Month: March 2021

  • Bakıda koronavirusa yoluxma səviyyəsi artdı – STATİSTİKA

    Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.

    Bununla bağlı məlumat “koronavirusinfo.az” saytında dərc olunub.

    Bildirilib ki, ən yüksək yoluxma səviyyəsi Bakı şəhərinin payına düşür – xəstələrin 53,7 faizi paytaxtda yaşayır.

    Yoluxma digər bölgələr üzrə Abşeronda 12,9 faiz, Aran zonasında 12,4 faiz, Gəncə-Qazaxda 7,8 faiz, Quba-Xaçmazda 2,9 faiz, Lənkəranda 2,7 faiz, Şəki-Zaqatalada 3,5 faiz, Dağlıq Şirvanda 2,4 faiz, Yuxarı Qarabağda 1,4 faizdir.

    Naxçıvanda yoluxma 0,05 faiz, ölkə xarici yoluxma isə 0,3 faiz təşkil edir.

    Qeyd edək ki, ötən ay Bakıda koronavirusa yoluxma halı 52,3 faiz qeydə alınmışdı.

  • Азербайджанская нефть подорожала

    Азербайджанская нефть марки Azeri Light подорожала.

    Ее стоимость на мировом рынке повысилась на 0,42% или на 0,27 доллара за баррель – до 64,03 доллара.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).

  • Azərbaycan nefti yenidən bahalaşdı

    Azərbaycan neftinin qiyməti artıb.

    “Azeri Light” markalı neftin bir bareli 0,27 ABŞ dolları və ya 0,42 faiz bahalaşıb.

    Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 64,03 dollar təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə – 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.

  • Azərbaycandan Türkiyəyə güzəştli şərtlərlə meyvə ixracı başlayıb – Dövlət Xidməti

    Azərbaycanla və Türkiyə arasında imzalanan Preferensial Ticarət Sazişinə əsasən iki ölkə ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektləri bu aydan illik tarif kvotası çərçivəsində müəyyən olunmuş mallar üzrə güzəştlərdən yararlanmaq imkanı qazanıb.

    Median.Az İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin açıqlamasına istinadən bildirir ki, Dövlət Xidmətinə elektron qaydada daxil olmuş müraciətinə əsasən 72 620 kq xurma məhsulunun güzəştli şərtlərlə ixracı məqsədilə ilk mənşə sertifikatı təqdim edilib.

    Bu istiqamətdə işlər davam etdirilir.

  • В Азербайджане организаторов свадьбы оштрафовали за нарушение карантина – ФОТО

    В Шамкирский РОП поступила информация о проведении свадебной церемонии в расположенном на территории района ресторане Qəsr.

    Как сообщили в гянджинской региональной группе пресс-службы МВД Азербайджана, правоохранители незамедлительно прибыли по указанному адресу и выявили факт нарушения.

    С нарушителями санитарно-эпидемиологических требований проведены профилактические беседы, разъяснены правила особого карантинного режима, в отношении 10 задержанных приняты административные меры.

    Владелец заведения, согласно статье 211 (нарушение противоэпидемического, санитарно-гигиенического и карантинного режимов) Кодекса об административных проступках, оштрафован на сумму в размере 5 тысяч манатов.

    Отметим, что указанный ресторан уже третий раз привлекается к ответственности за нарушение карантинного режима.

  • Restoran toya görə 5 000 manat cərimə edildi – FOTO

    Şəmkirdə toy edən şəxslər məsuliyyətə cəlb olunub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə Şəmkir Rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində yerləşən “Qəsr” restoranında toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

    Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb və iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 10 nəfər saxlanılan şəxs barəsində inzibati qaydada tədbir görülüb.

    Restoran sahibi barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 5 000 manat miqdarında cərimə edilib.

    Qeyd edək ki, adı çəkilən restoran pandemiya dövründə artıq üçüncü dəfədir ki, karantin qaydalarını pozduğuna görə məsuliyyətə cəlb edilib.

  • МИД АР распространил заявление в связи с Днем геноцида азербайджанцев

    103 года назад, в марте-апреле 1918 года, действовавшими под мандатом Бакинского совета дашнакско-большевистскими вооруженными отрядами в городе Баку, а также в других городах и уездах, входящих в Бакинскую губернию, с особой жестокостью были совершены массовые убийства десятки тысяч мирных жителей за этническую и религиозную принадлежность. Мы чтим память жертв этих событий и считаем важным помнить об этом и впредь, чтобы предотвратить подобные трагедии в будущем.

    Об этом говорится в заявлении МИД Азербайджана в связи с 31 марта – Днем геноцида азербайджанцев.

