlanaraq öldürülməsinin təfərrüatı məlum olub.

    Publika.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, qətlə yetirilən 22 yaşlı Bəxtiyar Nəsibov idmançı olub. O, idman zalında məşq edərkən tanımadığı Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Abbasov Əli Allahverdi oğlu ilə mübahisə yaşayıb.

    Belə ki, yaxınlıqda məşq edən Əli Abbasov Bəxtiyarın ona tərəf istehzalı baxışlarından qıcıqlanıb və ona irad bildirib. Daha sonra tərəflər arasında yaranan mübahisə münaqişəyə çevrilib. Ə.Abbasov idman zalını tərk edərək daha sonra özü ilə bıçaq gətirib və Bəxtiyarın döş qəfəsi nahiyəsinə öldürücü xəsarət yetirib. 22 yaşlı idmançı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib. Artıq qətli törədən 19 yaşlı gənc tutularaq istintaqa təhvil verilib.

  • Dronlar Qarabağda elektrik qəzalarını müəyyən edəcək – VİDEO

    “Azərişıq” ASC-nin Ağıllı Şəbəkələr konsepsiyasının həyata keçirilməsində daha bir yenilik. Kommunal sferada ilk dəfə xüsusi təyinatlı uçuş aparatları “Azərişıq” ASC tərəfindən tətbiq edilir.

    Bu barədə “Azərişıq” ASC Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, “Azərişıq” ASC-nin Ağıllı Şəbəkələr konsepsiyası tamamilə müasir və innovativ texnologiyaların istifadəsi üzərində qurulub. Bu konsepsiya çərçivəsində, artıq reallaşdırılmış müasir tipli mühafizəli və izolyasiyalı yüksək gərginlikli xətlərinin, 3D-mobil xəritəçilik sisteminin, məsafədən optik portla elektrik sayğaclarının oxunması və mövcud idarəetmə platformasına inteqrasiya işləri uğurla davam etdirilir.

    Rəqəmsal idarəetməyə keçid proqramı istiqamətində aparılan genişmiqyaslı tədbirlər sırasına xüsusi təyinatlı uçuş aparatları ilə Hava Elektrik Veriliş Xətlərinə (HEVX) kompleks və lokal baxış keçirilməsinin təşkili də əlavə edilmək üzrədir. Belə ki, ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində “Şəbəkə qüsurlarının aşkar edilməsində Yüksək texnologiyaların tətbiqi” üzrə təlim-tədris kursuna start verilib.

    Bu tip pilotsuz uçuş aparatları sadə foto-video çəkilişləri üçün nəzərdə tutulmuş dronlardan xeyli fərqlənir. Bu səbəbdən də onlara Xüsusi Təyinatlı Texniki Uçuş aparatları adı verilib. Belə kameralar 360 dərəcəlik panorama, infraqırmızı spektrdə və temperatur göstəricilərinin vizuallaşdırılması rejimlərində çəkiliş apara bilir.

    Bundan əlavə, xüsusi yaxınlaşdırma (zoom) funksiyası 25-30 m məsafədən kiçik ölçülü zədələnmələri belə müəyyən etməyə imkan verir. Ənənəvi üsulla xətlərə texniki baxışın keçirilməsi uzun müddətli və mürəkkəb dispetçer əməliyyatlarının aparılmasını tələb edən bir prosesdir. Burada, əlavə işçi heyətin, maşın-mexanizmlərin, xüsusi qaldırıcı texnikanın cəlb edilməsi də qaçılmazdır.

    Nəticədə, elektrik enerjisi verilişində uzunmüddətli fasilələr yaranır, abonent məmnunluğu və xidmət keyfiyyəti göstəriciləri pisləşir. Müasir texnologiyaların tətbiqi ilə bütün bu problemlər aradan qaldırılır, yüksək dəqiqlikli vizual qeydiyyat aparılır, virtual arxivləşdirilir, ən əsası – abonentlərin elektrik enerjisi verilişində fasilələr yaranmır.

    Bu növ xüsusi təyinatlı texniki uçuş aparatlarının işğaldan azad olunmuş ərazilərdə qurulacaq Ağıllı Şəbəkələrdə təşkiledici baza elementi kimi istifadə edilməsi nəzərdə tutulub.

  • МВД: За минувшие сутки были задержаны 28 подозреваемых в преступлениях

    МВД Азербайджана опубликовало статистику зарегистрированных 1 марта преступлений и происшествий.

    Как сообщает пресс-служба ведомства, по “горячим следам” раскрыты 19 преступлений, а также 15 совершенных ранее.

    Задержаны 22 человека, находившихся в розыске, в том числе 11 – должников.

    На автодорогах республики произошло одно ДТП, в результате которого погиб один человека, еще один – получил различные травмы.

    В результате оперативно-разыскных мероприятий сотрудниками органов внутренних дел выявлено шесть фактов, связанных с незаконным оборотом наркотиков.

    По подозрению в совершении преступлений задержаны 28 человек.

  • DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 28 nəfər tutulub

    Daxili İşlər Nazirliyi 2021-ci il mart ayının 1-də daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.

    Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 19 cinayətin üstü “isti izlər”lə açılıb.

    Əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.

