Martın 1-də dünyada ilk dəfə Bakıda yaradılan “Suraxanı” tanker-muzeyinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tədbirdə iştirak ediblər.








В органах внутренних дел произошли новые кадровые изменения.
Приказом министра внутренних дел генерал-полковника Вилаята Эйвазова заместитель начальника отдела полиции Балакенского района по служебной раьоте полковник-лейтенант Вюсал Рустамов освобожден от занимаемой должности и назначен замначальника Губинского РОП.
Временно исполнять обязанности замначальника по службной работе Балакенского РОП поручено капитану Рустаму Гусейнову.
Daxili İşlər orqanlarında yeni kadr dəyişikliyi olub.
Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin əmrinə əsasən, Balakən rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Vüsal Rüstəmov vəzifəsindən azad edilərək Quba Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin edilib.
Balakən rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinin müvəqqəti icrası isə polis kapitanı Rüstəm Hüseynova həvalə olunub.
Türkiyəli müğənni İbrahim Tatlısəsin özündən 42 yaş kiçik sevgilisi Gülçin Karakaya ilə ailə quracağı iddia edilib.
Median.Az bildirir ki, yayılan məlumata görə, Gülçin Tatlısesin evlilik təklifinə “hə” cavabını verib.
Toy tarixi açıqlanmasa da, cütlüyün artıq nikah hazırlıqlarına başlandığı deyilir.
Qeyd edək ki, ailəsi Gülçinə “Bu iş ya sonlansın, ya da evlənin” basqısını edirdi. (axşam.az)
На освобожденных от оккупации в ходе Отечественной войны землях продолжаются мероприятия, направленные на выявление боеприпасов, оставленных армянским военнослужащими.
Как сообщили в бардинской региональной группе пресс-службы МВД Азербайджана, сотрудники Ходжавендского РОП проводят регулярные рейды на территории района, осматривают места, которые ранее использовались вражеской армией в качестве окопов и складов.
В ходе очередных таких мероприятий были обнаружены 1 противотанковая управляемая ракета, 6 ручных гранат, 2 гранатомета, учебная противотанковая мина и другие оставленные армянами боеприпасы.
Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində müntəzəm reydlər keçirir, əvvəllər düşmən ordusunun mövqe tutduğu səngərlərə və saxlanc yeri kimi istifadə etdikləri qazmalara müntəzəm baxış keçirirlər.
Növbəti belə tədbir zamanı erməni hərbçilərin atıb qaçdığı bir ədəd tank əleyhinə idarə olunan raket, altı ədəd müxtəlif markalı əl qumbaraları, iki ədəd qumbaraatan mərmisi, tank əleyhinə təlim minası və digər döyüş sursatları aşkar edilərək götürülüb və aidiyyəti üzrə təhvil verilib.
Cəlilabad bələdiyyəsinin sədri məsuliyyətə cəlb edilib.
Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, prokurorluğun fəaliyyət sferaları ilə bağlı vətəndaşları narahat edən məsələlər, habelə ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən ətraf mühitin mühafizəsi qaydalarının pozulması hallarına qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.
Həyata keçirilən bu tədbirlərin davamı kimi, kütləvi informasiya vasitələrində yayılmış Cəlilabad rayonu ərazisində yerləşən qəbiristanlıqda yerli sakinlərin narazılığına səbəb olan sanitariya-gigiyena normalarının ciddi şəkildə pozulmasını əks etdirən videogürüntülərlə bağlı Baş Prokurorluğun Cinayət Təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Aparılan araşdırma zamanı torpaq sahəsinin mülkiyyətində olduğu Cəlilabad bələdiyyəsinin sədri Babayev İlham Balo oğlunun həmin sahəyə yaxınlıqdakı ərazidə sakinlər tərəfindən məişət tullantılarının atılmasının qarşısının alınması məqsədilə hər hansı bir tədbir görməyərək torpaq sahəsindən təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə etməsinə, bununla yanaşı qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyi pozmasına əsaslı şübhələr müəyyən edilib.
Araşdırmalar nəticəsində İnzibati Xətalar Məcəlləsinin 247.1 (torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi) və 516-1.2-ci (qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması) maddələri ilə İlham Babayevin barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilib.
“Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin Bakı filialları da daxil olmaqla, 20-yə yaxın yerli rayon şöbəsi ləğv edilib.
Median.Az “Qafqazinfo”nya istinadən xəbər verir ki, filial müdirləri şirkət rəhbərliyinin yeni qərarları ilə bağlı dövlətin yüksək qurumlarına şikayət teleqramları ünvanlayıblar. İddiaya görə, “Azərsığorta”nın yeni rəhbərliyi yanvar ayından etibarən işçilərin minimum əmək haqqını ləğv edib və hər kəsə toplanan sığorta haqqının müəyyən faizi qədər ödəniş edilməsi barədə qərar verib.