    “Чрезвычайный комиссар Кавказа Степан Шаумян, этнический армянин, признавал, что в резне против азербайджанцев участвовали 6 тыс. вооруженных солдат Бакинского совета и 4 тыс. – партии Дашнакцутюн.

    Геноцид, осуществленный против азербайджанцев, наряду с Баку, охватил также Шамахинскую, Губинскую, Иреванскую, Зангезурскую, Карабахскую, Нахчыванскую и Карсскую области. Только в Губинской губернии за первые пять месяцев 1918 года с особой жестокостью было убито более 16 тыс. человек, уничтожено 167 сел. Массовое захоронение, обнаруженное в Губинском районе в 2007 году, являются наглядным свидетельством бесчеловечных действий, совершенных армянами.

    Мартовская резня 1918 года была заранее подготовленным и безжалостно осуществленным актом радикальных националистов-армян против азербайджанцев на почве расовой дискриминации и этнических чисток.

    Правительство Азербайджанской Демократической Республики создало в 1918 году Чрезвычайную следственную комиссию для расследования тяжких преступлений, совершенных армянами, и приняло ряд мер для увековечения в памяти народа и доведения до мировой общественности фактов, выявленных Комиссией.

    Состоявшая из лучших юристов того времени разных национальностей – русских, евреев, поляков, грузин и даже армян, комиссия на основании полученных доказательств возбудила уголовные дела в отношении 194 лиц, обвиняемых в различных преступлениях против мирного населения; были арестованы 24 человека в Баку и около 100 в Шамахы.

    Однако этот процесс был приостановлен после распада АДР. Также было предотвращено проведение полноценного расследования трагических событий и дачи им политико-правовой оценки. Только спустя 80 лет – 26 марта 1998 года в подписанном общенациональным лидером Гейдаром Алиевым указе “О геноциде азербайджанцев” была дана адекватная политическая оценка этим событиям и 31 марта было объявлено Днем Геноцида азербайджанцев. Учреждение дня памяти жертв геноцида играет важную роль в информировании мировой общественности о массовых убийствах и этнических чистках азербайджанцев в прошлом и на современном этапе.

    В течение почти тридцати лет оккупации Армения проводила политику этнической чистки сотен тысяч азербайджанцев в Армении и на оккупированных азербайджанских землях.

    РА совершила акты геноцида, многочисленные военные преступления и преступления против человечности, в том числе Ходжалинский геноцид в феврале 1992 года.

    Вооруженные силы Армении в ходе военных операций, начавшихся 27 сентября 2020 года в ответ на очередную военную провокацию против Азербайджана, целенаправленно подвергали ракетному обстрелу мирных жителей Гянджи, Барды, Тертера и других городов Азербайджана.

    Чтя невинных жертв мартовской трагедии, мы решительно осуждаем преднамеренную политику геноцида, преступлений против человечности, расовой дискриминации и этнических чисток, проводимую Арменией против азербайджанского народа, и вновь заявляем о важности осуждения этой страны для предотвращения подобных бесчеловечных преступлений в будущем. Призываем Армению соблюдать свои международные обязательства. Азербайджан, в свою очередь, примет все необходимые правовые меры для обеспечения мира и прекращения безнаказанности”, – отмечается в заявлении.

  • Azərbaycan XİN-i 31 Mart soyqırımı ilə bağlı bəyanat yaydı

    Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.

    Bəyanatda deyilir:

    “103 il bundan öncə, 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda xüsusi qəddarlıqla kütləvi qırğınlar törədilib və on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib. Bu hadisələrin qurbanlarının xatirəsini anır və gələcəkdə bu kimi faciələrin qarşısının alınması üçün bu yaddaşın qorunub saxlanılmasını vacib hesab edirik.

    Qafqazın Fövqəladə Komissarı, etnik erməni olan Stepan Şaumyan etiraf edirdi ki, Azərbaycanlılara qarşı olan qırğınlarda Bakı Sovetinin 6000 və Daşnaksutyun partiyasının 4000 silahlı əsgəri iştirak edib.

    Azərbaycanlılara qarşı törədilən soyqırım Bakı ilə yanaşı, Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrini də əhatə etdi. 1918-ci ilin ilk beş ayı ərzində təkcə Qubada xüsusi vəhşiliklə 16 000-dən artıq insan öldürüldü, 167 kənd məhv edildi. Quba rayonu ərazisində 2007-ci ildə aşkar olunmuş kütləvi məzarlıq ermənilərin törətdiyi qeyri-insani əməllərin əyani sübutunu təşkil edir.