    Axtarışda olduğuna görə ümumilikdə 22 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

    Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

  • Sumqayıtın ikigünlük kart sisteminə “göz dəydi” – AÇIQLAMA

    Sərnişinlər Sumqayıtda bir müddət əvvəl kart sisteminə keçən 9 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobuslardan şikayətçidir.

    Bu barədə şəhər sakinləri sosial şəbəkələrdə paylaşım ediblər.

    Sakinlər iddia edir ki, 9 nömrəli marşrut cəmi iki gün kartla işləyib:

    “Cəmi iki gün Ceyranbatan-Sumqayıt istiqamətində hərəkət edən 9 nömrəli sərnişin avtobusunda ödəniş kartlar vasitəsilə həyata keçirildi. Əvvəlcə hər kəsə kart aldırdılar, indi isə deyirlər ki, sistem işləmir. Bəs kartlar necə olacaq? Camaat rahat gediş-gəliş üçün karta pul köçürüb. İndi o pullar necə olacaq?”

    Məsələ ilə bağlı Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinə sorğu ünvanladıq. Oxu.Az-ın sorğusunu cavablandıran idarə rəisi Tofiq Saydumov bildirib ki, Ceyranbatan-Sumqayıt istiqamətində hərəkət edən 9 nömrəli sərnişin avtobusunda yerləşdirilən kartoxuyucularda problem yaranıb:

    “Təəssüf ki, 9 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobuslarında yerləşdirilən kartoxuyucularda və xüsusi olaraq Sumqayıtdaxili nəqliyyatda istifadə üçün hazırlanan gediş kartlarında texniki problem yaranıb. Kartı sistemə yaxınlaşdırdıqda oxunma gec olurdu. Bu səbəbdən sərnişinlərin avtobusa minib-düşmələrində çətinlik yaranırdı.

    Yaranan problemin araşdırılması və aradan qaldırılması üçün tədbirlər görülür. Bu müddət ərzində avtobuslarda xüsusi lövhələrdə “Sistemin müvəqqəti olaraq işləmədiyi” barədə elanlar vurulub. Maksimum bir ay ərzində problem aradan qaldırılacaq”.

    T.Saydumovun sözlərinə görə, kartlara pul köçürən sərnişinlər isə narahat olmaya bilər:

    “Həmin kartlar yalnız Sumqayıt daxilində 9 saylı marşrutlarda istifadə üçün yararlıdır. O kartlara köçürülən pullar itməyəcək. Sistemin fəaliyyəti bərpa edilən zaman kartda olan balansdan istifadə ediləcək. O pullar silinməyəcək”.

  • Реконструируется водохранилище второй по величине ГЭС Азербайджана – ВИДЕО

    Продолжаются неотложные работы по устранению опасной ситуации на водохранилище второй по величине гидроэлектростанции Азербайджана – Шамкирской, сообщили в “Азерэнержи”.

    Отмечается, что построенное 40 лет назад водосбросное сооружение находился в аварийном состоянии с 2003 года. В 2020-м на водоочистной станции начат ремонт. В настоящее время ведутся работы по реконструкции, бетонированию и ремонту водохранилища. На сегодня 90% работ выполнено. Реконструкцию объекта планируется завершить в апреле.

    Также проведены ремонтно-восстановительные работы на гидроагрегатах Шамкирской ГЭС. Кроме того, осуществляется реконструкция открытого распределительного устройства Шамкирской ГЭС и системы диспетчерского управления SCADA.

  • 40 illik su anbarı qəzalı vəziyyətdən çıxarılır – VİDEO

    Ölkənin ikinci böyük su elektrik stansiyası olan “Şəmkir” SES-in su anbarında yaranan təhlükəli problemin aradan qaldırılması istiqamətində təxirəsalınmaz işlər davam etdirilir.

    “Azərenerji” ASC-dən Oxu.Az-a verilən məlumatda bildirilir ki, su anbarı qəzalı vəziyyətdən çıxarılır.

    Qeyd edilib ki, 40 il əvvəl tikilən qurğu 2003-cü ildən bəri qəzalı vəziyyətə düşüb. Ötən ildən başlayaraq sutullayıcı qurğuda təmir işlərinə başlanılıb. Hazırda qurğunun giriş başlığında, hər 3 tunellin içərisində və qurğunun genişləndirilmiş çıxış hissəsində yenidənqurma, bərkitmə, betonlama, təmir işləri aparılır və işin 90 faizi görülüb. İşlərin bu ilin aprel ayında yekunlaşdırılması nəzərdə tutulub.

    Bununla yanaşı “Şəmkir” SES-in hidroaqreqatlarında təmir-bərpa işləri aparılıb. Planlaşdırılan işlər çərçivəsində su elektrik stansiyasının açıq paylayıcı qurğusunun, təsirlənmə və SCADA dispetçer idarəetmə sistemlərinin, tezliyin o cümlədən aktiv gücün avtomatik tənzimlənməsinin yenidən qurulması nəzərdə tutulub.

  • Началась аккредитация СМИ на Гран-при Азербайджана “Формулы – 1”

    С сегодняшнего дня началась аккредитация СМИ на Гран-при Азербайджана “Формулы – 1” в Баку.

    Процесс продлится до 20 марта.

    Регистрация будет проходить в онлайн-формате на официальном сайте Операционной компании Baku City Circuit.

    Отметим, что в этом году “Формула-1” запланирована в Баку с 4 по 6 июня.