Month: April 2021

  • За участие в мероприятии мейханщиков 10 человек привлечены к административной ответственности

    Сотрудники Лянкяранского РОП установили, что в чайном доме Cil в нарушение правил карантинного режима организовано мероприятие с участием мейханщиков, сообщает региональная группа пресс-службы МВД.

    В отношении 10 его участников составлены протоколы по статье 211 Кодекса об административных проступках (нарушение противоэпидемического, санитарно-гигиенического и карантинного режимов).

  • Meyxana məclisində iştiraka görə 10 nəfər cərimələndi

    Lənkəranda meyxana məclisi təşkil edənlər cərimələnib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə rayon ərazisində yerləşən “Cil” çay evində meyxana məclisinin keçirildiyi müəyyən edilib.

    Polis əməkdaşları tərəfindən həmin məclisdə iştirak edən 10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

  • Ильхам Алиев утвердил договор о строительстве ветряной электростанции

    30 апреля Президент Азербайджана Ильхам Алиев подписал распоряжение об утверждении подписанного от имени правительства АР договора о строительстве ветряной электростанции мощностью 240 МВт.

    Текст документа опубликован на сайте prezident.az.

    Распоряжением утвержден Инвестиционный договор между правительством АР и ООО ACWA Power Azerbaijan Renewable Energy о проекте ветроэнергетики Ərazi 1 и Xızı 3, подписанный 29 декабря 2020 года министром энергетики АР со стороны правительства.

  • İlham Əliyev külək elektrik stansiyasının tikintisi ilə bağlı müqaviləni təsdiqlədi

    Prezident İlham Əliyev qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi üçün Azərbaycan Respublikası Hökuməti adından imzalanmış müqavilənin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı prezident.az məlumat yayıb.

    Sərəncamla Azərbaycan Respublikasının Hökuməti adından Azərbaycan Respublikasının energetika naziri tərəfindən 2020-ci il dekabrın 29-da imzalanmış “Azərbaycan Respublikası Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Azərbaycan Respublikasında Ərazi 1 və Xızı 3 Külək Enerjisi Layihəsi haqqında İnvestisiya müqaviləsi” təsdiq edilib.

  • Bayden yenə pərt oldu – VİDEO

    Vəzifələrinin icrasına başladığı 100 gündə başına gələn kuryoz hadisələri ilə fərqlənən ABŞ Prezidenti Co Bayden, yenə pərt olub.

    Belə ki, o, izdiham qarşısında çıxışından əvvəl təqribən bir dəqiqə maska axtarışında olub.

    Bu barədə RT kadrlar yayımlayıb.

    “Mənim problemim var, mən maskamı itirmişəm”, – deyə o bildirib.

    Kadrlarda onun hər yeri – tribunanı, qovluqların, kağızların arasını axtardığı görünür. Maskanı tapmağa isə birinci xanım kömək edib. Məlum oldu ki, fərdi qoruyucu vasitə prezidentin cibində imiş.

    Kadrlar sosial şəbəkələrdə gülüşlə qarşılanıb, bəziləri “ölkənin 30 saniyə təhlükədə olduğunu” deyib.

    Qeyd edək ki, ABŞ prezidenti bundan əvvəl çıxışı zamanı “eskalasiya” sözünü “vaksinasiya” ilə dəyişik salmışdı, həmçinin RF Prezidenti Vladimir Putinin soyadını “Klutin” kimi tələffüz etmişdi.

    Onun “Bir nömrəli göyərtəyə” çıxarkən yıxılması isə sosial şəbəkələrdə müxtəlif mövzular üçün memə çevrilmişdi.

  • В Азербайджане состоялось открытие новой погранзаставы

    30 апреля на территории пограничного отряда “Шамкир” введен в эксплуатацию новый комплекс погранзаставы “Аггель”.

    Об этом сообщили в Государственной пограничной службе (ГПС) Азербайджана.

    Выступивший на церемонии первый замначальника госслужбы – начальник генерального штаба генерал-лейтенант Рашад Садыгов передал личному составу поздравления руководителя ГПС генерал-полковника Эльчина Гулиева.

    Затем участники мероприятия осмотрели комплекс.

    Также состоялось награждение группы военнослужащих, отличившихся в службе.

  • DSX-nin yeni zastavası istifadəyə verildi

    Bu gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində yeni inşa olunmuş “Ağgöl” sərhəd zastavası kompleksi xidməti istifadəyə verilib.

    Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

    Bildirilib ki, mərasimdə çıxış edən Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini – Baş Qərargah rəisi general-leytenant Rəşad Sadıqov Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriklərini şəxsi heyətə çatdırıb.

    Açılış mərasimindən sonra tədbir iştirakçıları sərhəd zastavası kom­pleksinə baxış keçiriblər.

    Burada şəxsi heyətin xidmətinin yüksək səviy­yədə təşkili və asudə vaxtının səmərəli keçirməsi üçün müxtəlif təyinatlı otaqlar, yataqxana, yeməkxana, hamam-camaşırxana, anbarlar inşa edil­miş, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri yaradılıb.

    Xidməti fəaliyyətində fərqlənən bir qrup hərbi qulluqçu təltifləndiril­dikdən sonra tədbir bayram süfrəsi arxasında davam etdirilib.

    Tədbirin sonunda hərbi hissənin kinoloji mütəxəssisləri xüsusi təlim keçmiş itlərdən istifadə etməklə xidməti tapşırıqların icrası üzrə bacarıq­larını nümayiş etdiriblər.

  • IX siniflərin buraxılış imtahanlarının qrafiki AÇIQLANDI

    İyun ayının əvvəllərində Bakı şəhərində beynəlxalq yarışların keçirilməsi ilə əlaqədar 2-3 iyun tarixlərində keçiriləcək buraxılış imtahanları Bakı istisna olmaqla digər şəhər və rayonlarda təşkil olunacaq.

    Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

    Növbəti tarixlərdə olan imtahanlar isə yerdə qalan rayonlarla yanaşı, Bakı şəhərində də təşkil olunacaq.

    Qeyd olunan tarixlərə uyğun imtahanların rayon və şəhərlər üzrə keçirilmə ardıcıllığı barədə məlumat yaxın vaxtlarda açıqlanacaq.

    Bu imtahanda iştirak etmək üçün şagirdlərin qeydiyyatı tələb olunmur. Şagirdlər imtahan gününə bir həftə qalmış Dövlət İmtahan Mərkəzinin saytı vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, imtahanın başlanma vaxtı, şagirdin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunur.

  • Глава ЦБА: В 2021 году инфляция будет формироваться в целевом диапазоне

    Прогнозируется, что в 2021 году инфляция будет формироваться в целевом диапазоне.

    Об этом заявил председатель Центробанка Эльман Рустамов, выступая на онлайн пресс-конференции.

    По его словам, в настоящее время ситуация на валютном рынке стабильная.

  • Elman Rüstəmovdan valyuta bazarı ilə bağlı AÇIQLAMA

    “İnflyasiyanın 2021-ci ildə hədəf diapazonunda formalaşacağı proqnozlaşdırılır”.

    Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.

    O bildirib ki, hazırda valyuta bazarında profisit var və tam tarazlıq hökm sürür. Elman Rüstəmov qeyd edib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu bu il valyuta satışlarını azaldıb və 140 milyon ABŞ dollarına qənaət edib.