    1918-ci ilin mart qırğınları radikal millətçi ermənilərin azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasəti əsasında əvəlcədən hazırlanmış və qəddarcasına həyata keçirilən siyasəti idi.

    Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün 1918-ci ildə Fövqəladə İstintaq Komissiyası yaratmış, Komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Müxtəlif millətlərin, o cümlədən ruslar, yəhudilər, polyaklar, gürcülər və hətta ermənilər olmaqla, həmin dövrün ən yaxşı hüquqşünaslarının təmsil olunduğu Fövqəladə İstintaq Komissiyası sübutlar əsasında dinc əhaliyə qarşı müxtəlif cinayətlərə görə təqsirləndirilən 194 nəfər barəsində cinayət işi açdı və törətdikləri cinayətlərə görə Bakıda 24 və Şamaxıda təxminən 100 nəfər həbs olundu.

    Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırıldı, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alındı. Yalnız 80 il sonra – 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildi və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi.

    Azərbaycanlıların Soyqırımı Gününün yad edilməsi keçmişdə və müasir mərhələdə azərbaycanlıların qırğın və etnik təmizləmələrə məruz qalması barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynayır.

    Üzərindən bir əsrdən çox zamanın keçməsinə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu 30 ilə yaxın müddətdə hərbi işğal altında saxlayan Ermənistan Azərbaycanlılara qarşı etnik zəmində cinayətlər törətmək siyasətini davam etdirdi. 30 ilə yaxın davam edən işğal zamanı Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində yüz minlərlə azərbaycanlının etnik təmizləməsini həyata keçirdi.

    Ermənistan, 1992-ci ilin fevralında Xocalı soyqırımı da daxil olmaqla, soyqırım aktları, çoxsaylı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətdi. Ermənistan silahlı qüvvələri 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycana qarşı növbəti hərbi təxribata cavab olaraq başlanılan hərbi əməliyyatlar zamanı Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər şəhərlərinin dinc insanlarını məqsədyönlü şəkildə raket hücumlarının hədəfinə çevirdi.

    Beləliklə də, Ermənistan bir əsr öncəki Mart qırğınının xatirələrini geri qaytardı.

    Mart qırğınının günahsız qurbanlarını xatırlayaraq, Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı bu günədək törədilən soyqırım, bəşəriyyət əleyhinə cinayət, irqi ayrı-seçkilik və etnik təmizləməyə əsaslanan məqsədyönlü siyasəti qəti şəkildə pisləyir və bu qəbildən olan qeyri-insani cinayətlərin qarşısının alınması və gələcəkdə təkrarlanmaması üçün Ermənistanın cəzasızlığına son qoyulmasının vacibliyini vurğulayırıq. Ermənistanı öz beynəlxalq öhdəliklərinə riayət etməyə çağırırıq. Azərbaycan, öz növbəsində sülhü təmin etmək və cəzasızlığa son qoymaq üçün bütün lazımı hüquqi tədbirləri görəcəkdir”.

  • В еще трех столичных школах возобновился традиционный формат занятий

    31 марта в средних школах №№ 39, 258 и школе-лицее №166 Баку возобновлен очный формат обучения. Это связано с тем, что истек срок карантина, назначенного на основании заключения Центра гигиены и эпидемиологии.

    Об этом сообщили в Управлении образования столицы.

    Из-за обнаружения у нескольких учителей вышеуказанных образовательных учреждений COVID-19, проведение в них занятий было временно переведено на дистанционный формат.

    Отметим, что в настоящее время учебный процесс в образовательных учреждениях организуется в соответствии с временными правилами, установленными Кабинетом министром на период особого карантинного режима.

    Кроме того, среди педагогического и технического персонала школ проводится вакцинация против коронавируса.

  • Paytaxtda daha üç məktəbdə ənənəvi dərslər bərpa olundu

    Martın 31-də paytaxtdakı 39, 258 nömrəli tam orta məktəblərdə və 166 nömrəli məktəb-liseydə əyani tədris prosesi bərpa olunub. Belə ki, qeyd olunan məktəblərin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

    Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

    Qeyd edək ki, 39, 258 nömrəli tam orta məktəblərdə və 166 nömrəli məktəb-liseydə çalışan bir neçə müəllimin COVID-19 testi pozitiv çıxdığına görə təhsil müəssisələrində tədris müvəqqəti olaraq distant formada davam etdirilirdi.

    Onu da qeyd edək ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir.

    Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.

    Məlum olduğu kimi, paytaxtdakı ümumi təhsil müəssisələrində normal tədris mühitinin bərpası üçün pedaqoji və texniki heyətin vaksinasiya prosesi davam edir.