Month: March 2021

  • Dünyada neft qiymətləri

    Dünya bazarında neft bahalaşıb.

    Bu barədə RT məlumat yayıb.

    WTI markalı neftin may fyuçersləri 0,48 faiz bahalaşıb və bir barelinin qiyməti 60,84 ABŞ dolları təşkil edib.

    “Brent” markalı neftin may fyuçersləri isə 0,50 faiz bahalaşaraq, bir bareli 64,88 dollara satılıb.

  • Hacıqabulda qadının qətlə yetirilməsi ilə bağlı prokurorluqdan AÇIQLAMA

    Martın 31-də saat 01:00 radələrində Hacıqabul rayonu, Muğan qəsəbə sakini 1986-cı il təvəllüdlü Rasulova Fəxriyyə Feyruz qızının bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Hacıqabul rayon prokurorluğundan verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

    Aparılmış ilkin araşdırmalarla zərərçəkmiş şəxsin qohumu 1987-ci il təvəllüdlü Axundov Elvin Arif oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Fəxriyyə Rasulovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

    Elvin Axundov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

  • Еще одна школа в Баку закрылась из-за коронавируса

    С сегодняшнего дня уроки в средней школе № 244 города Баку будут проводиться дистанционно до 14 апреля.

    Причиной принятия подобного решения является распространение коронавируса (COVID-19) среди учителей и учащихся образовательного заведения.

    Напомним, на дистанционный формат была также переведена школа-лицей №299 в поселке Баладжары Бинагадинского района столицы.

  • Bakıda daha bir məktəb koronavirusa görə bağlandı

    Bu gündən Bakı şəhərində yerləşən 244 nömrəli tam orta məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.

    Buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirusun (COVID-19) yayılmasıdır.

    Dərslər aprelin 14-ə kimi distant formada davam etdiriləcək.

    Qeyd edək ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 299 saylı məktəb liseydə dərslərin distant formada keçirilməsi qərara alınmışdı.

  • Ata-anasını, bacısını itirən Xədicə indi nə edir? (VİDEO)

    Ötən ilin payızında baş vermiş İkinci Qarabağ Müharibəsində Gəncəyə atılan sonuncu raket zərbəsində ata-anasını, balaca bacısını itirən, üç gün gözünü açmayan Xədicənin indi başqa dünyası var.

    Median.Az xəbər verir ki, BBC balaca Xədicə ilə bağlı reportaj hazırlayıb.

    2020-ci ilin sentyabrında Ermənistanla Azərbaycan arasında başlamış və 44 gün davam etmiş müharibə zamanı Azərbaycanın ikinci böyük şəhəri bir neçə dəfə erməni hərbçilərinin raket zərbələrinə tuş gəlmişdi.

    Balaca Xədicənin valideynləri Züleyxa və Royal Şahnəzərovlar və bacısı Mədinə oktyabrın 17-də gecə vaxtı edilən hücum zamanı dağıntılar altında qalaraq həlak olmuşdu.

    Nənəsi Sevinc Ağayeva deyir ki, psixoloqlar onlara Xədicəyə ata-anasının həlak olması ilə bağlı tədricən danışmağı məsləhət görüblər, həqiqəti o, bir az böyüyəndən sonra söyləcəklər.

    Ona görə valideynlərinin də şəkillərini hələlik göstərmirlər.//qaynarinfo

  • Çexiyada helikopter qəzaya uğrayıb, ölənlər var

    Çexiyada iki yerlik “Heli-Sport CH-77 Ranabot” helikopteri 90 metr hündürlükdən Praqa yaxınlığında yerə düşüb.

    “Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə polisin nümayəndəsi Mixaela Rixterova jurnalistlərə bildirib.

    Məlumata görə, hadisə zamanı 2 nəfər həlak olub.

    “Helikopter hələlik məlum olmayan səbəblərdən Praqa yaxınlıqdakı Dobrjixovise yaşayış məntəqəsində təxminən 90 metr hündürlükdən yerə düşüb. Qəza nəticəsində iki nəfər həlak olub, polis hələ onlar haqqında məlumatlara malik deyil”, – Rixterova deyib.

    Onun sözlərinə görə, hadisənin başvermə səbəblərinin araşdırılması ilə Aviasiya Qəzalarının Səbəblərinin Müəyyənləşdirilməsi üzrə İnstitutun ekspertləri, həmçinin polis məşğul olacaq.

  • В Баку предотвращена попытка суицида – ВИДЕО

    В Баку предотвращена попытка суицида.

    Об этом сообщили в Министерстве по чрезвычайным ситуациям.

    Отмечается, что в ведомство поступила информация о попытке суицида на улице Дадаша Буниятзаде в Ясамальском районе столицы. На место происшествия были незамедлительно привлечены соответствующие силы Службы спасения особого риска МЧС.

    При оценке оперативных условий на месте выяснилось, что мужчина намеривается выброситься с балкона пятого этажа девятиэтажного здания.

    Спасатели установили подушку безопасности во дворе дома.

    После проведенной с ним психологической беседы, гражданин отказался от суицидальных намерений.

  • МИД Азербайджана и Таджикистана подписали программу по сотрудничеству – ФОТО

    30 марта 2021 года в Душанбе в рамках министерской конференции “Сердце Азии – Стамбульский процесс” состоялась встреча министра иностранных дел Азербайджанской Республики Джейхуна Байрамова с его коллегой из Таджикистана Сироджиддином Мухриддином, сообщает Trend.

    Министры обсудили вопросы таджикско-азербайджанского взаимодействия в политической, торгово-экономической, транспортно-коммуникационной и культурно-гуманитарной сферах, а также сотрудничество двух стран в рамках международных организаций.

    Собеседники договорились об усилении деятельности внешнеполитических ведомств для повышения уровня двусторонних отношений.

    По итогам встречи состоялась церемония подписания Программы сотрудничества МИД Азербайджана и Таджикистана на 2021-2022 годы.

  • Canni de Byazi erməni dostunu “qardaş” adlandıran futbolçumuzun hərəkətinə münasibət bildirdi

    Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi futbolçu Aleksey İsayevin sosial şəbəkədəki paylaşımına şərh yazan erməni dostunu “qardaş” adlandırmasına münasibət bildirib.

    “Report” xəbər verir ki, italiyalı mütəxəssis İsayevin böyük səhvə yol verdiyini bildirib. De Byazinin fikrincə, bunu yarımmüdafiəçinin özü də başa düşüb:

    “Uşaq özü də böyük səhv etdiyini başa düşüb. Həmin dəqiqə paylaşımı sildi. Gənc oyunçudur. Onu öldürmək düzgün olmaz”.

  • Sumqayıtda quldurlar mağazaya basqın etdi – Satıcının əl-qolunu bağlayıb…

    Sumqayıtda quldurluq hadisəsi baş verib.

    Araşdırmalar davam etdirilir.