Month: March 2021

  • Qətər – Azərbaycan oyununun hakimləri müəyyənləşib

    Martın 27-də Macarıstanın Debretsen şəhərində keçiriləcək Qətər – Azərbaycan yoldaşlıq görüşünü idarə edəcək hakimlər müəyyənləşib.

    AFFA xəbər verir ki, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq və “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq qarşılaşmanı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək:

    Baş hakim: İvan Kruzliak

    Baş hakimin köməkçiləri: Tomaş Somolani, Branislav Hancko

    Dördüncü hakim: Peter Kraloviç

  • В Мингячевире в общежитии произошел пожар, есть пострадавшие

    В Мингячевире в здании общежития произошел пожар, сообщили в МЧС.

    На площади 15 кв. м сгорели воспламеняющиеся конструкции на четвертом этаже.

    В результате дымом отравились два человека. Они были госпитализированы.

    Близлежащие помещения защищены от огня. Пожар потушен.

  • Mingəçevirdə yataqxanada yanğın olub, zərərçəkənlər var

    Mingəçevir şəhərində yanğın hadisəsi olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    FHN-in məlumatına görə, beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 15 kvadrat metr olan otağın yanar konstruksiyaları 10 kvadrat metr sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib, onlara hadisə yerində ilkin yardım göstərilib.

    Otağın qalan hissəsi və digər otaqlar yanğından mühafizə olunub.

    Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • “Fənərbağça”da koronavirusa kütləvi yoluxma halı aşkar edilib

    İstanbulun “Fənərbağça” klubunun dörd futbolçusu COVID-19-a yoluxub.

    “Ntvspor” məlumat verir ki, sonuncu dəfə klubun oyunçuları “Beşiktaş”la derbi oyunundan sonra koronavirus testindən keçmişdi.

    Adları mətbuata açıqlanmayan futbolçuların dərhal karantinə alındığı və onların müalicəsinə başlanıldığı bildirilib.

  • Makqreqorla Poryenin həlledici döyüşünün vaxtı açıqlandı

    Keçmiş UFC çempionu, irlandiyalı Konor Makqreqorla amerikalı Dastin Porye arasında üçüncü və həlledici döyüş iyulun 11-də keçirilə bilər.

    Bu barədə Gürcüstanın UFC-də rəsmi tərəfdaşı olan Adjarasport telekanalı məlumat yayıb.

    Qeyd edək ki, iki idmançının ilk döyüşü 2014-cü ildə baş tutub. O zaman qələbəni irlandiyalı qeyd etmişdi.

    2021-ci ilin yanvar ayında keçirilən döyüşdə isə Dastin Porye qalib gəlib.

  • Тайсон заявил, что проведет третий поединок против Холифилда

    Бывшие абсолютные чемпионы мира по боксу американцы Майк Тайсон и Эвандер Холифилд проведут третий поединок 29 мая. Об этом заявил Тайсон в прямом эфире в Instagram гостиницы Haute Living, пишет ТАСС.

    Ранее менеджер Холифилда Крис Лоуренс сообщал, что Тайсон отказался проводить третий бой с Холифилдом за гонорар в размере 25 млн долларов.

    “Хочу всем сообщить, что поединок с Холифилдом состоится, – сказал Тайсон. – Он – скромный парень, верит в бога, как и я. Хочу добиться успеха 29 мая. Единственное, что осталось сделать, – пересмотреть некоторые пункты в контракте, и тогда мы увидим третий бой”.

    Холифилд и Тайсон провели два поединка в период с 1996 по 1997 год, в обоих победу одержал Холифилд. В первом случае Тайсон в 11-м раунде был отправлен в нокаут, по ходу второго боя его дисквалифицировали после двух укусов за уши соперника.

  • Əfsanəvi boksçular üçüncü dəfə bir-birinə qarşı döyüşəcək

    Əfsanəvi boksçular Mayk Tayson və Evander Holifildl arasında keçiriləcək üçüncü döyüş mayın 29-da baş tutacaq.

    Mayk Tayson bu barədə öz “Instagram” səhifəsində açdığı canlı yayımda deyib.

    “Hamıya bildirmək istəyirəm ki, Holifildlə döyüş baş tutacaq”, deyə əfsanəvi boksçu qeyd edib.

    M.Tayson rəqibi barədə müsbət fikirlər də sələndirib: Evander Holifildl təvazökar oğlandır, o da mənim kimi Tanrıya inanır. Mayın 29-da uğur qazanmaq istəyirəm”.

  • Учитель в Дагестане спас детей, закрыв собой сработавший запал гранаты

    Учитель предмета “Основы безопасности жизнедеятельности” (ОБЖ) школы № 10 Хасавюрта (Дагестан), пострадавший в результате взрыва запала гранаты во время урока, своими действиями спас детей.

    Об этом ТАСС сообщил руководитель пресс-службы администрации Хасавюрта Магомед Курбанов.

    “Когда преподаватель начал разбирать верхнюю часть, услышал щелчок и понял, что взрыва не избежать, он зажал снаряд в кулак, прижал к животу и отвернулся от учеников. Своими действиями молодой педагог спас детей от последствий взрыва. Дети в итоге не пострадали. На правой руке из пальцев [у учителя] остался только мизинец”, – сказал собеседник агентства.

  • Dağıstanda müəllim partlayan qumbaranı bədənilə örtərək şagirdləri xilas edib

    Dağıstanın Xasavyurt şəhərindəki 10 saylı məktəbdə Həyat fəaliyyətinin təhlükəsizliyinin əsasları fənnini tədris edən müəllim Maqomed Qurbanov dərs zamanı təsadüfən işə düşən qumbaranı bədənilə örtərək, sinifdəki uşaqları partlayışın fəsadlarından qoruyub.

    O, bu hərəkətilə şagirdlərin həyatını xilas edib.

    “Qumbaranın yuxarı hissəsini sökərkən müəllim sursatdan gələn müvafiq səsi eşidib və anlayıb ki, partlayış olacaq. Onu əlində sıxaraq, qarnına tərəf tutub və arxasını şagirdlərə tərəf çevirib”, – deyə məktəbdən bildirilib.

    Hazırda məsələ ilə bağlı cinayət işi açılıb. Müəllimin səhhəti barədə dəqiq məlumat verilmir. Yalnız onun bir əlindəki dörd barmağını itirdiyi qeyd olunur.

  • Millimizin baş məşqçisi: “Oyundan 50 faiz razı qaldım”

    “Oyundan 50 faiz razı qaldım. İlk hissədə topa yiyələnə bilmədik, daha çox müdafiə olunmağa çalışırdıq. Amma fasilədən sonra oyunumuzu xeyli yaxşılaşdırdıq. Düşünürəm ki, ikinci hissədə məzmunlu futbol oynamağa çalışdıq”.

    Bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliyanın Turin şəhərində Portuqaliya yığmasına 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

    İtaliyalı mütəxəssis bildirib ki, komandası texniki cəhətdən daha güclü kollektivlə oynayırdı: “Əsas məqsədimiz intizamlı futbol oynamaq və rəqibdən qorxmadığımızı göstərmək idi. Məncə, hər iki vəzifənin öhdəsindən gəldik”.

    Məşqçinin sözlərinə görə, seçmə mərhələdəki konkret hədəf haqqında indidən danışmaq çətindir: “Oyundan oyuna inkişaf etməliyik. Həyatda hər şeyə inanmaq lazımdır. Növbəti oyunda evdə Serbiya ilə qarşılaşacağıq. Həmin matçda və qrupda keçirəcəymiz digər qarşılaşmalarda daha yaxşı nəticə əldə etməyə çalışacağıq”.