Month: March 2021

  • “Formula-1” üçün media akkreditasiyası başlandı

    Bu gündən etibarən Bakıda keçiriləcək “Formula-1” yarışı üçün media akkreditasiyası başlayıb.

    Media nümayəndələri üçün akkreditasiya prosesi 20 martadək davam edəcək.

    Qeydiyyat onlayn formada Bakı Şəhər Halqasının rəsmi internet səhifəsi vasitəsilə keçiriləcək.

    Qeyd edək ki, bu il 4-6 iyun tarixlərində Bakıda “Formula-1” yarışının keçirilməsi nəzərdə tutulub.

  • Gədəbəydə yağan qar yollarda çətinlik yaratdı – VİDEO

    Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Gədəbəy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində təhlükəsizliyin təmin edilməsi və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının dərhal alınması istiqamətində zəruri qabaqlayıcı tədbirlər həyata keçirirlər.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları xidməti avtomobillərlə avtopatrul xidmətini yerinə yetirərək, yollarda qalmış və yardıma ehtiyacı olan vətəndaşlara bütün köməklikləri göstərirlər.

    Bundan əlavə sürücülərlə yollarda sürət həddini aşmamaları və ara məsafəsini gözləmələri barədə maarifləndirici söhbətlər aparan polislər, onlara yollarda olan vəziyyət haqqında məlumatlar verirlər.

  • Кадры из села Дюдюкчу Ходжавендского района – ВИДЕО

    Министерство обороны Азербайджана распространило видеокадры из села Дюдюкчу Ходжавендского района.

  • Xocavəndin Düdükçü kəndinin görüntüləri – VİDEO

    Müdafiə Nazirliyi Xocavənd rayonunun Düdükçü kəndindən video yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Жителю Гянджи неизвестный нанес ножевое ранение

    Житель Гянджи Ильгар Гусейнов (1968 г.р.) ночью поступил в больницу с колото-резаной раной в области живота, сообщает Trend.

    Потерпевший находится в коматозном состоянии, поэтому не смог рассказать об инциденте.

    По словам родственников, И.Гусейнова на улице ударил ножом неизвестный.

    По данному факту проводится расследование.

  • 53 yaşlı kişi küçədə tanımadığı şəxs tərəfindən bıçaqlandı

    Gəncə şəhər sakini küçədə tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

    Trend-in məlumatına görə, Gəncə şəhəri, F.Xoyski küçəsi ev 33-də yaşayan, 1968-ci il təvəllüdlü Hüseynov İlqar Tofiq oğlu gecə saatlarında qarın nahiyəsinin kəslimiş-deşilmiş yarası ilə xəstəxanaya daxil olub.

    Komatoz vəziyyətdə olan yaralı hadisə barədə məlumat verə bilməyib. Qohumlarının dediyinə görə, İ.Hüseynov keçədə naməlum şəxs tərəfindən bıçaqlanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • В столичной больнице нарушены правила карантина? – ЗАЯВЛЕНИЕ

    На днях в азербайджанском сегменте соцсетей распространилось фото, на котором было запечатлено, как в поликлиническом отделении Республиканской клинической больницы имени Миргасымова грубо нарушаются правила карантина.

    На кадре видно столпотворение в коридоре больницы, а также то, как люди заходят в кабинеты без очереди.

    В ответ на запрос Oxu.Az главврач Республиканской клинической больницы Тельман Ибадов сказал, что распространенное в сети фото было сделано в день резкого похолодания.

    “Такая ситуация в больнице образовалась из-за погодных условий, принцип очередности был отрегулирован чуть позже”, – отметил главврач.

  • Bakıda xəstəxanada karantin qaydaları pozuldu? – AÇIQLAMA

    Ötən gün sosial şəbəkədə Bakıdakı xəstəxanaların birində karantin qaydalarını alt-üst edən mənzərə ilə bağlı paylaşım edilib.

    Söhbət M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının poliklinika şöbəsindən gedir. Sosial şəbəkədə paylaşılan görüntülərdə insanların növbəsiz şəkildə kabinetlərə daxil olduğu və dəhlizlərdə sıxlıq yarandığı müşahidə edilir.

    Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab verən Respublika Klinik Xəstəxanasının direktoru Telman İbadov bildirib ki, sosial şəbəkədə yayılan foto kəskin hava şəraiti müşahidə edilən zaman lentə alınıb:

    “Xəstəxanada sıxlıq hava şəraiti ilə əlaqədar yaranıb. Bir qədər sonra isə növbəlilik prinsipi tənzimlənib”.

  • Саудовская Аравия назвала условие для хаджа в этом году

    Мусульманские паломники смогут принять участие в большом и малом хадже к святым местам в Мекке и Медине только после вакцинации против нового коронавируса. Такое решение приняли власти Саудовской Аравии, сообщила в понедельник газета “Указ”, пишет ТАСС.

    “Основным условием участия в хадже является вакцинация против нового коронавируса”, – говорится в обнародованном заявлении министра здравоохранения страны Тауфика ар-Рабиа.

    В этом году большой хадж к святыням ислама выпадает на вторую половину июля. В прошлом году из-за пандемии паломничество проходило с участием всего 10 тыс. человек, из которых 30% были саудовцами, 70% – проживающими в стране иностранцами. Паломники из-за рубежа не были допущены к хаджу. Приоритет в выдаче спецразрешений отдавали людям в возрасте от 20 до 50 лет без хронических заболеваний, не инфицированным новым коронавирусом, ранее не совершавшим хадж и готовым выдержать карантинный период. Среди них были и врачи, переболевшие COVİD-19. Иностранных журналистов к освещению события не допустили.

    С ноября прошлого года Саудовская Аравия начала постепенно впускать паломников не старше 50 лет на умру при наличии отрицательного результата ПЦР-теста.

  • COVID-19 əleyhinə peyvənd vurdurmayanlar Həcc ziyarətinə buraxılmayacaq

    2021-ci ildə Həcc ziyarətinə yollanan insanlar mütləq COVİD-19 əleyhinə peyvənd olunmalıdır.

    TASS agentliyi xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Səhiyyə naziri Taufik ər-Rabiyə məlumat verib.

    Xatırladaq ki, 2020-ci il pandemiya səbəbi ilə Həcc ziyarətində yalnız 10 min nəfər iştirak edib. Zəvvarların 30 faizi Səudiyyə Ərəbistanı vətəndaşı, 70 faizi isə bu ölkənin xaricdə yaşayan vətəndaşları olub. Xarici ölkələrdən olan zəvvarlar isə Həcc ziyarətinə buraxılmamışdı.

    Qeyd edək ki, bu il Həcc ziyarəti iyul ayına təsadüf edir.