Bununla bağlı teleqramı Oğuz, Göygöl, Salyan, Astara, Balakən, Qəbələ, Ağdaş, Qazax, Samux, Sabirabad və digər rayon filiallarının rəhbərləri Maliyyə Nazirliyinə, Mərkəzi Bank və Nazirlər Kabinetinə göndəriblər.
Rayon rəhbərləri teleqramda qeyd ediblər ki, “Azərsığorta” Dövlət Şirkəti filialların 2021-ci il üçün əməyin ödənilməsi üzrə ştat cədvəlini, işlərin görülməsi xərclərinin smetasını və eləcə də sığorta yığımları barədə plan tapşırıqlarını təqdim etməyib: “Bu səbəbdən filialda çalışan işçilərə əmək haqlarının və digər xərclərin ödənilməsində çətinlik yaranıb. Xahiş edirik köməklik göstərəsiniz”.
Bu müraciətləri Maliyyə Nazirliyi araşdırılması üçün Azərbaycan İnvestisiya Holdinqinə göndərib.
“Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, şirkətin idarəetmə strukturu korporativ qaydalara uyğunlaşdırılır: “Bir neçə istiqamətdə aparılan uğurlu işlərdən biri də portfelin sağlamlaşdırılması və bəzi xərclərin azaldılmasıdır. Təbii ki, sağlamlaşdırma və izafi xərclərin aradan qaldırılması üçün bəzi rayon filiallarının bağlanması qərara alınıb”.
Filialların bağlanmasına əsas səbəblərdən biri kimi filialların aylıq xərclərinin gəlirlərini daha çox üstələməsi olub:
“Yəni sözügedən filiallar əldə etdikləri gəlirlərlə öz xərclərini qarşılaya bilmirdilər. Bu isə yekunda Dövlət Sığorta Şirkətinin gəlirlərinə ciddi təsir etməklə zərərlə işləməsinə gətirib çıxara bilərdi.
Regionlarda və paytaxt Bakıda yerləşən bağlanmış filiallar gəlirlilik baxımından daha səmərəli fəaliyyət göstərəcəyi halda nümayəndəlik statusu daşıyacaq. Regional statusa malik yeni filialların yaradılması nəzərdə tutulub. Fəaliyyəti dayandırılan filialların müdirləri və əməkdaşları cari ilin yanvar ayı üzrə əmək haqqı və müvafiq müavinətlərı alıblar.
Qeyd edək ki, bir neçə gün öncə mediada “Azərsığorta” ilə bağlı daha bir qalmaqallı məlumat yayılmışdı. İddiaya görə, şirkətin departament müdiri Xəyyam Hətəmov yaxın tanışı olan qadının qəzaya düşərək yüngül zədələr alan avtomobilini fotomontajla çox əzilmiş kimi göstərərək 22 min zərər ödətdirib. Şirkət isə məsələ ilə bağlı ətraflı açıqlama verməkdən imtina edərək yazılanların yalan olduğunu qeyd edib.
Задержаны лица, пытавшиеся незаконно проникнуть на освобожденные от оккупации территории.
Об этом сообщили в пресс-службе Министерства внутренних дел (МВД).
Отмечается, что несмотря на неоднократные предупреждения, все еще встречаются случаи, когда отдельные лица пытаются незаконными путями проникнуть на деоккупированные территории.
Так, в результате мероприятий, проведенных сотрудниками Тертерского РОП, были задержаны жители района – Талех Агаларов и Асад Агаларов, которые хотели проехать в освобожденное от оккупации село Талыш.
В результате других мероприятий на контрольном посту, установленном в селе Гапанлы данного района, были задержаны лица, которые, проигнорировав требования полицейских, попытались проникнуть в освобожденный от оккупации Агдамский район.
Ими оказались жители Тертерского района Амин Алибейли и Талех Ибрагимов.
В отношении этих лиц составлены протоколы по соответствующим статьям Кодекса об административных проступках и направлены для рассмотрения в районный суд.

İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonun işğaldan azad olunmuş Talış kəndinə nəzarət postlarından kənar yollarla daxil olmaq istəyən Tərtər rayon sakinləri Taleh Ağalarov və Əsəd Ağalarov saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Keçirilmiş digər tədbirlərlə isə rayonun Qapanlı kəndində qurulmuş nəzarət postunda polis əməkdaşlarına tabesizlik göstərərək işğaldan azad edilmiş Ağdam rayonuna keçməyə cəhd göstərən şəxslər də saxlanılıblar.
Araşdırmalarla onların Tərtər rayon sakinləri Amin Əlibəyli və Taleh İbrahimov olduğu müəyyən edilib.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.
